Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-125/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə da ir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-537/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Umudlu X2 Federasiyasının X3 Universitetinin əyani bölməsində təhsil almış və ona Dövlət İmtahan Komissiyasının 07 iyul 2018-ci il tarixli qərarına əsasən “Neft-Qaz işi” ixtisası üzrə 103024 ******* nömrəli bakalavr diplomu verilmişdir.
2. İddiaçı həmin diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçı ilə müsahibə aparmış və onun tədris dili olan rus dili biliklərinin zəif olması səbəbindən ixtisasın tanınmasından imti na etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının X3 Universiteti tərəfindən “Neft-Qaz işi” ixtisası üzrə ona verilmiş 103024 ******* nömrəli bakalavr diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyasının Astraxan şəhərində X3 Universitetinin əyani bölməsində təhsil almışdır. Dövlət İmtahan Komissiyasının 07 iyul 2018-ci il tarixli qərarına əsasən ona “Neft-Qaz işi” ixtisası üzrə bakalavr dərəcəsi və həmçinin 103024 ******* nömrəli bakalavr diplomu verilmişdir. Təh silini başa vurduqdan sonra 2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmış və 03 oktyabr 2019-cu il tarixədək, yəni bir il müddətində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra, diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq, iddiaçı ilə müsahibə aparmış, lakin sənədin verilməsindən imtina etmişdir. İmtina verilərkən iddiaçıya şifahi olaraq rus dili biliklərinin zəif olması səbəbindən imtina edildiyi bildirilmişdir. Hansı ki, rus dilini təhsil almağına mane olmayacaq səviyyədə bilir və təhsil aldığı dövrdə müxtəlif tərcümə proqramlarının, elektron resursların köməkliyi ilə akademik biliklərini ge nişləndirmişdir.
5. Həmçinin əyani formada təhsil aldığı 4 il müddət ərzində bütün semestrlərdə imtahan sessiyalarında bilavasitə iştirak etmiş, tələbə qrupları ilə birlikdə dövlət imtahan komissiyası qarşısında yekun dövlət imtahanı vermişdir. İddiaçı hesab edir ki, ona münasibətdə qəbul edilmiş qərar ədalətsizdir və onun diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi cavabdehin vəzifəsidir. Cavabdeh inzibati orqan iddiaçıya imtinanın rəsmi əsaslarını müəyyən edən məktub göndərməmiş, nə də elektron sistemə imtina arayışı yerləşdirilməmişdir.
6. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin birinci hissəsinə, 60-cı maddəsinin İİ hissəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci, İnzibati Prose ssual Məcəllənin 2.2.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2, 1.3, 1.4, 1.6, 2.4, 2.5, 3.3, 3.5, 3.7-ci bəndlərinə, Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli, 455İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 1-ci, 6-cı maddələrinə, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.28-ci bəndinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Cavabdeh iddia tələbinə dair etirazda göstərmişdir ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxmış və müsahibə zamanı tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi o nun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5992/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil aldığı Rusiya Federasiyasının X3 Universitetində tədris dili rus dili olduğundan, müvafiq ekspert rəyinin verilməsi üçün iddiaçı ilə müsahibə rus dilində aparılmışdır. Məhkəmə tərəfindən cavabdehin etiraza əlavə etdiyi DVD video çəkilişindən müəyyən olundu ki, iddiaçının rus dilini bilmə səviyyəsi onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsinin şübhə altına alınmasına əsas verir.
10. Belə olan halda, cavabdeh tərəfindən diplomun tanınmasından və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imti na edilməsinə səbəb olan mənfi ekspert rəyi əsaslı olmuşdur.
11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-537/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5992/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli, 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş, 1997-ci ildə aprelin 11də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6.1-ci maddəsi ilə razılığa gələn Tərəfə verilmiş diskresion səlahiyyət çərçivəsində, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə, ixtisasın tanınmasından imtina oluna bilər.
14. İddiaçının isə diplom üzrə ixtisasının məzmunu ilk öncə onunla şərtləndirilir ki, iddiaçı həmin ixtisası mənimsəməsi üçün ən azından tədris dilini qənaətbəxş səviyyədə bilməlidir. Lakin cavabdeh qurumun işə əlavə olunmuş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının rus dilini bilmə səviyyəsi aldığı ixtisası mənimsəməsi üçün lazımi səviyyədə deyil və bu iddiaçı ilə aparılan müsahibənin işə əlavə olunmuş elektron daşıyıcıya (DVD diskə) yazılmış audio-video yazısından da aydın görünür.
15. İddiaçının aldığı ixtisası mənimsəməsinə imkan verən səviyyədə tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı halda, onun X3 Universitetində aldığı əyani təhsilin məzmununa uyğun hesab edilməsi də istisna edilir. Odur ki, Konvensiyanın qeyd olunan norması onun diplom üzrə ixtisasının tanınmasından imtinaya əsas verir.
16. Belə olan halda, iddiaçının Konvensiyaya və “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş” ə istinad olunan dəlilləri əsassızdır.
17. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsaslanır. Şikayətdə qeyd olunmuşdur ki, iddiaçının dili bilməsi ilə bağlı yoxlama qeyri-obyektiv olmuşdur və iddiaçının aldığı ixtisası mənimsəməsi üçün kifayət etmədiyi nəticəsinə gəlməyə əsas verə bilməz.
19. Belə ki, müsahibə ərəfəsində iddiaçıya ekspert tərəfindən rus dilində müxtəlif mövzularda suallar verilmişdir. O, suallara (doğum tarixi, orta və ali təhsil haqqında, təhsilini nə üçün Rusiyada al mağı, ailə vəziyyəti, hazırda işlədiyi iş barədə və s.) tam olaraq rus dilində, müstəqil şəkildə heç bir çətinlik çəkmədən 10 dəqiqə ərzində cavab vermiş, eləcə də rus dilində anket doldurmuşdur. Bundan sonra, Azərbaycan dilindən rus dilinə tərcümə üçün ona bir mətn verilmiş, psixoloji gərginlik keçirdiyinə, özünü itirdiyinə görə qısa vaxt ərzində sinxron tərcümədə çətinlik çəkmişdir. Rus dilini əsasən danışıq, ünsiyyət, yazı səviyyəsində bilməsinə baxmayaraq, ekspert qeyri-obyektiv olaraq iddiaçıya mənfi rəy vermişdir. Bəllidir ki, orta təhsil aldığı dil Azərbaycan dili olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
27. Təhsil haqqında dövlə t sənədi... Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.5. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınm asından sonra). 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqı nda sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
23. Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli, 455-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Saziş 1-ci maddə. X4 dövlət akkreditasiyası olan tə hsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur (maddənin 1-ci bəndi). Bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur (maddənin 2-ci bəndi). 6-cı maddə. Dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom v ə bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.
24. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübut larla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmas ının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.
9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsas lılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məh kəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya verilmiş bakalavr diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdı rılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla yanaşı, iddiaçı ilə müsahibənin iş üzrə materiallarda olan elektron daşıyıcıya (DVD diskə) yazılmış audio-video yazısını izləmiş, eləcə də dinləmiş məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə xüsusi olaraq qeyd edir ki, iddiaçının tədris dilini bi lmə səviyyəsi onun ixtisas üzrə tədris olunan fənlərin məzmununu mənimsəməsi və ali təhsil anlamında həmin ixtisasa yiyələnməsi üçün yetərli sayıla bilməz. Nəzərə almaq lazımdır ki, dilbilmə səviyyəsi təhsilin məzmunu və tədris olunan fənlərin mənimsənilməsi ilə birbaşa bağlıdır. Bundan başqa, həm də nəzərə almaq lazımdır ki, inzibati orqanın qiymətləndirmə azadlığına əsasən qərar qəbul etdiyi hallarda, məhkəmələr xüsusilə həmin qiymətləndirmənin aparılması qaydalarını, standartlarını, kriteriyalarını və bununla bağlı inzibati praktikanı yoxlamalı və bunun üzərindən qiymətləndirmə azadlığı əsasında qəbul edilmiş qərarlara qiymət verməlidirlər. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan tələblərin cavabdeh tərəfindən pozulduğu iş üzrə materiallardan görünmür.
32. Beləliklə, yuxarıda istinad olunan normaların məqsədi baxımından və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən olunmuş hallarına və qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-537/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.