Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-125/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövl ət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödəniləcək pensiya məbləği fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (18 avqust 2021-ci il) əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2-1(103)-1120/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuş, xx.xx.1972-xx.xx.1973-cü il tarixədək 1 saylı Texniki Peşə Məktəbində təhsil almışdır. xx.xx.1972-ci il tarixdə Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodunda nəqliyyat sexinin 3-cü dərəcəli avtotəmirçi çilingəri işləməyə başlamış, 10 avqust 1973-cü il tarixdə kompleks dok sexinin ikinci dərəcəli gəmi təmiri çilingəri peşəsinə keçirilmiş, 26 oktyabr 1973-cü il tarixədək həmin vəzifədə işləmişdir. 02 noyabr 1973-cü il tarixdən 11 noyabr 1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 11 dekabr 1975-ci il tarixdən 03 oktyabr 1977-ci il tarixədək Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodu kompleks dok sexinin ikinci dərəcəli gəmi təmiri çilingəri, 11 oktyabr 1977-ci il tarixdə Abşeron rayon X9 Lenin rayon APDS ART-ə 3cü dərəcə xətti boruçəkən, 18 may 1978-ci il tarixdə 4-cü dərəcə xətti boruçəkən, 01 iyun 1979-cu il tarixdə 5- ci dərəcə xətti boruçəkən işləmiş, 14 sentyabr 1979-cu il tarixdə həmin vəzifədən azad edilmiş, 26 sentyabr 1979-cu il tarixdə 26 Bakı Komissarı adına X1 quyuların əsaslı təmiri sexinə 3-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul olunmuş, 10 aprel 1981-ci il tarixdə 4-cü dərəcə qazmaçı köməkçisi işləməyə başlamış, 18 avqust 1982-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. 01 noyabr 1984-cü il tarixdə İliç Buxtası adına X8sı idarəsindən köçürülmə qaydasında 3 saylı RİTS-ə mühəndis- texnoloq vəzifəsinə keçirilmişdir. 20 aprel 1987-ci il tarixdə "Azneft" X7 X4 3 saylı RİTS-ə növbə rəisi, 10 sentyabr 1987-ci il tarixdə qazma ustası vəzifəsinə keçirilmiş, 30 iyul 1990-cı il tarixədək həmin vəzifədə işləmiş, 19 iyun 1998-ci il tarixdən, 01 avqust 1998-ci il tarixədək “Qum adası” X11 İdarəsində Buruğa n/ q quyularının istismar və kəşfiyyat qazması üzrə 5ci dərəcəli qazmaçı köməkçisi işləmiş və 15 iyun 1999-cu il tarixdə "Dədə Qorqud” birliyinə stüart vəzifəsinə qəbul olunmuşdur. 25 fevral 2002-ci il tarixdə "Peanok" şirkətinə keçirilmiş, 01 mart 2002-ci il tarixdə “Dədə Qorqud” platformasına köçürülmə yolu ilə stüart işinə qəbul edilmiş, 10 iyul 2008-ci il tarixdə dənizdə yerləşən “Çıraq” platformasına stüart işinə köçürülmüşdür. 03 noyabr 2008-ci il tarixdə “Qərbi Azəri” platformasına stüart işinə keçirilmiş, 18 aprel 2010-cu il tarixdən 22 may 2018-ci il tarixədək BP Şirkətinin “İaşə və Mehmanxana Xidmətlərinin idarə edilməsi” müqaviləsi üzrə Xəzər dənizində yerləşən “Qərbi Azəri” qurğusunda stüart vəzifəsində işləmişdir. 23 may 2018-ci il tarixdən 23 fevral 2021-ci il tarixədək BP Şirkə tinin “Dənizdə İaşə və Otel Xəzər mərkəzində xidmətlərin göstərilməsi” müqaviləsi üzrə Xəzər dənizində yerləşən «Qərbi Azəri» qurğusunda stüart vəzifəsində işləmişdir.
2. Eləcə də, iddiaçı 1973-1982-ci illərdə M.Əzizbəyov adına X10 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda neft və qaz quyularının qazılması ixtisası üzrə təhsil almışdır. 3. “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” NQÇİ-nin SƏ01-01/22 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixə təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsi “Quyuların əsaslı və yeraltı təmir sahəsi”nin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsinin tərkibindədir. 4. “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” NQÇİ-nin SƏ01-01/56 nömrəli, xx.xx.2021- ci il tarixli məktubu ilə müəyyən olunur ki, xx.xx.2021-ci l tarixinə təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsi “Quyuların əsaslı və yeraltı təmiri sahəsi”nin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsinin tərkibindədir. Quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisinin iş funksiyası quyuların əsaslı təmiri üzrə qazmaçı peşəsinin iş funksiyaları ilə eynidir.
5. SOCAR “Kompleks qazma işləri” Trestinin xx.xx.2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə kimi “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Bayıl Limanı” X8 İdarəsində işləmişdir. Bu müddətdə iş stajı 02 il 24 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) qazmaçılar və qazma köməkçiləri, 10.1 b) bilavasitə buruqda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) güzəştli şərtlərə təqaüd almaq imkanına malikdir. Burda “texnoloq” və “qazma üzrə mühəndis” vəzifələrinin əmək funksiyaları eynidir.
6. Neft Kəmərləri İdarəsinin 17 fevral 2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək 3-cü dərəcə ilə xətt boruçəkən, xx.xx.1978ci ildən xx.xx.1979-cu ilədək 4-cü dərəcə ilə xətt boruçəkən, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək 5-ci dərəcə ilə xətt boruçəkən pe şəsində işləmişdir. X5 Kəmərləri İdarəsinin Abşeron rayon Neft Kəmərləri İdarəsində xətt boruçəkən peşəsində çalışmış iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olubolmamasını təsdiqləmək Neft Kəmərləri İdarəsinin səlahiyyətinə aid deyil.
7. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasında dövr ərzində işlədiyi böyük mühəndis-texnoloq, xx.xx.1984-2.02.1987-c i il tarixləri arasındakı dövr ərzində mühəndis-texnoloq, xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində işlədiyi növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) qazma bəndində (10.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 9 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri a rasındakı dövrlər)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 20 oktyabr 2011-ci il tarixdən həmin Qanunun İV fəslində müəyyən edilmiş “Pensiyaların hesablanması” qaydasında güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
9. İddiaçının tələbi hazırki qərarın 1-7-ci bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Cavabdehin etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair məktubda qeyd olunanlar təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 08 sentyabr 2022-ci il tarixli, 2-1(112)-1649/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbindən göründüyü kimi, iddiaçının hazırki tələbinin hüquqi əsasını ona xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. İddiaçının ümumi və xüsusi iş stajı imkan verərsə, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının x x.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil etməsinə baxmayaraq, xüsusi iş stajı 12 il 6 aydan az təşkil edir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müvafiq qurumlara göndərilmiş sorğulara və iş materiallarında olan digər sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işlədiyi dövrlər - xx.xx.1975xx.xx.1977; xx.xx.1979-xx.xx.1982; xx.xx.1982-xx.xx.1984; xx.xx.1984-xx.xx.1987; xx.xx.1987-xx.xx.1990 və xx.xx.1998-xx.xx.1998-ci illərdir. Həmin illər ümumilikdə 12 il 4 ay 07 gün təşkil edir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi, bununla da, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmaması məhkəmə araşdır ması zamanı öz təsdiqini tapmışdır.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apelyasiya məhkəməsində icraat zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşı tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödəniləcək pensiya məbləği fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (18 avqust 2021-ci il) əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli 2-1(103)-1120/2023 nömrəli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 10 iyul 2023-cü il tarixli, 21(103)-1120/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1649/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın ödənilməsinin isə iddiaçının cavabdeh inzibati orqana ilk müraciət etdiyi xx.xx.2020-ci i tarixdən əvvəlki 3 ilə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi b irinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının güzəştli iş stajı ilə bağlı müvafiq araşdırmalar aparılarkən onun işlədiyi peşələrin güzəştli olub-olmamasını aydınlaşdırmaq mümkün olmamışdır. Buna görə də apellyasiya baxışı zamanı bu istiqamətdə müvafiq sorğular verilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Gəmiqayıma Zavodu MMC-dən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda göstərilmişdir ki, sorğu olunan məsələ üzrə “Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodu”nun fəaliyyət istiqaməti ilə Bakı Gəmiqayırma Zavodunun fəaliyyət istiqamətləri arasında fərqlilik mövcuddur və Zavod müstəqil kommersiya hüquqi şəxs olaraq “Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodu”nun hüquqi varisi olaraq çıxış etmir. Fəaliyyət istiqamətinə uyğun olaraq Zavo dda mövcud olan “təmirçi-çilingər” peşəsinin funksiyaları, vəzifə təlimatı və peşənin funksiyalarından irəli gələrək iş yerində tətbiq olunan güzəştlərlə gəmi təmiri üzrə fəaliyyət göstərmiş “Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodu”nun analoji peşə üzrə funksiyalar, vəzifə təlimatı və tətbiq olunan güzəştləri arasında olan fərqlilik səbəbindən müvafiq peşə üzrə çalışanlara işin xarakterindən asılı olaraq Zavodda fərqli yanaşma tətbiq olunur.
17. İşdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı olaraq qəbul olunan 8 il 11 ay 9 gün onun xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1979xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1998xx.xx.1998-ci il tarixləri arasındakı əmək fəaliyyəti olan dövrləri əhatə edir. Lakin iddiaçı o nun xx.xx.1977-xx.xx.1979 və xx.xx.1984-xx.xx.1987-ci il tarixədək olan dövrlərdəki əmək fəaliyyətinin də zərərli iş stajı ilə bağlı olduğunu bildirir. Məhkəmə baxışı zamanı SOCAR “Kompleks qazma işləri” Tresti tərəfindən 04 mart 2022-ci il tarixli məktubla iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək mühəndis-texnoloq işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 1100000B-22247 kodu ilə qeyd edildiyi və bu peşədə onun güzəştli iş stajının 2 il 05 ay 18 gün təşkil etdiyi təsdiq olunmuşdur. İddiaçının xx.xx.1977-xx.xx.1979 illərdə işlədiyi peşənin isə güzəştli iş stajına aid edilməsinin mümkünlüyü yoxlanılarkən apellyasiya baxışı zamanı iddiaçının X5 Kəmərləri İdarəsinin Abşeron rayon Neft Kəmərləri İdarəsində xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixə qədər işlədiyi “xətt boruçəkən” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulan "tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər" peşəsinin funksiyala rı ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil etdiyi təqdirdə, hansı kod altında olan peşəyə uyğun olması, həmçinin həmin peşənin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Neft Kəmərləri İdarəsinə sorğu göndərilmiş, sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş cavab məktubu ilə müəyyən edilmişdir ki, SOCAR Neft Kəmərləri İdarəsinin təsdiq olunmuş Nizamnaməsinə əsasən, İdarənin əsas fəaliyyəti Dövlət Neft Şirkətinə məxsus olan nefti, neft və qazçıxarma müəssisələrindən, müştərək müəssisələrdən və başqa təşkilatlardan müvafiq qaydada qəbul etmək, saxlamaq, həmçinin istifadəsində olan neft kəmərləri vasitəsilə neft emalı zavodlarına və digər təşkilatlara nəql etməkdir. SOCAR Neft Kəmərləri idarəsində qazla k əsən və elektrik qaynaqçısı peşələrindən başqa digər peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı (AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı) ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına aid deyil. Eyni zamanda, idarədə xətti boru kəməri çəkən peşəsi mövcud deyil. Belə kı, iddiaçının X5 Kəmərləri İdarəsinin Abşeron rayon Neft kəmərləri İdarəsində işlədiyi xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək 3-cü dərəcə, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək 4-cü dərəcə və xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək 5-ci dərəcə xətt boru kəməri çəkən peşələrinin xarakteristikaları və funksiyaları barədə məlumatın və həmi n peşələrə dair vəzifə təlimatının saxlanma müddəti başa çatdığına görə silinərək məhv edilmişdir. Bu səbəbdən də qeyd edilən məlumatların təqdim edilməsi mümkün deyil.
18. SSRİ Neft Sənayesi Nazirliyinin 11 iyun 1970-ci il tarixli 286 №-li əmri ilə X5 Kəmərləri İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1993-cü il tarixli 21 saylı əmrinə əsasən, X5 Kəmərləri idarəsi ləğv edilərək, onun bazasında X6 Baş idarəsi yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28.01 1994-cü il tarixli 13 saylı əmrinə əsasən, X6 Baş idarəsi ləğv edilərək onun bazasında X6 İstehsalat Birliyi yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 31,03.2003-cü il tarixli 25 saylı əmrinə əsasən, X6 İstehsalat Birliyi ləğv edilmiş və onun bazasında Neft Kəmərləri İdarəsi yaradılmışdır. Lakin SOCAR Neft Kəmərləri İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən xx.xx.1977-ci tarixdən (Əmr 68/L xx.xx.1977-ci il) X5 Kəmərləri İdarəsinin Abşeron rayon Neft Kəmərləri idarəsinə 3-cü dərəcəli xətti boru kəməri çəkən peşəsinə işə qəbul olunub, xx.xx.1978-ci il tarixdə (Əmr 42/k xx.xx.1978-ci il) 4-cü dərəcəli, xx.xx.1979-cu il tarixdə (Əmr 44/ok xx.xx.1979-cu il) isə 5-ci dərəcəli xətti boru kəməri çəkən peşəsinə keçirilmiş, xx.xx.1979cu il tarixdən (Əmr 47/Lxx.xx.1979- CU il) öz xahişi ilə işdən azad edilmişdir. Xətti boru kəməri çəkən peşəsi 1977-1979-cu illərdə tərkibində hidrogen sulfid olan neftin və kondensatların zavoda nəql edildiyi boru kəmərlərinə xidmət etmişdir. İddiaçının işlədiyi peşənin (xətti boru kəməri çəkən) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum qərarları ilə (21 iyun 1993-cü il tarixli 320 nömrəli, 23 yanvar 2007-ci il tarixli 12 nömrəli) təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında (kod: 2130200a-19238) nəzərdə tutulduğu müəyyən edilmişdir. SOCAR-ın “Neft Kəmərləri” idarəsinin təsdiq olunmuş “Nizamnamə”sinə əsasən, idarənin əsas fəaliyyəti SOCAR-a məxsus olan nefti, neft və qazçıxarma müəssisələrindən, müştərək müəssisələrdən və başqa təşkilatlardan müvafiq qaydada qəbul etmək, saxlamaq, həmçinin istifadəsində olan neft kəmərləri vasitəsilə neft emalı zavodlarına və digər təşkilatlara nəql etməkdir. SOCAR-ın “Neft Kəmərləri" idarəsi X5 Kəmərləri İdarəsinin hüquqi varisidir. Həmç inin, SOCAR tərəfindən iddiaçıya verilmiş “müraciətə baxılmasının nəticəsi haqqında” məktubda göstərilmişdir ki, onun “Neft Kəmərləri” İdarəsi olmuş X5 Kəmərləri İdarəsində 1977-ci il tarixdən 1979-cu il tarixədək işlədiyi peşənin adı (xətti boruçəkən) Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarları ilə (xx.xx.1993-cü il tarixli 320 nömrəli və xx.xx.2007-ci il tarixli 12 nömrəli) təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulmuşdur.
19. Beləliklə, məhkəmə araşdırmaları zamanı iddiaçının həm cavabdeh tərəfindən mübahisələndirilməyən 8 il 11 ay 9 gün (xx.xx.1975-xx.xx.1977 (1 il 9 ay 23 gün); xx.xx.1979-xx.xx.1982 (2 il 10 ay 22 gün); xx.xx.1982-xx.xx.1983 (1 il 2 ay 14 gün) xx.xx.1987-xx.xx.1990 (2 il 11 ay 29 gün); xx.xx.1998-xx.xx.1998 (1 ay 13 gün)), həm də mübahisələndirilən 5 il 3 ay (xx.xx.1977-xx.xx.1979 (1 il 11 ay 3 gün); xx.xx.1983xx.xx.1984 (10 ay 10 gün); xx.xx.1984-xx.xx.1987 (2 il 5 ay 18 gün) dövrləri də nəzərə alınmaqla, güzəştli iş stajının qanunla tələb olunan 12 il 6 aydan artıq təşkil etdiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin həm xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı, həm də xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında olan peşələrə uyğun gəldiyi müəyyən olunur. Həmin mübahisələndirilən dövrlər üzrə güzəştli iş stajını n mövcudluğu işəgötürən müəssisələr tərəfindən də təsdiq olunmuşdur. Belə olan halda, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq ödənilir.
20. Məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin (xx.xx.2017-ci il tarixədək olan redaksiyada) yuxarıda sadalanan dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənilib-ödənilmədiyini yoxlayarkən onu da nəzərə almışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti yalnız məcburi dövlət sosial sığorta haqqı ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilə bilər. Bu, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinin tələblərindən irəli gəlir. Bununla bağlı, apellyasiya baxışı zamanı iddiaç ının xx.xx.2006-cı ildən sonrakı iş stajının xx.xx.1999xx.xx.2010-cu ilədək olan əmək fəaliyyətinin bir hissəsinə düşdüyü və xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək işlədiyi dövrdə işəgötürən müəssisə tərəfindən onun əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müəyyən olunmuşdur. Bu barədə, cavabdehin nümayəndəsi tərəfindən “Sığortaolunanın hesabı” vərəqəsi məhkəməyə təqdim olunmuşdur. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 24 il 5 ay 6 gün, xx.xx.2006-cı ildən sonra isə xx.xx.2010-cu ilədək işlədiyi müəssisə tərəfindən barəsində məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi üçün onun xx.xx.2017-ci il tarixə ümumi iş stajının 25 ildən artıq təşkil etdiyi bir daha təsdiq olunmuşdur. Hazırki işdə iddiaçının 25 ildən artıq ümumi iş stajı, 12 il 6 ayda n artıq xüsusi iş stajının və 57 yaşının xx.xx.2017-ci il tarixədək (xx.xx.2011-də) tamamlandığını nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddiası əsaslıdır və təmin olunmalıdır.
21. Məhkəmə kollegiyası iddiaçının pensiya hüququnun xx.xx.2017-ci il tarixədək, yəni xx.xx.2011-ci il tarixdən yarandığını, inzibati orqana isə həmin tarixdən sonra, yəni ilk dəfə xx.xx.2020-ci ildə müraciət etdiyini, buna görə də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olduğunu, buna müvafiq iddiaçının inzibati orqana ilk dəfə müraciət etdiyi tarixdən ən çoxu üç il üçün, yəni xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə qədər olan müddət üzrə tələbetmə hüququnun olduğunu nəzərə alaraq hesab etmişdir ki, pensiya məbləğinin ödənişi xx.xx.2017-c i il tarixdən aparılmalıdır.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
23. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyə n edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orq anı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşüb): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin A zərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67.1. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 67. 3 “v”. İş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakç ılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şika yət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları pro sessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
33. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, iddiaçının xx.xx.1975-xx.xx.1977, xx.xx.1979- xx.xx.1982, xx.xx.1982xx.xx.1983, xx.xx.1987-xx.xx.1990, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı işlədiyi dövrlər - 8 il 11 ay 9 gün cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajı kimi təsdiq edilməklə i şin mübahisələndirilməyən halıdır. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövr iddiaçının xx.xx.1977-xx.xx.1979 və xx.xx.1984-xx.xx.1987-ci il tarixlərində işlədiyi dövrlərdir.
34. Cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə iddiaçının məhz zərərli işdə işləyib-işləməməsi ilə bağlı apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək mühəndis-texnoloq işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 1100000B-22247 kodu ilə qeyd edildiyi və bu peşədə onun güzəştli iş stajının 2 il 05 ay 18 gün təşkil etdiyi təsdiq olunmuşdur.
35. SSRİ Neft Sənayesi Nazirliyinin 11 iyun 1970-ci il tarixli 286 nömrəli əmri ilə X5 Kəmərləri İdarəsi yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1993cü il tarixli 21 saylı əmrinə əsasən, X5 Kəmərləri idarəsi ləğv edilərək onun bazasında X6 Baş idarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28.01 1994-cü il tarixli 13 saylı əmri ilə X6 Baş idarəsi ləğv edilərək, onun bazasında X6 İstehsalat Birliyi yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 31,03.2003-cü il tarixli 25 saylı əmri ilə X6 İstehsalat Birliyi ləğv edilmiş və onun bazasında Neft Kəmərləri İdarəsi yaradılmışdır. Lakin SOCAR Neft Kəmərləri İdarəsinin arayışından göründüyü kimi, iddiaçı xx.xx.1977-ci tarixdən X5 Kəmərləri İdarəsinin Abşeron rayon Neft Kəmərləri idarəsinə 3cü dərəcəli xətti boru çəkən peşəsinə işə qəbul olunub, xx.xx.1978-ci il tarixdə 4-cü dərəcəli, xx.xx.1979-cu il tarixdə isə 5-ci dərəcəli xətti boru çəkən peşəsinə keçirilmiş, xx.xx.1979-cu il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Xətti boru kəməri çəkən peşəsi 1977-1979-cu illərdə tərkibində hidrogen sulfid olan neftin və kondensatların zavoda nəql edildiyi boru kəmərlərinə xidmət etmişdir.
36. Göründüyü kimi, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum qərarları ilə (21 iyun 1993-cü il tarixli 320 nömrəli, 23 yanvar 2007-ci il tarixli 12 nömrəli) təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında (kod: 2130200a19238) nəzərdə tutulmuşdur. Belə ki, SOCAR-ın “Neft Kəmərləri” idarəsinin təsdiq olunmuş Nizamnaməsinə əsasən, idarənin əsas fəaliyyəti SOCAR-a məxsus olan nefti, neft və qazçıxarma müəssisələrindən, müştərək müəssisələrdən və başqa təşkilatlardan müvafiq qaydada qəbul etmək, saxlamaq, həmçinin istifadəsində olan neft kəmərləri vasitəsilə neft emalı zavodlarına və digər təşkilatlara nəql etməkdir. SOCAR-ın “Neft Kəmərləri" idarəsi X5 Kəmərləri İdarəsinin hüquqi varisidir. Həmçinin, SOCAR tərəfindən iddiaçıya verilmiş məktubda qeyd olunmuşdur ki, “Neft Kəmərləri” İdarəsi olmuş X5 Kəmərləri İdarəsində 1977-ci il tarixdən 1979-cu il tarixədək işlədiyi peşənin adı (xətti boruçəkən) Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarları ilə (xx.xx.1993cü il tarixli 320 nömrəli və xx.xx.2007-ci il tarixli 12 nömrəli) təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulmuşdur.
37. Beləliklə, mübahisələndirilən dövrlər üzrə iddiaçının güzəştli iş stajının mövcudluğu işəgötürən müəssisələr tərəfindən təsdiq olunduğundan, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası əsassız olmuşdur.
38. İddiaçının ümumi iş stajına münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, onun xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti yalnız məcburi dövlət sosial sığorta haqqı ödəni lməsi şərti ilə sosial sığorta stajına daxil edilə bilər. Bununla bağlı, apellyasiya instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək işlədiyi dövrdə işəgötürən müəssisə tərəfindən onun əmək haqqından məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Bu hal, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sığortaolunanın hesabı vərəqəsi ilə öz təsdiqini tapmışdır.
39. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 24 il 5 ay 6 gün, xx.xx.2006-cı ildən sonra xx.xx.2010-cu ilədək işlədiyi müəssisə tərəfindən barəsində məcburi dövlət sosial sığorta haqları ödənildiyi üçün onun xx.xx.2017-ci il tarixə ümumi iş stajının 25 ildən artıq təşkil etdiyi iş materialları ilə öz təsdiqini tapmışdı r. İddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı olduğundan və 57 yaşı xx.xx.2017-ci il tarixədək (xx.xx.2011-də) tamam olduğundan iddiaçı tələbində haqlıdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 25-28-ci bəndlərində istinad olunan qanunvericiliyin tələbləri baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
41. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 21(103)-1120/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.