Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-125/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral qərarın ləğv edilməsi; vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən sübutların mövcud olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin B akı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2-1(103)-1105/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2019-cu ilin mart ayı üzrə ƏDV cəlb olunan əməliyyatların dəyərini 201.249,41 manat göstərmiş, daha sonra dəqiqləşmiş bəyannamə təqdim edərək dövriyyəsini 56.343,50 manat göstərmişdir. 2. 18.03.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmiş və bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin mart ayı üçün təqdim edilm iş ƏDV bəyannaməsində 201.249.41 manat dövriyyə məbləği qeyd olunmasına baxmayaraq, xx.xx.2021-ci il tarixində müvafiq ay üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə dövriyyə məbləği 56.343.5 manat qeyd edilmiş, bu isə kənarlaşmaya səbəb olmuşdur.
3. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı barəsində kameral vergi yoxlaması keçirmiş və 30 mart 2022-ci il tarixdə iddiaçıya münasibətdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********035300 nömrəli qərar qəbul etmiş, əlavə 26.083.09 manat ƏDV hesablamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 30 mart 202 2-ci il tarixli **********035300 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsində işin hallarına istinad etmiş və qeyd etmişdir ki, İddiaçı MMC 06 may 2014-cü il tarixdə qərar qanunsuz və əsassız olmaqla vergi qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edilmişdir.
6. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, 23 avqust 2020-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək 2019-cu ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 26083,06 manat məbləğində azalma aparılmışdır. Vergi ödəyicisinin özü tərəfindən təqdim edilən bəyannamənin daha sonra dəqiqləşdirilərək əvvəlki bəyannamədə bəyan edilən verginin azaldılması barədə vergi orqanına məlumat və təsdiqedici sənədlərin təqdim edilmədiyindən əlavə ver gilər hesablanmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilmiş, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə 30 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından da müəyyən edilir ki, iddiaçı tərəfindən qeyd edilən dövr üzrə ümumiyyətlə satış olmamış, aprel ayında satış olduğundan bəyannamədə də göstərilmişdir. Ümumilikdə idxal olunan mallar məhkəməyə təqdim edilmiş 2019-cu il üzrə bəyannamədə də öz əksini tapmışdır. Belə ki, təqdim edilən sənədlərdən də aydın olur ki, yanvar 2019 -cu il tarixdə idxal olunan YGB mart 2019-cu il tarixdə satılmış və dəqiqləşdirilmiş bəyannamə ilə bəyan edilmişdir. Fevral və mart 2019-cu il tarixdə idxal olunan YGB-lər aprel 2019-cu il tarixdə satılmış və dəqiqləşdirilmiş bəyannamə ilə təqdim edilmişdir. Əlavə olaraq qeyd edilir ki, mart 2019-cu il tarixdə cari bəyannamədə azalan satış aprel 2019-cu il tarixdə dəqiqləşmiş bəyannamədə düzəliş olaraq təqdim edilmişdir. Hər iki ayın cari bəyannaməsindən bəllidir ki, mart ayına qədər idxal olunan malların satış dəyəri iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş cari bəyannamələrdə göstərilmişdir. Buna dair məhkəməyə təqdim edilmiş bəyannamələr çeklər, təhvil təslim aktları və kassa mədaxil orderlərindən göründüyü kimi cavabdeh həmin sənəd və sübutları nəzərə almadan iddiaçı barəsində qanunsuz və əlverişsiz inzibati akt qəbul edərək əlavə vergi məbləği hesablanmışdır ki, qeyd olunan hallar nəzərə alınmaqla iddia təmin edilməli, qərar ləğv edilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2-1(103)-1105/2024 nömrəli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-139/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi m övqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apelyantın əsas dəlili vergi ödəyicisinin təqdim etdiyi kassa çekindən təhvil-təslim aktında qeyd edilən malların təqdim edilməsinin müəyyən edilməməsi ilə bağlıdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cü il tarixli 45 nömrəli təhvil- təslim aktı satıcı İddiaçı MMC-nin direktoru X1 və fiziki şəxs alıcı Sabir Murtuzayev tərəfindən imzalanmış və tərəflər aktda qeyd edilən malların tam təhvil verilib təhvil alınmasını təsdiq etmişlər. Malların yekun dəyəri isə 108.846,94 manat təşkil etmişdir. xx.xx.2019-cü il tarixli 321112 nömrəli kassa mədaxil orderindən müəyyən olunur ki, qarışıq malların satışına görə 108.846,94 manat məbləğində vəsait kassaya mədaxil olmuşdur. Eyni zamanda xx.xx.2019-cü il tarixli 05 nömrəli təhvil- təslim aktı satıcı İddiaçı MMC-nin direktoru X1 və fiziki şəxs alıcı Səməd Əliyev tərəfindən imzalanmış və tərəflər aktda qeyd edilən malların tam təhvil verilib təhvil alınmasını təsdiq etmişlər. Malların yekun dəyəri isə 111.612,04 manat təşkil etmişdir. xx.xx.2019-cü il tarixli 321113 nömrəli kassa mədaxil orderindən müəyyən olunur ki, qarışıq malların satışına görə 111.612,04 manat məbləğində vəsait kassaya mədaxil olmuşdur. İş materiallarında olan xx.xx.2019-cü il tarixli kassa çekindən görünür ki, ümumilikdə 220458,98 manat məbləğində vəsaitin ödənişi aparılmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin əsad dəlili ondan ibarətdir ki, 2019-cu ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 201 249.41 manat dövriyyə məbləği qeyd olunmasına baxmayaraq xx.xx.2021-ci il tarixdə müvafiq ay üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə dövriyyə məbləği 56 343.5 manat qeyd edilmişdir. Lakin vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilsə də, onun tərəfindən bu azalma əsaslandırılmamış və azaldılmış dövriyyəyə uyğun qalıqda qalmış mallar barədə ətraflı məlumatlar verilməmişdir. Belə ki, təhvil-təslim aktı, kassa çeki və mədaxil orderi vergi orqanına uyğunsuzluq məktubuna cavab olaraq deyil, məhkəməyə təqdim edilmiş, lakin qeyd olunan sənədlərdə 2019-cu ilin mart ayı üçün bəyan edilmiş 201 249.41 manat dövriyyənin aza lmasına əsas olan hallar müəyyən edilməmişdir. Həmçinin 2019-cu ilin aprel ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə müəyyən olunmuş dövriyyənin 2019-cu ilin mart ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş bəyannaməsi üzrə azaldılmış məbləğə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, 2019cu ilin mart ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannaməyə əsasən dövriyyə məbləği 144.905,91 manat azaldılmış, lakin 2019-cu ilin aprel ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə dövriyyə məbləği 14.419,77 manat artırılmışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyasl məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Proses sual Məcəllə Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalı dır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb ed ilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasi bətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə qərarın ləğv edilməsi ilə bağlı məsələ a pellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
21. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur k i, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamədə iddiaçı ƏDV cəlb olunan əməliyyatların dəyərini 201.249,41 manat, daha sonra dəqiqləşmiş bəyannamə təqdim edərək dövriyyəsini 56.343,50 manat göstərmişdir. İddiaçı aprel ayında bəyan edilməli olan dövriyyənin bir qisminin mart ayında bəyan edilməsi halından çıxış etmiş, əlavə olaraq mart ayındakı ƏDV dövriyyəsini azaltdıqdan sonra aprel ayı üzrə bəyan edilmiş dövriyyəyə də düzəliş etdiyini bildirmişdir.
23. Cavabdeh iddiaçı tərəfindən aparılmış dövriyyə azalmasını təsdiq edən sənədlərin olmaması əsası ilə əvvəl bəyan olunmuş bəyannamədəki dövriyyəni əsas götürməklə iddiaçıya ƏDV üzrə əlavə vergi öhdəliyi yaratmışdır.
24. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 166, 174 və 178-ci maddələrinə əsasən vergi ödəyicisi hər ay hesaba t dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləğini bəyan etməlidir. Həmçinin Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını tələb etmək hüququna malikdir.
25. Göründüyü kimi, vergi ödəyicisinin vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləğinin müəyyən edilməsində bu və ya digər səbəbdən səhv etdiyi halda dəqiqləşmiş bəyannamə verməklə yenidən vergiləri hesablamaq hüququ var.
26. Cavabdeh iddiaçının dövriyyəsinin azalmasını təsdiq edən sənədləri təqdim etməməsi halından çıxış etsə də, iddiaçının mart ayı ərzində 201.249,41 manat ƏDV-yə cəlb e dilməli olan əməliyyat keçirdiyini təsdiq edən sübutu təqdim etməmiş, işin məhkəmə araşdırmasında da belə bir hal aşkar edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən (kassa mədaxil orderi, kassa çekləri) iddiaçının əməliyyatlarının aprel ayında aparıldığı təsdiqlənir.
27. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, “2019-cu ilin aprel ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə müəyyən olunmuş dövriyyənin 2019-cu ilin mart ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş bəyannaməsi üzrə azaldılmış məbləğə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, 2019-cu ilin mart ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannaməyə əsasən dövriyyə məbləği 144.905,91 manat azaldılmış, lakin 2019-cu ilin aprel ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə dövriyyə məbləği 14.4 19,77 manat artırılmışdır”.
28. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, iddiaçı vergi orqanının iddia etdiyi kimi hətta aprel ayındakı dövriyyəsini düzgün bəyan etməmiş olsa da, bu, vergi orqanının iddiaçıya mart ayı üzrə əlavə ƏDV üzrə vergi öhdəliyi hesablamasına əsas vermir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, ƏDV-nin hesabat dövrü aylıqdır və vergi orqanı aprel ayı üzrə bəyan edilmiş dövriyyə məbləği ilə razılaşmadığı halda həmin ay üzrə kameral yoxlama və ya digər vergi nəzarəti tədbirləri həyata keçirdə bilərdi.
29. Hazırkı işin predmetini vergi orqanının 2019-cu ilin mart ayı üçün iddiaçıya hesabladığı ƏDV-nin qanuniliyi təşkil edir və vergi orqanı mart ayı üzrə iddiaçının 201.249,41 manat dəyərində ƏDV dövriyyəsinin olması halını sübut edə bilməmişdir.
30. Beləliklə, iddiaçı tərəfindən müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim olunması onun vergi qanunvericiliyi ilə müəyyən edilmiş hüququndan vaxtında istifadə kimi qiymətləndirilməli və bu zaman nəzərə alınmalıdır ki, vergi qanunvericiliyinin hər hansı tələbi pozulmamışdır. O ki qaldı cavabdeh tərəfindən vergi ödəyicisinin dövriyyə azalması ilə bağlı hərəkətlərini qəbul etməməsinə, qeyd edilməlidir ki, vergi orqanı mübahisələndirilən qərarın yuxarıda qeyd edilən səbəblərdən qəbul edilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğnu sübut edə bilməmişdir.
31. Beləliklə, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRAR A ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 21(103)-1105/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.