Məhkəmə qərarları › İş №2-1(102)-1250/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1250/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1250/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində müllkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publ ik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(105)-839/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə Abşeron rayonu Görədil bələdiyyəsinə müraciət edərək, uzun illərdir istifadə etdiyi 0,08 ha torpaq sahəsinin ona satılmasını xahiş etmiş, bu məqsədlə Görədil bələdiyyəsinin hesabına 200.000 (iki yüz min) manat (AZM) məbləğində pul ödəmi şdir.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 30 noyabr 2007-ci il tarixli, 1487 nömrəli rəyinə əsasən, Görədil bələdiyyəsinə məxsus alqı-satqı predmeti olan 0,08 ha torpaq sahəsinin iddiaçıya satılmasına etiraz edilməmişdir.

3. Abşeron rayonu, Görədil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarına əsasən, Görədil kəndində uzun illərdir istifadə etdiyi 0,08 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. 4. 30 noyabr 2007-ci il tarixdə ayrılan 0,08 ha torpaq sahəsi Görədil bələdiyyəsinin yerquruluşu planından çıxarışında (1:10000 miqyası) göstərilmişdir.

5. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, Abşeron rayonu, Görə dil kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

6. Cavabdehin 28 may 2021-ci il tarixli, **********25 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, Görədil bələdiyyəsi tərəfindən iddiaçıya 0,08 ha torpaq sahəsinin 30 noyabr 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə olunmadığı aşkar edilmişdir. Göründüyü kimi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Əlavə olaraq, baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin yüksək gərginlikli (6 kVt) elektrik xəttinin mühafiz ə zolağında yerləşdiyi aşkar edilmişdir. Həmçinin, müraciət üzrə əlavə edilmiş sənədlərdə torpaq sahəsinin 1 (bir) konturda yerləşdiyi göstərilməsinə baxmayaraq, faktiki vəziyyətdə torpaq sahəsinin 2 (iki) konturda, bir hissəsinə dair isə X4 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********0540 nömrəli (A№195417) torpaq sahəsinin planı və ölçüsü tərtib edildiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələbləri baxımından ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Görədil bələdiy yəsinin qərarı ilə ona ayrılmış 0,08 ha torpaq sahəsinin 138 kv.m. hissəsindən imtina etdiyini bildirmiş və Abşeron rayonu Goradil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Goradil kəndindən ona ayrılmış 0,0662 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia tələbi bu qərarın 1-5-ci bəndlərində qeyd edilən hallara istinad edilməklə əsaslandırılmışdır.

9. Cavabdehin iddiaya qarşı yazılı etirazı iddiadan imtina ilə eynilik təşkil edir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 19 oktyabr 2022-ci il tarixli 2-1(11 8)-131/2022 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 01 may 2024-cü il tarixli 2-1(118)-20/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Göradil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,0662 ha ölçüdə olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Alqı-satqı aktının, rayon icra hakimiyyəti orqanının memarlıq rəyinin ərizəyə əlavə edilməməsi iddiaçının müraciətinin təmin olunmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Həmin sənədlərin düzgün və qanunauyğun şəkildə tərtib edilməsi iddiaçının deyil, bələdiyyənin və müvafiq dövlət orqanlarının vəzifələrinə aid olmuşdur. Cavabdehin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin altında yerləşməsinə dair dəlilini də əsassız hesab edən məhkəmə qeyd edir ki, bu hal torpaq sahəsinə hüququn qeydiyyata alınması üçün maneə təşkil edə bilməz. Torpaq sahəsinin bir hissəsinin (138 kv.m.) başqa şəxsə verilmiş torpaq sahəsinin ölçü və sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədən imtina etdiyini və torpaq sahəsinin ölçüsü azaldılmaqla mülkiyyət hüququnun qeydə alınması nı xahiş etmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, başqa şəxslərlə üst-üstə düşən hissə torpaq sahələrinin kənarlarında yerləşir, bu baxımdan həmin hissə çıxılmaqla, mülkiyyət hüququnun qeydə alınması mümkündür. Həmçinin, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı qüvvədədir. Üçüncü şəxs X1 həmin bələdiyyə qərarının ləğv edilməsinə dair iddiası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3549/2023 nömrəli qərardadı ilə iddia müddətinin ötürülməsi ilə əlaqədar mümkün sayılmamışdır və qərardaddan verilən apellyasiya şikayəti təmin edilməmişdir.

13. Cavabdeh və üçüncü şəxs X3 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Apellyasiya məhkəməsində icraat zamanı X4 adına tərtib edilmiş A seriyalı, 195417 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 600,9 kv.m. torpaq sahəsinin və Abşeron rayon Görədil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,08 hektar torpaq sahəsinin hüdudlarının əks olunduğu müqayisəli orto-foto xəritədən çıxarışın və sözügedən torpaq sahəsinin sənəd üzrə və naturada başqa fiziki və ya hüquqi şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumat və sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqana sorğular verilmiş, məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, Abşeron rayon Görədil bələdiyyəsinin Yerquruluşu planından çıxarı şda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin 0,0254 hektar hissəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar ilə üst-üstə düşür, həmçinin elektron məlumat bazasına əsasən Abşeron rayon Görədil bələdiyyəsinin Yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Sorğuya cavab olaraq orto-foto görüntüsü məhkəməyə təqdim edilmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, T.B.Axundov və V.M.Hacıyev) 27 noyabr 2024cü il tarixli, 2-1(105)-839/2024 nömrəli qərarı ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(118)-20/2024 nömrəli qərarı qismən – Abşeron rayonu, Görədil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Görədil kəndindən iddiaçıya satılmış 0,0662 ha torpaq sahəsinin 0,0254 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan məhkəmənin 0,0662 ha torpaq sahəsinin 0,0254 ha hissəsinə münasibətdə iddianın təmin edilməsi ilə bağlı gəldi yi nəticə yanlış olmuşdur. Belə ki, işdən görünür ki, Abşeron rayonu, Görədil bələdiyyəsinin 17 sentyabr 2007-ci il tarixli, 14 nömrəli qərarına əsasən X5 600.9 kv.m. torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair onun adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən A seriyalı, 195417 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İşə baxan məhkəmə tərəfindən cavabdeh orqana sorğu göndərilərək, bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsinin naturada mövcud olub-olmaması, eləcə də bu torpaq sahəsinin koordinatlarının başqa şəxslərə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı suallarla əlaqədar mütəxəssis rəyinin verilməsi tələb edilmiş, məhkəmənin sorğusuna cavab olaraq c avabdeh tərəfindən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi verilmişdir. Həmin rəydən görünür ki, iddiaçının faktiki istifadəsində olan 0,0824 ha torpaq sahəsinin 0,0655 ha hissəsi Abşeron rayonu Görədil bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Faktiki istifadədə olan 0,0824 ha torpaq sahəsinin 0,0138 ha hissəsi başqa şəxslərin mülkiyyətlərində olan torpaq sahələrinin sərhədləri daxilində yerləşir. Mütəxəssis rəyinə əlavə edilən orto-foto xəritədən çıxarışda da faktiki istifadədə olan torpaq sahəsinin 0,0138 ha hissəsinin koordinatlarının başqa şəxslərin mülkiyyətlərində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyü göstərilmişdir. Mütəxəssis rəyində imtina məktubu və iddia ərizəsinə etirazında qeyd edildiyi kimi, torpaq sahəsinin bir hissəsinin koordinatlarının T.Hümbətovun adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə deyil, başqa şəxslərin mülkiyyətlərində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyü göstərildiyindən, iddiaçı bu hissədə (0,0138 ha) tələbinin həcmini azaltmış, 0,0662 ha (0,08 ha - 0,0138 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də iddiaçının bu məzmunda tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən mütəxəssis rəyində torpaq sahəsinin üst-üstə düşdüyü göstərilən torpaq sahələrinin mülkiyyət sənədlərindən də görünür ki, həmin şəxslər arasında T.Hümbətov olmamış, torpaq sahələri üzərində mülkiyyət hüquqları reyestrdə qeydə alınmış başqa şəxslər olmuşdur. Daha sonra isə cavabdeh apellyasiya şikayətində özünün verdiyi mütəxəssis rəyində qeyd edilənlərdən fərqli olaraq, 0,0662 ha torpaq sahəsinin bir hissəsinin hazırda T.Hümbətovun adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası tərəfindən şikayətin həmin dəlilinin araşdırılması məqsədilə təkrarən mütəxəssis rəyi alınmışdır. Təkrar alınmış mütəxəssis rəyindən və rəyə əlavə edilən ərazinin orto-foto xəritəsindən çıxarışdan görünür ki, həqiqətən də iddiaçıya ayrılmış Görədil bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,0662 ha torpaq sahəsinin 0,02 54 ha hissəsinin koordinatları ilə T.Hümbətovun adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 600,9 kv.m. torpaq sahəsinin koordinatları üst-üstə düşür, elektron məlumat bazasına əsasən Görədil bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,0662 ha torpaq sahəsinin koordinatları başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Görədil bələdiyyəsi tərəfindən iddiaçıya 30 noyabr 2007-ci il tarixdə ayrılmış 0,08 ha torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşən 0,0138 ha hissəsindən əlavə, 0,0254 ha hissəsi də həmin bələdiyyə tərəfindən bundan daha əvvəl - 17 sentyabr 2007-ci il tarixdə üçüncü şəxsin mərhum əri T.Hümbətova a yrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin işdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin konfiqurasiyası və yeri dəyişdirilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bələdiyyənin ilkin yerquruluşu planından çıxarışdan müəyyən edilir ki, bələdiyyə tərəfindən iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsi 15x55 metr ölçülərində düzbucaqlı formasında bir kontur üzrə yerləşir. Daha sonra isə iddiaçı tərəfindən həmin torpaq sahəsinin konfiqurasiyası və sərhədləri dəyişdirilmiş və nəticə etibarilə, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0,0254 ha hissəsinin koordinatları T.Hümbətovun adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmüşdür. Beləliklə, işin yux arıda qeyd edilən hallarından göründüyü kimi, iddia olunan 0,0662 ha torpaq sahəsinin 0,0254 ha hissəsinə dair T.Hümbətovun adına hazırda qüvvədə olan hüquqmüəyyənedici sənəd (bələdiyyə qərarı) mövcuddur və həmin sahəyə dair sonuncunun adına vaxtilə buna səlahiyyətli orqan - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmişdir. Kollegiya qeyd edir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin 0,0254 ha hissəsinə T.Hümbətovun bələdiyyə qərarı əsasında qanunla gözlənilən mülkiyyət hüququ olmuşdur. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması isə T.Hümbətovun qanuni əsaslarla istifadəsində və sahibliyi ndə olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. Beləliklə, işin qeyd olunan hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə təmin edilməsi ilə bağlı nəticəsi yanlış olmuşdur. Odur ki, qərar həmin hissədə ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Qalan hissədə, yəni 0,0662 ha torpaq sahəsinin 0,0408 ha (0,0662 ha – 0,0254 ha) hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddianın təmin edilməsi hissəsində isə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, kollegiya cavabdehin digər torpaq sahəsinə dair alqı-satqı aktının ərizəyə əlavə edilmədiyi, eləcə də torpaq sahəsinin yü ksək gərginlikli (6 kVt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyinə dair dəlillərini əsassız sayan birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pulun ödənilməsi iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısının baş tutmasını və tamamlanmasını təsdiq etdiyindən qeyd edilən prosesin yekununda rəsmiləşdirilməsi məqsədi daşıyan alqı-satqı aktının tərtib edilməməsi 0,0662 ha torpaq sahəsinin yuxarıda qeyd edilən 0,0254 ha hissəsi istisna olmaqla, qalan hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kVt) mühafizə zolağında yerləşməsi ilə bağlı cavabdehin sonuncu dəl ilinə münasibətdə kollegiya qeyd edir ki, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın yuxarıda sadalanan normalarının tələblərinə görə, torpaq sahəsi elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda, həmin sahədən istifadə ilə bağlı məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahə üzərində hüququn qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilməmişdir. İddiaçının sözügedən 0,0662 ha torpaq sahəsi (0,0254 ha hissəsi istisna olmaqla) üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Abşeron rayonu, Görədil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Görədil bələdiyyəsinin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxım dan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının torpaq sahəsinin 0,0254 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddianın təmin edilməməsi hissəsində səhvə yol vermişdir. Belə ki, torpaq sahəsinin 0,0254 ha hissəsini mübahisələndirən mərhum T.N.Hümbətovun arvadı X3 2023-cü ildə cavabdeh Abşeron rayonu Görədil bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı (hazırkı iddiaç ıya) torpaq sahəsinin satılması haqqında cavabdehin xx.xx.2007-ci il tarixli, 17 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Lakin həmin iddia hər üç məhkəmə instansiyasında mümkün sayılmamışdır. Belə olan halda, iddiaçının tələbi hissəvi deyil, tam təmin edilməli idi.

19. İddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi, səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında yerquruluşu planı tərtib edilməklə, mərz nişanları qoyulmaqla ona təhvil verildiyinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin torpaq sahəsinin mübahisəli hissəsinə aid bələdiyyənin rəyini belə almamış, onun mövqeyini öyrənməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən 18 il ərzində iddiaçı tərəfindən ona mənsub olan, torpaq sahəsinin mübahisəl i 0,0254 ha hissəsi üzərində 2010-cu il tarixdən öz vəsaiti hesabına inşa etdirdiyi yaşayış evindən istifadə etdiyini, ona sahiblik etdiyini və həmin hüquqların ona qanuni əsaslarla verildiyini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə, Goradil bələdiyyəsini 3-cü şəxs qismində məhkəmə icraatına cəlb etməmiş və ondan izahat almamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qey diyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etiba rsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olu nduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin t əmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı qi smən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanun vericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reye strində qeydiyyata alınması, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti veril ə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(105)-839/2024 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar