Məhkəmə qərarları › İş №2-1(102)-1251/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1251/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1251/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra cavabdeh) qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-95/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.xxx-ci ildə ünvan kəndində doğulmuşdur və hazırda həmin kənddə qeydiyyatda olan məcburi köçkündür.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 7 noyabr 2017-ci il tarixli arayışına əsasən xxx-cü il təvəllüdlü iddiaçı həqiqətən 31.05.1983-cü ildən 04.05.1985-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, 02.10.1986-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Ça ğırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 04.10.2018-ci il tarixli arayışına əsasən iddiaçının adı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində 01.02.1988-ci il tarixdən 09.10.1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında 36-cı sayda göstərilmişdir.

4. İddiaçı 2018-ci ildə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdehin 02.05.2018-cı il tarixli və Xidməti n Fizuli rayon Şöbəsinin 24.05.2018-ci il tarixli məktublarında Xidmətin aparatına təqdim edilən sənədlərdə iddiaçının özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak edilməsinə dair arxiv sənədləri olmadığı üçün müharibə veteranı adı və vəsiqəsi verilməsinin mümkün olmadığı qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 29 may 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 fevral 1988-ci ildən 09.10.1991-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayo nu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Bununla əlaqədar müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün rəsmi olaraq ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir.

7. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Füzuli rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə dolğun məlumatlar olmadığından ona müharibə veteranı adının verilməsindən imtina edilməsi qanuni olmuşdur. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-2943/2018 saylı iş) 26 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya “müharibə veteran adı nın və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçıya veteran adının verilməsini istisna edən halların (hərbi cinayətlərə görə məhkum edilməsi) olması barədə məlumat cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi, X7 və X8, 2-1(103)-532/2019 saylı iş) 21 fevral 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilm işdir.

12. İddiaçı qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər Zakir Quliyev-məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynov, 2-1(102)-1672/2019 saylı iş) 1 may 2019-cu il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

14. Kasasiya İnstansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin məzmununun ya rımçıq şəkildə göstərir, yəni, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Apelyasiya instansiyası məhkəməsinin İnzibati Prosessual Məcəllənin 14.3cü maddəsinin yalnız yuxarıda yazılmış hissəsinə əsaslanması prosessual pozuntu kimi qiymətləndirilməlidir. Belə ki, işdə apelyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi 2 mötəbər sübut (Füzuli rayon İcra Hakimiyyətinin 4 oktyabr 2018-ci il tarixli məktubu və Füzuli rayonu Qacar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışı) var ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçıların a qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində 01 fevral 1988ci il tarixdən 09 oktyabr 1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunur. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin digər hissəsinin, yəni, “Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür” tətbiq edilməsinin zərurətinin ortaya çıxması barizdir. Apelyasiya instansiyası məhkəməsi bunları etməyərək ancaq cavabdehin iddiaçının iddiasında irəli sürdüyü məsələ ilə bağlı cavabdehin arxiv sənədlərində məlumat ın olmaması dəlili ilə kifayətlənmişdir. Halbuki işin təkzibolunmaz faktı ondan ibarətdir ki, iddiaçı cavabdehin rəsmi çağırışına əsasən deyil, könüllü özünümüdafiə dəstələrinə qoyulmuş və məhz onların tərkibində döyüşlərdə iştirak etmişdir. Bundan başqa, iddiaçının qardaşı X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 11 aprel 1992-ci il tarixdə şəhid olmuşdur. Apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 14.3, 58.7-ci maddələrini pozmuş və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X5-məruzəçi, X6 və X10, 2-1(103)-1679/2019 saylı iş) 30 avqust 2019-cu il tar ixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları və birinci instansiya məhkəməsinin araşdırması zamanı toplanmış sənədlərlə İddiaçı döyüş əməliyyatlarında iştirakını təsdiq edən arxiv sənədləri olmadığından, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdeh orqanın imtinası qanuni və əsaslı olduğundan iddiaçının hər-hansı hüququnun pozulmasına səbəb olmamışdır.

17. İddiaçı qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. d) kasasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X1-məruzəçi, X11 və X12, 2-1(102)-122/2020 saylı iş) 18 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

19. Kasasiya İnstansiyası məhkəməsi qeyd etmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dən görünür ki, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsasdır. Yəni, şəxsin yerli özünümüdafiə dəstələrinin tərkibində d öyüşlərdə iştirak etməsi barədə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri adlı siyahılarin arxiv əmrləri ilə birgə təqdim edilməsi, eləcə də həmin şəxsin hərbi biletində onun səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılması barədə qeydin olması vacib şərt kimi nəzərdə tutulmamışdır. Həm də nəzərə almaq lazımdır ki, iddiaçı könüllü özünümüdafiə dəstəsinin tərkibində döyüşdüyünü iddia edir. Belə olan halda, ona müharibə veteranı adı verilməsi üçün əsas sübut şəxsin yerli özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etməsi barədə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri adlı siyahıdır. Həmin adlı siyahıların isə arxiv arayışları və ya hərbi biletdə olan qeydlərlə birgə təqdim edilməli olması barədə imperativ norma yoxdur. Ona görə də belə qənaətə gəlmək olar ki, adlı siyahılarla birgə, şəxsin özünümüdafiə dəstəsində, Əsasnamədə qeyd edilən zaman çərçivəsində və qeyd olunan ərazilərdə döyüşməsini təsdiq edən digər sübutlar da təqdim edilə bilər. Apelyasiya instansiya məhkəməsi mübahisələndirilən məsələnin həlli məqsədilə əlavə sübutlar tələb etməli və həmin sübutlara əsasən tələbə qiymət verməlidir. e) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

20. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X26məruzəçi, X15 və X13, 2-1(103)-95/2021 saylı iş) 11 mart 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

21. Apelyasiya instansiyası məhkəməs inin mövqeyinə görə müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Belə olduğu təqdirdə iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. İddia tələbinin əsaslı olması ilə bağlı əlavə sübutların təqdim olunması üçün məhkəmə iclasları bir neçə dəfə təxirə salınaraq iddiaçıya imkan yaradılsa da, iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

22. İddiaçı 19 aprel 2021-ci il tarixdə qərarı almış, 18 may 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

23. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası ilk öncə AR İPM-nin 96.11-ci madd əsinə (mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası üçün məcburidir) istinad etsə də, 2-l(103)-95/2021 saylı 11 mart 2021-ci ci il tarixli qərarını qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2-l(102)-122/2020 saylı qərarında göstərilənləri ümumiyyətlə nəzərə almamışdır. 24. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır.

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı olduğu halda bunu etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kasasiya şikayətinə qa rşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

28. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).. Tətbiq edilən hüquq 29. “Veteranlar haqqında” Qanun: Maddə

3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü əməliyyatların da iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. uğrunda döyüş

30. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tap şırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələr inin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Müha fizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

31. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

32. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. On a görə də şikayət qəbul oluna bilən hesab edilir.

33. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İddiaçının iddiasının əsaslarına görə 01.02.1988-ci il tarixdən 09.10.1991-ci il tarixədək Füzuli rayonu ərazisində erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğru nda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etmiş, bu barədə rayon icra hakimiyyətinin təsdiq etdiyi siyahı və kənd icra nümayəndəsinin arayışı mövcud olduğundan ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.

36. Cavabdehin dəlillərinə görə iddiaçının 01.02.1988-ci il tarixdən 09.10.1991-ci il tarixədək erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməsi Füzuli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi siyahı və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayışı olmuş, iddiaçının döyüşlərdə iştirakı digər sənədlərlə təsdiq olunmamışdır.

37. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

38. Füzuli rayon İcra Hakim iyyəti başçısı 9 oktyabr 2017-ci il tarixli arayışında iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyini, icra hakimiyyəti başçısı aparatı 8 avqust 2018-ci il tarixli məktubunda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini Qacar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təqdim etdiyi arayışdan savayı heç bir təsdiqedici sənəd olmadığını bildirmiş, həmçinin 7 dekabr 2017-ci il tarixli məktubuna əlavə etdiyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü özünümüdafiə dəstələrinin tərkibində 1 fevral 1988ci il tarixdən 9 oktyabr 1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısına Əlavədə 50 nəfərlik siyahıda iddiaçının adı 36-cı sırada qeyd edilmişdir.

39. Məhkəm ə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı...Füzuli...rayonunun ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.

40. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahı, həmçinin siyahı ilə birlikdə döyüşlərdə iştirakı sübut edən başqa sənədlər olmalıdır.

41. İddiaçının Füzuli...rayonunun ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsini Füzuli rayon İcra Hakimiyyətinin təsdiq etdiyi siyahı olsa da, döyüşlərdə iştirakı sübut edən başqa sənəd mövcud olmamışdır.

42. İddiaçının döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi işdə olan yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahı və arayışdan başqa hər hansı sübutla təsdiq olunmur.

43. İddiaçı özü də belə sənədin mövcudluğunu bildirməmişdir.

44. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adla rının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün sadəcə yalnız rayon ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməni təsdiq edən yerli icra hakimiyyəti orqanlarının tərtib etdikləri siyahının olması yetərli deyildir.

45. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində döyüş əməliyyatlarında iddiaçının iştirakı Füzuli rayon İcra Hakimiyyətinin təsdiq etdiyi siyahıda olmasına baxmayaraq onun döyüşlərdə iştirakı sübut edən hər hansı digər sənəd təqdim ed ilmədiyindən, iddianı rədd etməklə apelyasiya məhkəməsi haqlı olmuşdur.

46. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-95/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar