Məhkəmə qərarları › İş №2-1(102)-1251/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1251/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1251/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-497/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 100/068ş saylı əmrə əsasən xx.xx.2013-cü il tarixindən Gömrük Mühafizə Xidmətinin X1 Dəstəsinin kiçik mühafizəçisi vəzifəsinə təyin edilmiş, 100/054ş saylı, xx.xx.2015-ci il tarixli əmrə əsasən həmin tarixdən Xidmətin Baş Gömrük Mühafizə Dəstəsinin əməliyyat şöbəsinin mühafizəçisi vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixli, 100/170ş nömrəli əmrə əsasən həmin tarixdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ümumi şöbəsinin böyük inspektoru vəzifəsinə keçirilmiş, 100/613ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixindən Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi Pirallahı postunun böyük inspektoru vəzifəsinə keçirilmiş, 100/1184ş saylı xx.xx.2018-ci il tarixli əmrə əsasən həmin tarixdən Komitənin sərəncamına götürülmüş, 100/1186ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən həmin tarixdən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Hövsan postunun inspektoru vəzifəsinə təyin edilmiş, 1000/173ş saylı xx.xx.2018-ci il tarixli əmrlə həmin tarixdən İdarənin Beynəlxalq dəniz ticarəti zamanı dəniz postunun inspektoru vəzifəsinə keçirilmiş, 1000/804ş nömrəli xx.xx.2019-cu il tarixli əmrə əsasən xx.xx.2019-cu il tarixindən Komitənin sərəncamına götürülmüş, 1000/1289ş saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən həmin tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar x idmətinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1000/1289Ş nömrəli əmrinin ləğv olunması, İddiaçı Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” postunun inspektoru vəzifəsinə və ya həmin vakant vəzifəyə uyğun işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 fevral 2013-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müxtəlif vəzif ələrdə (sonuncu - orta rəis heyəti, gömrük xidməti baş leytenantı, inspektor vəzifəsində) xidmət etmişdir. Gömrük orqanlarında xidmətdə olduğu dövrdə xidməti vəzifəsini yerinə yetirərkən heç bir neqativ hallara yol verməmiş, rəhbərlik tərəfindən barəsində heç vaxt heç bir intizam tənbehi tədbiri tətbiq edilməmişdir. 24 iyul 2019-cu il tarixdə sərəncama verilmişdir. Buna səbəb kimi isə müəyyən müddət sonra başqa bir vəzifəyə keçiriləcəyi bildirilmişdir. Verilmiş vədə baxmayaraq, sərəncamda olduğu müddət ərzində ona heç bir iş təklif olunmamış, əksinə 3 ayın tamamında Dövlət Gömrük Komitəsinin sədri tərəfindən xidmətə xitam barədə xx.xx.2019-cu il tarixli, 1000/1289Ş nömrəli əmr imzalanmışdır. Həmin əmrə əsasən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə (təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə) uyğun olaraq işdən azad olunmuşdur. Halbuki, sərəncama verildiyi gündən işdən azad olunanadək gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi mümkün olduğu halda, ona bu barədə təklif verilməmiş, nə də o, həmin təklifdən imtina etməmişdir. Onun haqsız işdən azad olunması ilə bağlı şikayətinə və işə bərpa olunması ilə bağlı Dövlət Gömrük Komitəsinin rəhbərliyinə etdiyi şifahi müraciətlərinə baxılmamışdır. İşə bərpa olunmasını məhkəmədən kənar həlli mümkün olmadığından məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 525/2020 nömrəli, 18 mart 2020-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbi təmin edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1286/2020 nömrəli, 27 iyul 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-525/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2025/2020 saylı, xx.xx.2020ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1286/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. İş məhkəməyə qaytarıldıqdan sonra xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli,1000/1289Ş nömrəli əmrinin ləğv olunması, İddiaçı Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” postunun inspektoru vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması” kimi oxunması qərara alınmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-144/2022 nömrəli, 4 avqust 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1000/1289Ş nömrəli əmri ləğv olunmuş, İddiaçı Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” postunun inspektoru vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, yəni iddiaçının sərəncamda olduğu müddətdə ona hər hansı vakant ştat təklif edilməsi işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığından, həmçinin həmin müddət ərzində iddiaçının digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, mübahisələndirilən inzibati akt lə ğv olunmalıdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-497/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 4 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİR AZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında öz əksini tapan və Komitə tərəfindən məhkəməyə sübut qismində təqdim olunan sənədlərdən, eyni zamanda eyni məzmunlu sorğular əsasında dəfələrlə təqdim edilmiş digər sənəd və məlumatlardan da göründüyü kimi Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir.

15. Eyni zamanda Komitə tərəfindən istər məhkəməyə təqdim edilən etirazlarda, istərsə də məhkəmə tərəfindən verilmiş sorğulara əsasən tə qdim edilmiş cavablarda Komitə üzrə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından, bununla əlaqədar Komitə tərəfindən hər hansı bir əmrin (sərəncamın, qərarın) qəbul edilmədiyi, eyni zamanda Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirlərinin də Komitə sədrinin diskresion səlahiyyətlərinə aid olduğu bir neçə dəfə vurğulanmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə yekun qərarında gömrük orqanlarında keçirilən təşkilati-ştat tədbirlərinin qeyri-müəyyənliyi nəticəsində inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların qəbul edilmə sini zəruri edən faktiki şərtlərin mövcudluğunu heç bir halda sübut edilmədiyi, Komitə tərəfindən həmin aktların qanuni və əsaslı olmasını təsdiq edən sənədlərin təqdim edilmədiyi göstərilmişdir.

17. Komitə tərəfindən məhkəmə orqanlarına təqdim olunan bütün sübutlara baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticənin yalnız gömrük orqanlarının fəaliyyəti ilə bağlı olmadığı nəzərə alınmalıdır. Belə ki, digər hüquq mühafizə orqanlarının (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu (38.2.2 maddə), “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” (111.4 maddə) oxşar təcrübələrində də təşkilati-ştat tədbirlərinin nədən ibarət olması, həmin tədbirlərin keçirilməsinə əsas verən hallar və qanunvericilikdə bununla bağlı öz əksini tapmış müddəalar onu de məyə əsas verir ki, məhkəmə iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə inzibati qanunvericiliyin maddi və prosessual normalarını kobud şəkildə pozmuşdur.

18. Bütün qeyd olunanlar nəzərə alınmaqla gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər.

19. Bakı Apellyasiya Məhkəməsinin öz qərardadında qeyd olunan norma üzərində hüquqi təhlil apararaq haqlı olaraq göstəri r ki, istinad olunan bəndin dispozisiya şərtlərinə əməl olunması üçün vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir, o hallarda ki, ya bu əsasla xitam verilmə vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı ya da vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir.

20. Lakin məhkəmə sözügedən normanın dispozisiya şərtlərindən ikincisinə iş üzrə əməl olunmadığını, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmamasını işin mübahisəsiz halı kimi qiymətləndirir.

21. Halbuki qeyd olunan məsələ işin mübahisəsiz halı deyil, əksinə vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olmuşdur, çün ki qeyd olunan struktur bölmə üzrə vakant vəzifə olmamışdır. Vakant vəzifə olmadığı təqdirdə vəzifəli şəxsə hər hansı bir vəzifə təklif etmək necə mümkün ola bilərdi ki? Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin işin bu hissəsi üzrə gəldiyi nəticə əsassızdır.

22. İşin materiallarından və kassasiya şikayətində qeyd olunanlardan da görünür ki, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən Dövlət Gömrük Komitəsinin təqdim etdiyi sənədlərin və məlumatların mövcudluğunu, eləcə də sübutları görməzdən gəlmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə

50. Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır.

120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər:... 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; Bu maddənin birinci hissəsinin 2-ci, 4-1 3-cü bəndlərində göstərilən əsalara görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir.

25. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qə rardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazım i qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən-apelyasiya məhkəməsinin qərarının iddiaçının vəzifəyə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması ilə bağlı tələblərin təmin olunduğu hissədə ləğv edilməsinə dair hissədə əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı şikayətin əsaslı olduğu hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul olunmalı, iddia mümkün sayılmamalıdır. Qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi aşağıdakı səbəblərdən irəli gəlir.

27. Hazırkı mübahisə üzrə iddiaçının tələbi mahiyyət baxımından həm mübahisələndirmə, həm məcburetmə və həm də öhdəliyin icrası haqqında iddia növlərini özündə ehtiva edir. Belə ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 1000/1289Ş nömrəli əmrinin ləğv olunmasına dair tələb mübahisələndirmə haqqında iddia növünə, vəzifəyə bərpa olunmaya dair tələb məcburetmə haqqında iddia növünə, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması ilə bağlı tələblər isə öhdəliyin icrası haqqında iddia növünə aiddir.

28. Bununla bağlı nəzərə alınmalıdır ki, eyni inzibati akta q arşı həm mübahisələndirmə və həm də məcburetmə haqqında iddiaların eyni zamanda qaldırılması istisna olunur. Belə yanaşma həmin iddia növlərinin təyinatı və onların fərqləndirilməsinin məqsədləri ilə bağlıdır. Bununla belə, əlahiddə hallarda mübahisələndirmə haqqında iddia ilə eyni zamanda öhdəliyin icrası haqqında iddianın qaldırılması mümkündür. Belə ki, İPMnin 70.3-cü maddəsinə görə, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Lakin belə hallarda iddianın mümkünlük şərti olan ümumi hüquqi maraq mövcud olmalıdır.

29. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı nail olmaq istədiyi məqsəd baxımından cavabdehin xx.xx.2019-cu il tarixli, 1000/1289Ş nömrəli əmrinin ləğv olunmasına yönəlmişdir. Digər tələblər, yəni iddiaçının vəzifəyə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması ilə bağlı digər tələblər isə, əslində məzmun baxımından mübahisələndirilən əmrin ləğvinə dair tələbə bağlıdır və həmin tələb üzrə mübahisənin həllindən asılıdır. Yəni həmin tələblərin həlli əslində mübahisələndirilən əmrin ləğvinə dair tələbin həlli ilə ehtiva olunur.

30. İnzibati prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin norma anlamında, barəsində şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt), yəni hazırkı mübahisəyə münasibətdə cavabdehin əmri mübahisələndirmə haqqında iddianın predmetini təşkil edir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirmə haqqında iddianın təmin olunması və mübahisələndirilən əmrin qəbul olunduğu tarixdən ləğv edilməsi, prinsip etibarı ilə şəxsin əvvəlki hüquqi statusunun bərpasını (status quo ante bellum) nəzərdə tutur. Başqa sözlə, əmrin ləğvi şəxsin ilkin hüquqi vəziyyətinə qaytarılmasını, yəni azad edildiyi tarixdən vəzifəyə bərpasını və bundan irəli gələn bütün hüquqi nəticələrin də baş verməsini (əmək haqqı, staj və s.) şərtləndir ir.

32. Digər tərəfdən, həmçinin nəzərə alınmalıdır ki, işdən azad olunma barədə əmrin ləğv edildiyi hallarda, işə bərpadan və digər tələblərin yerinə yetirilməsindən cavabdehin imtinasının olmaması səbəbindən həmin tələbləri nəzərdə tutan iddianın mümkünlük şərti qismində hüquqi müdafiə marağı da mövcud olmur. Çünki, iddiaçı daha asan və məqsədəuyğun yolla öz məqsədinə çatmaq imkanını saxlamış olur.

33. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddia tələbi iddiaçının vəzifəyə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması hissəsində mümkün sayılmamalı, həmin hissədə apellyasiya məhkəməsinin qərarı ləğv edilməlidir.

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qalan hissədə, yəni mübahisələndirilən əmrin l əğv olunmasına dair məhkəmə qərarının ləğv edilməsi hissəsində əsassızdır. Həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarının həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. Bu səbəbdən şikayət həmin hissədə təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil et diyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, əsassız olduğu hissədə kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən həmin hissədə mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımı ndan iddiaçının dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. B akı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 21(103)-497/2023 saylı qərarı qismən – “İddiaçı Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” postunun inspektoru vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi” hissəsində ləğv edilir. Həmin hissədə iddia mümkün sayılmır. Qərar qalan hissədə – “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019cu il tarixli, 1000/1289Ş nömrəli əmrinin ləğv olunması” hissəsində dəyişdirilmədən saxlanılır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar