Məhkəmə qərarları › İş №2-1(102)-1251/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1251/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1251/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1956-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fil ialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-852/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2023-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir.

2. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-6185/2023 nömrəli məktub ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.

3. İmtinanın əsasları kimi göstərilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi xidmət haqqında arayışının surətinə əsasən sosial sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 22 il 1 ay 9 gün təşkil etmişdir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd edilənlərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyini mümkün olmamış və xx.xx.2021-ci il tarixdən iddiaçıya 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinətin məbləği xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək stajının yarandığı dövrlərə dair y aşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, onun ərizəsinə əsasən məhkəmənin qərardadı ilə ilkin iddia tələbi “2008-ci il üzrə ödənilmiş sosial sığorta haqlarının sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək ayrı-ayrı vaxtlarda müxtəlif müəssisələrdə işləmişdir. Onun sığorta stajı hərbi xidmət dövrü də nəzərə alındıqda ümumilikdə 22 il 2 ay 10 gün təşkil edir. Bundan başqa, idd iaçı 2006-cı ildən sonra sahibkarlıqla məşğul olmuş və Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon filialına sığorta ödənişləri etmişdir. İddiaçı ona pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi xidmət haqqında arayışının surətinə əsasən sosial sığorta stajı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 22 il 1 ay 9 gün təşkil edir. İddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan, yəni 25 ildən az olduğu üçün, həmçinin xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alın mış pensiya kapitalı olmadığı üçün ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-1716/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2008-ci ildə məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək ayrı-ayrı vaxtlarda müxtəlif müəssisələrdə işləmiş və 2008-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöb əsinə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər etmişdir.

10. Cavabdehin müvafiq etirazı ilə müəyyən olunur ki, iddiaçının ümumi sosial sığorta stajının 25 ildən az olduğu üçün, eyni zamanda xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona yaşa görə pensiya təyin olunmamışdır.

11. Məhkəmə etirazın 2-ci hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən 2008-ci il üzrə ödənilmiş sosial sığorta haqlarının cavabdehin müvafiq tabe qurumu tərəfindən bazaya işlənməməsi iddiaçının ziyanına şərh oluna bilməz. Çünki qeyd olunan ödənişlərin edilməsini təsdiq edən müvafiq qəbzlər Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Bu isə iddiaçının xx.xx.2006-ci il tarixdən xx. xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması ilə bağlı cavabdehin arqumentlərinin əsassız olduğunu deməyə əsas verir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-852/2023 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1716/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir.

17. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərtdən biri mövcud olmalıdır. 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Göründüyü kimi, İddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yoxdur və bu səbəbdən iddia əsassızdır.

18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2008-c i il üzrə iddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Məhkəmə həmin sığorta haqlarının ödənilməsi faktı ilə iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olduğunu qeyd etmişdir. Lakin məhkəmə bir halı nəzərə almamışdır ki, müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənin vəzifəsi olmuşdur. İddiaçı isə ödənişlərlə bağlı hesabat vermədiyindən Nazirliyin elektron informasiya ehtiyatlarında onun adı nda ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkarlanmamışdır.

19. Qeyd olunanlardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Qeyd olunanlardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) K assasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə veri lir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəm əsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

25. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçını n 2008-ci il üzrə ödənilmiş sosial sığorta haqları ona yaşa görə əmək pensiyasının təyini üçün əsas verir.

29. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəzərə almışdır ki, qeyd olunan ödənişlərin edilməsini təsdiq edən müvafiq qəbzlər Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Bu isə iddiaçının xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması ilə bağlı cavabdehin arqumentlərinin əsassız olduğunu deməyə əsas verir.

30. Məhkəmə kollegiyası, həmçinin razılaşır ki, iddiaçı tərəfindən 2008-ci il üzrə ödənilmiş sosial sığorta haqlarının cavabdehin müvafiq qurumu tərəfindən bazaya işlənməməsi iddiaçının ziyanına şərh oluna bilməz.

31. Apellyasiya instansiyası məhkəməsinin i ş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(104)-852/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar