Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1252/2021 06.07.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək qabiliyyətini müvəqqəti itirmiş işçiyə müavinətin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin vəkilinin Vəkil, cavabdehin nümayəndələri X1 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (üçüncü şəxs Müasir İnnovasiyalar Liseyi) qarşı “müavinətin yenidən hesablanması və arada olan fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.03.2021-ci il tarixli, 2-1(103)-617/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 10.01.2019-cu il tarixdən Müasir İnnovasiyalar Liseyində işə başlamış və 12.07.2019-cu il tarixdən hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmışdır. Ona məzuniyyətə görə müavinət hesablanarkən, işlədiyi 06 a ylıq müddət üzrə əmək haqqının toplanması nəticəsində alınmış vəsait 12 aydakı iş günlərinin sayına bölünmüşdür.
2. Bununla razılaşmayan iddiaçı 30.09.2019-cu il tarixində DSMF-yə müraciət etmiş, DSMF-nin Bakı Şəhər İdarəsi 23.10.2019-cu il tarixli məktubla müraciətlə bağlı qeyd etmişdir ki, sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əmək haqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkə n qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı üçüncü şəxs Müasir İnnovasiyalar Liseyi cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hamiləliyə və doğuma görə müavinətin yenidən hesablanması və arada olan fərqin maaş kartına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10. 01.2019-cu il tarixdən ingilis dili müəllimi kimi işlədiyi Müasir İnnovasiyalar Liseyindən 12.07.2019-cu il tarixdən hamiləliyə və doğuma görə ödənişli 126 təqvim günü məzuniyyətə çıxmışdır. Lakin müavinətin məbləği hesablanarkən qanunvericiliyin tələbləri pozulmuş və cari ilin avqust ayında maaş kartına 794 manat 77 qəpik vəsait köçürülmüşdür. İlk iş yeri Müasir İnnovasiyalar Liseyi olduğundan sosial məzuniyyətə çıxanda cəmi 6 ay iş stajı olmasına baxmayaraq, müavinətin məbləği hesablanarkən 6 aylıq əmək haqqının toplanması nəticəsində alınmış vəsait 12 aydakı iş günlərinin sayına bölünmüşdür. Buna görə də orta gündəlik qazancı 2 dəfədən çox azalmış və 1700-1800 manat müavinət almalı olduğu halda 794 manat pul almışdır. Qanunvericiliyə əsasən 6 aylıq əməkhaqqı toplanaraq həmin aylardakı i ş günlərinin sayına bölünməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.09.1998-ci il tarixli 189 nömrəli Qərarının 28-ci hissəsinin 6-cı abzasına əsasən orta gündəlik qazancın hesablanması zamanı məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər çıxılmalıdır. Yəni o, hamiləliyə və doğuma görə məzuniyyətə çıxdığı aydan əvvəlki 12 ayın 6-da ümumiyyətlə işləmədiyi üçün həmin müddət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövr kimi orta gündəlik qazanc hesablanarkən çıxılmalı və həmin aylardakı iş günlərinin sayı nəzərə alınmamalı idi. Həmçinin, hamilələrə bütün qanunvericilik aktlarında maksimum güzəştlər nəzərdə tutulduğu halda, 189 nömrəli qərarda ümumi əsaslarla 12 ay qeyd olunduğuna görə həmin qərarın 28-ci hissəsinin 6-cı abzasını nəzərə almadan ağır laşdırıcı hal olaraq 6 aylıq əmək haqqının toplanması nəticəsində alınmış vəsaitin 12 aydakı iş günlərinin sayına bölünməsi qeyri-qanunidir. Cavab məktubunda pozuntuya görə müəssisənin müdiriyyətinin və baş mühasibinin məsuliyyət daşıdığı qeyd olunmuşdur. Lakin məsələ ilə bağlı müəssisənin müavinətin hesablanmasına məsul olan əməkdaşı ilə işçi qaydada keçirilmiş görüş zamanı aydın oldu ki, o, sadəcə 6 aylıq gəlirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalına daxil etmiş və yekun məbləği portal hesablamışdır. Buradan belə nəticəyə gəlmək olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hamiləliyə və doğuma görə müavinətin hesablanması üçün yaradılmış müvafiq portalı müavinətin məbləğini düzgün hesablamamışdır.
5. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi bar ədə ərizə təqdim edərək, ona, yəni İddiaçı hamiləliyə və doğuma görə hesablanmış müavinətin yenidən hesablanması və arada olan fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
6. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının iddia tələbini əsaslandırdığı Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsində 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun fakti ki işlədiyi tam təqvim aylarına əsasən hesablanması qeyd olunur. Göstərilən bu hesablama əmək məzuniyyətinə aid olduğundan iddia tələbinin əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarına görə hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdud laşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. Göründüyü kimi hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarının 28-ci bəndinə əsasən hesablanır.
7. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-776/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı hamiləliyə və doğuma görə hesablanmış müavinətin yenidən hesablanması və arada olan fərqin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik h üquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır
8. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanmalı olduğundan, iddiaçı hamiləliyə və doğuma görə müavinətin yenidən hesablanması və arada olan fərqin ona ödənilməsi tələbində haqlıdır.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2-1(103)-617/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzə çi – Aida Hüseyn, hakimlər – Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-776/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı cavabdehə 27.04.2021-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh 26.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2-1(103)-617/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Məhkəmə Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci bəndinin Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci bəndi ilə ziddiyyət təşkil etdiyini hesab edərək daha yüksək hüquqi qüvvəyə malik olan Məcəlləni əsas götürmüş, bununla da maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və nəticədə əsassız qərar qəbul etməklə Bakı İnzibati Məhkəməsinin əsassız və qanunsuz qərarını qüvvədə saxlamışdır.
15. Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, 12 təqvim ayından az işləyi b məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Bu maddə məzuniyyət vaxtı üçün orta aylıq əmək haqqının hesablanması ilə yanaşı, ödənilməsi qaydasını da müəyyən edir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci bəndində müəyyən olunmuş qaydanın predmeti orta əmək haqqıdır. İddiaçının mübahisələndirdiyi məsələdə nəzərdə tutulan ödəniş isə əmək haqqı deyil, Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” 1997ci il 18 fevral tarixli 250-İQ nömrəli Qanununun 9-cı maddəsində müəyyən edilən sosial sığorta ödəmələrindən biri olan hamiləliyə və doğuma görə müavinətdir.
16. Bununla yanaşı, Əmək Məcəlləsinin 142-ci maddəsindən aydın olur ki, əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait işəgötürən tərəfindən formalaşdırılır. Lakin hamil əliyə və doğuma görə müavinət sosial sığorta ödəməsi olduğundan məcburi dövlət sosial sığortası hesabına ödənilir. Ümumiyyətlə, sosial sığorta ödəmələrinin, o cümlədən hamiləliyə və doğuma görə müavinətin məbləği, hesablanması, təyin edilməsi və ödənilməsi şərtləri ilə bağlı məsələlər Əmək Məcəlləsi ilə deyil, “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. 17. “Sosial sığorta haqqında” Qanunun 16-cı maddəsinə əsasən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. İşin mahiyyəti üzrə qanunvericilik dedikdə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” nəzərdə tutulur və hamiləliyə və doğuma görə müavinət həmin “Əsasnamə”nin 3-cü hissəsinə əsasən müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur və Əsasnamənin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın hesablanması qaydasını özündə əks etdirən 28-ci bəndinə əsasən hesablanır.
18. Bundan başqa, orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər çıxılmalıdır. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər dedikdə, qüvvədə olan əmək müqaviləsi olan sığortaoluna nın müavinətin hesablanması zamanı nəzərə alınan, yəni həmin dövrdə məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövrü nəzərdə tutulur. Məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməyən dövr dedikdə isə, şəxsin əmək müqaviləsi olmadığı, ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul olmadığı müddət hesab edilir. Lakin məhkəmə tərəfindən iddia ərizəsində hamiləliyə və doğuma görə məzuniyyətə çıxdığı tarixdən müavinətin hesablanması üçün nəzərə alınan əvvəlki 12 aydan məcburi dövlət sosial sığortasına cəlb edilməyən 6 ayın əsassız olaraq məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövr kimi çıxılan iş günlərinə aid edilməsi qanunauyğun deyildir.
19. Apellyasiya instansiyası məhkəməsi isə işin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməmiş, gə ldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və cavabdehin nümayəndələri kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatla ndırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir. Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır: - əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; - hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü; - uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü; - məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər.
25. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsas ən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üz rə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İşin mübahisəsiz hallarına görə iddiaçı 10.01.2019-cu il tarixindən Müasir İnnovasiyalar Liseyində işə başlamış və 12.07.2019-cu il tarixdən hamiləliyə və doğuşa görə məzuniyy ətə çıxmışdır. Cavabdeh isə iddiaçının işlədiyi 6 aylıq müddət üzrə əmək haqqının toplanması nəticəsində alınmış vəsaiti 12 aydakı iş günlərinin sayına bölmüşdür.
31. Göründüyü kimi, iddiaçı yalnız 6 ay işləmiş və həmin aylarda ona məcburi dövlət sosial sığorta haqqı hesablanmış, cavabdeh isə vəsaiti 12 aydakı iş günlərinin sayına bölmüşdür. Belə olan halda məlum olur ki, orta gündəlik qazancın hesablanması zamanı cavabdeh iddiaçının işləmədiyi və məcburi dövlət sosial sığorta haqqı hesablanmayan 6 ayı iş günlərinin sayından çıxmamışdır.
32. Halbuki, hazırkı qərarın 24-cü bəndində göstərilən normanın məzmunundan görünür ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır və orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövrə düşən iş günləri çıxılmalıdır.
33. İddiaçı da işləmədiyi dövrün “məcburi dövlət sosial sığorta haqqı hesablanmayan” dövr olduğunu, bu səbəbdən də orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından həmin dövrün çıxılmalı olduğunu hesab edir.
34. Cavabdeh isə bununla razılaşmır və hazırkı qərarın 24-cü bəndində göstərilən normaya istinad edərək son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə müavinət hesablayır. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını da bu təşkil edir ki, şəxsin işləmədiyi dövr məcburi dövlət sosial sığorta haqqı hesablanmayan yox, məcburi dövlət sosial sığorta haqqına cəlb edilməyən dövrdür.
35. Cavabdehin bu mövqeyini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən normanın məzmunundan aydın olur ki, qanunvericilik orta gündəlik qazancın hesablanması zamanı məcburi dövlət sosial sığorta haqqı hesablanmış dövrlərin iş günlərinin sayına əlavə edilməsini nəzərdə tutur. İddiaçının işləmədiyi 6 ay ərzində isə onun məcburi dövlət sosial sığorta haqqı hesablanmadığından cavabdehin həmin müddəti iş günlərinin sayına əlavə etməsi qanunauyğun deyil.
36. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsi zliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2021-ci il tarixli, 21(103)-617/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.