Məhkəmə qərarları › İş №2-1(102)-1252/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1252/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1252/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər Rəşidov Fizuli Abdulənvər oğlu və "xxxx" ASC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: faktiki mövcud olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər Rəşidov Fizuli Abdulənvər oğlu və "xxxx" ASC) qarşı “**********82-10301 reyestr nömrəli texniki pasportda Rəşidov Fizuli Abdulənvər oğlunun zəbtində qeyd olunmuş faktiki mövcud olan 350 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(107)-312/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə X1 905.79 kv.m həyətyanı tor paq sahəsi verilmiş və adına A seriyalı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək, X3 kitabında xx.xx.2008-ci il tarixdə 87 nömrə ilə uçota alınmışdır.

2. Qax rayonu İlisu kəndində 0.5 ha torpaq sahəsində yerləşən 48.9 kv.m fərdi yaşayış evi üzərində Rəşidov Fizuli Abdulənvər oğlunun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və adına RX seriyalı ******* nömrəli çıxarış hazırlanmışdır. 3. xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli texniki pasportdan görünür ki, Qax rayonu İlisu kəndində sənəd üzrə 0.06 torpaq sahəsi, faktiki 0.0864 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti Rəşidov Fizuli Abdulənvər oğludur.

4. Qax rayonu İlisu kəndində 0.5 ha torpaq sahəsində yerləşən 48.9 kv.m fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə y üklü edilmiş və sonuncunun adına RX seriyalı ******* nömrəli çıxarış hazırlanmışdır.

5. İddiaçı Qax rayonu İlisu kəndində yerləşən 0.0905 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrdən çıxarış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, müayinə zamanı sözügedən torpaq sahəsi üzərində istismara yararsız fərdi yaşayış evinin olması, həmçinin iddiaçının adına hazırlanmış torpaq sahəsinin plan-ölçü sənədində göstərilmiş ölçülərlə faktiki ölçülər arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən zəbt sahəsi də daxil olmaqla, faktiki olaraq yerində 0.0434 ha torpaq sahəsi mövcuddur. Faktiki torpaq sahəsi sənəd üzrə torpaq sahəsindən azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, **********82-10301 reyestr nömrəli texniki pasportda Rəşidov Fizuli Abdulənvər oğlunun zəbtində qeyd olunmuş faktiki mövcud olan 350 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini qərarın 1-5-ci bəndlərində sadalanan işin halları ilə əsaslandırmış və cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə ə saslandırmışdır.

9. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 13 may 2022-ci il tarixli 21(116)-674/2022 nömrəli qərardadı ilə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına Rəşidov Fizuli Abdulənvər oğlu zəruri, "xxxx" ASC adı qaydada cəlb edilmişdir.

10. İşin məhkəmə araşdırması zamanı cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 434 kv.m-dir. A seriyalı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 905.79 kv.m torpaq sahəsinin cizgiləri ilə naturada iddiaçının istifadəsində olan 434 kv.m torpaq sahəsinin cizgiləri arasında kəskin konfiqurasiya fərqi vardır. A seriyalı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 905.79 kv.m torpa q sahəsi ilə Rəşidov Fizuli Abdulənvər oğlunun istifadəsində olan və adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsi üst-üstə düşmür.

11. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 06 fevral 2023-cü il tarixli 21(116)-51/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş 29 may 2008-ci il tarixli, A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə müvafiq olaraq faktiki istifadəsində olan 434 kv.m torpaq sahəsindən kənarda yerləşən, **********82-10301 reyestr nömrəli texniki pasportda Rəşidov Fizuli Abdulənvər oğlunun zəbtində q eyd olunmuş, faktiki mövcud olan 350 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Yəni, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını iddia etdiyi torpaq sahəsi **********82-10301 reyestr nömrəli texniki pasportda Rəşidov Fizuli Abdulənvər oğlunun zəbtində qeyd olunmuş 350 kv.m torpaq sahəsidir. İddiaçı, sözügedən torpaq sahəsinin mülkiyyət hüququ ilə əslində özünə məxsus olmasını A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində özünə məxsus torpaq sahəsinin ölçüsünün 905.79 kv.m olması və iddia olunan torpaq sahəsinin əvvəllər özünün faktiki istifadəsində olması ilə əsaslandırır. Belə ki, Qax rayon AİK-in xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən, İlisu kəndində kompleks yerquruluşu işlərinin aparılmasına dair tərtib olunmuş layihə və subyektlər siyahısı təsdiq edilmiş, iddiaçının adına A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək, torpaq sahəsinin ölçüsü 905.79 kv.m qeyd edilmişdir. Həmçinin, torpaq payı almaq hüququ olan subyektlər siyahısından da iddiaçının adının qarşısında 0.09 ha qeydi icra edilmişdir. Lakin iş materialları və mütəxəssis tərəfindən tərtib edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planından görünür ki, A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsinin iddia olunan 350 kv.m torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Mütəxəssis rəyindən görünür ki, A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları faktiki mövcud olan 434 kv.m torpaq sahəsinin ətraf hissələrini əhatə edir və ümumiy yətlə, həmin torpaq sahəsi iki hissədən verilməmişdir. Həmin plan və ölçü sənədində qeyd edilən torpaq sahəsi ilə, iddia olunan 350 kv.m torpaq sahələri qonşu torpaqlar olsa da, yanaşı deyillər və 350 kv.m torpaq sahəsi A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının, **********82-10301 reyestr nömrəli texniki pasportda Rəşidov Fizuli Abdulənvər oğlunun zəbtində qeyd olunmuş 350 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığından, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmi n edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 20 dekabr 2023-cü il tarixli, 21(107)-312/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. İddiaçı kassasiya şikayətini on unla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı iddiaçının müraciətinin cavabdeh tərəfindən qalan 0.0471 ha torpaq sahəsinin qeydiyyatı üçün təsdiqlənmiş yerləşmə sxeminin təqdim edilməməsi əsası ilə imtinası qanuni sayıla bilməz. Ən azı ona görə ki, iddiaçının adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0.0905 ha həyətyanı torpaq sahəsinin 0.0471 ha hissəsinə münasibətdə təsdiqlənmiş yerləşmə sxeminin təqdim edilməməsi iddiaçının təqsirindən deyil, həmin vaxt buna cavabdeh olan DTXK-nin Qax rayon şöbəsinin vəzifəli şəxsinin səhlənkarlığı ucbatından baş vermişdir. Həmçinin, cavabdeh 12 saylı Şəki Ərazi İdarəsi məktubuna öz işçisi olan texnik S.Ağabalayev tərəfindən tərtib edilmiş mütəxəssis rəyini əlavə etmişdir. Mütəxəssis rəyində iddiaçının faktiki istifadəsindəki torpaq sahəsinin 434 kv.m təşkil etdiyi, iddiaçının adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən 905.79 kv.m torpaq sahəsinin cizgiləri ilə naturada iddiaçının istifadəsində olan 434 kv.m torpaq sahəsinin cizgiləri arasında kəskin konfiqurasiya fərqinin olduğu bildirilmişdir. Mütəxəssis rəyində daha sonra qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə iddiaçının 905.79 kv.m torpaq sahəsi ilə Rəşidov Fizuli Abdulənvər oğlunun istifadəsində olan və adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin üst-üstə düşmədiyi göstərilmişdir. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi məhz, cavabdeh inzibati orqanın işçisi tərəfindən tərtib edilmiş mütə xəssis rəyinə əsaslanaraq, iddianı təmin etməmişdir. Cavabdehin tabe olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubunda bildirilir ki, Qax rayonu, İlisu kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinin iddia edilən 0.05 ha hissəsinin digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş bu mötəbər sübut iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçiriləndə nəzərə alınmamış və həmin inzibati orqan tərəfindən aparılmış araşdırma zamanı toplanmış sənədlər tədqiqat üçün tələb edilməmişdir. Ümumiyyətlə, apel lyasiya instansiyası məhkəməsinin qərarının 20-ci bəndindən aydın görünür ki, məhkəmə araşdırılmasının predmetini təşkil edən sənədlərin siyahısına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubu daxil edilməmişdir. Göründüyü kimi, cavabdeh 12 saylı Şəki Ərazi İdarəsinin işçisinin tərtib etdiyi mütəxəssis rəyində və onun mətnini olduğu kimi köçürüb öz adından rəy kimi təqdim edən Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində iddiaçının torpaq sahəsi ilə Rəşidov Fizuli Abdulənvər oğlunun istifadəsində olan və adına tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin üstüstə düşmədiyi qeyd edilsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin yuxarıda adıçəkilən məktubunda iddiaçının iddia etdiyi torpaq sahəsinin 0,05 ha hissəsinin digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşdüyünün müəyyən edildiyi göstərilmişdir. Beləliklə, eyni məsələ üzrə bir-birindən tamamilə fərqli olan iki mövqedən məhz hansının həqiqətə uyğun olmasının müəyyən edilməsi üçün təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilib keçirilməsi barədə yazılı vəsatətlə müraciət edilmiş, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq vəsatəti təmin etməmişdir.

18. Bundan əlavə işdən görünür ki, X2 ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş xx. xx.2008-ci il tarixli AN:045649 nömrəli və xx.xx.2008-ciil tarixli A N:045680 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri ləğv edilmiş DTXK-nin Qax rayon şöbəsi tərəfindən verilmişdir. Həmin qurum iddiaçıya da eyni tarixdə, yəni xx.xx.2008-ci il tarixli 87 nömrəli A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədini vermişdir. DTXK-nin Qax rayon şöbəsi tərəfindən eyni tarixdə hər iki şəxsə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında X2 daşınmaz əmlakın dövlət reyestri orqanından müvafiq çıxarış verilmişdir, lakin eyni sənədin iddiaçıya da verilməsindən qanunsuz olaraq imtina edilir. Belə vəziyyətdə isə inzibati orqan olan cavabdehin imtina ilə bağlı hərəkətlərinin qanunsuz olduğunu sübut etmək o qədər də çətin deyildir. Buna baxmayaraq, işə baxan nə birinci insta nsiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul edilməsinə əhəmiyyət verməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Üçüncü şəxs Rəşidov Fizuli Abdulənvər oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunm uş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azər baycan Respublikası Qanunu: Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

13. Etimad hüququnun qorunması prinsipi... 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika il ə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının həd ləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olun muşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının onun adına dövlə t qeydiyyatına alınmasını tələb etdiyi 350 kv.m torpaq sahəsi DTXK-nın Qax rayon şöbəsi tərəfindən onun adına hazırlanmış 29 may 2008-ci il tarixli, A seriyalı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinə aid olmamaqla, həmin torpaq sahəsindən tamamilə kənarda yerləşir. Belə ki, iddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun əsası kimi adına hazırlanmış A seriyalı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad etsə də, həmin sənəd əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin iddia olunan 350 kv.m torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Qeyd olunan torpaq sahələri üst-üstə düşmədiyindən və iddiaçının iddia etdiyi torpağa dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin “DTXK-nin Qax rayon şöbəsi tərəfindən eyni tarixdə hər iki şəxsə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında X2 daşınmaz əmlakın dövlət reyestri orqanından müvafiq çıxarış verilməsi, lakin eyni sənədin iddiaçıya da verilməsindən qanunsuz olaraq imtina edilməsi” dəlilinə münasibətdə qeyd edir ki, hazırkı mübahisənin predmeti iddiaçının adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi deyildir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının adına hazırlanmış plan-ölçü sənədində qeyd olunan torpaqla, onun hazırda iddia etdiyi torpaq sahələri fərqlidir.

30. Bundan əlavə, kassasiya şikayətinin “cavabdehin tabe olduğu Azərbaycan Respublikası İqtisadiy yat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubunda Qax rayonu, İlisu kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinin iddia edilən 0.05 ha hissəsinin digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünün müəyyən edilməsini bildirməsi, lakin məktubun sübut kimi qəbul edilməməsi” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan məktubun məzmunundan görünür ki, iddiaçı aqrar islahat nəticəsində ona verilmiş, yəni torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0.09 ha torpaq sahəsinin 0.04 ha və 0.05 ha olmaqla, dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının müraciəti üzrə aparılan araşdırma onun hazırda iddia etdiyi torpaq sahəsi ilə bağlı deyil, aqrar islahat nəticəsində ona ayrılmış torpaq sahəsi ilə bağlı olmuşdur. Bu səbəbdən də, həmin məktubda qeyd olunanlar hazırki mübahisə üzrə sübut qismində qəbul edilə bilməz.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təkrarlanan kassasiya dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikay əti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(107)-312/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar