Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1253/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “01.07.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-15/19 saylı, 9 yanvar 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xxx 1954-cü il tarixdə doğulmuşdur. 1 sentyabr 1971-ci il tarixdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, orada ictimai iaşənin texnologiyası və təşkili üzrə tam kursu bitirmiş və ona Dövlət İmtahan Komissiyasının 1 iyul 1976-cı il tarixli qərarı ilə mühəndis texnoloq ixtisası verilərək adına diplom hazırlanmışdır. İddiaçı eyni zamanda 19.09.1973-cü il tarixdən 16.04.1974-cü il tarixədək, 02.02.1975-ci il tarixdən 07.07.1975-ci il tarixədək, 02.02.1976-cı il tarixdən 01.10.1976-cı il tarixədək fəhlə və gözətçi işləmiş, 19.11.1976-cı il tarixdən 10.11.1977-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra o, 11.01.1978-ci il tarixdən 09.07.1982-ci il tarixədək əmtəəşünas, 15.07.1982-ci il tarixdən 20.09.1985-ci il tarixədək texnoloq, istehsalat müdiri, 01.02.1986-cı il tarixdən 14.03.1996-cı il tarixədək texnik-texnoloq işləmişdir. İddiaçının qeyd olunan illərdə təhsil alması, hərbi xidmətdə olması və işləməsi A-İ seriyalı 000000 nömrəli diplom, Azərbaycan Respublikası Səfərbərlik və Həbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 04.12.2017-ci il tarixli aray ış və iddiaçının adına olan 19.09.1973-cü il tarixli əmək kitabçası ilə təsdiqini tapır. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. İddiaçı 29 mart 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 iyul 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əmək kitabçasına əsasən sığortalı iş stajı 20 il 10 ay 5 gün təşkil edir. 1 iyul 2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin azı 12 il sığorta stajı olduqda yaşa görə pensiya hüququ vardır. Pensiya təyin edilməsi üçün tələb olunan 63 yaş həddi “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilən dəyişikliklərin qüvvəyə mindiyi günə, yəni 1 iyul 2017-ci il tarixə təsadüf etdiyindən iddiaçıya yaşa görə pensiya həmin dəyişikliklər edilənə qədər qüvvədə olmuş Qanunun müddəaları tətbiq olunmaqla təyin edilməlidir. Pensiya təyin edilməsi üçün iddiaçının müraciəti cavabdeh inzibati orqan tərəfindən xəbərnamə əsasında 25 yanvar 2018-ci il tarixdə qəbul edilməsinə baxmayaraq bu günə kimi həmin müraciətə münasibət bildirilməmişdir. Cavabdeh 4 iyul 2018-ci il tarixli məktubla birinci instansiya məhkəməsinin müraciətinə cavab olaraq bildirmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 21 il iş stajı və 14731,03 manat pensiya kapitalı vardır və təhsil müddəti qanunvericilikdə iş stajı kimi nəzərdə tutulm adığından iş stajına hesablanmamışdır. Təhsil müddəti nəzərə alındıqda isə iddiaçının ümumi iş stajı 23 il 4 ay və pensiya kapitalı isə 16367,79 manat təşkil edə bilərdi. İddiaçının təhsil aldığı 1971-1976-cı illər digər iş illəri ilə üst-üstə düşdüyündən iş stajı kimi nəzərə alınacağı təqdirdə sonuncunun iş stajı yalnız 2 il 4 ay arta bilər. Hərbi xidmət dövrü 11 ay 21 gün olduğundan onun pensiya kapitalının ümumi məbləğində payı 683,94 manat təşkil edir. 01.01.2006-cı il tarixədək qazanılmış iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanaraq 01.01.2006-cı il tarixdən sonrakı artım indeksləri nəzərə alındıqda 01.01.2018-ci il tarixə 701,48 manat təşkil edir. İddiaçı tərəfindən 18.09.2018-ci il tarixdə cavabdehin hesabına 400 manat pul ödənilmişdir. Şəki İnzibati-İqtisadi Məh kəməsinin (hakim X2, 2-1(84)-702/2018 saylı iş) 18 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin üzərinə iddiaçıya 18.09.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməsini onunla əsaslandırmışdır ki, qanunvericilik sığortaolunana öz kapitalını formalaşdırmaq üçün pensiya kapitalına vəsait qoyuluşuna icazə verir ki, iddiaçı da qanunun ona verdiyi imkanlardan istifadə edərək tələb olunan pensiya kapitalının çatışmayan hissəsini DSMF-yə ödəmişdir. Şəxsin pensiya hüququnun yaranması anı onun tələb olunan pensiya yaşını, sığorta stajını və ya pensiya kapitalını tamamladığı gün hesab olunduğundan iddia tələbi qismən təmin edilərək iddiaçının pensiya kapitalının tamamladığı 18.09.2018-ci il tarixdən ona pensiya təyin edilməli, iddia qalan hissədə rədd olunmalıdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X1, 2-1(107)-15/19 saylı iş) 9 yanvar 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 17 yanvar 2019-cu il tarixdə qərarın surətini almış, 12 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 10 və 21.1-ci maddələrinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ müəyyən olunarkən əmək kitabçasında aparılmış qeydlər və hərbi biletinə əsasən, 01.01.2006-cı il tarixədək olan dövrdə 21 il iş stajının və 14731,03 manat pensiya kapitalının olduğu müəyyən olunmuş, bu zaman “Əmək pensiyaları haqqında” Qanunda təhsil müddətinin sosial sığorta stajına daxil olunması nəzərdə tutulmadığından təhsil müddəti staj kimi nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum – 116,27 manat pensiya təminatına imkan vermədiyindən (14731,03:144= 102,30 manat) və ya azı 25 il sığorta stajı olmadığından həmin Qanunun tələbləri ilə yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Hər iki instansiya məh kəməsi qərar qəbul edərkən işin hallarını düzgün və dolğun araşdırmamış, qərar qəbul edərkən qanunvericiliyin göstərilən tələblərini pozmuş, düzgün olmayaraq iddiaçının 1971-1976-cı illərdəki təhsil müddətini iş stajına daxil edərək yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı qənaətinə gəlmiş, qanunvericiliyi düzgün təfsir etməmişdir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müra ciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 1 iyul 1954-cü ildə doğulmuşdur. Cavabdehdən 63 yaşının tamam olduğu 1 iyul 2017-ci ildən ona yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin mövqeyinə görə iddiaçının ali təhsil aldığı 1971-1976-cı illər onun sığorta stajına daxil edilmədiyinə görə lazım olan miqdarda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından iddiaçının pensiya hüququ yaranmamışdır. Məhkəmə isə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə və Qeyd hissəsinə görə iddiaçının yaşla bağlı pensiya hüququ 1 yanvar 2018-ci ildən (63 yaş 6 aydan) yaranmışdır, lakin ali təhsil dövrü də daxil olmaqla bəhs olu nan hüquq normasında nəzərdə tutulan sosial sığorta stajına malik olması həmin vaxt deyil, 18 sentyabr 2018-ci il tarixdə mövcud olduğundan iddiaçının 18 sentyabr 2018-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmçinin, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları»nın 109-cu bəndinin i) yarımbəndində orta ixtisas təhsil müəssisəsində təhsil dövrü üm umi əmək stajına aid edilmişdir. O da vurğulanmalıdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci ildən 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Odur ki, 1971-1976-cı illərin ali təhsil dövrünü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçının 63 yaşı 1 iyul 2017-ci il tarixdə tamam olduğundan, apellyasiya məhkəməsi haqlı olaraq mübahisəyə 1 iyul 2017-ci ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən hüquqi qiymət vermişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının yaşa görə əmək pensiyası hüququ yaranması üçün eyni vaxtda həm yaşı (63 yaş 6 ay), həm də 25 il sığorta stajı, yaxud lazım olan miqdarda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud olmalıdır. İddiaçının 63 yaş 6 ayı 1 yanvar 2018-ci il tarixdə tamam olsa da, həmin vaxt 25 il sığorta stajı, yaxud fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı lazım olan miqdarda mövcud olmamışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı lazım olan miqdarda 18 sentyabr 2018-ci il tarixdə yaranmışdır. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququnun 18 sentyabr 2018-ci il tarixdən yar anması nəticəsinə gəlmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-15/2019 saylı, 9 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1253/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1253/2019
14.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver