Məhkəmə qərarları › İş №2-1(102)-1253/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1253/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1253/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qaçqın statusunun verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)590/2021 nömrəli iş üzrə 16.02.2021-ci il tarixli qəra rından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı 20.04.2020-ci il tarixli İQ-70/3 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının 15.01.2020-ci il tarixli vəsatətini təmin edərək iddiaçının və onun ailə üzvləri (09.05.2013-cü il təvəllüdlü oğlu Qambari İmran və 16.09.2015-ci il təvəllüdlü qızı Qambari Kawsar) qaçqın statusu verilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddi a tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29.04.1993-cü il tarixdə Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Nahor ulusvaliliyinin Kurmurdə kəndində anadan olmuşdur. 9 illik orta təhsil almış, bir müddət Kabildə dərzilik etmişdir. Evlidir. 2 övladı var. O, etnik olaraq həzara, dini mənsubiyyətinə görə şiə-müsəlmandır. Əri 4 il əvvəl Almaniyaya getmişdir. Əfqanıstanda qeyri-stabil vəziyyətin olması, tez-tez partlayışların törədilməsi, uşaqlarının Əfqanıstandakı vəziyyət səbəbindən təhsil almaq imkanlarının olmadığı üçün 14.12.2019-cu ildə Almaniyada yaşayan ərinin yanına getmək üçün Azərbaycana gəlmişdir. İddiaçı 14 dekabr 2019-cu ildə Azərbaycana gəlib. 15 yanvar 2019-cu (mətnə uyğun) ildə sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 12-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. İddiaçı Əfqanıstanda qeyri-stabil vəziyyətin olması, tez-tez partlayışların baş verməsi, yaşamaq üçün təhlükəli olduğundan Əfqanıstana geri qayıtmaq istəmir. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 176 saylı 28.08.2020-ci il tarixli qərar ilə inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını İddiaçı tərəfindən verilmiş şikayətin əsassız olması ilə (ümumi və qeyri-müəyyən sözlərlə) əsaslandırıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-6645/2020 nömrəli (sədrlik edən hakim Aytan Oruczadə) qərarı ilə iddiа tələbinin rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Prezidentinin 19.03.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikası «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1, 10, 12 və 13-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasına, Azərbaycan Respublikasının «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanununa istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi əsasızdır.

5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-6645/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 21(103)-590/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Vidadi Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-6645/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Qaçqın və məcb uri köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında 13.11.2000-ci il tarixli Fərmanının 10, 12 və 13-cü maddələrinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdeh qərarında aşağıdakı iki fundamental səhvə yol verilib: cavabdeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçının etnik dini mənsubiyyətinə (həzara olması) və şərti siyasi əqidəsinə görə təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. İş materiallarında olan müsahibədən görünür ki, iddiaçı işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar iddiaçının işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin iz ahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, iddiaçının izahatları müfəssəldir, spesifikdir və ziddiyyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Kasatorun işində digər şahid ifadəsi mövcud deyil. Bundan əlavə, iddiaçının işində xarici mötəbərliyin qiymətləndirilməsi üçün MÖM nəzərdən keçirilməlidir. Əfqanıstanla bağlı vahid tövsiyə edici MÖM BMTQAK tərəfindən hazırlanıb (Əfqanıstandan olan sığınacaq axtaranların beynəlxalq himayə tələbatlarının qiymətləndirilməsi üçün BMTQAK-m rəhbər prinsipləri, 2016). Həmin MÖM-ə əsasən ictimaiyyətə açıq olan məlumatlara əsasən “Həzaraların davamlı ictimai ayrı-seçkiliklə üzləşd iyi və qeyri-qanuni vergilər, zorakılıq, məcburi əmək və fiziki istismar yolu ilə qəsb üçün hədəf alındıqları bildirilir. Həzaralar həmçinin Taliban və anti-hökumət qüvvələri tərəfindən davamlı təhdid və təhqirlərə məruz qalmaqda davam edir”. “Yuxandakılara əsasən, BMTQAK hesab edir ki, Əfqanıstanda hər hansı etnik (azlıq) qrupuna aid olan şəxslər, xüsusilə yaşadıqları ərazidə etnik çoxluq təşkil etməyənlər işin fərdi hallarından asılı olaraq milliyyətinə görə və ya etnik irqi əsaslarla beynəlxalq müdafiəyə ehtiyac duya bilərlər ”. İddiaçıya qarşı təqibi həyata keçirən şəxslər antihəzara silahlı birləşmələri, taliblərdir. Kasator öz ölkəsinin himayəsindən istifadə edə bilmir. İddiaçı qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. X1 Respublikası qurumları onu qorumaq niyyətində deyil. Həzar alar adekvat müdafiə ilə təmin edilmirlər.

9. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 2-1(103)-590/2021 nömrəli, 16.02.2021-ci il tarixli qərarının ləğv edilməsini, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı və ailə üzvləri 2013-cü il təvəllüdlü oğlu Qambari İmran və 2015-ci il təvəllüdlü qızı Qambari Kawsara qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərarın qəbul edilməsi, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Dövlət Miqrasiya Xidmətinin İQ-70/3 nömrəli 20.04.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlillə ri

10. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

11. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

12. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

13. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti tə min edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsasla nıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

16. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır.

17. Belə ki, iş materiallarında olan qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizəanketin) qeydiyyatı və müsahibə zamanı Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Nahor ulusvaliliyinin Kurmurdə kəndində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, 9 illik orta təhsil aldığını və bir müddət Kabildə dərzilik etdiyini bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən ərizəçi evli olduğunu, bu evlilikdən iki övladının dünyaya gəldiyini, 5 bacısı, 3 qardaşının olduğunu, atasının 15 il bundan əvvəl itkin düşdüyünü, bir qardaşının Almaniyada təhsil aldığını, anasının və digər qardaş-bacılarının hazırda Əfqanıstanda yaşadıqlarını bildirmişdir. Ərizəçi ərinin dörd il bundan əvvəl Almaniyaya getdiyini, orada qaçqın statusu almaq üçün müraciət etdiyini, lakin müraciətinə indiyə qədər cavab verilmədiyini, özünün də ərinin yanına getmək məqsədilə ölkəsini tərk etdiyini və 14 dekabr 2019cu il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizəçi ölkəsini tərk etməsinin digər səbəbini Əfqanıstanda qeyri-stabil vəziyyətin olması, tez-tez partlayışların törədilməsi, uşaqlarının qeyri-stabil vəziyyət səbəbindən təhsil almaq imkanlarının olmaması ilə əlaqələndirmişdir.

18. Azərbaycan Respublikası “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qa nununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

19. Azərbaycan Respublikası Prezidentinin “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında 13.11.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətin də olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.

20. Həmin qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

21. Həmin qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir.

22. Həmin qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

23. Azərbaycan Respublikası Prezidentinin 19.03.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən immiqrasıya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir.

24. Cavabdeh inzibati orqana verilmiş ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir.

25. Belə ki, ərizəçinin söylədiklərindən onun Əfqanıstanda heç bir təhdid və təzyiqə məruz qa lmadığı, ölkəsini Almaniyaya ərinin yanına getmək məqsədilə tərk etdiyi məlum olmuşdur.

26. İddiaçı cavabdeh inzibati orqanda müsahibə zamanı verdiyi izahatlarından isə daha sonra məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır.

27. Lakin Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərək, kasasiya şikayətdə iddiaçının öz ölkəsinin himayəsindən istifadə edə bilmədiyi, onun qeyri-rəsmi qurumlar tərəfindən təqib edilməsi, öz ölkəsini tərk etməyə məcbur olması ilə bağlı qeyd etdiyi dəlilini sübuta yetirən heç bir mötəbər sübutun işə əlavə edilmədiyini müəyyən etmişdir.

28. Azərbaycan Respublikasında qaçqın statusu irqi əlamətinə, mill iyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir.

29. Bu baxımdan da iddiaçının irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olması ilə bağlı mötəbər sübut olunmadığı üçün onun Azərbaycan Respublikasında qaçqın statusu almaq hüququna malik deyildir, cavabdeh inzibati orqan isə iddiaçıya qaçqın statusu verilməkdən imtina edilərkən, özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir.

30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kas asiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16.02.2021 -ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 21(103)-590/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar