Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1253/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müalicə üçün müavinətin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 06.09.2022 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2022-ci il tarixli, 2-1(103)-1186/2022 nömrəli qər arından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 5 oktyabr 2000-ci ildən 30 noyabr 2015-ci ilə kimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində xidmət etmişdir.
2. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsini Poliklinikası tərəfindən verilmiş 22 fevral 2013-cü il tarixli və 10 avqust 2015-ci il tarixli arayışlara əsasən iddiaçı həqiqətən Tibb Baş İdarəsinin Poliklinikasında “Şəkərli diabet” diaqnozu ilə dispanser qeydiyyatındadır, tibbi müayinədən keçmiş və aşkar olunmuş xəstəliklə bağlı ambulator müalicə almışdır.
3. İddiaçının müraciəti əsasında 2011-ci ildə ona 2 aylıq əmək haqqı məbləğində birdəfəlik müavinət ödənilmiş, digər illərdə isə sözügedən müavinətin ö dənilməsi ilə bağlı iddiaçının cavabdeh inzibati orqana müraciət etməsi (müvafiq sənədlər də əlavə edilməklə) müəyyən edilmir.
4. Cavabdeh tərəfindən Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin rəisinə ünvanlanmış xx.xx.2012-ci il tarixli məktubda qeyd edilmişdir ki, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları -.... ədliyyə mayoru İddiaçı müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət verilməsinə dair sənədlərə baxılmışdır. 2012-ci ildə Penitensiar Xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün ayrılmış vəsait təyinatı üzrə tam xərcləndiyindən müraciətlərinin təmini imkan xaricindədir.
5. Cavabdeh tərəfindən iddiaçının eyni məzmunlu müraciətlərinə cavab olaraq verilmiş 12 iyun 2020-ci il tarixli, 6 iyul 2020-c i il tarixli və 1 oktyabr 2020-ci il tarixli məktublarda qeyd edilmişdir ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Penitensiar Xidmətin Kadrlar İdarəsinin təqdim etdiyi arayışa əsasən 5 oktyabr 2000-ci il tarixdən 30 noyabr 2015-ci il tarixədək Penitensiar Xidmətdə qulluqda olduğu müddət ərzində 2011-ci ildə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, 2012-ci ildə vəsait çatmadığına görə müavinət ödənilməmiş, digər illərdə isə yazılı olaraq müraciəti olmadığı üçün birdəfəlik müavinət almamışdır. Maliyyə Nazirliyi tərəfindən müvafiq xərc maddəsinə maliyyə vəsaiti ayrılacağı təqdirdə cari ilin sonuna qədər 2012-ci i l üzrə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi məsələsinə baxılacaqdır.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27 oktyabr 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və digər hüquq-mühafizə orqanlarına ünvanladıqları eyni məzmunlu təkrar müraciətlərinə Penitensiar Xidmətdə baxılmışdır. Müraciətlərində qeyd etdiyi məsələ ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq ona müvafiq cavablar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2006-cı ildən 2015-ci ilə qədər müalicə ilə əlaqədar ona veriləsi 2 aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehə həvalə edilm əsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddianın əsaslarına görə iddiaçı 5 oktyabr 2000-ci ildən 30 noyabr 2015-ci ilə kimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində xidmət etmişdir. 8 saylı şəhər poliklinikasının çıxarışına əsasən o, xx.xx.2007-ci il tarixdən şəkərli diabet tip-2, orta ağırlıqda diaqnozu ilə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Poliklinikasında dispanser qeydiyyatına götürülmüşdür. xx.xx.2006-cı ildə qəbul edilmiş «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Qanunun 23.2-ci maddəsinə əsasən, müalicə olunması ilə əlaqədar ildə bir dəfə 2 (iki) aylıq əmək haqqı həcmində birdəfəlik müavinət almalı idi. Xidmətdə olduğu müddətdə o, müayinə və müalicə almaq üçün müavinəti almasına görə hər il müəssisə rə islərinə raportla müraciət etməsinə baxmayaraq, raportları Penitensiar Xidmətə göndərilməyib və Penitensiar Xidmətdən ona xəstəlik müavinəti verməyib. 2011-ci il aprel ayından Penitensiar Xidmətə göndərilən sənədlərə dekabr ayına kimi müsbət cavab verilməmiş, dekabr ayının sonunda ona 1360 manat müavinət verilmişdir. Daha sonra ona müavinət verilməmiş, 2015-ci ildə məcbur olub təqaüdə çıxmaq üçün raportla müraciət etmişdir. Penitensiar Xidmətin rəhbərliyi ona qarşı qərəzli hərəkətləri ilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2ci maddəsinin tələblərini kobudcasına pozmuşlar. Qeyd olunan hüquq pozuntuları haqqında tələbini 2020-ci ilin əvvəlindən Penitensiar Xidmətin yeni rəhbərliyinə dəfələrlə ünvanlandırmış və xahiş etmişdir ki, onun 2006-2015- ci illərədək pozulmuş hüqu qlarını bərpa edib, ona, o illərdə almadığı birdəfəlik iki əməkhaqqı həcmində müavinətin verilməsini təmin etsinlər. Dəfələrlə müraciətinə, o cümlədən sonuncu xx.xx.2020-ci il tarixli müraciətinə cavabdeh orqan əsassız olaraq eyni məzmunlu imtina cavabı yazmışlar. Beləliklə də, qulluq keçdiyi müddətdə ona cavabdeh orqan tərəfindən yalnız 2011-ci ildə müalicə olunması üçün birdəfəlik müavinətin yarısı verilmişdir. Cavabdehin etirazları:
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə iddiaçıya qulluq müddətində 2011-ci ildə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmişdir. 2012-ci ildə müraciət etmiş, lakin vəsait çatmadığına görə ödənilməmişdir. Digər illərdə müraciət etmədiyinə görə müavinət verilməmişdir. Müvafiq xərc maddəsinə mailiy ə vəsaiti ayrılacağı təqdirdə cari ilin sonuna qədər 2012-ci il üzrə müalicə olunması ilə əlaqədar müavinətin ödənilməsi məsələsinə baxılacaqdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayev) 3 noyabr 2021-ci il tarixli 21(112)-2724/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya 2012-ci ildə istifadə etmədiyi müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Lakin, hazırki iş üzrə iddiaçı ya bu hal 2012-ci il üzrə tətbiq edilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin rəisinə ünvanlanmış 20 dekabr 2012-ci il tarixli məktub, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12 iyun 2020-ci il tarixli, 6 iyul 2020-ci il tarixli və 1 oktyabr 2020-ci il tarixli məktublar və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda göstərilən hal öz təsdiqini tapmışdır. Bu səbəbdən də, iddiaçıya 2012-ci il üzrə ödənilməmiş 2 (iki) aylıq əmək haqqı məbləğində müavinət ödənilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəm əsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) 7 aprel 2022-ci il tarixli, 21(103)-1186/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 3 noyabr 2021-ci il tarixli 2-1(112)-2724/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Apelyasiya instansiyası məhkəməsinin qəra rı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 5 oktyabr 2000 il tarixdən 30 noyabr 2015-ci il tarixinədək Penitensiar xidmətində qulluqda olmuş, qulluq etdiyi müddətdə ona 2011-ci ildə müalicə üçün birdəfəlik müavinət verilmiş, 2012-ci ildə müraciət etmiş, lakin vəsait çatmadığına görə ödənilməmiş, digər illərdə müraciət etmədiyinə görə verilməmişdir.
17. Kassasiya şikayətində Əmək Məcəlləsinin 296-cı, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsinə, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”-nın 1.3, 2.1, 4.1, 4.3-cü bəndlərinə, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının K onstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 oktyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarlarına istinad edilərək qeyd edilir ki, iddiaçının qulluq keçməsinə 30 noyabr 2015-ci il tarixdə xitam verilmiş, lakin o, iddia ərizəsi ilə 2020-ci ilin noyabr ayında müraciət etmiş, bununla da qanunla müəyyən edilən 1 illik iddia müddətini buraxmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu: M a d d ə
23. Ədliyyə orqanları işçilərinin sosial müdafiəsi 23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2008-ci il tarixli, 7-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” Bənd 1.2. müavinət xüsusi rütbəsi olan işçiyə müalicə olunması üçün verilir. Bənd 2.1. müraciət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir.... Bənd 2.3. Müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ə dliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara (bundan sonra-komissiyalar) təqdim edilir. Bənd 2.4. Müavinətin verilməsi barədə müraciətə komissiyalar tərəfindən qısa müddətdə, daxil olma növbəliyi ilə baxılır. Bənd 2.5. Komissiyalar öz qərarların səs çoxluğu ilə qəbul edir və protokol formasında rəsmiləşdirirlər. Bənd 2.6. Protokol müvafiq komissiyanın sədri və katibi tərəfindən imzalanır. Bənd 2.7. Müavinətin verilməsi məsələsi müsbət həll edildikdə protokolun bir nüsxəsi icra üçün müvafiq ədliyyə orqanının maliyyə xidmətinə təqdim edilir. Bənd 2.8. İşçinin müraciətinə əsasən komissiyanın protokolunun bir nüsxəsi ona təqdim edilir. Bənd 2.9. Müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2-ci b əndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır.
21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi v asitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamenta l vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəb ərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
28. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd).
29. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə, ilk növ bədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək qeyd edir ki, hazırki iddia tələbi İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. Öhdəliyin icrası barədə iddianın İPM-də nəzərdə tutulmuş xüsusi mümkünlük şərti məhkəməyə müraciət edilməmişdən öncə, müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsidir ki, hazırkı işdə bu şərtə əməl olunmuşdur. Öhdəliyin icrası haqqında iddianın verilməsi üçün isə İPM-də müddət nəzərdə tutulmamışdır.
32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA A LDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2022-ci il tarixli, 21(103)-1186/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.