Məhkəmə qərarları › İş №2-1(102)-1253/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1253/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1253/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı na qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF və Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Binəqədi rayon Xidmət Nümayəndəliyi) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21(112)-289/2021 saylı, xx.xx.2021-nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-660/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qərardadından Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tə rəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 55 il 6 ay yaş həddinin tamam olduğu 07 sentyabr 2009-cu il tarixindən güzəştlərlə pensiya təyin edilməsi və əmək pensiyasının əmək haqqı ilə hesablanmaqla 07 sentyabr 2009-cu il tarixdən yenidən hesablanması vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 55 il 6 ay yaş həddinin tamam olduğu 07 sentyabr 2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının əmək haqqı nəzərə alınmaqla hesablanması, cavabdeh inzibati orqana müraciət tarixindən geriyə 3 il müddətinə hesablanmaqla fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-289/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı il ə, iddia təmin edilmiş, İddiaçı 55 il 6 ay yaş həddinin tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (xx.xx.2019) geriyə 3 il üzrə yəni, xx.xx.2016-cı il tarixindən fərq məbləğinin hesablanıb iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-215/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-289/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)- 755/2022, 06 may 2022-ci il tarixli qərarı ilə, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(103)215/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

7. Məhkəmə qərarının qanuni qüvvəyə minməsi ilə əlaqədar icra olunması üçün 7.07.2022-ci il tarixdə c avabdeh inzibati orqana məktub göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 4.8.2022-ci il tarixində ərizə verərək Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)289/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdı ki, məhkəmə tərəfindən işə baxılarkən iddiaçının ümumi iş stajının düzgün hesablanması aparılmamış, iddiaçının 1998-ci il avqust ayının 1dək 25 ümumi stajının olmamasına baxmayaraq məhkəmə həmin tarixə iddiaçını n 25 ildən çox ümumi stajı olduğunu müəyyən etməklə səhv nəticəyə gəlmişdir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-289/2021 nömrəli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə ərizəçi məhkəməyə ilkin icraat zamanı mövcud olmuş hər hansı yeni sübut və hallara istinad etməmiş və bu barədə sənədlər təqdim etməmişdir. Ərizəçi (cavabdeh) tərəfindən hazırkı qərar həm apellyasiya, həm də kassasiya qaydasında mübahisələndirilmiş və ərizəçinin dəlillərinə üç instansiya məhkəmə tərəfindən qiymət verilmişdir. Ərizəçi (cavabdeh) eyni dəlilləri irəli sürməklə məhkəmə qərarının ləğvinə nail olmaq üçün yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

12. Həmin qərardaddan n arazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2xx.xx.2022-ci il tarixli, 2-1(112)-289/2021 nömrəli qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-660/2023 nömrəli qərardadı ilə (hakimlər: S.İ.Bəktaşi,-məruzəçi, M.Ə.Abbasov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-289/2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Ape llyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 15.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadını ləğv edərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinin əsasını icraatın təzələnməsi barədə ərizədə qeyd olunanlar təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının əmək kitabçasında olan məlumatlara və hərbi biletinə əsasən 24 il 1 ay 29 gün ümumi iş stajı mövcuddur. Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

19. Həmin Məcəllənin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır.

20. Həmin Məcəllənin 106.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə icraatın təzələ nməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır.

21. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən, icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.

22. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, hazırkı qərarın 20-ci bəndində göstərilən normanın məzmunundan aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin məcmu halda birgə mövcudluğu zamanı təzələnə bilər – 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması.

27. Hazırkı iş üzrə isə iddiaçının yeni açılmış hallar kimi istinad etdiyi sözügedən hallar sonradan, yəni işə mahiyyəti üzrə məhkəmələrdə baxılıb qurtardıqdan sonra ortaya çıxmış hallar deyildirlər. Nəzərə alınmalıdır ki, yalnız ilkin icraat zamanı mövcud olmayan və sonradan aşkar edilmiş yeni sübutlar və ya hallar yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas təşkil edə bilər

28. Halbuki, işin məhkəmə araşdırması zamanı cavabdehin apellyasiya və kassasiya şi kayətinin dəlilləri mahiyyət etibarı ilə yeni açılmış hallarla bağlı ərizədə göstərilənlərlə eyni olmuşdur. Bu hallar isə hazırkı qərarın 20-ci bəndində göstərilən normanın məzmununa uyğun deyildir. Cavabdeh ərizəsində yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmamasına dair hər hansı hala istinad etməmişdir. Bu səbəbdən də cavabdehin göstərdiyi əsas yeni açılmış hal hesab oluna bilməz.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının xx.xx.2023-cü il tarixli, 2-1(103)660/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-660/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar