Məhkəmə qərarları › İş №2-1(102)-1253/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1253/2024

21.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1253/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Akkreditasiya Mərkəzinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Akkreditasiya Mərkəzinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzr ə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 21(103)-2634/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (VÖEN: **********) xx.xx.2015-ci il tarixdə vergi orqanında dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı ilkin olaraq xx.xx.2015-ci il tarixində akkreditasiya attestatı alaraq AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” standartına uyğun (yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə) akkreditas iya olunmuş və attestata əlavə olunan akkreditasiya sahəsi üzrə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmuşdur.

3. İddiaçı növbəti dəfə xx.xx.2018-ci il tarixində akkreditasiya attestatı alaraq, AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” standartına uyğun akkreditasiya olunmuş və attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətini davam etdirmişdir. 4. xx.xx.2018-ci il tarixli akkreditasiya attestatının müddətinin bitməsi ilə əlaqədar iddiaçı xx.xx.2021-ci il tarixində təkrar akkreditasiyanın keçirilməsi məqsədi ilə cavabdehə müraciət etmiş və müvafiq sənədlər cavabdehə təqdim olunmuşdur.

5. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində iddiaçıya münasibətdə 0688-21 UQQA nömrəli “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə” qərar qəbul edilmiş və iddiaçının əsasnaməsi təsdiq edilərək onun adına xx.xx.2021-ci il tarixli, AZ 02.0567.01.21 nömrəli akkreditasiya attestatı rəsmiləşdirilmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş “Akkreditasiya sahəsinin layihəsi”ni həmin tarixdə deyil, iddiaçının çoxsaylı müraciətlərindən sonra, xx.xx.2021-ci il tarixdə təsdiq edərək internet saytında yerləşdirmişdir.

6. Cavabdehin “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə” xx.xx.2021-ci il tarixli, 0688-21 AAQMD nömrəli qərarı ilə iddiaçının akkreditasiya attestatının qüvvəsi qismən - Kompüter, elektron və optik məmulatla r (Məhsul növləri təsnifatı AZT-053 2018 üzrə 26-cı bölməyə daxil olan bütün kodlar) və Elektrik avadanlıqları (Məhsul növləri təsnifatı AZT-053 2018 üzrə 27-ci bölməyə daxil olan bütün kodlar) sahələri üzrə (dayandırma qərarının qismən həmin sahələr üzrə qəbul edilməsinə səbəb tələb olunan sənədlərin əksəriyyətində istinad edilən məhsulların təsnifat kodunun 26 və 27 sahəyə aid olmasıdır) xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək dayandırılmış, iddiaçıdan uyğunluq sertifikatlarının verilməsinə əsas olmuş sənəd və məlumatların xx.xx.2022-ci il tarixinədək cavabdehə təqdim etməsi tələb olunmuş, müəyyən edilmiş müddət ərzində həmin sənəd və məlumatların təqdim edilmədiyi təqdirdə akkreditasiya sahəsinin müvafiq sertifikatların verildiyi sahələr üzrə məhdudlaşdırılacağı iddiaçı nın nəzərinə çatdırılmışdır.

7. Cavabdehin “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının qüvvəsinin müvəqqəti məhdudlaşdırılması barədə” xx.xx.2022-ci il tarixli, 0688-22 ASM nömrəli qərarı ilə, xx.xx.2022-ci il tarixədək iddiaçının akkreditasiya sahəsi qismən (26 və 27 sahə üzrə) məhdudlaşdırılmış, müəyyən edilmiş müddət ərzində sənədləri təqdim etmədiyi təqdirdə, iddiaçının akkreditasiya sahəsinin qeyd olunan sahələr üzrə müvafiq sənəd və məlumatlar təqdim edilənədək məhdudlaşdırılması barədə qərar qəbul ediləcəyi iddiaçının nəzərinə çatdırılmışdır.

8. Cavabdehin “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının qüvvəsinin müvəqqəti məhdudlaşdırılması barədə” xx.xx.2022-ci il tarixli, 0688-22 ASM nömrəli qərarı ilə, cavabdehin xx.xx.2021-ci il tarixli, 0688-21 AAQMD nömrəli qərarına əsasən tələb olunan sənəd və məlumatlar təqdim edilənədək iddiaçının qeyd edilən sahələr üzrə akkreditasiya sahəsi müvəqqəti olaraq məhdudlaşdırılmışdır.

9. Cavabdehin “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə” xx.xx.2022-ci il tarixli, 0688-22 AAQMD nömrəli qərarı ilə, iddiaçının akkreditasiya attestatının qüvvəsi müvəqqəti olaraq dayandırılmışdır. Qərarda iddiaçıya cavabdehin xx.xx.2022-ci il tarixli, AzAK-04/01-3/245 nömrəli məktubunda qeyd edilən sənəd və məlumatların, habelə pozuntular aşkar edilmiş sertifikatlarla bağlı düzəldici hərəkətlər barədə məlumatların xx.xx.2022-ci il tarixinədək cavabdehə təqdim edilməsi təklif olunmuş, həmi n müddətdə təqdim edilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul olunacağı iddiaçının nəzərinə çatdırılmışdır.

10. Cavabdehin “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması barədə” xx.xx.2022-ci il tarixli, 0688-22 UQQ AL nömrəli qərarı ilə fəaliyyətə başladığı dövrdən hazıradək verdiyi uyğunluq sertifikatları ilə bağlı təqdim edilən aylıq hesabatlara baxılaraq iddiaçıya yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə verilmiş xx.xx.2021-ci il tarixli, AZ 02.0567.01.21 nömrəli akkreditasiya attestatının ləğv edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması barədə” xx.xx.2022-ci il tarixli, 0688-22 UQQ AL nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixində ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı Azərbaycanda rabitə və telekommunikasiya vasitələrinə uyğunluq sertifikatının verilməsi sahəsində Azərbaycan Respublikasında ilk yaradılmış orqandır. Fəaliyyəti dövründə iddiaçıya münasibətdə xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2021-ci illərdə cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq 4 dəfə inspeksiya nəzarəti qaydasında yoxlamalar həyata keçirilmiş və həmin yoxlamalar dövründə iddiaçının fəaliyyəti ilə bağlı heç bir nöqsan aşkar edilməmişdir. xx.xx.2018-ci il tarixli, AZ 02.0299.01.18 nömrəli akkreditasiya attestatının qüvvədə olma müddətinin xx.xx.2021-ci il tarixində bitməsini nəzərə alaraq, iddiaçı 2 ay öncədən, xx.xx.2021-ci il tarixində təkrar akkreditasiyanın keçirilməsi məqsədi ilə cavabdehə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli, 252 nömrəli qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya Qaydaları”nın 3.2-ci bəndində nəzərdə tutulmuş sənədləri həmin inzibati orqana təqdim etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixində iddiaçı barəsində onun müraciət etdiyi gündən 150 gün sonra özünün 0688-21 UQQA nömrəli “Uyğunlu ğu qiymətləndirən qurumun akkreditasiyası barədə” qərarını qəbul etmiş və iddiaçının əsasnaməsini təsdiq edərək onun adına xx.xx.2021-ci il tarixli, AZ 02.0567.01.21 nömrəli akkreditasiya attestatını rəsmiləşdirmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən ona xx.xx.2021-ci il tarixli, AR/052 nömrəli məktubla təqdim edilmiş 2 nüsxə olmaqla hər biri 16 vərəqdən ibarət “Akkreditasiya sahəsinin layihəsi”ni qəsdən təsdiq etməmiş və onu özünün internet saytında yerləşdirməmişdir. İddiaçı tərəfindən dəfələrlə müraciətlər olunduqdan sonra, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixdə köhnə tarixlə təsdiq edilmiş akkreditasiya sahəsi internet saytında yerləşdirilmişdir. Akkreditasiya sahəsi ilə tanış olduqda cavabdeh tərəfindən onun təqdim etdiyi “Akkreditasiya sahəsinin la yihəsi”nin təsdiq olunmadığı, layihədə nəzərdə tutulmamış sahələr artırılmaqla, çox sahələrin ümumiyyətlə qeyd edilmədiyi məlum olmuşdur. Sonradan cavabdeh inzibati orqan tərəfindən dəfələrlə iddiaçıya müraciətlər olunaraq (məktublar ünvanlanaraq) onun fəaliyyəti ilə bağlı sənədlər tələb olunmuş, daha sonra isə mübahisələndirilən qərar qəbul edilmişdir.

13. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının akkreditasiyadan keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 252 nömrəli qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya Qaydaları”na, habelə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 426 nömrəli akkreditasiya müqaviləsinə əsasən aparılmışdır. Belə ki, Qaydaların 3.2-ci bəndinə əsas ən, tələb olunan sənəd və məlumatlar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, AR/015 nömrəli məktubla göndərilsə də, təqdim olunan və akkreditasiya olunması istənilən akkreditasiya sahəsində göstərilən məlumatlarda forma, tərtibat baxımından uyğunsuzluq və çatışmazlıqlar (məhsula dair standart, texniki reqlament və digər normativ aktlar tam göstərilməmişdir) müəyyən edilmişdir. Təqdim edilən akkreditasiya sahəsində uyğunluğu qiymətləndirilə bilinəcək mal, xidmət, iş və s. məlumatlar düzgün təsvir edilməmiş, həmçinin tam şəkildə göstərilməmişdir. Qaydaların 3.5-ci maddəsinə əsasən, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə müraciəti 10 iş günündə araşdırılır. Müəyyən edilmiş çatışmazlıqlar iddiaçının diqqətinə çatdırılmış, lakin aradan qaldırılmadığından, Qaydaların elə həmi n bəndinə uyğun olaraq cavabdeh tərəfindən müraciətə baxılma müddətinin axımının dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. Sonda iddiaçı müvafiq düzəlişləri etmiş və iddia ərizəsində də qeyd etdiyi kimi, xx.xx.2021-ci il tarixli AR/052 nömrəli məktubla sənədləri təqdim etmişdir. Buna uyğun olaraq, cavabdeh tərəfindən müraciətə baxılma müddətinin axımının bərpa edilməsi barədə 0688-21 MAB nömrəli qərar qəbul edilmişdir. Bundan sonra, müraciətə təqdim edilmiş sənədlər əsasında baxılması və uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya keçirilməsi üçün tərəflər arasında xx.xx.2021-ci il tarixli, 426 nömrəli akkreditasiya müqaviləsi imzalanmışdır. Müqavilə imzalandıqdan sonra akkreditasiya prosesi həm müqaviləyə, həm də Qaydalara uyğun olaraq aparılmışdır. Qaydaların 1.4-cü bəndinə əsasən, akkreditasiyanın ümumi müddəti akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, bu Qaydaların 3.5-ci və 4.9-cu bəndlərinə uyğun olaraq təyin edilən müddətlər nəzərə alınmadan 60 iş günündən çox ola bilməz. Qaydaların 3.5-ci maddəsi müraciət edilən zaman sənədlərin araşdırılması üçün müəyyən edilmiş müddət (10 iş günü), sənədlər təqdim edilmədikdə müraciətə baxılmanın müddət axımının dayandırılması qərarının müddəti (20 iş günü), həmçinin 4.9-cu maddədə komissiya tərəfindən qiymətləndirmənin nəticəsinə dair hesabatda qeyd edilən çatışmazlıqlar və onların aradan qaldırılması üçün təyin edilmiş müddətlər 60 iş günü müddətinə daxil deyildir. Əvvəldə qeyd edildiyi kimi, iddiaçının ilkin müraciətindən sonra təqd im olunan sənədlər araşdırılmış, çatışmazlıqlar aradan qaldırılmadığından müddət axımının dayandırılması barədə qərar qəbul edilmişdir. Bundan əlavə, iddiaçının akkreditasiya tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı da uyğunsuzluqlar aşkar edilmiş, Qaydaların 4.9-cu maddəsində göstərildiyi kimi, bu uyğunsuzluqlar qiymətləndirmənin nəticəsinə dair komissiya tərəfindən tərtib edilmiş hesabatda qeyd edilmiş və aradan qaldırılması ilə bağlı müddət müəyyən edilmişdir. Bütün bunlar göstərir ki, cavabdehin “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə” qərarı heç də iddia ərizəsində göstərildiyi kimi, müraciətdən 150 gün sonra deyil, qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmişdir. Çünki, iddiaçı müddət axımının dayandırılması, həmçinin qiymətləndirmə zamanı uyğunsuzluqları n olması ilə bağlı məlumatları gizlətməyə və bundan yayınmağa çalışmışdır. Digər məsələ, iddiaçı aralarında bağlanmış müqavilənin mahiyyətini yanlış anlayır. Həmin müqavilənin olması, eləcə də Qaydalar heç də mütləq müraciət edilən sahə ilə bağlı gözlənilən nəticənin verilməsini ehtiva etmir. Müqavilənin 1-ci maddəsi məhz müqavilənin predmetini və tərəflər arasındakı münasibətlərin dairəsini müəyyən edir. Həmin maddənin tələbindən də aydın şəkildə görünür ki, akkreditasiya orqanı müraciət edən tərəfin (sifarişçinin) AZS İSO/İEC 17065-2014 standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsini və bununla bağlı təqdim edilən sənədlərin təhlilini, yerində qiymətləndirmə aparılmasını həyata keçirir. Akkreditasiya tələblərinə cavab verdiyi halda nəticəyə uyğun olaraq akkreditasiya barədə qərarın qəbul edilməsini, attestatın verilməsini təmin edir, eləcə də akkreditasiyadan sonrakı dövrdəki məsələlər, illik qiymətləndirmə, plandankənar qiymətləndirmə, akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması, akkreditasiya sahəsinin məhdudlaşdırılması və attestatın ləğvi kimi məsələlər də qeyd edilən müqavilənin tənzimləmə predmetinə daxildir. Qaydaların 4-cü maddəsində uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsinin mərhələləri göstərilmişdir. Belə ki, akkreditasiya orqanı tərəfindən qiymətləndirmənin başlanması və akkreditasiya komissiyasının yaradılması haqqında qərar qəbul edildikdən sonra komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin qiymətləndirməsi 2 mərhələdə həyata keçirilir. Birinci mərhələdə komissiya uyğunluğu qiymətləndirən qurumun müvafiq akkreditasiya tələblərinə uyğunluğunu qiymətləndirmək üçün təqdim olunmuş sənədləri təhlil edir. İkinci mərhələdə komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun yerləşdiyi yerdə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid olan müvafiq standartlarda, texniki reqlamentlərdə və digər texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş texniki tələblərə (texniki meyarlara) uyğunluğu qiymətləndirilir. Komissiya tərəfindən qurumun yerləşdiyi yer üzrə uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət sahəsinə aid bir sıra uyğunsuzluqlar aşkar edilmiş və qeydə alınmışdır. Bununla bağlı sənəd və məlumatlar iddiaçıya göndərilmiş və aradan qaldırılması istənilmişdir. Lakin id diaçı qeyd edilən nöqsanları tam aradan qaldırmamışdır. Müvafiq uyğunsuzluqlar qiymətləndirmənin nəticəsinə dair hazırlanan hesabatda göstərilmişdir. Cavabdeh tərəfindən təsdiq edilən akkreditasiya sahəsi məhz akkreditasiya aparılması zamanı aşkar edilən və aradan qaldırılmayan uyğunsuzluqlar nəzərə alınmaqla təsdiq edilmişdir. Təbii ki, bu, belə də olmalıdır. İddiaçının akkreditasiya müqaviləsi bağlaması heç də təqdim etdiyi akkreditasiya sahəsinin mütləq qaydada təsdiq edilməsini göstərmir. Qiymətləndirmənin nəticəsinə müvafiq olaraq imtina barədə də qərar qəbul edilə bilərdi. Bundan əlavə, iddiaçının ilkin olaraq xx.xx.2021-ci il tarixli məktubla təqdim etdiyi akkreditasiya sahəsinin həmin forma və məzmunda təsdiq edilməsinin qeyri-mümkün olması barədə digər bir hal isə, həmin sahədə gö stərilmiş uyğunsuzluqlar, Avropa direktivləri, texniki reqlamentlərin, xarici dövlətlərin texniki şərtlərinin göstərilməsidir. Belə ki, bununla bağlı standartlaşdırma üzrə normativ sənədlərin Azərbaycan Respublikası ərazisində tətbiqi ilə bağlı məlumatın əldə edilməsi məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutuna müvafiq olaraq xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarla müraciət edilmişdir. Cavab olaraq göndərilən məktublarda iddiaçının da təqdim etdiyi akkreditasiya sahəsində göstərdiyi Avropa direktivlərinin, texniki reqlament, xarici dövlətlərin texniki şərtlərinin ölkə ərazisində qüvvədə olmadığı bildirilmişdir. İddiaçının qeyd etdiyi yoxlamalar, xüsusən də 2015 və 2021-ci illərdə aparılmamışdır. Belə ki, 2015-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi ümumiyyət lə mövcud olmamış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1234 nömrəli Fərmanı ilə yaradılmışdır. Bundan əlavə xx.xx.2021-ci il tarixdə isə ümumiyyətlə belə bir yoxlama həyata keçirilməmişdir. Çünki iddiaçı ilə akkreditasiya işlərinin görülməsi üçün müqavilə xx.xx.2021-ci il tarixində bağlanmışdır və bütün qiymətləndirmə işləri bu tarixdən sonra aparıla bilərdi. Cavabdehin akkreditasiya attestatının ləğv edilməsi barədə qərar qəbul etməsi üçün kifayət qədər əsası və iddiaçının yol verdiyi nöqsanların aradan qaldırılması üçün isə kifayət qədər vaxtı olmuşdur. Lakin iddiaçı edilən xəbərdarlıqlardan nəticə çıxarmamış, əksinə özbaşına fəaliyyətini davam etdirmişdir. İlk əvvəl cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, AAM-635/11/21 nömrəli, xx.xx.2021-ci il tarixl i AAM-657/12/21 nömrəli və xx.xx.2021-ci il tarixli AAM- 682/12/21 nömrəli məktublarla iddiaçıya müraciət olunmuş, cavabdehə xx.xx.2021-ci il tarixli AR/158 nömrəli məktubla təqdim edilən uyğunluq sertifikatlarının verilməsinə əsas olmuş sənəd və məlumatların təqdim olunması xahiş olunmuşdur. Tərəflər arasında qüvvədə olan müqavilənin 2.4.2-ci və 2.2.9-cu bəndlərinə əsasən cavab məktubunda ləğv edildiyi göstərilən blankların əsillərinin cavabdehə təqdim olunması vacibdir. Bundan sonra, cavabdeh xx.xx.2022-ci il tarixli AzAK-04/01-3/245 nömrəli məktubla sonuncu xəbərdarlıqla iddiaçıya müraciət etmiş, yuxarıda adları qeyd edilən məktublarla istənilən sertifikatlar və blankların qeydiyyat nömrələri barədə ətraflı məlumatların 3 iş günü ərzində cavabdehə təqdim edilməsi təklif olunmuşdur. Bütü n bunlara baxmayaraq, qeyd edilən müddət ərzində iddiaçı tərəfindən həmin məlumatlar təqdim edilməmişdir. Qeyd edilən halların iddiaçı tərəfindən verilmiş sertifikatlarda aşkar edilməsi və bunların davamlı xarakterli olması onu göstərmişdir ki, iddiaçı bundan əvvəl cavabdehin müvafiq olaraq akkreditasiya attestatının qüvvəsinin qismən dayandırılması və daha sonra akkreditasiya sahəsinin məhdudlaşdırılması ilə bağlı qərarlarından nəticə çıxarmamış, əksinə öz fəaliyyətini bu istiqamətdə davam etdirmişdir. Daha sonra, cavabdehin xx.xx.2022-ci il tarixli 0688-22 AAQMD nömrəli qərarı ilə iddiaçının akkreditasiya attestatının qüvvəsi müvəqqəti olaraq dayandırılmışdır. Həmin qərarda iddiaçının cavabdehin xx.xx.2022-ci il tarixli, AzAK04/01-3/245 nömrəli məktubunda qeyd edilən sənəd və məlumatları n, habelə pozuntular aşkar edilmiş sertifikatlarla bağlı düzəldici hərəkətlərin edilməsi barədə məlumatların xx.xx.2022-ci il tarixinədək təqdim etməsi bildirilmiş, həmin müddətdə təqdim edilmədiyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul ediləcəyi bildirilmişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçı heç bir tədbir görməmiş, tələb olunan sənəd və məlumatları təqdim etməkdən qətiyyətlə imtina etmişdir. Bütün bunların sonunda cavabdeh hazırda mübahisələndirilən qərarı qəbul etmək məcburiyyətində qalmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 426 nömrəli akkreditasiya müqaviləsi bağlanmış və bununla da tərəflər öz üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Həmin müqavilənin 2.2.18-ci yarımbəndinə əsasən, iddiaçı verdiyi, qüvvəsini dayandırmış və ya l əğv edilmiş hər bir uyğunluq sertifikatı barəsində məlumatı 1 ay müddətində cavabdehə təqdim etməlidir. Öz növbəsində 2.4.3-cü yarımbənddə cavabdehin həmin məlumatları iddiaçıdan tələb etmək hüququ göstərilmişdir. Adıçəkilən müqavilə qüvvədədir və iddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra etməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, verilmiş müvafiq uyğunluq sertifikatları və blankları barədə məlumatları mütəmadi olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (Dövlət Xidməti) göndərmişdir. Dövlət Xidmətinin Əsasnaməsinin 5.1-ci bəndinə əsasən Dövlət Xidməti öz fəaliyyətini aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. Nəzərə alınarsa ki, a kkreditasiya sahəsində fəaliyyətin tənzimlənməsi və bu sahədə siyasətin formalaşması işləri cavabdehin fəaliyyətinə aid edilir, deməli bu istiqamətdə də işlərin cavabdeh tərəfindən görülməsi qəbul olunandır. Məhz həmin sertifikat və blanklar Dövlət Xidməti tərəfindən cavabdehə göndərilmiş və təqdim edilən hesabatlar təhlil edilərkən aşkar edilmişdir ki, iddiaçı tərəfindən qanunvericiliyin, o cümlədən beynəlxalq standartların tələblərinin kobud şəkildə pozulması halları ilə müşayiət olunan sertifikatların verilməsi davam etdirilir və bu hallar artıq davamlı xarakter almışdır. Eyni zamanda qeyd edilməlidir ki, aylıq hesabatlarda blankların qeydiyyat nömrələri barədə məlumatlarda natamamlıqlar müəyyən edilmişdir. Qeyd edilən məsələlərlə bağlı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, AzAK -04/01-3/226 nömrəli məktubla iddiaçıya müraciət edilsə də, müraciət nəticəsiz qalmış, iddiaçı hər hansı formada məlumat verməkdən təkrarən imtina etmişdir. İddiaçının “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarətin aparılması, bir qayda olaraq müəyyən edilmiş müddətdə və ya şikayət daxil olduqda həyata keçirilir ifadəsini hərfi mənada başa düşməsi heç də anlaşılan deyildir. Belə ki, adıçəkilən maddənin tələbi imperativ (qadağanedici, məhdudlaşdırıcı) xarakter daşımadığından və digər halların olması istisna edilmədiyindən, tərəflərin iradə ifadəsini əks etdirən müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin icrasını qadağan etmir. Eyni zamanda, həmin madd ə iddiaçıya bir il tamam olanadək istədiyi kimi və istədiyi şəkildə müvafiq sənədlər vermək hüququnu da vermir. Tərəflər arasında Müqavilənin 2.4.2-ci yarımbəndində cavabdehin akkreditasiya fəaliyyətinə aid bütün sənəd və məlumatları, o cümlədən, iddiaçının təqdim etdiyi sənədlərdə olan məlumatların təsdiqlənməsi, dəqiqləşdirilməsi və ya aydınlaşdırılması üçün zəruri olan əlavə məlumatları ondan tələb etmək hüququ göstərilmiş, habelə bu sənədlərin təqdim edilməsi iddiaçının vəzifəsi kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur.

14. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 04 aprel 2023-cü il tarixli, e-2-1(112)-1523/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmı şdır ki, inzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğundan, cavabdeh “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə qərarı qəbul edən zaman obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirmiş, bununla da qanuni inzibati akt qəbul etmişdir.

16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Rəşid Səmədov) 08 dekabr 2023-cü il tarixli, 2-1(103)-2634/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir). Həmin nöqsanlar aradan qaldırılmadıqda isə, bu, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkredi tasiya attestatının ləğvi üçün əsasdır.

19. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, “Texniki reqlamentlər haqqında” Qanunun 10 və 13-cü maddəsinin tələbləri nəzərə alındıqda məlum olur ki, xarici ölkələrin texniki reqlamentlərinə əsasən istehsal olunan məhsulların xarici sənədlərinin tərəflərindən verilən uyğunluq sertifkatlarında yazılması qadağa olunmamışdır. Kollegiya iddiaçının qeyd edilən dəlilinə münasibətdə bildirir ki, iddiaçının qeyd etdiyi Qanunun 10.1-ci maddəsində qeyd edilmişdir ki, beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentləri Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmadıqda və müvafiq sahə üzrə milli texniki reqlament mövcud olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qəra rı ilə milli texniki reqlamentlər kimi qəbul edilərək Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilər. Digər tərəfdən, iddiaçının göstərdiyi Qanunun 13-cü maddəsində xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici uyğunluq sənədinin həqiqiliyi və müqavilə şərtlərinə uyğunluğu müəyyən edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada tanınır. Göründüyü kimi, qanunvericilik beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentlərinin ölkəmizdə tətbiqini, eləcə də xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınmasını bir sıra hallarla şərtləndirmişdir ki, xarici dövlətlərin texniki reqlamentin tətbiqi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bununla bağlı qərarı, xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qayda olsun. Lakin hal-hazırda belə bir qərarın və qaydanın olması müəyyən edilmir.

20. Apellyasiya şikayətinin digər dəlillərindən biri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun 10.1-ci maddəsi ilə bağlıdır. Belə ki, həmin maddəyə əsasən, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət akkreditasiya orqanı tərəfindən ildə bir dəfə, habelə qurumun fəaliyyəti barədə şikayət daxil olduğu hallarda keçirilir. Kollegiya bildirir ki, qanunvericilik həmin normada y oxlamanın minimum neçə dəfə keçirilməli olduğunu bildirmişdir. Başqa sözlə, tərəflər arasında hər hansı razılaşma varsa əgər, qanun həmin razılaşmaya əsasən yoxlamanın 1 və ya daha artıq keçirilməsini qadağan etmir. Tərəflər arasında müqavilənin 2.4.2-ci yarımbəndinə əsasən, cavabdehin akkreditasiya fəaliyyətinə aid bütün sənəd və məlumatları, o cümlədən, iddiaçının təqdim etdiyi sənədlərdə olan məlumatların təsdiqlənməsi, dəqiqləşdirilməsi və ya aydınlaşdırılması üçün zəruri olan əlavə məlumatları ondan tələb etmək hüququ göstərilmiş, habelə bu sənədlərin təqdim edilməsi iddiaçının vəzifəsi kimi qeyd edilmişdir. Lakin buna baxmayaraq iddiaçı müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir.

21. Qeyd edilənlərdən əlavə, iddiaçı məhkəməyə təqdim etdiyi mülahizəsində qeyd etmişdir k i, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə qərarın əsaslandırma hissəsində iddiaçının fəaliyyəti zamanı akkreditasiya sahəsində olmayan standartlara istinad etdiyi göstərilmişdir. Lakin cavabdehin rəsmi internet səhifəsində akkreditasiya bazasında yerləşdirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təqdim edilən akkreditasiya sahəsi sənədində ümumiyyətlə hər hansı standartlar nəzərdə tutulmamış, ümumi formada müvafiq sənəd toplularına istinad edilə bilməsi göstərilmişdir. İddiaçının qeyd etdiklərinə münasibətdə cavabdeh bildirmişdir ki, adıçəkilən qurumun akkreditasiya sahəsi spesifik sahə olan farmakopeya sahəsidir və bu sahəni tənzimləyən beynəlxalq, eləcə də yerli standartlar olmadığından qurumun akkreditasiya sahəsində farmakopeya sahəsində beynəlxalq və regional, o cümlədən dövlətlər tərəfindən qəbul edilmiş və dərc edilmiş farmakopeyaya aid nəşrlər əsas götürülmüşdür. Məhz həmin nəşrlərdə farmakopeya ilə bağlı məhsullara dair tələblər göstərilmişdir. Bundan başqa, iddiaçının akkreditasiya sahəsində normativ sənədlər bölməsində standartların olmaması ilə bağlı iddiaçı tərəfin dediklərinə münasibətdə cavabdeh bildirmişdir ki, Avropa direktivləri, texniki reqlamentlər, xarici dövlətlərin texniki şərtləri Azərbaycan Respublikası ərazisində qüvvədə olmadığından, eyni zamanda telekommunikasiya vasitə və qurğuların sertifikatlaşdırılması zamanı Elektromaqnit (EMC) və radiotezlik (RF) uzlaşmasının müəyyən edilməsi ilə bağlı işlərdə müvafiq laboratoriyanın sınaq nəticələri tələb olunduğundan və iddiaçının bununla bağlı laboratoriyası olmadığından həmin standartlar əks olunmamışdır.

22. Qeyd edilənlərdən əlavə iddiaçının mübahisələndirdiyi qərardan görünür ki, aylıq hesabatlarda həmin dövr üzrə olan blankların qeydiyyat nömrələri barədə məlumatlarda natamamlıqlar müəyyən edilmişdir. İddiaçı qərarda qeyd edilən bu halla razılaşmayaraq apellyasiya şikayətində bildirmişdir ki, qanunvericilik aktlarına əsasən, nə qeydiyyat blanklarının, nə də verilən sertifikatların nəzarətini cavabdeh deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. Qeyd edilənlərə münasibətdə kollegiya bildirir ki, iddiaçının qeyd etdikləri tərəflər arasında bağlanmış müqavi lədə göstərilmişdir. İddiaçı özlərinin təsdiqləyərək bağladığı müqavilənin qanunvericiliyə zidd olduğunu bildirsə də, qanunla belə qadağa nəzərdə tutulmamışdır. Həmçinin, cavabdeh haqlı olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Xidmətinin Əsasnaməsinin 5.1-ci bəndinə əsasən, Dövlət Xidməti öz fəaliyyətini aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. Nəzərə alınsa ki akkreditasiya sahəsində fəaliyyətin tənzimlənməsi və bu sahədə siyasətin formalaşması işləri cavabdehin fəaliyyətinə aid edilir, deməli bu istiqamətdə də işlərin cavabdeh tərəfindən görülməsi qəbul olunandır.

23. İddiaçının dəlillərindən biri də mübahisələndiri lən qərarın uzun müddətə (150 gün sonra) qəbul edilməsi ilə bağlıdır. Bu dəlillə bağlı qeyd edilməlidir ki, cavabdeh tərəfindən “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə qərar birdən-birə qəbul edilməmişdir. Cavabdeh tərəfindən aparılan inzibati icraat zamanı iddiaçının ilkin müraciətindən sonra təqdim edilən sənədlər araşdırılaraq çatışmazlıqların aradan qaldırılmadığı üçün müddət axımının dayandırılması barədə qərar qəbul edilmiş, iddiaçıya onların aradan qaldırılması üçün müddət təyin edilmişdir. Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydalarının 1.4-cü bəndinə əsasən, akkreditasiyanın ümumi müddəti akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, bu Qaydaların 3.5-ci və 4.9-cu bəndlərinə uyğun olaraq təyin edilən mü ddətlər nəzərə alınmadan 60 iş günündən çox ola bilməz. Göründüyü kimi, Qaydaların 3.5-ci maddəsi müraciət edilən zaman sənədlərin araşdırılması üçün müəyyən edilmiş müddət (10 iş günü), çatışmayan sənədlər təqdim edilmədikdə müraciətə baxılmanın müddət axımının dayandırılması qərarının müddəti (20 iş günü), həmçinin 4.9-cu maddədə komissiya tərəfindən qiymətləndirmənin nəticəsinə dair hesabatda qeyd edilən çatışmazlıqlar və onların aradan qaldırılması üçün təyin edilmiş müddətlər 60 iş günü müddətinə daxil deyildir.

24. Qeyd edilənlərdən əlavə olaraq, kollegiya vurğulamağı zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı, xüsusilə məhkəmə iclaslarında tərəflərin izahatlarından məlum olmuşdur ki, iddiaçı akkreditasiya attestatını aldıqdan sonrakı bütün müddət ərzində cavabdehin təsdiq etdi yi akkreditasiya sahəsi üzrə deyil, özünün müəyyən etdiyi sahə əsasında fəaliyyət göstərmişdir. Qeyd edilənləri nəzərə alan kollegiya belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən qərarın maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır.

25. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

26. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə baxışının gedişatında d inləmələr zamanı, eləcə də məhkəməyə təqdim edilmiş müxtəlif sənədlərdə cavabdeh iddiaçının akkreditasiya sahəsi üzrə təqdim etdiyi bəzi standartları çıxarmasının səbəbi kimi onu göstərmişdir ki, həmin standartlar ölkə ərazisində təsdiq edilməmiş və istifadə edilmir. Lakin cavabdehin rəsmi internet səhifəsində (accreditation.gov.az), “akkreditasiya bazası” bölməsində yerləşdirilmiş digər bir hüquqi şəxs "xxxx" MMC-nin təsdiq edilmiş akkreditasiya sahəsinə nəzər yetirəndə müəyyən edilir ki, iddiaçının akkreditasiya sahəsi layihəsi üzrə cavabdeh tərəfindən çıxarılan bəzi standartlar (məs: EN 301 893, EN 300 328, EN 300 330, EN 301 511, EN 303 413:2017, EN 303 345 və s.) həmin "xxxx" MMC-nin akkreditasiya sahəsi sənədində təsdiq edilmişdir. Qeyd edilməlidir ki, həmin halları təsdiq edən məlum atlar apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kim, cavabdehin yuxarıda istinad olunan hərəkətləri onun tərəfindən birmənalı olaraq bərabərlik prinsipinin pozulmasına səbəb olmuşdur. Belə ki, istinad olunan prinsipə görə, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Lakin buna baxmayaraq, cavabdeh eyni hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarlar qəbul edərək, istinad olunan bir sıra standartları bir müraciət edən şəxs üçün təsdiq etdiyi halda, eynilə həmin standartları digəri üçün təsdiq etməmişdir.

27. Bundan başqa, cavabdehin xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixli akkreditasiya attestatına əlavə qismind ə öz rəsmi internet səhifəsində yerləşdirdiyi iddiaçının akkreditasiya sahəsi ilə tanış olarkən aşkar edilmiş daha bir qanun pozuntusu ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı tərəfindən təqdim edilən akkreditasiya sahəsi layihəsi ilə təsdiq olunması istənilən bir sıra məhsul kodlarını təsdiq etməmiş, onun əvəzində təsdiq olunması istənilməyən iki məhsul kodunu iddiaçının akkreditasiya sahəsinə əlavə etmişdir. Cavabdeh iddiaçının təsdiq edilməsini istədiyi 26.20.99, 26.30.99, 26.40.99, 26.51.99, 26.52.28, 26.70.17, 27.11.99 və s. məsul kodlarını öz mülahizəsinə uyğun olaraq akkreditasiya sahəsi layihəsindən çıxarmışdır. Bunun əvəzində isə, ümumiyyətlə istənilməyən və layihəyə əlavə edilməyən 16.10.11 və 24.20.14 nömrəli məsul kodları cavabdeh tərəfindən təsdiq edilmiş akkreditasiya sahəs inə əlavə edilmişdir. Cavabdehin heç bir halda akkreditasiya sahəsi layihəsində əlavə və düzəlişlər etmək hüququ yox idi, zəruri halda belə bir əlavə və düzəlişlərin edilməsi sonuncunun tələbinə əsasən iddiaçı tərəfindən edilməli və yeni akkreditasiya sahəsi sənədi hazırlanaraq cavabdehə təqdim olunmalı idi. Bu tələblər iddiaçı tərəfindən icra edilmədiyi halda isə cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtinaya dair qərar qəbul edilməli idi. Göründüyü kimi, bu halda da cavabdeh qanunazidd hərəkətləri ilə ona verilmiş diskresion səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq müvafiq qərar qəbul etmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apel lyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0. Bu qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.1. uyğunluğun qiymətləndirilməsi - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativhüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsi; 1.0.2. uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra akkreditasiya) - qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsi; 1.0.3. uy ğunluğu qiymətləndirən qurum - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativhüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər; 1.0.4. akkreditasiya tələbləri - akkreditasiyanın yerinə yetirilməsi üçün texniki normativ-hüquqi aktlarda müəyyən olunmuş tələblər; 1.0.5. akkreditasiya orqanı - akkreditasiyanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum; 1.0.6. akkreditasiya attestatı - uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəd; Maddə 5.1. Akkreditasiya, bu qanunun tələbləri nəzərə alınmaqla, akkreditasiya qaydaları əsasında aparılır. Maddə

2. Akkreditasiya aşağıdakı mərhələləri əhatə edir: 5.2.1. uyğunluğu qiymətləndirən qurumun müraciəti; 5.2.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi; 5.2.3. akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi. Maddə 5.6. Akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə müraciətini 10 iş günündən çox olmayan müddətdə araşdırır. Bu qanunun 5.3-cü maddəsinə uyğun olaraq, akkreditasiya qaydalarında nəzərdə tutulmuş sənədlər və ya məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunmadıqda, akkreditasiya orqanı həmin sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edir. Maddə 5.7. Bu qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş hal da əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün təyin edilən müddət 20 iş günündən çox olmamalıdır. Maddə 5.10. Çatışmazlıqlar və onların aradan qaldırılmasına dair düzəliş tədbirləri daxil olmaqla, qiymətləndirmənin nəticəsinə dair hesabat tərtib edildiyi gündən 5 iş günü müddətində ərizəçiyə təqdim edilir. Qiymətləndirmə hesabatında düzəliş tədbirləri üçün müddət aşkarlanan çatışmazlığın mahiyyətindən asılı olaraq təyin edilir. Maddə 5.13. Düzəliş tədbirlərinin təmin edilməməsi uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərarın qəbulu üçün əsasdır. Maddə 5.14. Bu qanunda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir. Maddə 5.15. A kkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, akkreditasiyanın ümumi müddəti, bu qanunun 5.7-ci və 5.10-cu maddələrinə uyğun olaraq təyin edilən müddət nəzərə alınmadan, 60 iş günündən çox ola bilməz. Maddə 6.1. Akkreditasiya barədə qərar qəbul edildiyi gündən 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma akkreditasiya attestatı təqdim edilir. Maddə 6.2. Akkreditasiya attestatı verildiyi tarixdən 3 il müddətində etibarlıdır. Maddə 10.1. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət akkreditasiya orqanı tərəfindən ildə bir dəfə, habelə qurumun fəaliyyəti barədə şikayət daxil olduğu hallarda həyata keçirilir. Maddə 10.2. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiy a orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir). Maddə 10.3. Nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları” 1.1. Bu Qaydalar “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunu n 2.1-ci maddəsində nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydalarını müəyyən edir. 1.2. Bu Qaydalar uyğunluğu qiymətləndirən aşağıdakı qurumlara şamil olunur: 1.2.2. malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar; 3.1. Uyğunluğu qiymətləndirən qurum akkreditasiyanın aparılması üçün akkreditasiya orqanına kağız üzərində yazılı və ya elektron formada müraciət edir. 3.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. uyğunluğu qiymətləndirən qurumun əsasnaməsinin layihəsi-2 nüsxə; 3.2.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin layihəsi-2 nüsxə; 3.2.3. uyğunluğu qiymətləndirən qurumun idarəetmə sisteminin keyfiyyət üzrə rəhbərlik sənədi; 3.2.4. uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olması nəzərdə tutu lmuş işçi heyəti barədə məlumat (sayı, ixtisası, təcrübəsi); 3.2.5. laboratoriyanın pasportu (laboratoriyalar üçün); 3.2.6. şəxsiyyəti təsdiq edən sənədin surəti (fiziki şəxslər üçün); 3.2.7. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (hüquqi şəxslər üçün). 3.8. Müəyyən edilmiş müddətdə tələb edilən sənədlər və məlumatlar təqdim olunmadıqda, akkreditasiya orqanına edilən müraciət və sənədlər baxılmadan müraciət etmiş quruma qaytarılır. 4.1. Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunduqda, sənədlərdə və məlumatlarda çatışmazlıqlar aşkar edilmədikdə, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsinə başlanılması və akkred itasiya komissiyasının (bundan sonra komissiya) yaradılması haqqında qərar qəbul edilir. 4.5. Komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin qiymətləndirilməsi 2 mərhələdə həyata keçirilir. 4.6. Birinci mərhələdə komissiya uyğunluğu qiymətləndirən qurumun müvafiq akkreditasiya tələblərinə uyğunluğunu qiymətləndirmək üçün bu Qaydaların 3.2-ci bəndinə uyğun təqdim olunmuş sənədləri təhlil edir. 4.7. Qiymətləndirmənin ikinci mərhələsində komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun yerləşdiyi yerdə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid olan müvafiq standartlarda, texniki reqlamentlərdə və digər texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş texniki tələblərə (texniki meyarlara) uyğunluğu qiymətləndirilir. 4.8. Akkre ditasiya üçün müraciət etmiş şəxs komissiyanın fəaliyyət sahəsinə daxil olması və qiymətləndirmənin aparılması üçün zəruri şərait yaratmalıdır. 5.1. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı qiymətləndirmə hesabatı əsasında 2 (iki) gün müddətində uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir və akkeditasiya attestatının verilməsi üçün akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə dərhal məlumat verir. Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə sənəd təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanar aq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir. 5.2. Akkreditasiya attestatı, uyğunluğu qiymətləndirən qurumun təsdiq edilmiş akkreditasiya sahəsi və əsasnaməsinin nüsxələri 2 (iki) iş günü müddətində uyğunluğu qiymətləndirən quruma təqdim edilir və ya alınmasını təsdiq edən sifarişli poçtla göndərilir. 5.3. Akkreditasiya attestatı verildiyi tarixdən 3 (üç) il müddətində etibarlıdır. 5.5. Aşağıdakı hallarda uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərar qəbul edilir: 5.5.1. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş müddətdə çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumat verilmədikdə; 5.5.2. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumatın komissiya tərəfindən yoxlanılması zamanı bütün çatışmazlıqların aradan qaldırılmaması və düzəliş tədbirlərinin yerinə yetirilməməsi müəyyən edildikdə; 5.5.3. bu Qaydaların 4.8-ci bəndinə uyğun qiymətləndirilmənin aparılmasını təmin etmədikdə.

31. Azərbaycan respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”

2. Beynəlxalq, regional və xarici ölkələrin milli standartlarının, normalarının, qaydalarının (bundan sonra beynəlxalq standartlar) tələbləri respublika iqtisadiyyatının və istehlakçıların mənafeyinə, məhsulun keyfiyyətin ə olan tələblərə uyğun gəlirsə, onların Azərbaycan Respublikasının standartı kimi birbaşa tətbiqi standartlaşdırma və sertifikatlaşdırma sahəsində beynəlxalq saziş və müqavilələr əsasında həyata keçirilir.

4. Beynəlxalq standartın birbaşa tətbiqi onun Azərbaycan dilində olan mətninin Azərbaycan Respublikasının müvafiq standartı kimi qəbul edilməsidir.

6. Azərbaycan Respublikasının standartları vasitəsilə beynəlxalq standartların birbaşa tətbiqi üç əsas üsulla həyata keçirilir: iqtisadiyyatın tələblərinə cavab verən beynəlxalq standartların birbaşa tətbiq edilməsi; iqtisadiyyatın tələblərini əks etdirən əlavə tələbləri olan beynəlxalq standartların birbaşa tətbiq edilməsi; Azərbaycan Respublikasının standartlarına əlavə kimi beynəlxalq standartların birbaşa tətbiq edilməsi. Hər üç üsul be ynəlxalq standartın mətnində dəyişiklik edilmədən ondan istifadə olunmasını təmin edir. 32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyiş dirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətb iq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn i nkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti mümkün dür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

38. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixində AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlar a olan tələblər” standartına uyğun (yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə) akkreditasiyadan keçmiş, bu barədə ona akkreditasiya attestatı verilmiş və attestata əlavə olunan akkreditasiya sahəsi üzrə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı növbəti dəfə xx.xx.2018-ci il tarixində eyni standarta uyğun akkreditasiya olunmuş, akkreditasiya attestatı alaraq attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyətini davam etdirmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli akkreditasiya attestatının qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixində təkrar akkreditasiyanın keçirilməsi m əqsədi ilə müvafiq sənədləri təqdim etməklə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində iddiaçıya münasibətdə 0688-21 UQQA nömrəli “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə” qərar qəbul edilmiş və iddiaçının əsasnaməsi təsdiq edilərək, onun adına xx.xx.2021-ci il tarixli, AZ 02.0567.01.21 nömrəli akkreditasiya attestatı rəsmiləşdirilmişdir.

39. Göründüyü kimi, iddiaçı xx.xx.2015-ci il tarixindən akkreditasiyanın nəticələrinə əsasən ona verilmiş akkreditasiya attestatına və həmin attestata əlavə olunan eyni akkreditasiya sahəsi üzrə uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətlə məşğul olmuşdur. İddiaçı məhz əvvəldən məşğul olduğu akkreditasiya sahəsi üzrə həmin fəaliyyətini davam etdirmək üçün təkrar akkreditasiyanın keçirilməsi barədə cavab dehə müraciət etmişdir. İş üzrə materiallardan iddiaçıya akkreditasiya attestatının verilməsi və attestata əlavə olunan akkreditasiya sahəsinin təsdiq olunması ilə bağlı əvvəlki dövrlərlə müqayisədə faktiki və hüquqi əsasların dəyişmədiyi görünür. Bu baxımdan iddiaçıda əvvəlki inzibati praktikaya etimadın və ya ən azından ona münasibətdə bu halda da eyni qaydada davranılacağı ilə bağlı qanuni gözləntilərin yarandığı, belə hallarda onun etimadının qanunun qoruma sferasına düşdüyü cavabdeh tərəfindən qərar qəbul olunarkən mütləq nəzərə alınmalıdır. Bu mənada akkreditasiya edildikdən sonra akkreditasiya attestatının ləğvini şərtləndirən hallar müəyyən edilmədən onun akkreditasiya attestatının ləğvi “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipin in pozulması kimi qiymətləndirilməlidir.

40. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit olunmuş həmin prinsipə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Hazırkı mübahisəyə münasibətdə inzibati praktikanın dəyişdiyi və ya praktikanın dəyişməsi barədə müvafiq məlumatlandırmanın və ya xəbərdarlığın həyata keçirildiyi iş üzrə materiallardan müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən istinad olunan normanı nəzərə almamışdır.

41. Nəzə rə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və analoji qaydada həll olunacağ ını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

43. Bundan əlavə, iddiaçının müraciətinə baxılarkən həmçinin onun rabitə və telekommunikasiya vasitələrinə uyğunluq sertifikatının verilməsi sahəsində Azərbaycan Respublikasında ilk yaradılmış qurumlardan biri olduğu, həmin dövr ərzində fəaliyyət göstərdiyi akkreditasiya sahələrində artıq müəyyən təcrübə qazandı ğı və müvafiq infrastruktur formalaşdırdığı da nəzərə alınmalıdır. Həmin fəaliyyət sahələrinin inkişaf etdirilməsinə və keyfiyyətinin artırılmasına yönəlik ictimai maraq da bunu tələb edir.

44. Bu qərarın 29-cu maddəsində istinad olunan normalar görə, akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə müraciətini 10 iş günündən çox olmayan müddətdə araşdırır. Bu qanunun 5.3-cü maddəsinə uyğun olaraq, akkreditasiya qaydalarında nəzərdə tutulmuş sənədlər və ya məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunmadıqda, akkreditasiya orqanı həmin sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edir və bunun üçün müddət müəyyən edir. Müəyyən edilmiş müddətdə tələb edilən sənədlər və məlumatlar təqdim olunmadıqda, akkreditasiya orqanına edilən müraci ət və sənədlər baxılmadan müraciət etmiş quruma qaytarılır.

45. İstinad olunan Qaydaların 3.2-ci bəndinə uyğun təqdim olunmuş sənədlər, eləcə də uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid olan müvafiq standartlarda, texniki reqlamentlərdə və digər texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş texniki tələblərə (texniki meyarlara), yəni akkreditasiya tələblərinə uyğunluğu müəyyən edildiyi halda, akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir. Akkreditasiya barədə qərar qəbul edildiyi gündən 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma akkreditasiya attestatı təqdim edilir. Akkreditasiya attestatı verildiyi tarixdən 3 il müddətində etibarlıdır.

46. İstinad olunan normaların kompleks təfsiri nə görə, yalnız qanunvericiliklə nəzərdə tutulmuş akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir. Bu baxımdan cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin tamlığını və istinad olunan Qaydaların 3.2-ci bəndinə uyğunluğunu, eləcə də istinad etdiyi çatışmazlıqları iddiaçıya münasibətdə xx.xx.2021-ci il tarixli 0688-21 UQQA nömrəli “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə” qərar qəbul etməzdən əvvəl yoxlamalı və yalnız yoxlama nəticəsində tələblərə uyğunluğun müəyyən olunduğu təqdirdə, iddiaçının adına xx.xx.2021-ci il tarixli, AZ 02.0567.01.21 nömrəli akkreditasiya attestatını rəsmiləşdirməli idi. Belə ki, “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydala rı”nın 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunduqda, sənədlərdə və məlumatlarda çatışmazlıqlar aşkar edilmədikdə, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsinə başlanılması və akkreditasiya komissiyasının (bundan sonra - komissiya) yaradılması haqqında qərar qəbul edilir. Komissiya uyğunluğu qiymətləndirən qurumun müvafiq akkreditasiya tələblərinə uyğunluğunu qiymətləndirmək üçün bu Qaydaların 3.2-ci bəndinə uyğun təqdim olunmuş sənədləri təhlil edir. Yəni akkreditasiya attestatının verilməsi və ya verilməsindən imtina barədə qərar hər bir halda akkreditasiya tələblərinə uyğunluğun qiymətləndirilməsinin nəticələrinə əsasən qəbul olunmalı i di.

47. Bu qərarın 29-30-cu bəndlərində istinad olunan normalara əsasən, Qanunda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı qiymətləndirmə hesabatı əsasında 2 (iki) gün müddətində uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir və akkeditasiya attestatının verilməsi üçün akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə dərhal məlumat verir. Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə sənəd təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanaraq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir.

48. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçı tərəfindən təq dim edilmiş “Akkreditasiya sahəsinin layihəsi”ni iddiaçının akkreditasiya attestatının və əsasnaməsnin təsdiq edildiyi tarixdə deyil, iddiaçının çoxsaylı müraciətlərindən sonra, xx.xx.2021-ci il tarixdə təsdiq etmiş və internet saytında yerləşdirmişdir. Bununla yanaşı, cavabdeh akkreditasiya sahəsini iddiaçının təqdim etdiyi məzmunda deyil, təqdim olunmuş siyahıdan müəyyən sahələri çıxartmaqla və öz mülahizəsinə görə bəzi sahələri əlavə etməklə təsdiq etmişdir.

49. Halbuki istinad olunan normaların təfsiri baxımından, akkreditasiya attestatı uyğunluğu qiymətləndirən qurumun təqdim etdiyi akkreditasiya sahəsinə münasibətdə verilir. Başqa sözlə, cavabdeh tərəfindən akkreditasiya attestatının verildiyi halda, uyğunluğu qiymətləndirən qurumun təqdim etdiyi akkreditasiya sahəsi də təsdiq olunma lıdır, yəni akkreditasiya sahəsinin təsdiqi akkreditasiya attestatının verilməsi barədə qərara bağlıdır və ondan irəli gəlir. Belə ki, akkreditasiya attestatı məhz təqdim olunmuş sahələr üzrə uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən sənəddir. İstinad olunan “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nın 6.1-ci bəndinin mahiyyətinə görə, akkreditasiya orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi onun müraciəti əsasında dəyişdirilə bilər. İstinad olunan qanunvericilikdə akkreditasiya orqanının öz mülahizəsinə görə akkreditasiya sahəsində dəyişiklik etmək səlahiyyəti nəzərdə tutulmamışdır.

50. Bundan qısa müddət sonra, cavabdeh iddiaçının ilkin olaraq xx.xx.2021-ci il tarixli məktubla təqdi m etdiyi akkreditasiya sahəsinin forma və məzmununda uyğunsuzluğun müəyyən edildiyinə, eləcə də iddiaçının fəaliyyətində nöqsan və çatışmazlıqların olduğuna və həmin halların aradan qaldırılmadığına istinadən iddiaçının akkreditasiya attestatının ləğv olunması barədə xx.xx.2022-ci il tarixli, AZ 02.0567.01.21 nömrəli qərar qəbul etmişdir.

51. Bu qərarın 44-48-ci bəndlərində artıq qeyd olunduğu kimi, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən istinad etdiyi çatışmazlıqları əslində iddiaçıya akkreditasiya attestatının verilməsi barədə qərarın qəbulundan əvvəl müəyyən etməyə və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görməyə borclu idi. Bu cavabdehin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. İddiaçının akkreditasiya tələblərinə cavab verdiyin i müəyyən etməsinə və onun akkreditasiyası barədə qərar qəbul etməsinə baxmayaraq, cavabdeh tərəfindən qısa müddət sonra onun fəaliyyətində nöqsan və çatışmazlıqların olduğuna istinadən ləğv qərarının qəbul edilməsi “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraatın aparılmadığına dəlalət edir.

52. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının akkreditasiyası barədə qərar qəbul etmiş və həmin qərar əsasında ona akkreditasiya attestatı vermiş cavabdeh həmin qərarın ləğvi barədə qərar qəbul edərkən, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun və “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nın normalarının tələbləri ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normaları nın tələblərini nəzərə almağa borcludur. Cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibat i icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun təfsirinə görə, akkreditasiya tələblərinə uyğunluğun qiymətləndirilməsi ilə bağlı akkreditasiya institutunu akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət institutundan fərqləndirmək lazımdır.

54. Belə ki, uyğunluğun qiymətləndirilməs i sahəsində akkreditasiya – qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsidir. Bu isə, üç mərhələdə həyata keçirilən prosesdir: 1) uyğunluğu qiymətləndirən qurumun müraciəti; 2) uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi və 3) akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi.

55. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət isə belə qurumun həmin qərarın qəbulundan sonrakı dövrdə uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin qanunauyğunluğuna dövlət nəzarətinin həyata keçirilməsi prosesidir. 56. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət akkreditasiya orqanı tərəfindən ildə bir dəfə, habelə qurumun fəaliyyəti barədə şikayət daxil olduğu hallarda həyata keçirilir.

57. Apellyasiya məhkəməsi həmin normanı yanlış təfsir edərək, istinad olunan normada yoxlamanın minimum neçə dəfə keçirilməli olduğunun nəzərdə tutulduğunu, tərəflər arasında hər hansı razılaşma olduğu halda isə, həmin razılaşmaya əsasən yoxlamanın 1 və ya daha artıq keçirilməsinin qadağan edilmədiyini qeyd etmişdir. Halbuki, qeyd edilən normada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun fəaliyyətinə nəzarətin ildə bir dəfə keçirilməsi ilə bağlı tələb imperativ xarakter daşıyır və həmin haldan istisna, yalnız qurum barədə akkreditasiya orqanına şikayət daxil olduğu hallarda mümkündür. Bu baxımdan cavabdeh yalnız akkreditasiya attestatı verildiyi tarixdən bir il ərzində uyğunluğu qiymətləndirən qurumun fəaliyyətinə nəzarəti həyata keçirməkdə haqlı sayılmalıdır.

58. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun və əlaqəli qanunvericiliyin məqsədi bir tərəfdən uyğunluğu qiymətləndirən qurumun fəaliyyətinin qanunauyğunluğunu təmin etməkdən ibarətdirsə, digər tərəfdən həmin qurumun hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından ibarətdir. Akkreditasiya orqanı öz fəaliyyətində qanunvericiliyi nin həmin məqsədlərini nəzərə almağa borcludur.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiyanın 151-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Bu qərarın 31-ci bəndində istinad olunan normaya görə, beynəlxalq, regional və xarici ölkələrin milli standartlarının, normalarının, qaydalarının (bundan sonra beynəlxalq standartlar) tələbləri respublika iqtisadiyyatının və istehlakçıların mənafeyinə, məhsulun keyfiyyətinə olan tələblərə uyğun gəlirsə, onların Azərbaycan Respublikas ının standartı kimi birbaşa tətbiqi standartlaşdırma və sertifikatlaşdırma sahəsində beynəlxalq saziş və müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikasının standartları vasitəsilə beynəlxalq standartların birbaşa tətbiqi üç əsas üsulla həyata keçirilir: iqtisadiyyatın tələblərinə cavab verən beynəlxalq standartların birbaşa tətbiq edilməsi; iqtisadiyyatın tələblərini əks etdirən əlavə tələbləri olan beynəlxalq standartların birbaşa tətbiq edilməsi; Azərbaycan Respublikasının standartlarına əlavə kimi beynəlxalq standartların birbaşa tətbiq edilməsi. Hər üç üsul beynəlxalq standartın mətnində dəyişiklik edilmədən ondan istifadə olunmasını təmin edir.

60. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi bu qərarın əsaslandırma hissəsində qeyd edilən halları nəzərə almamış və nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

61. Odur ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 2-1(103)-2634/2023 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Cavabdeh tərəfindən qəbul edilmiş “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması” barədə xx.xx.2022-ci il tarixli, 0688-22 UQQ AL nömrəli qərar l

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar