Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1254/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı X3 cavabdeh Qəbələ rayon Qəbələ Bələdiyyəsinə (üçüncü şəxslər xxxx oğlu və Cavabdeh2 qızının iştirakı ilə) qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil, üçüncü şəxs xxxxun və vəkili Tural Əfəndizadənin, üçüncü şəxs xxxnın vəkili İsmayıl İsmayılovun iştirakı ilə, İddiaçı X3 cavabdeh Qəbələ rayon Qəbələ Bələdiyyəsinə (üçüncü şəxslər xxxx oğlu və Cavabdeh2 qızının iştirakı ilə) qarşı “protokol qərarının ləğv edilməsi” tələ binə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2-1(107)55/2019 saylı qərarından cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 03 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,mübahisə predmeti olan 0,10 ha torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş və adına JN seriyalı xxxx nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. O, həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı ilə bağlı DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və 06.02.2018-ci il tarixdə keçirilən məhkəmə iclasında ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsi Qəbələ bələdiyyəsinin qərarı ilə başqa şəxslərə satılmışdır. Ona məxsus torpaq sahəsinin başqa şəxslərə satılması barədə Qəbələ bələdiyyəsinin 05.10.2016-cı il tarixli 27 nömrəli qərarından 06.02.2018-ci il tarixdə məlumatı olmuşdur. İddiaçı X3 cavabdeh Qəbələ rayon Qəbələ Bələdiyyəsinə (üçüncü şəxslər xxxx oğlu və Cavabdeh2 qızının iştirakı ilə) qarşı Qəbələ rayon Qəbələ Bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədlərin hazırlanması və razılaşdırılması barədə 05.10.2016-cı il tarixli 27 nömrəli protokol qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 23.10.2018-ci il tarixli iş № 2-1(84)448/2018, (sədrlik edən hakim R.Məcidov) qərarı ilə iddia tələbinin təmin edilməsi, Qəbələ rayon Qəbələ Bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədlərin hazırlanması və razılaşdırılması barədə 05.10.2016-cı il tarixli 27 nömrəli protokol qərarın ləğv edilməsi, mütəxəssis tərəfindən təqdim olunan 60 manat Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə aid edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxs xxxxapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 23.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini məhk əmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 23.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 17.01.2019-cu il tarixli iş № 2-1(107)-55/2019 (hakimlər R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Abbasov və M.Hüseynov) qərarı ilə cavabdehin və üçüncü şəxs xxxxun apelyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin23.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabde hin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,hazırkı mübahisə predmeti olan torpaq sahəsi X4 və onun ailə üzvləri olan X6. X8 və X5 uzun illərdir istifadəsində olmuşdur. Belə ki, Şəhadətnamələrin qeydiyyat kitabının 15-ci səhifəsində aparılmış qeydlərə əsasən xxxun 0,06 hektar həyətyanı torpaq sahəsi olmuş və 1,963 hektar faktiki istifadəsində olmuş və onun şəhadətnaməsinin nömrəsi 1391 olmuşdur. Bundan başqa, iki fərqli tələb iki fərqli sənədlə bir torpaq sahəsinin onlara aid olmasını iddia etməsinə baxmayaraq nə birinci, nə də apelyasiya instansiyası məhkəməsində məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi yalnız DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin məktubuna əsaslanmışdır. Hətta mütəxəssisin rəy verməkdən imtina etməsini qeyd et sə də, nəyə görə ekspertiza deyil, mütəxəssis rəyi verdiyini əsaslandırmamışdır. xxxun istifadəsində olmuş torpaq sahəsindən mübahisə getsə də, xxx məhkəmə icraatına cəlb edilməmiş və işin digər faktiki halları barədə məlumatlar əldə edilməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi öz qərarında əsassız olaraq qeyd etmişdir ki, torpaq islahatından əvvəl mübahisə predmeti olan torpaq sahəsi İddiaçı qanuni istifadəsində olmuş və sonradan Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli qərarı ilə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin İddiaçı istifadəsində olmadığını sübut edən digər bir məqam isə onun Qəbələ rayonunun deyil, Ağdaş rayonunun sakini olmasıdır. Bu nüans İddiaçı Qəbələ rayonunda qeydiyyatda olub-olmaması Şəki İnzibati-İqtisadi Məhkəməsi t ərəfindən araşdırılması barədə şifahi vəsatət verilsə də, məhkəmə qeyd olunan faktları araşdırmamışdır. Ağdaş rayon sakininin Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında hansı yollarla şəhadətnamə alması araşdırılmamış, eləcə də həmin şəhadətnamənin elektron reyestrdə də mövcud olmaması diqqətə alınmamışdır. Məhkəmə iddia müddətini tətbiq etməyərək öz qərarında qeyd etmişdir ki, Bələdiyyənin mübahisə predmeti olan 05 oktyabr 2016-cı il tarixli qərarından iddiaçının yalnız 06 fevral 2018-ci il tarixdə məlumatlı olmuşdur. Qəbələ Bələdiyyəsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğun şəkildə mülkiyyətində olan 0,05 hektar və 0,055 hektar torpaq sahələri üzərində sərəncam verməklə hər hansı qanunsuz hərəkətə yol verməmişdir. Lakin məhkəmə haqsız qərar çıxararaq b ələdiyyənin sərəncamını ləğv etmişdir. Qəbələ bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi barədə qərar qəbul edilməsi hər hansı hüquqi və ya fiziki şəxsin hüquqlarını, qanunla qoyulan mənafelərini pozmaq deyildir. Lakin məhkəmə əsassız olaraq bələdiyyənin bu hərəkətini qanunsuz olduğu qənaətinə gəlmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2-1(107)-55/2019 saylı qərarını ləğv edərək işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Üçüncü şəxs xxxkasasiya şikayətini onunla əsaslandırmışdır ki,həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən icraat zamanı maddi və prosessual hüquq normaları kobud surətdə pozulmu ş, Mülki Prosessual Qanunvericiliyi ilə tənzimlənən məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydalarına riayət edilməmiş, 3-cü şəxs olaraq xxxnın məhkəmələrdə iştirakı təmin edilməmiş, iş üzrə qərar çıxarılarkən hüquq normaları düzgün tətbiq edilməyərək işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş və nəticədə qanunsuz, ədalətsiz və qərəzli qərar çıxarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin sözügedən qərarı ilə tanış olduqda görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən əlavə heç bir araşdırma aparılmamış, kifayət qədər əsaslı olan apelyasiya şikayətində irəli sürülmüş dəlillərə hüquqi qiymət verilməmiş və demək olar ki, birinci instansiya məhkəməsinin qərarı sadəcə olaraq köçürülmüşdür. İddiaçının sübutları fərziyyələrdən ibarət olmuşdur. İddiaçı tərəf indən nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsində işə baxılarkən iddia tələbini sübut edə biləcək başqa sübut təqdim edilməmişdir, iddiaçı tərəfindən tələb kifayət qədər əsaslandırılmamış və nə birinci, nə də apelyasiya instansiyası məhkəmələrində obyektiv araşdırma aparılmadan qərar qəbul edilmişdir. Üçüncü şəxs xxx qeyd olunan torpaq sahəsini qanuni yolla əldə edərək torpağın mülkiyyətçisi olmuş və torpaq sahəsinin üstündə yaşayış evi inşa etdirmişdir. Bunun üçün isə külli miqdarda vəsait sərf etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs L.Həsənova Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2-1(107)-55/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini x ahiş etmişdir. Üçüncü şəxs xxxx kasasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Orta Ləki sakini hazırkı iş üzrə İddiaçı JN seriyalı xxxx nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsinin Qəbələ rayonunda aqrar islahat başlayanadək hansı əsasla mübahisəli torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını məhkəmə kollegiyası araşdırmadan öz qərarını belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi 2001-ci ildən əvvəl iddiaçının qanuni istifadəsində, daha sonra mülkiyyətində olmuşdur. İşin bu halına münasibət bildirərək qeyd edir ki, kasasiya şikayətinə əlavə etdiyi Ağdaş Rayon Polis şöbəsindən Qəbələ bələdiyyəsinə ünvanlanmış məktubun təsdiq edilmiş surətindən görünür ki, iş üzrə İddiaçı xxx 02 dekabr 1980-cı il tarixdən bu günədək Ağdaş rayonu Orta Ləki kəndində qeyd iyyatdadır. Həmçinin Ağdaş rayonu Orta Ləki bələdiyyəsinin Şəki şəhər Vəkil Bürosuna göndərdiyi 08 fevral 2019-cu il tarixli 01 saylı məktubdan görünür ki, Ağdaş rayon Orta Ləki sakini İddiaçı həyat yoldaşı xxx və oğlu xxx ilə bir yerdə 0,25 hektar Ağdaş rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 dekabr tarixli, 21 saylı qərarı ilə çöl pay torpaq sahəsi verilmişdir. Eyni zamanda Ağdaş rayonu İcra Hakimiyyəti Başçısının Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şəki şəhər Vəkil Bürosuna ünvanladığı 08 fevral 2019-cu il tarixli, 87 nömrəli məktubdan görünür ki, İddiaçıxxxnın adı “təsərrüfatbaşı kitabda" mövcuddur və onun adına 1998-ci il tarixdə aqrar islahatla əlaqədar mərhum ərinin adına (X1) 0,25 hektar pay torpağı və 0,46 hektar həyətyanı torpaq sahəsi vardır. Hab elə Qəbələ bələdiyyəsinin Şəki şəhər Vəkil Bürosuna göndərdiyi 05 fevral 2019-cu il tarixli, 36 nömrəli məktuba əlavə edilmiş Qəbələ bələdiyyəsi üzrə şəhadətnamələrin qeydiyyatı kitabından edilmiş çıxarışlardan görünür ki, JN xxx kod 40601004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “Familiyası, adı və ata adı" qrafasında “naməlum” kimi qeyd edilmişdir. Həmçinin qeyd etmək istəyirik ki, tərəfimizdən mübahisələndirilən qərarda məhkəmə kollegiyası tərəfindən istinad edilmiş DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 02 aprel 2018-ci i| tarixli məktubdan görünür ki, 9 saylı Qəbələ İdarəsində mövcud olan elektron baza məlumatına əsasən RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlarda qeyd edilən torpaq sahələri ilə xxx nömr əli şəhadətnamədə qeyd olunan torpaq sahəsi tamamilə üst-üstə düşür. Hesab edirik ki, birinci instansiya məhkəmənin müvafiq sorğusuna mütəxəssis tərəfindən JN seriyalı xxx nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin elektron baza məlumatlarında olmaması ilə əlaqədar torpaq sahələrinin üst-üstə düşməsi barədə rəyin verilməsindən imtina edilmişdir. Mübahisənin düzgün həlli üçün zəruri olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi halının yoxlanması ilə bağlı nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi mütəxəssis qarşısında alternativ hallar qoymamışdır. Şəki Apelyasiya Məhkəmə kollegiyası 17 yanvar 2019-cu il tarixli Qərarı qəbul edərkən yuxarıda qeyd edilən maddi normalarla yanaşı kobud prosessual pozuntulara da yol vermiş və bu da nəticədə düzgün olmayan qərar qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin şifahi məhkəmə baxışında iş üzrə üçüncü şəxslər iştirak etməmiş və vəkil və ya nümayəndə ilə təmsil olunmamışlar. Şəki Apelyasiya Məhkəməsində inzibati icraat zamanı üçüncü şəxs xxxx oğlu və onun vəkili X7 iştirak etmişlər. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs xxx kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2-1(107)-55/2019 saylı qərarını ləğv edərək, işi təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarını ləğv edərək işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs xxxnın vəkili İ.İsmayılov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul e dilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs xxxun vəkili T.Əfəndizadə kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarını ləğv edərək, işi təkrar baxılması üçün apelyasiya i nstansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xxx da, onun vəkili T.Əfəndizadəninçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarını ləğv edərək, işi təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası mər uzəçi hakimin məruzəsini, cavabdehin, üçüncü şəxslərin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdeh və üçüncü şəxs xxxun kasasiya şikayətləri təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, üçüncü şəxs xxxnın kasasiya şikayəti mümkün sayılmamaıldır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 17 yanvar 2019-cu il tarixli, 2-1(107)-55/2019 saylı qərarla, cavabdeh Qəbələ rayon Qəbələ bələdiyyəsi və üçüncü şəxs xxxx oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, Şəki İnzibati-İ qtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-1(84)-448/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 2.2.1, 34.1, 68.1ci maddələrinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2, 67.3-cü maddələrinə, “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 2, 4-cü bəndlərinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 17 yanvar 2019-cu il tarixli qərarı və həmin qərardan 3 ayrı-ayrı şəxslərdən (cavabdeh və iki üçüncü şəxs) verilmiş kasasiya şikayətləri ilə əlaqədar olaraq ilk ö ncə qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs xxx birinci instansiya məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-1(84)-448/2018 saylı qərarından apelyasiya şikayəti vermədiyindən birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxs xxxya münasibətdə qanuni qüvvəyə minmiş və buna görə də üçüncü şəxs xxxnın apelyasiya instansiyası məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarından kasasiya şikayəti vermək hüququ yoxdur. Bu səbəbdən də üçüncü şəxs xxxnın kasasiya şikayəti mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı mübahisənin mahiyyətini işdə iştirak edən şəxslərin qənaətinə görə Qəbələ rayon Qəbələ Bələdiyyəsi tərəfindən torpaq sahəsinin düzgün verilməməsi təşkil edir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 02 aprel 2018-ci il tarixli məktubuna əsasən 9 saylı Qəbələ İdarəsində mövcud olan elektron baza məlumatına görə RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlarda qeyd edilən torpaq sahələri ilə xxx nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi tamamilə üst-üstə düşür. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi islahatdan əvvəl iddiaçının qanuni istifadəsində olmuş, daha sonra Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı ilə həmin torpaq sahəsi onun mülkiyyətinə verilmiş, adına JN seriyalı xxxx nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Bu da onu göstərir ki, mübahisəli sahə qanunvericiliyin tələbinə uyğun iddiaçının mülkiyyətinə verilmiş, hüquqları rəsmiləşdirilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sözügedən şəhadətnamə elektron baza məlumatlarında öz əksini tapmasa da, elektron bazada torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi göstərilsə də JN seriyalı xxxx nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi DƏDRX-in 9 saylı ərazi idarəsinin arxiv materiallarında saxlanılır və həmin şəhadətnamənin “şəhadətnamələrin qeydiyyatı” kitabında öz əksini tapmışdır. Lakin buna baxmayaraq cavabdeh Qəbələ bələdiyyəsi həmin torpaq sahəsi ilə bağlı “torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədlərin hazırlanması və razılaşdırılması barədə” 05 oktyabr 2016-cı il tarixli 27 nömrəli protokol qərarı qəb ul etmiş, ünvan 5 ünvanlarında yerləşən 0,05 və 0,0555 hektar torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüquqları 30 noyabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra digər şəxslərə satılaraq onların hüquqları rəsmiləşdirilmişdir. Bu səbəbdən də apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi 2001-ci ildən əvvəl iddiaçının qanuni istifadəsində, daha sonra mülkiyyətində olmuşdur. Bundan başqa, 2016-cı il tarixədək torpaq sahəsinin bələdiyyəyə aid olması təsdiq edən hər hansı sübut yoxdur və qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması istisna edilir. Bununla yanaşı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin elektron baza məlumatlarında öz əksini tapmaması iddiaçının təqsiri üzündən deyil, buna inzibati orqanının məsul vəzifəli şəxslərin təqsirindən baş vermişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi sözügedən torpaq sahələrinin üst-üstə düşməsini özü göstərsə də, israrla yanlış elektron baza məlumatlarına istinad etmiş, mütəxəssis rəyinin isə imtina verilməsinin əsaslarını araşdırmamışdır. Halbuki, hazırkı mübahisənin düzgün, obyektiv və hərtərəfli araşdırılması üçün iş üzrə ekspertiza təyin edilməsi zəruridir ki, bunu dəlil olaraq şikayətçilər kasasiya şikayətlərində xüsusi şəkildə qeyd etmişlər. Digər tərəfdən, hər iki şikayətçi kasasiya şikayətlərində eyni dəlillə çıxış edərək bildirirlər ki, İddiaçı 02 dekabr 198 0-ci il tarixdən bu günədək Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatda olduğu halda, mübahisəli torpaq sahəsinin 2001-ci ildən əvvəl iddiaçının qanuni istifadəsində olması, sonradan isə mülkiyyətinə keçməsinin qanuniliyi və əsaslılığı apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən sözügedən məsələ apelyasiya instansiyası məhkəməsində ümumiyyətlə araşdırma predmeti olmamışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələblərini pozaraq yuxarıda göstərilmiş iş üçün əhəmiyyət kəsb edən məsələləri araşdırmadan i ş üzrə qərar qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xxxun və Qəbələ Bələdiyyəsinin kasasiya şikayətləri təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə apelyasiya instansiyası məhkəməsində təkrar baxıldığı zaman İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə müvafiq olaraq Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, sözügedən məsələlər tam və hərtərəfli araşdırılmalı, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 35, 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ərara aldı: Cavabdeh Qəbələ rayon Qəbələ Bələdiyyəsinin və üçüncü şəxs xxxun kasasiya şikayətləri qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 21(107)-55/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Üçüncü şəxs xxxnın kasasiya şikayəti mümkün sayılmasın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1254/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1254/2019
03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver