Məhkəmə qərarları › İş №2-1(102)-1254/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1254/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1254/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “ qaçqın statusunun verilməsi tələbinə” dair iş üzrə QƏRARDAD Açar sözlər: (kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusu verilməsi barədə qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoy ulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(103)-548/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə 28 iyul 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən ona qaçqın statusunun verilməsindən imtina olunmuşdur. İddiaçı imtina barədə 18.03.2020-ci il tarixli qərarın “qanunsuz sayılaraq ləğv edilməsi və Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçıya qaçqın statusunun verilməsi haqqında qərar qəbul edilməsi vəzifəsinin qoyulması barədə ” iddia ərizəsi ilə Ba kı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2-1(112)-4390/2020 saylı (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(103)548/2021 saylı (hakimlər Elmira Nağıyeva (sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyinə görə, iddiaçıya hüquqi ya rdım göstərilməklə iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. Tərəflərin izahatları: Tərəflər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, məhkəmə icraatının iştirakçılarına onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin-bundan sonra mətndə İPM - 62.3-cü maddəsi). Əsaslandırma: Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayılmamalıdır. İPM-in 96.2-ci maddəsinin tələbinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı mad dəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, habelə kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş tələblərə və müddətlərə riayət olunmaqla verilməsi, İPM-in 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun olması başa düşülür. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(103)548/2021 saylı (hakimlər Elmira Nağıyeva (sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərarı iddiaçıya 23.02.2021-ci il tarixdə göndərilmişdir. Kassasiya şikayəti 30.04.2021-ci ildə təqdim edilmişdir. Yuxarıda göstərilən mümkünlük şərtləri baxımından işin halları araşdırıldıqda görünür ki, kassasiya şikayəti Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən müəyyən olunmuş tələblərə əmə l olunmadan verilmişdir. Kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürülməklə verilməsi, kassasiya şikayətinin mümkün sayılmaması üçün əsaslardan biridir. İPM-nin 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Həmin Məcəllənin 96.3-cü maddəsinin tələbinə görə kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra məhkəmə kollegiyası İPMnin 96.3-cü maddəsinə əsasən iddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə işi kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin etmiş, iddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat vermiş, həmçinin məhkəmənin yardım etmə vəzifələrini müəyyən edən İPM-nin 13-cü və 95-ci maddələrinin tələbinə əsasən ona 24 iyun 2021-ci il tarixli, 2-1(102)-1254/2021 saylı bildiriş və sms xəbərdarlıq göndərilməklə, yol verilmiş çatışmazlığın aradan qaldırılması təklif edilmiş və bunun üçün məhkəmə baxışının təyin olunduğu günədək müddət müəyyən olunmuşdur. Həmçinin qüsurların aradan qaldırılmamasının nəticəsi olaraq iddianın mümkün sayılmaması ehtimalı barədə məlumat verilmişdir. İddiaçıya eyni zamanda izah olunmuşdur ki, İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etmə lidir. İddiaçıya buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermək hüququ izah olunmuşdur. Lakin qeyd olunanlara iddiaçı tərəfindən hər hansı münasibət bildirilməmiş, məhkəməyə vəsatət və ərizə təqdim olunmamışdır. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasının açıq məhkəmə iclasına təyin edilməsinə və məhkəmə icraatının iştirakçılarına, o cümlədən iddiaçıya xəbərdarlıq olunmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında təmsil olunmamışdır(Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin-bundan sonra mətndə İPM - 62.3-cü maddəsi). Bundan əlavə, məhkəmə iclasında iştirak etmək imkanının olmaması və təmsil olunmamasının səbəbi barədə də iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. İPM-nin 96.3 -cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar