Məhkəmə qərarları › İş №2-1(102)-1254/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1254/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1254/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Yakovlevanın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; hüquqi maraq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Yakovlevanın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) (üçüncü şəxslər X24, X8, X13, Sabri-Tabrizi Gholam-Reza və SabriTabrizi Karım) qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli 2-1(103)-1471/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X14 25 fevral 1999-cu il tarixli 064781 nömrəli müqaviləyə əsasən, ona məxsus Bakı şəhəri, İskra küçəsi, 40 nömrəli evi (ümumi sahə 34.5 k v.m, yaşayış sahəsi 24.5 kv.m) X12 satmışdır.

2. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 19 aprel 1999-cu il tarixli 373 nömrəli sərəncamına əsasən, Ə.Hüseynzadə küşəsi, 40 saylı evdə sahəsi 66.1 kv.m olan zirzəmi həmin evdə yaşayan X16 yardımçı otaq kimi verilmişdir.

3. Bakı şəhəri, İskra (Ə.Hüseynzadə) küçəsi, 40 nömrəli evə dair X28 Rezanın adına 7 may 1999-cu ildə tərtib edilmiş texniki pasportda həmin zirzəmi mənzilin sahəsi olaraq mənzilin digər sahələri ilə birlikdə əks olunmuşdur.

4. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 4 aprel 2000-ci il tarixli 239 nömrəli sərəncamına əsasən, Ə.Hüseynzadə küçəsi, 40 nömrəli evdə yaşayan X35 Təbriziyə yaşadığı evin ikinci mərtəbəsində mənzilin qarşısında aşağı mərtəbənin damı üzərində 4.35×5.0 metr ölçüdə yüngül kon struksiyalı talvar quraşdırılmasına icazə verilmişdir.

5. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 4 iyul 2000-ci il tarixli 505 nömrəli sərəncamına əsasən, Yasamal Rayon İcra Hakimiyyəti başçısının 4 aprel 2000-ci il tarixli, 239 nömrəli sərəncamının birinci bəndi aşağıdakı kimi hesab edilmişdir: “Ə.Hüseynzadə küçəsi, 40 nömrəli evdə yaşayan X35 Təbriziyə yaşadığı evin ikinci mərtəbəsində mənzilin qarşısında aşağı mərtəbənin damı üzərində 113.0 kv.m. sahədə yüngül konstruksiyalı talvar quraşdırılmasına icazə verilsin”. 6.X15 ilə X30 arasında 12 may 2018-ci il tarixində bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 211.3 kv.m. olan 2 otaqlı mənzil X26 bağışlanmışdır.

7. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşı nmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 26 sentyabr 2018-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 40, mənzil - üzərində mülkiyyət hüququ X23 adına qeydiyyata alınmışdır.

8. AN-İ ******* nömrəli, 1 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 40 nömrəli evin ümumi sahəsi 127.8 kv.m. olan - mənzilinin 1/2 hissəsi X2.

9. AN-İ ******* nömrəli, 1 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 40 nömrəli evin ümumi sahəsi 127.8 kv.m. olan - mənzilinin 1/2 hissəsi X1.

10. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dö vlət reyestrindən RX seriyalı ******* nömrəli 16 oktyabr 2018-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 40, mənzil - üzərində mülkiyyət hüququ 1/2 hissə üzrə X4, 1/2 hissə üzrə X6 adına qeydiyyata alınmışdır.

11. İddiaçı cavabdehlər Sabri-Tabrizi Gholam-Rezaya, X5 və X9 qarşı “çıxarışın və texniki pasportun qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2019cu il tarixli, 2(004)-5850/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 mart 2020-ci il tarixli, 2(103)-1621/2020 nömrəli qərardadı ilə həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən t əmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(004)-5850/2019 nömrəli qərarı ləğv edilmiş və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Yakovleva cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evin zirzəmisinin sahəsi 11.0 kv.m olan giriş, sahəsi 20.7 kv.m., 11.2 kv.m. və 13.6 kv.m. olan təsərrüfat sahələrinə və sahəsi 2.6 kv.m olan sanitar qovşağa dair X7 adına 11 aprel 2001-ci il tarixdə aparılmış qeydiyyatın və tərtib edilmiş texniki pasportun və h əmin sahələrə dair 15 may 2019-cu il tarixdə X4 və X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və texniki pasportun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 nömrəli evin 2 otaqlı mənzilində 1965-ci ildən yaşayır. Göstərilən tikili əvvəllər onun həyat yoldaşının validyenlərinin mülkiyyətində olmuş və bina yaşayış sahəsindən və zirzəmidən ibarət olmuşdur. Həmin mənzilə dair 9 aprel 1996-cı il tarixində onun adına şəxsi mülkiyyətində olan mənzilin texniki pasportu tərtib edilmişdir. Göstərilən mənzilin ümumi sahəsi 49.4 kv.m. olmaqla göstərilən mənzil 3 may 1996-cı il tarixində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınaraq həmin tarixdə adına MH seriyalı, 012423 nömrəli qeydiyyat vəsiqəsi (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) verilmişdir. X34 Respublikasından olan Sabri-Tabrizi Gholam-Reza həmin evin qonşuluğundan bir otaqlı mənzil almış və həmin mənzildə yaşamışdır. Azərbacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 10 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən zirzəmi sahəsinin icarəyə verilməsi və ya özəlləşdirilməsi ilə bağlı komitədə hər hansı əqd bağlanmamışdır. 15 may 2019-cu il tarixdə X4 və başqasının adına Bakı şəhəri, Yasamal rayonu, Ə. Hüseynzadə küçəsi, 40 saylı evə dair texniki pasport tərtib edilmişdir. Göstərilən texniki pasportda iki mərtəbəli binanın zirzəmisi də əks olunmuşdur. Göstərilən 15 sentyabr 2019-cu il tarixli texniki pasporta əlavə edilmiş iki mərtəbəli binanın zirzəmisinin 20.7 kv.m anbar, 11.2 kv.m köməkçi otaq, 13.6 kv.m köməkçi otaq, 2.6 kv.m sanitar qovşağı, 11.0 kv.m dəhliz kimi göstərilməsi əsassızdır. Belə ki, X8 və X13 hazırda onların mülkiyyətlərində olan hissələri hər biri 63.9 kv.m ölçüdə X10 almışlar. X17 isə göstərilən evin zirzəmisinin 20.7 kv.m anbar, 11.2 kv.m köməkçi otaq, 13.6 kv.m köməkçi otaq, 2.6 kv.m sanitar qovşağı, 11.0 kv.m dəhliz kimi göstərilən hissələrini inşa etməmişdir. Odur ki, işin bu cür halında göstərilən evin zirzəmisinin 20.7 kv.m anbar, 11.2 kv.m köməkçi otaq, 13.6 kv.m köməkçi otaq, 2.6 kv.m sanitar qovşağı, 11.0 kv.m dəhliz kimi göstərilən hissələri X4 adına tərtib edilmiş 15 sentyabr 2019-cu il tarixli texniki pasportda əks oluna və onun adına tərtib olunmuş texniki pasporta daxil edilə bilməz. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evin zirzəmisinin 20.7 kv.m anbar, 11.2 kv.m köməkçi otaq, 13.6 kv.m köməkçi otaq, 2.6 kv.m sanitar qovşağı, 11.0 kv.m dəhliz adı ilə olan hissəsinin X4 və X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8.0.1-8.0.12-ci maddələrində sadalanan əsaslardan hər hansı biri yoxdur.

14. Bakı İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2-1(112)-1022/2021 nömrəli qərardadına əsasən (hakim P.A.Hüseynov) X8, X13 və X24 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.

15. Üçüncü şəxs X8 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olu nmamasını xahiş etmişdir. Etirazını belə əsaslandırmışdır ki, mübahisələndirilən zirzəmi SabriTabrizi Gholam-Rezaya 20 ildən artıq müddətdir məxsus olmuşdur. Məhkəməyə təqdim edilmiş texniki pasportdan da görünür ki, həmin zirzəmi onun adına 1999-cu il tarixindən rəsmiləşdirilmişdir. Mübahisəli mənzil üzərində mülkiyyət hüququ 1 oktyabr 2018-ci il tarixli alqısatqı müqavilələrinə əsasən X13 və X4 adına qeydiyyatdan keçmişdir və həmin vaxtdan mübahisələndirilən zirzəmi də daxil olmaqla sözügedən mənzil onların mülkiyyətindədir. Həm Bakı Apellyasiya Məhkəməsinin, həm də Ali Məhkəmənin qətnamələrində vətəndaşlar arasında bağlanmış əqdin etibarsızlığı, əqd əsasında aparılmış qeydiyyatın ləğv olunmasının özü-özlüyündə mənzilə dair sonradan digər vətəndaş ilə bağlanmış əqdin etibarsızlığını və o nun əsasında aparılmış qeydiyyatın ləğvini ehtiva etmədiyi vurğulanmışdır.

16. Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli 2-1(112)-1022/2021 nömrəli qərardadına əsasən (hakim P.A.Hüseynov) Sabri-Tabrizi Gholam-Reza, X31 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.

17. Bakı İnzibati Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli, 2-1(112)-1022/2021 nömrəli qərardadı ilə (hakim P.A.Hüseynov) iddia mümkün sayılmamışdır.

18. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən zirzəmi Sabri-Tabrizi GholamRezaya yardımçı otaq kimi verilmişdir və bundan sonra ona məxsus olan Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, 40 nömrəli evin ümumi sahəsi kimi qeydiyyata alınmışdır, hazırda isə həmin evin 1/2 hissəsi X6, digər 1/2 hissəsi X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərin dədir. İddiaçı qeyd olunan zirzəmiyə dair hər hansı hüquqa malik olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

19. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, işin yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli 2-1(103)-1471/2022 nömrəli qərardadına əsasən (hakimlər: M.N.Tağızadə- sədrlik edən və məruzəçi, X.A.Cəmilova və A.P.Oruczadə) Bakı İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2-1(112)-1022/2021 nömrəli qərardadı ləğv edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 19 avqust 2021-ci il tarixli 21(112)-1022/2021 nömrəli qərardadla X8, X13 və X24 üçüncü şəxs qismi ndə inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə, X8 və X11 maraqlarına toxunulan şəxslər qismində məhkəmə icraatına cəlb etməkdə haqlı olsa da, X20 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi əsassız olmuşdur.

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli 2-1(103)-1471/2022 nömrəli qərardadına əsasən (hakimlər:M.N.Tağızadə - sədrlik edən və məruzəçi), X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli, 2-1(112)-1022/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən zirzəmi sahəsinin üçüncü şəxs lərin adına dövlət qeydiyyatına alınmasının əsasında duran ilkin sənəd Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19 aprel 1999-cu il tarixli sərəncamı olmuşdur. İddia tələbinin mahiyyəti üzrə iddiaçının hüquqlarının pozulmasına əsas olmuş inzibati akt – 19 aprel 1999-cu il tarixli sərəncam hər hansı qaydada mübahisələndirilməməklə, hazırda qüvvəsini saxlamaqdadır. Həmin inzibati akt qüvvəsini saxladığı təqdirdə qeydiyyatın ləğvinə dair cavabdehin üzərinə öhdəlik qoyulması iddiaçının hüquqi marağının təmin edilməsi ilə nəticələnməyəcəkdir.

24. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli 2-1(103)-1471/2022 nömrəli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin əsasını təşkil edən halların nədən ibarət olmasını düzgün müəyyən etməmiş, mübahisəli zirzəminin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair işin həqiqi halları ilə uzlaşmayan nəticəyə gəlmiş və beləliklə də, əsassız qərardad qəbul etmişdir. Məhkəmə verilmiş şikayətin dəlillərinə nəinki düzgün hüquqi qiymət verməmiş, hətta həmin xüsusat üzrə hər hansı halı araşdırmamış, işin materialları ilə tam şəkildə təkzib edildiyi halda mübahisəli zirzəminin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata a lınması və bu qeydiyyata alınmanın göstərilən sərəncam əsasında aparılması barəsində və beləliklə də, qeydiyyata alınmanın qanuniliyinə dair əsassız nəticəyə gəlmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünl ük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia t ələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub- pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanı lmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

28. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilə r, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Şikayətdə apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyas iya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Hazırkı qərarın 27-28-ci bəndlərində qeyd olunan normaların məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyekt iv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

35. İddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən istifadə etməklə, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq, şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 6-cı bəndində də məhkəmələrə bu məzmunda tövsiyələr verilmişdir.

36. Bu mənada, hazırki iş üzrə iddiaçının tələbi Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evin zirzəmisinin sahəsi 11.0 kv.m olan giriş, sahəsi 20.7 kv.m., 11.2 kv.m. və 13.6 kv.m. olan təsərrüfat sahələrinə və sahəsi 2.6 kv.m olan sanitar qovşağina dair X7 adına 11 aprel 2001 -ci il tarixdə aparılmış qeydiyyatın və tərtib edilmiş texniki pasportun və həmin sahələrə dair 15 may 2019-cu il tarixdə X4 və X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və texniki pasportun ləğv edilməsidir.

37. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisəli zirzəmi sahəsi ilkin olaraq Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19 aprel 1999-cu il tarixli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, 40 nömrəli evdə yaşayan X12 yardımçı otaq kimi verilmiş, həmin sərəncam əsasında 7 may 1999-cu ildə tərtib edilmiş texniki pasportda bu zirzəmi mənzilin sahəsi olaraq mənzilin digər sahələri ilə birlikdə X32 Rezanın adına dövlət qeydiyyatına alınmışdır. Sonradan isə 10 may 2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən mənzil, zirzəmi sahəsi ilə birgə X27 bağışlanmış, sonuncu tərəfindən isə 2018-ci ildə 1/2 hissələrlə ayrı-ayrılıqda X5 və X3, 2019-cu ildə mənzilin zirzəmi sahələri də daxil olmaqla, müvafiq olaraq sonuncuların adına dövlət qeydiyyatına alınmışdır. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti... tərəfindən... dövlətə... məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

39. Göstərilənlərə əsasən, apellyasi ya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli zirzəmi sahəsinin üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmasının əsasında duran ilkin sənəd Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli, 19 aprel 1999-cu il tarixli sərəncamı olmuşdur.

40. Belə olan halda, qeydiyyatın aparılmasına və texniki pasportların verilməsinə əsas təşkil etmiş Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19 aprel 1999cu il tarixli sərəncamı mübahisələndirilmədən birbaşa qeydiyyatın və texniki pasportların ləğvinə dair qaldırılmış iddiaya iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda qeydiyyatın və texniki pasportların ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da l üzumsuz edir.

41. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iddianın mümkünsüzlüyü barədə gəldiyi nəticə əsaslı və düzgündür.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmadığından iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli 2-1(103)-1471/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli 21(103)-1471/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar