Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1254/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; operativ vergi nəzarəti; malların topdan və pərakəndə satışı; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabde h Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 21(103)-282/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********3688 nömrəli qərar əsasında xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) 2071-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinə riayət edilibedilməməsinə nəzarət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. 2. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6254 nömrəli qərarla iddiaçıya 176.765,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 30 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin iddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021ci il tarixli, **********6254 nömrəli saylı qərarı ləğv edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilən aktın məzmunundan görünür ki, vergi orqanı tərəfind ən iddiaçının 2021-ci ilin iyun-iyul dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 1.767.659,38 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlmişdir. Halbuki, iddiaçının əsas fəaliyyəti topdan satışdan ibarət olsa da, dövriyyəsinin müəyyən faizi pərakəndə satış da təşkil edir. Məhz bu səbəbdən də iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektləri topdan satışla yanaşı, həmçinin pərakəndə satış kimi vergi uçotuna qeydiyyata alınmışlar. Qeyd olunmalıdır ki, malların satışının topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehl ak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti üçün olduqda isə topdansatışa aid edilməlidir. Lakin operativ vergi nəzarəti zamanı cavabdeh heç bir qanuni əsas olmadan və araşdırma aparılmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Göstərilənlə əsasən iddiaçı hesab edir ki, iddiaçının pərakəndə satış ilə satdığı malların dövriyyəsi vergi orqanı tərəfindən əsassız və qanunsuz olaraq topdansatış kimi qəbul edilsə də, malları alan şəxslərin həmin malları məhz sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları faktları sübuta yetirilməmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, operativ vergi nəzarətinin keçirilməsi h aqqında qərarda vergi ödəyicisinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarəti həyata keçirən vergi orqanının vəzifəli şəxsləri göstərilir. Bundan başqa, cavabdeh tərəfindən qərarla Vergi Məcəlləsində göstərilən bütün formal tələblərə riayət olunmuş, qərarda operativ vergi nəzarəti zamanı tərtib olunmuş akta istinad edilmiş, həmin aktda hansı səbəbdən qərarın qəbul edilməsi üçün əsas olduğu aydın şəkildə göstərilmişdir
6. Bakı İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(112)-2843/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6254 nömrəli saylı qərarı ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri xx.xx.2021-ci il tarixdə həyata keçirilsə də, həmin vaxtda iddiaçı tərəfindən malların elektron qaimə- faktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmayıb. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla xx.xx.2021-ci il tarixli DVX seriyalı 001251 nömrəli akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2021-ci il tarixli inzibati akt qəbul olunmuşdur. İş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlan ılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddiaçının cari fəaliyyətini deyil, nəzarət tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Kassasiya instansiya məhkəməsinin hazırkı oxşar mübahisələr üzrə formalaşdırdığı mövqeyi odur ki, əgər vergi orqanı vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia edirsə, bu halı sübut etmək vergi orqanının üzərindədir. Vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhəl ərə istinad olunmamalıdır. Hazırki mübahisədə isə cavabdeh maliyyə sanksiyasının tətbiq olunduğu məbləğin iddiaçının topdansatış ticarət fəaliyyəti nəticəsində yarandığını hər hansı sənədlə sübuta yetirə bilməmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-282/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı MMC-nin əsas fəaliyyət növünün alkoqollu və digər içkilərin topdansatışı olması ilə bərabər pərakəndə satış fəaliyyət növünün də qeydiyyatdan keçirilmiş olması, həmçinin MMC tərəfindən vergi nəzarəti daxilində müəyyən edilmiş “643 202,00 ədəd əksik mal”ın pərakəndə qaydada satılmış olması işin mübahisəsiz halıdır. Belə ki, bu hal iş materialları və iddiaçı tərəfin izahatları ilə də öz təsdiqini tapır, əksi iddia edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Göründüyü kimi, vergi ödəyicisinin pərakəndə satış məqsədləri üçün istifadə etdiyi təsərrüfat subyekti olmalı, satış da həmin təsər rüfat subyektindən həyata keçirilməlidir. İşin hallarından isə aydın olur ki, vergi ödəyicisi MMC-nin qeydiyyata alınmış və AZ1029, ünvan 2 ünvanında yerləşən yalnız bir təsərrüfat subyekti olmuş, həmin təsərrüfat subyekti topdansatış məqsədləri üçün istifadə edilmişdir. Belə ki, apelyasiya şikayətinə əlavə edilmiş, iddiaçı ilə icarəyə verən arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02/2021 saylı icarə müqaviləsinin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən icarəyə verən tərəfindən iddiaçıya 350 kv.m. sahəsinin anbar və ofis məqsədləri üçün istifadəyə verildiyi təsbit edilmişdir. İş materiallarında da həmin obyektin pərakəndə satış məqsədləri üçün istifadə edilməsi və ya iddiaçının pərakəndə satış üçün digər təsərrüfat subyektinin olmasına dair hər hansı sübut mövcud olmamış, iddiaçı tərəfind ən təqdim edilməmişdir. Beləliklə, vergi ödəyicisinin fəaliyyətinin həm topdansatış, həm də pərakəndə satış növü qeydiyyata alınmış olsa da, pərakəndə satış edilməsi üçün ödəyicinin təsərrüfat subyekti olmadığı halda, topdansatış fəaliyyətinə xidmət edən obyektindən (Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) 2071-ci məhəllə ünvanında yerləşən anbar) Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 13.2.63-cü maddəsinin tələblərini pozmaqla, obyektin təsərrüfat növünə uyğun topdansatış qaydasında elektron qaimə təqdim etməklə satmaq əvəzinə, pərakəndə qaydada mallar (643 202,00 ədəd əskik mal) satmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, vergi ödəyicisinin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Bundan başqa, iş materiallarına əlavə edilmiş vergi ödəyıcisi haqqında məlumatlarından aydın olur ki, iddiaçı "Mac Trade” MMC-nin hazırkı operativ vergi nəzarəti keçirilən tarixədək vergi orqanında uçota alınmış fəaliyyət növləri "Alkoqollu və digər içkilərin topdan satışı”, “Alkoqolu içkilərin pərakəndə satışı”, “İxtisaslaşdırılmış mağazalarda alkoqollu və digər içkilərin pərakəndə satışı”, “İxtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı”, “Saxlama və anbarlara yığma”, “Alkoqollu İçkilərin ixtisaslaşdırılmış mağazalarda pərakəndə satışı”. “Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin topdan satışı" olmuşdur. İddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də. bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibatı orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki. inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fa ktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsində irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə faktura tələb etməsi işdə olan sənədlərlə tə sdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir.
13. Cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir, bunu konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pə rakəndə qaydada satdığını və malların alıcı larinin vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxanda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.4-cü maddəsi, vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibk arlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduğu göstərilsə də. iş materialında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur.
14. Cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri xx.xx.2021-ci il tarixdə həyata keçirilsə də, həmin vaxtda iddiaçı tərəfindən malların elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmayıb. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla xx.xx.2021-ci il tarixli DVX seriyalı 001251 nömrəli akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2021-ci il tarixli inzibati akt qəbul olunmuşdur. Vergi ödəyicisinin ə vvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməli dir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahis ələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. İddiaçı MMC-nin hazırkı operativ vergi nəzarəti keçirilən tarixədək vergi orqanında uçota alınmış fəaliy yət növləri “Alkoqollu və digər içkilərin topdan satışı”, “Alkoqolu içkilərin pərakəndə satışı”, “İxtisaslaşdırılmış mağazalarda alkoqollu və digər içkilərin pərakəndə satışı”, “ İxtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı”, “Saxlama və anbarlara yığma”, “Alkoqollu içkilərin ixtisaslaşdırılmış mağazalarda pərakəndə satışı”, “Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin topdan satışı” olmuşdur. İddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Həmçinin qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir.
22. Apellyasiya instansiyası məhkəmə tərəfindən iddiaçının məsuliyyətə cəlb edilən qərarına əsas olan elektron qaimə-faktura tərtib edilmədən satılan malların nəzarət kassa çeki əsasında satılması halını tam araşdırmamış, həmin halla bağlı sübutları digər sübutlarla birgə qiymətləndirməmişdir.
23. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi təsdiq edir ki, iddiaçının əsas fəaliyyət növünün alkoqollu və digər içkilərin topdansatışı olması ilə bərabər pərakəndə satış fəaliyyət növünün də qeydiyyatdan keçirilmiş olması, həmçinin MMC tərəfindən vergi nəzarəti daxilində m üəyyən edilmiş “643 202,00 ədəd əksik mal”ın pərakəndə qaydada satılmış olması işin mübahisəsiz halıdır. Lakin, məhkəmə iddiaçının həmin malların pərakəndə qaydada satışının həyata keçirilməsi ilə bağlı fəaliyyətini qiymətləndirərkən yalnız hüquqi əsaslarını tam və hərtərəfli tədqiq etməmiş, gəldiyi nəticənin əsası kimi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarına istinad etmiş, istinad etdiyi faktları Vergi Məcəlləsinin tələblərinə uyğun tədqiq etməmiş və qiymətləndirməmişdir.
24. Bundan başqa, iddiaçının pərakəndə satış üçün istifadə etdiyi nəzarət-kassa aparatının vergi orqanında yuxarıda qeyd olunan ünvan üzrə qeydiyyatdan keçib keçməməsi faktı barədə işdə məlumat mövcud deyildir. Məhkəmə qərarında da bu fakta və onun hüquqi nəticələrinə hər hansı münasibət bildirilməmişdir.
25. Beləliklə, işin qeyd olunan və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığından, bununla da, İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələbləri təmin olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və qeyd olunan prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan ş ikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-282/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.