Məhkəmə qərarları › İş №2-1(102)-1254/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1254/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1254/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması, qanunun geriyə tətbiqinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2589/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1958-ci ildə anadan olmuşdur. 2. 25 fevral 2018-ci il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh 02 noyabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, qanunvericiliyin tələbinə əsasən qulluq stajına görə əlavə təyin edilməsi hüququnun qazanılması üçün minimum qulluq müddətinin tamamlanmasından başqa yaş həddinin tamamlanması və yaşa görə prokurorluq orqanlarından azad edilmə tələb edilir. Həmin şərtlərin tamamlanması isə 25 fevral 2018-ci il tarixdə tamamlanır ki, həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “pensiyanın yenidən hesablanması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılm ışdır ki, o, 11 iyun 1997-ci ildən 27 fevral 2018-ci il tarixə qədər prokurorluq orqanlarında xidmət etmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən 5 ilin və ya son 2 ilin əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməlidir. 10 mart 2017-ci il tarixdə qanuna edilmiş dəyişiklik nəticəsində o, almalı olduğu pensiya məbləğindən az məbləğdə yəni son 2 ilin orta aylıq əmək haqqısının 80 faizi əvəzinə, həmin məbləğin 68 faizi məbləğində pensiya alır. Halbuki əmək fəaliyyətinə başladığı vaxt və sonrakı 20 ilə yaxın müddətdə prokurorluq işçilərinin əmək pensiyaları qeyd edilən qaydada hesablanmamışdır və əmək fəaliyyətinə başladığı vaxt gələcəkdə pensiyanın hazırkı qaydada hesalanacağı ona məlum olmamış dır.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın hüquqi əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2-1(112)-4147/2023 saylı qərarı ilə (hakim X4) iddia təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qanunvericiliklə edilən dəyişikliklərə görə prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası təyin edilmə hüququna malik olmamış, ona həmin hüquq 25 fevral 2018-ci il tarixdən verilmişdir ki, həmin hüququn yarandığı dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq da pensiya təyin edilmişdir.

9. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 2-1(103)-2589/2023 nömrəli iş üzrə 07 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X1 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2-1(112)-4147/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi edilməsi baxımından şərh edilmə edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarına istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

14. İddiaçı bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit edilmiş hüquqi mövqe ilə razılaşmamağının səbəblərini əsaslandırmamış, işin hallarını hərtərəfli təhlil etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.4. Prokurorluq orqanlar ında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, a şağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. (10 mart 2017-ci il tarixədək olan redaksiya) Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.8.1. prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla;

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanu niliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunveri ciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Kassasiya şikayətinin dəlillərindən aydı n olur ki, iddiaçının mövqeyi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” qanuna 10 mart 2017-ci il tarixdə edilmiş dəyişiklik onun hüquqi vəziyyətini yaxşılaşdırmadığından ona münasibətdə əvvəlki redaksiya tətbiq edilməlidir. Əks yanaşma “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi edilməsi baxımından şərh edilmə edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarına ziddir.

25. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə bağlı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun 28 yanvar 2014-cü il tarixli qərarına istinad etməklə qeyd edir ki, “Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumi şəkildə aşağıdakı qaydaları müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur.... Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin əsasları daha ətraflı təhlil edilərkən, ilk növbədə, hüquq normasının zamana görə ictimai münasibətlərə təsirinin təbiətinə aydınlıq gətirilməlidir. Hüquq nəzəriyyəsində zamanın keçmiş, indiki və gələcək kəsiyinə müvafiq olaraq hüquq normalarının üç əsas tipi fərqləndirilir: geriyə təsir edən norma (olmuş, olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); təxirəsalınmaz təsir edən norma (olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); perspektiv təsir li norma (gələcəkdə yaranacaq münasibətləri tənzimləyən). Hüquq normalarının zamana görə qüvvəsinin təsnifatı, ilk növbədə, hüquq normasının ictimai münasibətlərə təsirinin hüquqi qüvvəsinin əhəmiyyətini görməyə, digər tərəfdən isə əvvəlki və yeni normalar arasında zamana görə yarana biləcək ziddiyyətləri aşkar etməyə imkan yaradır. Əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ-hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqqsız müdaxiləsindən qoruyur. Qanunvericilikdə hüquqi müəyyənlik, yəni yeni hüquq normasının gözlənilməsi (əvvəlcədən gözlənilən, hüquq sisteminin dəyərləri və məntiqinə zidd olmayan) prinsipi hüquqi dövlətin əsas əlamətlərindən biridir. Hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması isə hüquqi müəyyənlik prinsipinin bir komponentidir. Hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır. Hüquqi məsuliyyət hüquq münasibətlərinin subyektləri üçün neqativ təsirlə nəticələnir. Ona görə hüquq münasibətlərinin iştirakçıları qanunvericilik səviyyəsində neqativ nəticələnən münasibətlərin formal hüquqi tərkibini aydın təsəvvür etməlidirlər. Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şami l edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən.... Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların ve rilməsi və s. başa düşülür. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununda, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda və başqa qanunvericilik aktlarında hərbi qulluqçuların hüquqları, vəzifələri və məsuliyyəti müəyyən edilmişdir. Bu qanunvericilik aktlarında hərbi qulluqçuların xüsusi statusu müəyyən edilmişdir. Göstərilən qanunlara uyğun olaraq hərbi qulluqçuların siyasi hüquqları və azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əmək, istirahət, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, təhsil, xidmət yerini dəyişdirmək, müavinətlər və başqa güzəştlər almaq və s. hüquqları vardır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluq çuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz”.

26. Məhkəmə kollegiyası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarını rəhbər tutaraq bildirir ki, kassasiya şikayətində qeyd edilən xüsusat (qanunun geriyə tətbiq edilməsi) Konstitusiya Məhkəməsi Plenumunun müddəalarına ziddir.

27. Belə ki, “Hərbi qulluqçuların pen siya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi edilməsi baxımından şərh edilmə edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarının nəticə hissəsində qeyd edilmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qan ununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququnu əldə etməsi üçün həm Qanunda nəzərdə tutulan müəyyən yaş həddinə çatmalı, həm də Qanunda nəzərdə tutulan staj mövcud olmalıdır.

29. İddiaçının prokurorluq orqanlarında xidmət illəri 20 il 8 ay 16 gün olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş 9.4-cü maddəsinə görə prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin və ya yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ olmuşdur. 1 iyul 2017-ci ilədək və iddiaçının prokurorluq orq anlarında fəaliyyətinə xitam verilərkən müvafiq olaraq həmin şərtlərin hər hansı biri mövcud olmamışdır.

30. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş 20.8-ci maddəsinin şərtləri də iddiaçıya münasibətdə həmin vaxt mövcud olmamışdır. 31.”Prokurorluq orqanları haqqında qulluqkeçmə haqqında” Qanunun 32.2-ci maddəsinə görə prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. 32.İddiaçının pensiya hüququ 60 yaşında, yəni 25 fevral 2018-ci ildə yaranmışdır. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 25 fevral 2018-ci ildə qüvvədə olan yuxarıda bəhs edilən normalarının tələbinə uyğun iddiaçıya pensiya təyin etmişdir.

33. Ümumi hüququn prinsipinə görə hüquq yaranan zaman qanunvericilik nəyi tələb edirsə, o da tətbiq edilməlid ir. Başqa sözlə, iddiaçıya pensiya hüququna dair (yaş və staj) tələblər Qanunun yeni müddəaları mövcud olduğu zaman yarandığından cavabdeh inzibati orqan, eləcə də onun mövqeyi ilə razılaşan məhkəmələr əsaslı olaraq qüvvədə olan normaya uyğun pensiya təyin etmişlər.

34. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır və bu növ iddialar üzrə mübahisəyə baxılarkən pensiya hüququ yaranan zaman qüvvədə olan hüquq norması tətbiq edilir. Bu yanaşma həmçinin Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələbinə uyğundur. Həmin normaya əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, hazırki norman ı analogiya üzrə bu hüquqi mübahisəyə tətbiq etdikdə iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun əvvəlki redaksiyası deyil, iddiaçının pensiya hüququ yaranan zaman mövcud olmuş redaksiyanın düzgün tətbiq edildiyi qənaətinə gəlmək olur.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2589/2023 n ömrəli, 07 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar