Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1255/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1255/19 Bakı şəhəri 01 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun katibliyi, İddiaçı iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 şəhər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icr a edən X2tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 21(107)-29/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 şəhər şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsil müddətinin iş stajı kimi qəbul edilərək, ona 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 01 sentyabar 1977-ci il tarixdən 16 iyul 1978-ci il tarixədək 69 say lı texniki peşə məktəbində və 01 sentyabr 1980-cı il tarixdən 22 iyul 1981-ci il tarixədək Şəki 91 saylı texniki peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və 26 iyun 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxx 1962-ci il tarixdə doğulmuşdur. 20 ildən çox ümumi və 10 ildən çox xüsusi stajı vardır. Cavabdeh onun təhsil aldığı dövrü sığorta stajına daxil etmədiyi üçün, onun ümumi iş stajı tamamlanmamışdır. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının mübahisələndirilməyən ümumi iş stajı (01 sentyabr 2 014-cü il tarixdən 01 aprel 2015-ci il tarixədək 4 ay sosial sığorta stajı nəzərə alınmaqla) 18 il 5 ay 20 gün, güzəştli iş stajı isə 17 il 3 ay 1 gün təşkil edir. İddiaçının 01 sentyabr 1977-ci il tarixdən 16 iyul 1978-ci il tarixədək, 01 sentyabr 1980-ci il tarixdən 22 iyul 1981-ci il tarixədək təhsil aldığı müddət nəzərə alınmaqla, ümumi stajı 20 il 2 ay 26 gün təşkil edir. Ümumi stajı 20 il 2 ay, güzəştli stasjı 17 il 3 aydır. Müraciətindən əvvəl 3 il üçün təyinat aparılacaqdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1053/2018 saylı qərarı (hakim Vidadi Qasımov) ilə iddia qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının 01 sentyabr 1977-ci il tarixdən 16 iyul 1978-ci il tarixədək 69 saylı texniki peşə məktəbində və 01 sentyabr 1980-cı il tarixdən 22 iyul 1981-ci il tarixədək Şəki 91 saylı texniki peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və ona 26 iyun 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 11 may 2015-ci il tarixdən ödənilməsi öhdəliyinin qoyulması, 26 iyun 2014-cü il tarixindən 11 may 2015-ci il tarixədək ödənilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır. Həmin məhkəmə hesab etmişdir ki, əvvəl qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə əyani təhsil müddəti iş stajına daxil edilməlidir. Bu halda iddiaçı tələb olunan ümumi və xüsusi iş stajına malik olduğundan o, 52 yaşı tam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmış olur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddianını təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2-1(107)-29/2019 saylı qərarı ilə (sədrlik edən hakim Mübariz Hüseynov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi 01 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunun 1, 109, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 10, 32.1-1-ci maddələri ilə əs aslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı deyilərkən iş və digər fəaliyyə dövrləri başa düşüldüyü üçün, iddiaçının qeyd olunan təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliyə əsasən sosial sığorta stajına daxil edilə bilməz. Çünki həmin illərdə hər hansı gəlir əldə etməmiş və hər hansı ödəmələr aparılmamışdır. Dəlilin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun un 1, 21, 27.1-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçıvəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəm əsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxx 1962-ci ildə doğulmuşdur. 01 sentyabr 1977-ci ildən 16 iyul 1978-ci ilədək 69 saylı texniki peşə məktəbində və 01 sentyabr 1980-cı ildən 22 iyul 1981-ci ilədək Şəki 91 saylı texniki peşə məktəbində təhsil almış, habelə 11 noyabr 1981-ci ildən 08 yanvar 2007-ci ilədək "xxxx" ASC-də (əvvəlki V.İ.Lenin adına X2 Birliyində) işləmiş, ümumi iş stajı 18 il 5 ay 20 gün olmaqla, həmin müddətin 17 il 3 ay 1 günü güzəştli iş stajıdır. İddiaçının 01 sentyabr 2014-cü ildən 01 aprel 2015-ci ilədək 4 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 55,99 manat pensiya kapitalı vardır. O, həmçinin indiki "xxxx" ASC-də 11 noyabr 1981-ci ildən 24 sentyabr 1982-ci ilədək toxucu istehsalatına toxucu şagirdi işləmiş, 24 sentyabr 1982-ci ildən həmin istehsalatda 5-ci dərəcəli toxucu peşəsinə keçirilmiş, 01 dekabr 1995- ci il tarixə kimi işləmiş və əmək haqqı almış, 17 dekabr 1996-cı il tarixli 117 1s saylı əmrə əsasən müəssisə iş fəaliyyətini dayandırdığı üçün qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə buraxılmış, 04 yanvar 1996-cı il tarixdən 01 iyul 1998-ci il tarixədək Gəncə şəhəri Nizami rayonu 46 saylı Təmir-tikinti idarəsində izolyasiyaçı işləmiş, 05 avqust 2002-ci ildən indiki “xxxx” ASC tərəfindən ödənişsiz məzuniyyətdən geri çağrılaraq toxucu peşəsində işə başlamış və 08 yanvar 2007-ci ildən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 11 may 2018-ci il tarixli, 80/ 3-320 nömrəli məktubla bildirmişdir ki, iddiaçının 18 il 1 ay ümumi sığorta stajı var. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən mə hkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin hesab etmişdir ki, iddiaçının əyani təhsil aldığı müddət həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə sığorta stajına daxil edilməlidir. Cavabdehin mövqeyinə görə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir və apellyasiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə yanaşı aşağıdakıların bildirilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası h üququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş (1) və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) (2) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin (3) məcmusudur. Maddənin tələblərindən göründüyü kimi, sosial sığorta stajına aşağıdakılar daxil edilmişdir: iş dövrü (1);digər fəaliyyət dövrü (2); müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər (3). İş dövrü və digər fəliyyət dövrlərinə hansı müddətlərin daxil edilməsi həmin Qanunun 21-ci maddəsində əks olunmuşdur. Maddə “Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri” kimi adlandırılmış və onun 21.1-ci maddəsində hansı iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərinin sığorta stajına d axil edilməsi göstərilmişdir. Həmin maddənin 21.2.1 – 21.2.11-ci hissələrində isə iş və digər fəaliyyət dövründən başqa hansı müddətlərin də sığorta stajına daxil edilməsi sadalanmışdır. Beləliklə, Qanunda sosial sığorta stajının müəyyən edilməsi üçün iş dövrünə və digər fəaliyyət dövrlərinə hansı halların aid edilməsi Qanunun 21.1-ci maddəsində göstərilmiş, “müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər” anlayışına daxil edilən müddətlər 21.2-ci maddədə sadalanmışdır. Misal üçün, 21.2.5-ci maddədə müəyyən edilmişdir ki, işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət sığortaolunanın sığorta stajına daxil edilir. Lakin aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin maddədə sadalanmış hall ar “müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin” siyahısını tam müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Bu halda apellyasiya məhkəməsi düzgün olaraq qanunveriliyin zamana görə qüvvəsi ilə bağlı qaydalara əsasən, hüquq münasibətlərin yarandığı zaman qüvvədə olmuş qanunvericiliyin tələblərinin tətbiq edilməsi nəticəsinə gəlmişdir. İddiaçının təhsil aldığı müddət 1977-1978-ci və 1980-1981-ci illəri əhatə etdiyi üçün, həmin dövrdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” 14 iyul 1956-cı il tarixli SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu qanun qüvvəli normativ akt əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında Əsasnamə” qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “z” yarımbəndində müəyyən edilmişdir ki, peşə məktəblərində təhsil müddəti ümumi iş stajına daxil edilir. Habelə, Azərbaycan Respublikasının qəbul etdiyi 23 sentyabr 1992-ci il tarixli“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən edilmişdir: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Qanunvericiliyin zamana görə qüvvədə olmuş müddəalarının tələblərindən göründüyü kimi, ümumi iş stajı anlayışına həmçinin ali, orta ixtisas məktəblərində təhsil alınmış müddət daxil edilir. Sadalanlar nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, bu halda ümumi iş stajınının müəyyən edilməsi 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən aparılmalı olduğundan, aşağı instansiya məhkəmələri düzgün olaraq iddiaçının həmin müddətdən əvvəl təhsil aldı ğı müddəti onun sosial sığorta stajına daxil edilməsi barədə tələbini təmin etmişdirlər. Apellyasiya məhkəməsinin həbelə hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnu yaradan iş fəaliyyəti onun təqdim etdiyi əmək kitabçasına əsasən müəyyən edilmişdir. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ o səbəbdən yaranmamış hesab edilməlidir ki, onun 20 il sosial sığorta stajı tamamlanmır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması 26 iyun 2014-cü il tarixi kimi müəyyən edilmişdir. Bu əsasla həmin tarixə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununu n (bundan sonra Qanun): - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunver iciliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istə nilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. Onun 01 avqust 1997-ci il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 i l iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13 –cü (...) nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qeyd edilmiş müddəalar tətbiq edildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı siyahısı üzrə şəxsin hansı istehsalatda və peşələrdə işləməsi bölmə və kodlar üzrə müəyyən edilməlidir. Bü müddəalara əsaslanmaqla apellyasiya məhkəməsi müəyyən etmişdir ki, 01 yanvar 2006-cı il tarixinə qədər iddiaçının 20 il ümumi iş stajı olmuşdur. Habelə, iddiaçının güzəştli şərtlər verən xüsusi iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş siyahı əsasında müəyyən edilmişdir. Məsələyə qiymət verərkən məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, istinad edilən Siyahının 22100000 saylı bölmənin “XX. Yüngül sənaye” adlı hissəsinin 22102000 saylı “Toxuculuq sənayesi” alt bölməsində 2200200a—11602 kodla “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətantoxucuları” peşəsi göstərilmişdir. Lakin apellyasiya məhkəməsi iddiçının güzəştli pensiya hüququ verən xüsusi iş stajını Azərbaycan Respublikası Na zirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”na əsasən müəyyən etmişdir. Halbuki, həmin siyahı üzrə tətbqi edilməli olan normanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “e” bəndi təşkil edir ki, ona əsasən: toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar-Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə — 52 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqdagüzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddənin tələblərinə görə, “toxucu” peşəsində işəyən qadının əmək funksiyaları toxuculuq istehsalı dəzgahlarında və maşınlarında işlə bağlı olduğu halda, onların pensiya hüququnun təmin edilməsini zəruri edən şərt ümumi stajla bağlı deyildir, yalnız xüsusi stajla, yəni toxuculuq istehsalı dəzgahlarında və maşınlarında azı 20 il çalışması ilə əlaqədardır. Bu halda cavabdehin sosial sığorta stajının olmaması barədə dəlili qismən əsaslı hesab edilməlidir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin apardığı araşdırmanın predmetini iddiaçının əmək funksiyalarının mahiyyəti təşkil etməlidir. Çünki əgər “toxucu” kimi iddiaçı dəzgahlarda və maşınlarında işləmişdirsa, bu halda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13cü maddəsinin “e” bəndinin tələblərinin ödən ildiyi yoxlanılmalıdır. İddiaçının əmək fəaliyyətinin bilavasitə “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” peşəsi ilə əlaqədar olub-olmamasına münasibətdə məhkəmə kollegiyası bildirir ki, iddiaçının xxxx istahsalatında işlədiyi nəzərə alınmaqla, ona münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinin tələblərinin tətbiq edilməsi istisna oluna bilər. Bununla da məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaların tətbiqi üzrə düzgün araşdırma aparılmamış və bu səbəbdən işin halları tam düzgün müəyyən olunmamışdır. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respub likası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən məsələ ilə bağlı faktiki hallara dair iddiaçının işlədiyi müəssisələrə, işlədiyi peşə üzrə yerinə yetirdiyi əmək funksiyaları və topladığı sosial sığorta stajına dair araşdırma aparmaqla, t ələbə qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnziba ti Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 şəhər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X2tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2-1(107)-29/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1255/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1255/2019
01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver