Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1255/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanıb ödənil məsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(103)-508/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2012-ci il tarixindən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
2. Sonuncu dəfə iddiaçının əmək pensiyası cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli qərarla hesablanaraq, pensiya məbləği 1413,51 manat müəyyən edilmiş və həmin məbləğ ona xx.xx.2021-ci il tarixədək ödənilmişdir. 3. 06.07.2021-ci ildə əlillik müddəti bitdiyi üçün iddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyin təkrar qiymətləndirilməsi ilə bağlı müraciət etmiş və ona xx.x x.2021-ci il tarixdə yenidən üçüncü dərəcə əlillik təyin edilmişdir.
4. İddiaçıya 2021-ci ilin avqust və sentyabr ayları üçün əmək pensiyası ödənilməmiş, oktyabr ayından isə ona aylıq 1112,31 manat pensiya məbləği ödənilməyə başlamışdır. Belə ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanaraq 2021-ci ilin avqust ayından ödənilməklə pensiya məbləği 1112,31 manat müəyyən edilmişdir.
5. İddiaçı ilk əvvəl əmək pensiyasının ödənilməsinin dayandırılmasını, sonradan isə pensiya məbləğindəki azalmanı əlillik müddətinin bitməsi ilə əlaqələndirmiş, əlillik müddətinin uzadılmasından cavabdehin məlumatlı olmadığını hesab etmiş, əlilliyini təsdiq edən sənədlərlə cavabdehə yenidən müraciət etmişdir.
6. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda gö stərilmişdir ki, iddiaçıya pensiyanın məbləği düzgün hesablanmamış, nəticədə xx.xx.2013 - xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 17035,20 manat artıq ödəmə müəyyən edilmişdir. 7. xx.xx.2022-ci il tarixdə isə cavabdeh artıq ödənildiyi qeyd edilən 17035,20 manat məbləğində pul vəsaitinin iddiaçıdan tələb edilərək onun hesabına ödənilməsini nəzərdə tutan “Əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin barəsində qəbul etdiyi əmək pensiya məbləğinin geri qaytarılmasına dair qərarın ləğv edilməsini, əm ək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini, mükafatın 7.88 dəfə (788 faiz), son haqq-hesabın aylıq məvacibin 6.68 dəfə nisbətində yenidən hesablanaraq götürülməsini və dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqq-hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə olunmasını xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsində işin hallarına istinad edərək tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən pensiya məbləği onun dövlət qulluqçusu kimi aldığı mükafatlara və son haqq-hesaba (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasına) münasibətdə düzgün hesablanmamışdır.
10. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir. 1
1. Bakı İnzibati Məhkəməsinin (hakim O.Həsənov) 04 may 2022-ci il tarixli, 21(112)-3977/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul etdiyi “Əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli və əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli qərarları ləğv edilmiş, iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), son haqq-hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının) dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
12. Birinci instans iya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki: 12.1. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirdiyindən, hazırkı halda isə iş materialları ilə şəxsin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmədiyindən, pensiya orqanı pensiya qanunvericiliyini tənzimləyən hüquq normaları əsasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmədiyindən, cavabdehin iddiaçı barəsində qəbul etdiyi əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi hissəsində iddia tələbi əsaslıdır. Bununla yanaşı, iddiaçının hazırkı halda əlverişli inzibati aktın məzmununa etimad hüququ da nəzərə alınmalıdır. Bundan əlavə, cavabdeh pensiyanı yenidən hesablayarkən səhvə yol verdiyini müəyyən etmişdirsə də, bu səhv hər bir halda iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə nəticələnməməlidir. İnzibati orqan tərəfindən əmək pensiyası səhv hesablansa belə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. 12.2. İddiaçının “mükafatın 7.88 dəfə (788 faiz) nisbətində yenidən hesablanaraq götürülməsi”nə dair iddia tələbi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iş materiallarında mövcud olan əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli qərardan da müəyyən edilir ki, dövlət məvacibinə daxil olan mükafatın faiz nisbəti 691.75 faiz, yəni əmsal kimi təxminən 6.91 müəyyən edilmişdir. Halbuki, iddiaçı 2003-cü il üzrə vəzifə maaşı 320.000 manat olduğu vaxt mart ayında 320.000 manat, noyabr ayında 236.500 manat, dekabr ayında 473.000 manat, 2004-cü ildə vəzifə maaşı 320.000 manat olduğu vaxt 236.500 manat, vəzifə maaşı 1.120.000 manat olduğu vaxt oktyabr ayında 1.120.000 manat, noyabr ayında 704.700 manat, dekabr ayında 1.120.000 manat, 2005-ci ilin mart ayında isə əmək haqqı 1.443.000 manat olduğu vaxtda 1.443.000 manat mükafat almışdır. Bu səbəbdən də iddiaçı müvafiq olaraq 2003-cü il üzrə 3.22 əmsala, 2004-cü ildə 3.37 əmsala, 2005-ci il üzrə isə 1.29 əmsala istinad edərək ümumilikdə 7.88 əmsal, yəni mükafata münasibə tdə 788 faizin əmək pensiyasının məbləğində nəzərə alınmasına dair əsaslı iddia ilə müraciət etmişdir. Cavabdehin hesablamalarından isə aydın olur ki, cavabdeh iddiaçının məhz vəzifə maaşını nəzərə almadan, pensiya işində olan əmək haqqının aylar üzrə məbləği üzrə siyahıda əsas əmək haqqının məbləğinin alınan mükafata nisbətini əsas götürmüş, nəticədə isə faiz 691, əmsal isə 6.91 rəqəmini almışdır. Belə ki, əmək haqqı barədə arayışda 2004-cü ilin mart ayında əmək haqqı 473.000 manat qeyd edilsə də, həmin dövrdə 2004-cü ilin mart ayı da daxil olmaqla avqust ayına kimi baş məsləhətçi üzrə vəzifə maaşı 473.000 manat yox, məhz 320.000 manat olmuşdur (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən). Göründüyü kimi, iddiaçı son 24 ayda vəzifə maaşının 788 faizi miqdarında mükafat almışdır, cavabdeh isə 691 faiz miqdar müəyyən etmişdir ki, nəticədə iddiaçının əmək pensiyasında mükafatın məbləği müəyyən edilərkən səhvə yol verilmişdir. 12.3. Son haqq-hesabın aylıq məvacibin 6.68 dəfə nisbətində yenidən hesablanaraq götürülməsi hissəsində də məhkəmə iddianı əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən istifadə olunmamış məzuniyyət ilə əlaqədar ödənilmiş kompensasiyanın pensiya təyin edilərkən 80.35 manat məbləğində nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının aldığı son haqq-hesab kimi ******* manat məbləği əsas götürmüş, həmin məbləğ 5000 rəqəminə bölünmüş, alınan 1928,34 manat əlavə son 24 ay nəzərə alınmaqla 24-ə bölünərək 80.35 manat müəy yən edilmişdir. Lakin cavabdeh həmin hesablamanın hansı hüquqi akta əsasən aparıldığını sübut edə bilməmişdir. Son haqq-hesaba münasibətdə istifadə edilən hesablama qaydasının qanunvericiliyin tələbinə deyil, cavabdehin daxili qaydasına uyğun olduğu aşkardır. Son haqq-hesabın ******* manat olması, eyni zamanda iddiaçının dövlət məvacibinin məbləğinin ******* manat olması nəzərə alınmaqla hesablama aparılmalıdır (bu zaman isə həmin rəqəmlərin nisbəti 6.68 kimi müəyyən edilir ki, iddiaçının pensiya təyin edilərkən dövlət məvacibinin 742.18 manat olması nəzərə alınmaqla son haqq-hesabın 80,35 yox, məhz 206,57 manat olduğu sadə riyazi hesablama yolu ilə müəyyən edilir). 12.4. Beləliklə, əmək pensiyası yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla yenidən hesablanmalı olduğundan, iddiaçı barəsin də qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğvinə dair iddia da əsaslı hesab edilməlidir. Belə ki, iddiaçının mükafat və son haqq-hesaba görə əmək pensiyasının yenidən hesablanması barədə iddianın təmin edilməsi əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərarının ləğvini zəruri edir. 12.5. Son haqq-hesabın dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq uyğunlaşdırılması hissəsində isə məhkəmə iddianı əsaslı hesab etməyərək qeyd etmişdir ki, qanunvericiliyə əsasən, dövlət məvacibinin məbləği dəyişərkən əmək pensiyasının yenidən hesablanması həyata keçirilir ki, “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda hansı məbləğlərin artmalı olduğu aşkar qaydada q eyd edilmişdir. Lakin elə əlavələr də vardır ki, vəzifə maaşının artımı həmin əlavələrə təsir etmir. Son haqq-hesab nə faizlə müəyyən edilən, nə də mütləq müəyyən edilən əlavə hesab edilmir. Son haqq-hesab, Qaydaların 4-cü hissəsində adıçəkilən “digər ödənişlər”in növlərindən biri hesab edilir. Qaydaların 3-cü və 4-cü hissələrinin birgə təhlilindən də aydın olur ki, digər ödənişlər dedikdə, qanunvericilik həmin ödənişləri vəzifə maaşına faizlə müəyyənləşdirilən əlavələr və mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələrdən ayırır. Göründüyü kimi, Qaydaların 3-cü hissəsində digər ödənişlərin vəzifə maaşı artanda artmalı olduğu qeyd edilməmiş, digər ödənişlər vəzifə maaşından asılı olsa belə, vəzifə maaşına münasibətdə faizlə müəyyən edilmədiyindən dəyişməz saxlanılmışdır.
13. İddiaçı və cavabd eh həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Səadət Bəktaşi) 17 fevral 2023cü il tarixli, 2-1(103)-508/2023 nömrəli qərarı ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşm ışdır.
16. İddiaçı və cavabdeh həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İddiaçı qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
17. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, istifadə olunmamış məzuniyyət ilə əlaqədar ödənilmiş kompensasiya (son haqq-hesab) Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 3-cü bəndində qeyd edilən sair gəlirlərə aiddir. Ona görə də, son haqq-hesab dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğunlaşdırılaraq (əmsallaşdırılaraq) əmək pensiyası yenidən hesablanmalıdır.
18. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, aparılan araşdırma nəticəsində iddiaçının pensiyasının ötən dövr üzrə düzgün müəyyən edilmədiyi, iddiaçıya xx.xx.2012-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində 2729,01 manat əskik pul vəsaitinin, xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 21988,83 manat artıq pul vəsaitinin ödənildiyi, həmçinin, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 2224,62 manat pul vəsaitinin ödənilmədiyi, ümumilikdə 17035,20 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bundan əlavə, pensiya hesablanması zamanı iddiaçının qulluq keçdiyi son 24 ay ərzində ona ödənilmiş mükafatlar və ya müavinətlərə görə pul vəsaitlərinin həmin t arixdə mövcud olmuş vəzifə maaşına nisbəti nəzərə alınmışdır. Eyni zamanda, istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş kompensasiya əmək haqqının tərkib hissəsi olan ödənclərdən hər hansı birinin müəyyən bir faizi deyildir. Bununla əlaqədar orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmış 80,35 manat (2005-ci ilin mart ayında iddiaçıya ödənilmiş 1928,33 manatın 24-ə olan nisbəti) pul vəsaitinə hər hansı artımın tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli dövrdə qüvvədə olan redaksiyada) Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğ i əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki v ə ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şə xsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hə də-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
21. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları” (mübahisəli dövrdə qüvvədə olan redaksiyada)
2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikas ının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır....
9. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır.
22. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları” (mübahisəli dövrdə qüvvədə olan redaksiyada)
1. Bu Qaydalar “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir.
2. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır.
3. Fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə gö rə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur.
4. Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır....
10. Qanunvericiliklə dövlət məvacibinin məbləği dəyişdikdə əmək pensiyasını təyin edən orqan dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını təmin edir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işd ə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağı dakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, tərəflərin şikayətləri üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarından həm iddiaçı, həm də cavabdeh tərəfindən kassasiya şikayətləri verildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Hazırkı iş üzrə iddiaçının tələbi 5 hissədən ibarətdir: - cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi; - cavabdehin əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi; - iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal) müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması; - istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) aylıq dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması; - dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq ist ifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) uyğunlaşdırılaraq əmək pensiyasının yenidən hesablanması.
28. Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli və əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi hissələrində iddia tələbinə münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə cavabdehin qərarının (inzibati aktının) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə belə razılığın olmadığı müəyyən olunur.
29. Eyni zamanda, işin müəyyən edilmiş hallarından görünür ki, s özügedən qərarların qəbul edilməsi ilə əlaqədar cavabdeh tərəfindən inzibati icraat düzgün qaydada aparılmamış, inzibati icraat zamanı iddiaçının iştirakının təmin edilməsi üçün hər hansı tədbir görülməmiş, iddiaçının dinlənilmə hüququ təmin olunmamış, bir sözlə “İnzibati icraat haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuşdur.
30. Həmçinin, formalaşmış məhkəmə təcrübəsinə əsasən, əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərar qəbul edilərkən, əmək pensiyasının hesablanması ilə bağlı qüvvədə olan sonuncu qərar və iddiaçının həmin qərara etimad hüququ nəzərə alınmalıdır. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı sonuncu – xx.xx.2019-cu il tarixli qərarın qüvvədə olması və iddiaçının həmin qərara etimad hüququ cavabdeh tərəfindən nəzərə alınmamışdır.
31. Belə olan halda, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli və əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi hissələrində iddiaçı haqlıdır.
32. İddia tələbinin təmin olunan digər hissələrinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əmək pensiyasının ödənilməsinin dayandırılmasından, sonradan isə pensiya məbləğindəki azalmadan narazı qalaraq cavabdehə müraciət etmiş və ona məlum olmuşdur ki, pensiya məbləğindəki azalma cavabdeh tərəfindən onun əmək pensiyasının yenidən hesablanması haqqında qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar əsasında olmuşdur. Cavabdehin qeyd edilən xx.xx.2021-ci il tarixli qərarının, eləcə də əmək pensiyası məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi ilə iddiaçıya ödənilən pensiya məbləği əvvəlki vəziyyətinə qayıtdığı halda, iddiaçının qalan digər tələblərinin də ödənilib-ödənilmədiyi qeyri-müəyyəndir. Başqa sözlə, iddia tələbi ilk iki hissədə təmin edildiyi halda, iddia tələbinin qalan digər hissələrinə münasibətdə iddiaçının hüquqi marağının olub-olmaması, həmin tələblər vasitəsilə iddiaçının əldə etmək istədiyi məqsədə çatıb-çatmadığı apellyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmamış və həmin məsələlərə hüquqi qiymət verilməmişdir.
33. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının “dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal) müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması”na dair tələbi ilə əl aqədar qeyd edir ki, iş materiallarında olan əmək haqqı barədə arayışda (İ cild: iş v. 42) iddiaçının aldığı əsas əmək haqqının məbləği ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilən aylıq vəzifə maaşlarının məbləği fərqlənir. İşə baxan apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallar arasındakı ziddiyyəti aradan qaldırmadan, işin qeyd olunan halını hərtərəfli araşdırmadan yalnız iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubuna (kserosurət) istinad etməklə, pensiyanın düzgün hesablanmadığı qənaətinə gəlmişdir. Halbuki, işə baxan apellyasiya instansiyası məhkəməsi ziddiyyətin səbəblərini araşdırmaq və bu halı aradan qaldırmaq üçün iddiaçının işlədiyi müəssisəyə və Azərbayc an Respublikasının Maliyyə Nazirliyinə sorğu verə bilər, bununla da, iddiaçının tutduğu vəzifədəki vəzifə maaşının məbləğini mötəbər sübutlar əsasında müəyyən edə bilərdi. Bundan əlavə, iş materiallarında iddiaçının pensiyaya çıxmamışdan son 24 ay ərzində konkret olaraq dövlət qulluğunun hansı vəzifəsində və ya vəzifələrində işləməsi barədə də konkret məlumat yoxdur. Odur ki, iddiaçıya ödənilən mükafatın vəzifə maaşına nisbətinin müəyyən edilməsi üçün yuxarıda qeyd olunan halların hərtərəfli araşdırılması tələb olunur.
34. Məhkəmə kollegiyası iddiaçının “istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) aylıq dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması” və “dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) uyğunlaşdırılaraq əmək pensiyasının yenidən hesablanması” tələbləri ilə bağlı isə aşağıdakıları qeyd edir:
35. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)638/2017 saylı qərarı ilə iddiaçıya 2005-ci ilin aprel ayında istifadə edilməmiş məzuniyyətə kompensasiya kimi ödənilmiş 9.641.688 AZM manat pul vəsaitinin pensiya hesablanmasında nəzərə alınmaqla, təyin edilmiş əmək pensiyası məbləğinin xx.xx.2012ci il tarixdən yenidən hesablanması vəzifəsi DSMF-nin Nizami rayon şöbəsinə həvalə edilmişdir. Göründüyü kimi, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya kimi ödənilmiş məbləğin pensiyaya hesablanması məhkəmə qərarı əsasında baş ver mişdir.
36. Qeyd edilməlidir ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı, 19 noyabr 2021-ci il tarixli qərarının 1-ci bəndindəki mövqeyə görə, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Nəzərə alınmalıdır ki, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir.
37. İşə baxan apellyasiya instansiya məhkəməsi hazırki mübahisənin müstəqil inzibati məhkəmə icraatının predmeti olub-olmamasını araşdırmamış, yeni məzmunlu iddia tələbi kimi görünsə də, faktiki olaraq, məhkəmə qərarının icrasına aid olan məsələ olub-olmamasına qiymət verməmişdir. Məhkəmə qərarının düzgün icra edilməsi (hazırkı halda kompensasiya məbləğinin pensiya hesbalanmasında düzgün nəzərə alınması) ilə bağlı məsələlərin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-638/2017 saylı qərarının icrası qaydasında həyata keçirilməli olması məsələsi təkrar apellyasiya baxışında müzakirə edilməlidir. Qeyd edilən tələblərin sözügedən qərarın icrasına nəzarət edən məhkəmə tərəfindən həmin qərarın icrası çərçivəsində həll edilməli olan məsələlər olması qənaətinə gəlindiyi halda isə iddiaçıya məhkəmə qərarının cavabdeh tərəfindən düzgün icra edilməməsi ilə bağlı müvafiq ərizə ilə icraya nəzarət edən məhkəməyə (hazırkı halda Bakı İnzibati Məhkəməsinə) müraciət edə bilməsi və həmin ərizədə hazırkı iddia tələbində irəli sürdüyü dəlillərə istinad edə bilməsi imkanının mövcudluğuna dair hüquqi yardım göstərilməlidir.
38. Bununla yanaşı, məhkəmə kollegiyası “istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) aylıq dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması”na dair iddia tələbi ilə bağlı əlavə olaraq qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi bir tərəfdən cavabdehin hesabl amasını əsaslı hesab etməmiş və bildirmişdir ki, “cavabdeh iddiaçının aldığı son haqq-hesab kimi ******* manat məbləği əsas götürmüş, həmin məbləğ 5000 rəqəminə bölünmüş, alınan 1928,34 manat əlavə son 24 ay nəzərə alınmaqla 24-ə bölünərək 80,35 manat müəyyən edilmişdir. Lakin cavabdeh həmin hesablamanın hansı hüquqi akta əsasən aparıldığını sübut edə bilməmişdir. Son haqqhesaba münasibətdə istifadə edilən hesablama qaydasının qanunvericiliyin tələbinə deyil, cavabdehin daxili qaydasına uyğun olduğu aşkardır”. Digər tərəfdən isə işə baxan apellyasiya instansiyası məhkəməsi iddianı tələbini əsaslı hesab edərək, istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) aylıq dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasına yenidə n hesablanmalı olmasına dair nəticəsinin də hüquqi və normativ əsasını göstərməmişdir.
39. Beləliklə, iddianın təmin edilmiş “iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), son haqq hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının) dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək, əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi” hissələrində, o cümlədən rədd edilmiş “dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqq-hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə edilməsi” hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1-ci, 12.2-ci, 58.7-ci və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin hissələrdə təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının və cavabdehin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 21(103)-508/2023 nömrəli qərarı iddianın təmin edilmiş “iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), son haqq-hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının) d övlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi” hissələrində, o cümlədən rədd edilmiş “dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqq-hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilsin. İş həmin hissələrdə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 21(103)-508/2023 nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.