Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1256/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: idxal edilmiş avadanlıqların rəsmiləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “idxal edilmiş avadanlıqların rəsmiləşdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1129/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qəra rından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının ünvanına 34JZ9529/34KZ4337 nömrəli nəqliyyat vasitəsində, 000128 saylı, xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yük **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Malın müşayiət sənədlərində həmin malların XİF MN üzrə ********** kodu altında təsnif edildiyi göstərilmişdir. Həmin malların XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinin müəyyən edilməsi məqsədi ilə X2 İdarəsinə müraciət edilmişdir.
2. X2 İdarəsindən daxil olmuş məktubda göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş invoys üzrə 1-ci mövqedə olan mal XİF MN üzrə *** ******* kodu altında təsnif edilməklə 5 % idxal gömrük rüsumuna, 2-ci mövqedə olan mal isə XİF MN üzrə ********** kodu altında təsnif edilməklə 15 % idxal gömrük rüsumuna cəlb edilməlidir. Nəticədə həmin malların idxalı zamanı iddiaçının 26.678,80 manat gömrük ödənişlərinin ödənilməsindən yayındığı və əməldə Azərbaycan Respublikası CM-nin 209.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu göstərilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsinin 24 fevral 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC barəsində xx/xx/058840 nömrəli material üzrə əməldə Azərbaycan Respublikası CM-nin 209-cu və digər maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi olmadığından, cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd e dilmiş, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında saxlanılan, İddiaçı MMC tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805-MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılmasının təmin edilməsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir.
4. Cavabdeh Bakı Baş Gömrük İdarəsi X3 İdarəsinin verdiyi rəyə əsaslanaraq, gömrük rəsmiləşdirilməsinin aparılmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən 34JZ9529\34KZ4337 nömrəli nəqliyyat vasitəsində, 000128 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi və **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin istintaq şöbəsinin böyük müstəntiqi, gömrük xidməti mayoru X1 icraatında olan 25\25\058849 nömrəli material üzrə araşdırma aparmışdır. Araşdırma zamanı iddiaçı tərəfindən **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş “Neles” markalı, “T5G B16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların XİF MN üzrə kodunun ********** olduğu müəyyən edilmişdir. Eyni zamanda araşdırma nəticəsində iddiaçının həmin avadanlıqların idxalı və “sərbəst dövriyyə üçün buraxılışı” gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilməsi zamanı malların təsvirinin və XİF MN üzrə kodunu düzgün bəyan etdiyi və gömrük ödənişlərinin ödənilməsindən yayınma halının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin 24 fevral 2022-ci il tarixli qərarı ilə 25\25\058840 nömrəli yoxlama materialı üzrə əməldə Azərbaycan Respublikası CM-nin 209-cu və digər maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Eyni zamanda, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında saxlanılan, iddiaçı tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsindən keçirilərək buraxılmasının təmin edilməsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Bundan sonra İddiaçı MMC-nin əməkdaşları Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsində olmuş, sonuncu tərəfindən raport yazılaraq aidiyyəti sənədlər maliyyə inspektoruna təqdim edilmişdir. Lakin iddiaçı tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və “XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsindən keçir ilməsi yubadılmaqdadır və beləliklə, iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqları pozulmaqdadır. Eyni zamanda rəsmiləşdirilmənin aparılması həvalə olunmuş gömrük inspektoru öz hərəkətləri ilə yoxlama materialı üzrə 24 fevral 2022-ci il tarixli, 25\25\058840 nömrəli qərara şübhə ilə yanaşır və müxtəlif bəhanələrlə rəsmiləşdirməni həyata keçirməkdən boyun qaçırır. Gömrük əməkdaşlarının bu hərəkətləri ilə İddiaçı MMC-nin sahibkarlıq sahəsində bütün hüquqları pozulmaqda və gündəlik olaraq maliyyə itkilərinə məruz qalmaqdadır.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, **********7815 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığ ı üçün müvafiq araşdırma aparılmış və ekspertiza rəyinin verilməsi üçün X2 İdarəsinə müraciətlər edilmişdir. Həmin müraciətlərin nəticəsində keçirilmiş ilkin və təkrar ekspertizalar üzrə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəylərində invoysun 1-ci mövqeyindəki malın XİF MN üzrə 8481 80 812 0, 2-ci mövqeyindəki malın isə XİF MN üzrə 8481 80 819 0 təsnifat kodu ilə sinifləşdirildiyi göstərilmişdir. Daha sonra, Əməliyyat İstintaq Baş İdarəsinin 1000-154/15- 26/003655 saylı, xx.xx.2022-ci il tarixli qərarının icrası ilə bağlı daxil olmuş malların koduna yenidən baxılması üçün X2 İdarəsinə xx.xx.2022-ci il tarixdə təkrar müraciət edilmiş, X2 İdarəsindən elektron formada daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının idxal etdiyi mal partiyasına aid sor ğuların xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli cavab-rəyləri ilə cavablandırıldığı bildirilmişdir. Cavabdeh hazırkı iş üzrə X3 İdarəsinin malların təsnifat kodu üzrə verdiyi rəyi əsas tutur və tərəflərindən X3 İdarəsinin verdiyi rəyə zidd olaraq gömrük rəsmiləşdirilməsinin aparılması mümkün deyildir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7873/2022 saylı, xx.xx.2022-ci il tarixli (hakim H.A.Ağalarov) qərarı ilə iddia təmin edilmiş, iddiaçı tərəfindən **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların gömrük rəsmiləşdirilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, nə qədər ki, iddiaçının gömr ük rəsmiləşdirilməsi zamanı malların XİF MN üzrə kodunu düzgün bəyan etməsi cinayət prosesini həyata keçirən orqanın yuxarıda qeyd olunan cinayət təqibini istisna edən qərarı ilə təsdiqini tapmışdır, həmin malların bəyan edildiyi şəkildə gömrük rəsmiləşdirilməsinə dair tələbi əsaslıdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1129/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.İ.Bəktaşi) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7873/2022 saylı, xx.xx.2022-ci il tarixli qə rarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti iddiaya qarşı etirazın və apelyasiya şikayətinin dəlillərinə əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Maddə 4.1. Gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, “Gömrük tarif i haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. M a d d ə
321. Malların təsnifatı 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenkla turasında kodu (kodları) müəyyən olunur. 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. 321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və mallar ın təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. 17. “İnzibati icraat haqqında” Qanun Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
18. İnzibati Prosessual Məcəllə Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisəl ərə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşd ur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından idxal edilmiş avadanlıqların rəsmiləşdirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmı r.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırki iş üzrə iddiaçının məqsədi onun tərəfindən 34JZ9529\34KZ4337 nömrəli nəqliyyat vasitəsində, 000128 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi və yük **********7815 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modeli avadanlıqların gömrük rəsmiləşdirilməsinə nail olmaqdır.
28. Cavabdeh orqan iddiaçıya məxsus malların anbarda saxlanılm asına dair mövqeyini yalnız X2 tərəfindən verilmiş ekspert rəyi ilə əsaslandırır.
29. Belə ki, X2 İdarəsindən daxil olmuş məktubda göstərilmişdir ki, iddiaçı tərəfindən verilmiş invoys üzrə 1-ci mövqedə olan mal XİF MN üzrə ********** kodu altında təsnif edilməklə 5 % idxal gömrük rüsumuna, 2-ci mövqedə olan mal isə XİF MN üzrə ********** kodu altında təsnif edilməklə 15 % idxal gömrük rüsumuna cəlb edilməlidir. Nəticədə həmin malların idxalı zamanı iddiaçının 26.678,80 manat gömrük ödənişlərinin ödənilməsindən yayındığı və əməldə Azərbaycan Respublikası CM-nin 209.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu göstərilmişdir.
30. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, cavabdehlə eyni quruma aid olan cinayət təqibi orqanı tərəfindən qeyd olunan malların idxalı zamanı iddiaçının gö mrük ödənişlərinin ödənilməsindən yayındığı və əməldə Azərbaycan Respublikası CM-nin 209.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu barədə X2 İdarəsinin dəlilləri əsassız hesab edilmiş, iddiaçının əməlində Azərbaycan Respublikası CM-nin 209-cu və digər maddələrində nəzərdə tutulan cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. 31. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 fevral 2022-ci il tarixli həmin qərarla eyni zamanda Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun anbarında saxlanılan, İddiaçı MMC tərəfindən idxal edilmiş “Neles” markalı, “T5GB16AAH1805 MOV 24181” və XG16DWTEJ2RXHBDF MOV 24182” modelli avadanlıqların müvafiq gömrük rəsmiləşdirilməsindən keçiri lərək buraxılmasının təmin edilməsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Lakin həmin qərara rəğmən, cavabdeh X3 İdarəsinin verdiyi rəyə zidd olaraq gömrük rəsmiləşdirilməsinin aparılmasının mümkün olmadığını iddia etmişdir.
32. Bununla bağlı nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 45-ci maddəsinə görə, inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin maddədə inzibati icraat zamanı inzibati orqan tərəfindən istifadə olunan sübutetmə vasitələrinin dairəsi müəyyən edilmişdir və ekspert rəyi həmin sübutetmə vasitələrindən yalnız biri qismində nəzərdə tutulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə qərarın qəbulu zamanı hər hansı sübut digərinə münasibətdə üstün qüvvəyə malik deyildir və qiymətləndirmə zamanı işin düzgün həlli baxımından əhəmiyyət kəsb edən bütün sübutlar nəzərə alınmalıdır. Belə ki, istinad olunan Qanunun 47-ci maddəsinə görə, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
33. Bununla belə, cavabdeh orqan tərəfindən mövqeyini əsaslandıran digər hər hansı dəlil apellyasiya və kassasiya şikayətlərinə əlavə edilməmiş, bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdir ilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1129/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.