Məhkəmə qərarları › İş №2-1(102)-1257/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1257/2019

14.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1257/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “iddiaçının 1977-1991-ci illərdə Yevlax rayon Qaraməmmədli kənd “Bakı” kolxozu nda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-17/19 saylı, 16 yanvar 2019-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxxxx 1954-cü ildə anadan olmuşdur. 1977-1982, 1985-1991-ci illərdə Yevlax rayon Qaraməmmədli kənd “Bakı” kolxozunda işləməsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X5 filialı tərəfindən verilmiş 06.09.2011-ci il tarixli arxiv arayışı ilə təsdiq olunur. İddiaçı kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi üçü n cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 11 iyul 2018-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının 1977-ci il tarixdən 1991-ci il tarixədək Yevlax rayon Qaraməmmədli kənd “Bakı” kolxozunda işləməsi əmək kitabçası ilə rəsmiləşmədiyi üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçı 18 iyul 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1977-ci ildən 1991-ci ilədək Yevlax rayon Qaraməmmədli kənd sabiq “Bakı” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası tam qanunsuzdur. Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pen siya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(84)-1321/2018 saylı iş) 19 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin üzərinə iddiaçının 1977-1982, 1985-1991-ci illərdə Yevlax rayon Qaraməmmədli kənd “Bakı” kolxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən t əmin etməsini onunla əsaslandırılmışdır ki, iddiaçının 1977-1982, 1985-1991-ci illərdə Yevlax rayon Qaraməmmədli kənd “Bakı” kolxozunda işləməsi X5 Filialının 6 sentyabr 2011-ci il tarixli arxiv arayışında öz təsdiqini tapmışdır. Həmin arxiv arayışı iddiaçının iş stajını təsdiq edir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2-məruzəçi, X3 və X1, 2-1(107)-17 /19 saylı iş) 16 yanvar 2019-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 24 yanvar 2019-cu il tarixdə qərarın surətini almış, 13 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qə bul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Qərar qanuni baxımdan ədalətli deyil. Məhkəmə işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları tam və hərtərəfli aydınlaşdırmamışdır. Yevlax rayon Qaraməmmədli kənd ”Bakı” kolxozunda işləməsi, qeyd olunan idarənin arxiv sənədlərinin verilməməsi səbəbindən həmin müəssisədə onun işləməsi, müəssisə tərəfindən zəruri sənədlər arxivə təqdim edilmədiyi üçün aydınlaşdırıla bilməmişdir. Bu baxımdan da hesab edirik ki, məhkəmə işə birtərəfli yanaşmış, qərar qəbul edərkən digər mötəbər dəlilləri nəzərə almamışdır. Şəxsin işləməsi qeyd edildiyi kimi, müəssisənin aidiyyəti sənədlərində əks olunur. Bu sənədlərdə əmək kitabçası üzləşdirilir. Bundan sonra qeyd olunan əmək kitabçasındakı qeydlərin həqiqiliyi müəyyən edilir. Müəssisənin həqiqiliyi, şəxsin işlədiyi müəssisənin arxiv sənədləri naməlum səbəblərdən arxivə verilmədiyindən, bu halların müəyyən edilməsi müəssisə tərəfindən nizama salına bilmir. Məhkəmə də qeyd olunan halları araşdırmayaraq əsassız qənaətə gələrək tələbi təmin etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbləri pozulmuşdur ki, həmin normaya əsasən, inzibat icraat halları işin faktiki halları ilə əlaqədar fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların əldə olunması qadağandır. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasın ın iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəl i gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı bildirir ki, ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh 1977-1991-ci illərdə kolxozda işlədiyi dövrləri onun sosial sığorta stajına daxil etməmişdir. Cavabdeh imtinasında bildirmişdir ki, həmin dövrlərin iş stajı əmək kitabçasında olmadığından sığorta stajına daxil edilə bilməz. Cavabdeh həmçinin şikayətində bildirmişdir ki, iddiaçının 1977-1991-ci illərdə kolxozda işləməsi arxiv sənədləri ilə təsdiq edilmir. Mübahisə olunan dövrdə 1983 və 1984-cü illər istisna olmaqla iddiaçının “Bakı” kolxozunda işləməsi dövlət arxivinin verdiyi 6 sentyabr 2011-ci il tarixli arayışla təsdiq edilir. İddiaçının işlədiyi illərdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 sa ylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndində qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iş yerindən verilən arayışlardır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəs i həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajını təsdiq edən dövlət arxivinin arayışı mövcuddur. Cavabdeh iddiaçıya məxsus dövlət arxivinin arayışında olan məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr dövlət arxivinin arayışında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrün iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçının kolxozda faktiki işlədiyi adam gününün illər üzrə adam günü normasından az olması mübahisə olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-17/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar