Məhkəmə qərarları › İş №2-1(102)-1257/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1257/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1257/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: məhkəməyə qarşı verilmiş iddia üzrə işin ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “sorğular göndərilməsi” tələblərinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının müraciətinə şi fahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı “sorğuların göndərilməsi”nə dair iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2-1(112)-4490/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2022-ci il tarixli 21(103)-1571/2022 nömrəli qərardadı ilə inzibati işin başqa məhkəməyə verilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia bilavasitə hə min məhkəməyə qarşı verildiyindən, o, həmin mübahisəyə baxa bilməz və iş baxılması üçün başqa məhkəmənin icraatına verilməlidir. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

6. Müraciət əsaslı olduğundan təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 9.3-cü maddəsinə əsasən, məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.

8. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə -MPM) 44.2-ci maddəsinə əsasən, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: (...) 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa;…

10. MPM-in 45.5-ci maddəsinə əsasən, işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir.

11. İşdən göründüyü kimi, iddia Bakı Apellyasiya Məhkəməsinə qarşı verildiyindən, o, hazırkı işə baxa bilməz. Digər tərəfdən, hazırkı mübahisədə cavabdeh olan Bakı Apellyasiya Məhkəməsi işin aid olduğu məhkəməyə verilməsini də MPM-in 45.5-ci maddəsinə əsasən (hüquqi b axımdan) həll edə bilmir.

15. İPM-in 9.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə;...

16. İPM-in 9.2-ci maddəsinə əsasən, bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir.

17. Beləliklə, apellyasiya instansiyası məhkəməsi - iddia bilavasitə ona qarşı verildiyindən və həmin məhkəmə hüquqi baxımdan məhkəmə icraatını həyata keçirə bilmədiyindən - işin aid olduğu məhkəməyə verilməsi barədə yuxarı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

18. Məhkəmə kol legiyası hazırkı mübahisənin başqa məhkəməyə verilməsi məsələsini həll edərkən, ədalət mühakiməsinə əlçatanlığın daha səmərəli təmin olunması üçün səlahiyyətli məhkəmənin tərəflərin yaşayış yeri (olduğu yer) üzrə müəyyən edilməsinə üstünlük verir və cavabdehin olduğu yer üzrə məhkəmənin hazırkı icraatı həyata keçirə bilmədiyini nəzərə alaraq, işin aidiyyəti üzrə baxılması üçün iddiaçının yaşayış yeri üzrə səlahiyyətli məhkəməyə - Şirvan Apellyasiya Məhkəməsinə göndərilməli olduğu qənaətinə gəlir.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “sorğuların göndərilməsi” tələbinə dair inzibati iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar