Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1257/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məs ələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X3 və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2-1(103)-46/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Səbail Rayon İcra Hakimiyyəti başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamına əsasən Bada mdar qəsəbəsində 600 kv.m-dən ibarət torpaq sahəsi fərdi ev tikmək üçün iddiaçının adına ayrılmışdır.
2. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdə, Ə-176-091 nömrə ilə uçota alınaraq razılaşdırılmış torpaq sahəsinin situasiya planına əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı ilə Badamdar qəsəbəsində iddiaçının adına ayrılmış 600 kv.m-dən ibarət torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi tərtib edilərək, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur.
3. Səbail Rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2018-ci il tarixli, 3/10-Ə-176-091 nömrəli məktubda qeyd edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı Sərə ncamı ilə iddiaçıya Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün sonuncuya göndərilmişdir.
4. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 1 may 2020-ci il tarixli, **********93 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir.
5. İmtina onunla əsaslandırılmışdır ki, elektron kadastr baza məlumatlarına qeyd olunan torpaq sahəsinə digər fiziki şəxslərin müraciəti daxil olduğundan ərizənin icrası mümkün olmamışdır. Məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.1-ci maddəl ərinə istinad olunaraq iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 600 kv.m. torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisinə icazə verilməsi üçün Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən onun müraciətinə baxılmış, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikilməsi üçün 600 kv.m. torpaq sahəsi adına rəsmiləşdirilmişdir. Bununla əlaqədar, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikilməsi üçün 600 kv.m. torpaq sahəsinin iddiaçının adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi məqsədi ilə cavabdehə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə ****** ****93 nömrəli cavabda bildirilmişdir ki, torpaq sahəsinə digər fiziki şəxs tərəfindən müraciət daxil olduğundan ərizənin icrası mümkün deyil. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin plan-sxemi tərtib edilmişdir. Cavabdehin imtina məktubunda qeyd etdiyi hal isə ümumiyyətlə imtinaya əsas ola bilməz. Səbail Rayon İcra Hakimiyyəti başçısının 1290a saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsi illərdir iddiaçının qanuni istifadəsindədir. Hazırda həmin torpaq sahəsini özəlləşdirmək istəyir. Cavabdeh əsassız imtinası ilə iddiaçının hüquqlarını pozur.
8. Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli qərardadı ilə X3, 16 mart 2021-ci il ta rixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb edilmişlər.
9. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.
10. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli, 750 nömrəli məktubuna Səbail Rayon İcra Hakimiyyəti başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamının təsdiq edilmiş surəti əlavə edilmişdir.
11. Birinci instansiya məhkəməsinə təqdim edilmiş üçüncü şəxs X2 aid sənədlər aşağıdakılardır: - “Həyətyanı torpaq sahəsinin verilməsinə dair” Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı Sərəncamına əsasən Səbail rayonu, Badamdar qəsəbəsində 600 kv.m-dən ibarət torpaq sahəsi X1 adına ayrılmışdır; - xx.xx.1994-cü il tarixli Aktda və xx.xx.2005-ci il tarixli yerləşmə cizgisində göstərilmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı Sərəncamına əsasən fərdi yaşayış evi tikməkdən ötəri verilən 0,06 ha torpaq sahəsi yer üzərində ara nişanları ilə ayrılaraq vətəndaşa daim istifadə üçün təhkim edilmişdir. X1 adına ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, döngə 2031A nömrəli 600 kv.mdən ibarət torpaq sahəsinin yerləşmə cizgisi (torpaq sahəsinin ölçüsü 20x30 metr göstərilməklə) tərtib olunaraq rayon icra hakimiyyəti başçısının qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir.
12. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, Ə-565-091 nömrəli m əktubunda göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 may 1995-ci il tarixli, 1290a saylı Sərəncamının, Səbail Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış Ə-176-091 saylı, xx.xx.2018-ci il tarixli Situasiya Planı və sxemi ilə iddiaçıya ayrılmış və istifadəsində olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 may 1995-ci il tarixli, 1290a saylı Sərəncamı, həmin Sərəncama əlavə olunmuş Ə-176-091 saylı, xx.xx.2018-ci il tarixli Situasiya Planı və sxemində göstərilmiş torpaq sahəsi ilə iddiaçının istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə uyğundur. Qeyd olunan sə rəncamın və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış situasiya planı və sxemi ilə göstərilən ərazi sərəncamın verildiyi tarixdə və hal-hazırda dövlət mülkiyyətindədir.
13. Məhkəmə sorğusuna cavab olaraq daxil olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 4 oktyabr 2021-ci il tarixli, **********75 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilmiş, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin mütəxəssisləri tərəfindən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Təqdim edilmiş sənədlərə və sxemlərə əsasən iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin faktiki sahəsi müraciətə əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 may 1995-ci il tarixli, 1290a saylı sərəncamında və situasiya planında göstərilən torpaq sahəsinə (eləcə də naturada qismən daş hasara alınmış) uyğundur, müraciətə əlavə edilmiş Səbail Rayon icra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 3149 saylı (sərəncamının əlavəsi olan müraciətə əlavə edilmiş sxemdə hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi, sxem koordinatsız miqyassız olduğundan sxemdə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən) sərəncamında və yerləşmə cizgisində (təhkim aktında) göstərilən 2031A saylı torpaq sahəsinə uyğun gəlm ədiyi müəyyən edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1375/2021 nömrəli qərarı (hakim F.İ.Mədətli) ilə iddia təmin edilmiş, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 600 kv.m. torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya sözügedən torpaq sahəsinin münasibətlərin yarandığı zaman qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə riayət olunmaqla a yrıldığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Mütəxəssis rəyinə istinad edən məhkəmə iddiaçının, üçüncü şəxs X1 istifadəsində olan torpaq sahəsinə deyil, faktiki olaraq öz sahibliyində olan və yuxarıda istinad olunan hüquqmüəyyənedici sənədlər əsasında ona verilən torpaq sahəsinin adına hüquqlarının reyestrdə qeydə alınaraq çıxarışın verilməsinə dair olan tələbində haqlı olduğu qənaətində olmuşdur. Yəni, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290A saylı sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin, döngə nöqtələrinin koordinatlarının məhz naturada göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü məhkəmə araşdırması zamanı sübut edilmişdir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və id dia rədd olunmasını xahiş etmişdir.
17. Üçüncü şəxs X3 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı üçüncü şəxs X2 dair “Həyətyanı torpaq sahəsinin verilməsinə dair” Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı Sərəncamının, xx.xx.1994-cü il tarixli Aktın və xx.xx.2005-ci il tarixli yerləşmə cizgisinin əsli iş materiallarına əlavə edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(102)-726/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3525 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinin konfiqurasiyasının, döngələr arası məsafələrinin ölçülərinin Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995ci il tarixli, 1290a saylı sərəncamı əsasında verilmiş torpaq sahəsinin xx.xx.2018-ci il tarixli sxemində qeyd olunan konfiqurasiya və ölçülərə uyğun olduğu müəyyən edilir. Mübahisəli torpaq sahəsinin konfiqurasiyasının, döngələr arası məsafələrinin, ölçülərinin iş materiallarında olan Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı Sərəncamında qeyd olunan torpaq sahəsinin 17 oktyabr 2005-ci il tarixli yerləşmə cizgisində qeyd olunan konfiqurasiya və ölçülərə uyğun gəlmədiyi müəyyən edilir. Lakin mübahisəli torpaq sahəsin in konfiqurasiya və ölçülərinin ekspertizaya təqdim edilmiş X2 məxsus torpaq sahəsinin faktiki yerləşmə sxeminə uyğun olduğu müəyyən edilmişdir. İddiaçı adına verilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı əsasında tərtib edilən torpaq sahəsinin xx.xx.2018-ci il tarixli yerləşmə cizgisində qeyd olunan ölçü və konfiqurasiya ilə üçüncü şəxs X1 adına verilmiş Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı Sərəncamı əsasında X2 məxsus torpaq sahəsinin faktiki yerləşmə sxeminin üst-üstə düşdüyü, eyni zamanda hər iki sxemdə qeyd olunan ölçülər və konfiqurasiyanın naturaya uyğun olduğu müəyyən edilir.
20. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı işə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-c i il tarixli, 2-1(112)-283/2022 nömrəli qərarına əsasən iddiaçı X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin başqa şəxsə ayrılmış sahə ilə üst-üstə düşməsi və mübahisə obyekti olan torpaq sahəsinin iddiaçıya aid sahə olmaması işdə tədqiq edilmiş mütəxəssis rəyi ilə təsdiqlənir. Belə ki, məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində bildirilir ki, iddiaçının (X1) iddia etdiyi və göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. İddiaçının iddia etdiyi 600 kv.m to rpaq sahəsinin qismən hissəsi (112 kv.m) ərazidən keçən 6 kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasında yerləşir. İddiaçının iddia etdiyi və naturada göstərdiyi 600 kv.m torpaq sahəsinin faktiki göstəriciləri Bakı şəhəri Səbail RİH başçısının 2 may 1995-ci il tarixli 1290a saylı sərəncamı və İddiaçı ayrılmış torpaq sahəsinin göstəriciləri ilə naturada qismən eynilik təşkil etsə də, sənəd əsasında (3149 nömrəli sərəncama əlavə olunmuş cizgi) eynilik təşkil etmir və tamamilə fərqli mövqelərdə yerləşir.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2-1(103)-46/2023 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və M.N.Tağızadə) ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2-1(112)1375/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290A saylı sərəncamına əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi üst-üstə düşür. Mübahisəli torpaq sahəsinin konfiqurasiyasının, döngələr arası məsafələrinin, ölçülərinin Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı Sərəncamı ilə üçüncü şəxsə ayrılan torpaq sahəsinin 17 oktyabr 2005-ci il tarixli yerləşmə cizgisində qeyd olunan konfiqurasiya və ölçülərə uyğun gəlmədiyi, eyni zamanda üçüncü şəxsin naturada olan torpaq sahə si sənəd əsasında (3149 nömrəli sərəncama əlavə olunmuş cizgi) eynilik təşkil etmir və tamamilə fərqli mövqelərdə yerləşir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının sözügedən sərəncamı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının təmin edilməməsini xahiş etmişdir.
24. Üçüncü şəxs X3 həmin qərardan kassasiya şikay əti verərək qərarın ləğv edilməsini və iddiaçının təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh qeyd edir ki, elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi ilə bağlı digər fiziki şəxsin (X3) müraciəti daxil olmuşdur. X3 iddia edilən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sözügedən inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-283/2022 nömrəli qərarı ilə iddiaçı X1 iddia tələbi təmin edilməmişdir. Müvafiq qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, yekun məhkəmə aktı İdarəyə rəsmi qaydada daxil olmamışdır. Əlavə olaraq, torpaq sahəsinin bir hissəsind ən bir boşqablı üç xətli elektrik xətti keçir. Torpaq sahəsi mübahisəli olduğundan ərazidə çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanuna müvafiq qaydada imtina məktubu ünvanlanmışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının mübahisəli qərarı qəbul olunarkən Azərbaycan Respublikası Qanunlarının maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, həmçinin şikayətdə qeyd olunan digər hallar qanuna müvafiq qaydada araşdırılmadığından sözügedən məhkəmə aktı ləğv olunmalıdır. b) Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
27. Üçüncü şəxs qeyd edir ki, ona Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1 oktyabr 1994-cü il tarixli 3149 saylı sə rəncamı ilə fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Onun adına ayrılmış Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi, döngə 2031A, 600 kv.m ölçüdə torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq RİH başçısının qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən aydın olur ki, ona Bakı şəhəri Səbail RİH başçısının 2 may 1995-ci il tarixli 1290a saylı sərəncamı ilə torpaq sahəsi ayrılmışdır. Arxiv sənədlərində ona ayrılmış torpaq sahəsinin cizgisi mövcud deyildir. Torpağın Badamdar qəsəbəsinin hansı hissəsində (massivində) ayrıldığı məlum deyildir. İddiaçının torpaq sxemi xx.xx.2018-ci il tarixdə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Apellyasiya şikayətində xüsusilə vurğulamaqlarına baxmayaraq apellyasiya məhkəməsi bu fakta hüquqi qiymət verməmişdir.
28. Bundan başqa, məhkəmədə vəsatət verərək “üçüncü şəxs İddiaçı” iddiasına baxılıb qurtaranadək 2-1(112)-1375/2021 nömrəli iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Halbuki, iddianın rədd edilməsinə əsaslardan biri kimi, İddiaçı həmin torpağa iddia etməsi və onun iddiasına məhkəmədə baxılması göstərilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. Kassasiya şikayətlərinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan R espublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında ye rləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka h üququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqd im etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı t am olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəf ərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin və üçüncü şəxsin kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə onların apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” xx.xx.1995-ci il tar ixli, 1290a saylı sərəncamı əsasında onun mülkiyyətinə verilmişdir. Bununla bağlı, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdə, Ə-176-091 nömrə ilə uçota alınaraq razılaşdırılmış torpaq sahəsinin situasiya planına əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı ilə Badamdar qəsəbəsində iddiaçının adına ayrılmış 600 kv.m-dən ibarət torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi tərtib edilərək, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur.
38. Cavabdeh hal-hazırda Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamını və həmin sərəncam əsasında tərtib olunan situasiya planını mübahisələndirmir.
39. Cavabdeh imtina məktubunun yeganə dəlili həmin torpaq sahəsinə dair ü çüncü şəxsin də müraciətinin olması idi. Apellyasiya və kassasiya şikayətlərində isə cavabdeh əlavə olaraq qeyd edir ki, torpaq sahəsinin bir hissəsindən bir boşqablı üç xətli elektrik xətti keçir.
40. Cavabdehdən fərqli olaraq, üçüncü şəxsin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamına situasiya planı əlavə edilməmiş, iddiaçının torpaq sxeminin xx.xx.2018ci il tarixdə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənməsi şübhə doğurur.
41. Kassasiya şikayətlərinin göstərilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya mübahisəli torpaq sahəsinin ayrılması barədə qəbul edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı hal-ha zırda qüvvədədir. Həmin sərəncamın əsassızlığı, etibarsızlığı, qanunsuzluğu və ya ləğv edilməsi ilə bağlı hər hansı dəlil mövcud deyil, işin məhkəmələr tərəfindən araşdırılması zamanı da belə əsaslar müəyyən edilməmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsinə situasiya planının xx.xx.2018-ci il tarixdə təsdiq edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, Ə-565-091 nömrəli məktubu ilə həmin xüsusat öz təsdiqini tapmış, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 may 1995-ci il tarixli, 1290a saylı Sərəncamına əlavə olunmuş Ə-176-091 saylı, xx.xx.2018-ci il tarixli Situasiya Planı və sxemində göstərilmiş torpaq sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin uyğun olması qeyd edilmişdir.
42. Üçüncü şəxs sərəncamın verilməsindən 23 il sonra situasiya planının təsdiq edilməsinin şübhəli olduğunu iddia etsə də, bunu təsdiq edəcək hər hansı bir dəlil təqdim edə bilməmişdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, oxşar hal üçüncü şəxsin barəsində qəbul edilmiş sərəncamda da mövcuddur. Belə ki, üçüncü şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin 3149 saylı sərəncamı xx.xx.1994-cü il tarixdə qəbul edilsə də, torpaq sahəsinin yerləşmə cizgisi xx.xx.2005-ci il tarixdə tərtib edilmişdir.
43. Ona görə də, məhkəmə kollegiyası üçüncü şəxsin Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamının və həmin sərəncama əlavə edilən situasiya planın mötəbər olmaması ilə bağlı dəlillərini əsassız hesab edir.
44. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçının qanuni istifadəsində olan və mütəxəssis rəyinə əsasən naturada qismən daş hasara alınmış torpaq sahəsi ilə Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamına əlavə edilən situasiya planında qeyd edilən koordinatlar və döngə nöqtələri uyğunlaşmaqdadır. Bunun əksinə olaraq, üçüncü şəxs barəsində iş materiallarında olan sənədlərdə torpaq sahəsinin yerləşmə yeri və koordinatları, sxemin miqyası göstərilməmişdir. Belə olan halda, iddiaçıya məxsus sənədlərdə qeyd edilən və işin halları, habelə, mübahisələndirilən torpaq sahəsinin naturada yerləşməsi ilə uyğunlaşan sənədlərin mötəbərliyi şübhə doğurmamalıdır.
45. Eyni zamanda, üçüncü şəxs kassasiya şikayətində iş üzrə icraatın dayandırılmasını xahiş etməsinə baxmayaraq məhkəmənin vəsatəti təmin etmədiyini göstərmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin apellyasiya instansiyası məhkəməsində icraatı zamanı üçüncü şəxs qeyd edilən tələblə nə şifahi, nə də yazılı formada məhkəməyə müraciət etməmişdir. Kassasiya şikayətində həmin dəlilin ifadə formasına (“üçüncü şəxs İddiaçı iddiasına baxılıb qurtaranadək”) istinad edərək qeyd olunmalıdır ki, üçüncü şəxsin özünün iddiaçı olduğu digər inzibati iş üzrə irəli sürdüyü dəlili hazırkı iş üzrə kassasiya şikayətinə köçürmüşdür. Ona görə də, onun şikayətində qeyd etdiyi dəlil formal xarakter daşımaqla hazırkı iş üzrə əsassızdır.
46. Digər tərəfdən, cavabdeh kassasiya şikayətində mübahisəli torpaq sahəsinin bir hissəsindən bir boşqablı üç xətli elektrik xətti keçdiyini qeyd etmişd ir, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdehin iddiaçının müraciətinə verdiyi imtinasında belə həmin hala istinad edilməmişdir.
47. İş materialları ilə müəyyən olunur ki, cavabdeh yüksək gərginlikli elektrik xəttinin keçməsini əsas gətirərək üçüncü şəxs X1 müraciətindən imtina etmiş və həmin imtina digər inzibati iş üzrə mübahisələndirilmişdir. İş materiallarına əlavə edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/02/12-13/Ə-090/1162 nömrəli məktubu ilə müəyyən edilir ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1290a saylı torpaq sahəsi elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşmir.
48. Məhkəmə kollegiyası onu da vurğulayır ki, üçüncü şəxsə aid sənədlərdə torpaq sahəsinin konfiqurasiyası düzbucaqlı (dördbucaqlı) şəklində olduğu halda, mübahisə olunan torpaq sahəsinin konfiqurasiyası düzbucaqlı (dördbucaqlı) şəklində deyil, iddiaçıya ayrılan altıbucaqlı şəklindədir.
49. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.
50. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmə k vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan şikayətlər təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2-1(103)-46/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.