Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1257/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957-ci il) cavabdeh xxxxna qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(104)654/2023 nömrəli qərarından cavabdeh t ərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1975-1980-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış, xx.xx.1973-cü il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif idarələrdə fasilələr ilə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
2. Tərtər rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 34 nömrəli məktubundan görünür ki, “M.Ə.Sabir” adına Narçılıq sovxozunun əmrlər kitabından çıxarışa əsasən, xx.xx.1997-ci il tarixli, 27 nömrəli əmrlə “X1” birliyinin xx.xx.1981-ci il tarixli, 23 nömrəli əmrinə əsasən, İddiaçı baş baytar həkim vəzifəsinə təyin edilmiş, xx.xx.1997-ci il tarixli, 15 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. Həmçinin həmin arayışda İddiaçı 1981-19 97-ci illər üzrə əmək haqqı alması qeyd edilmişdir.
3. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilən əmək kitabçası və təhsil diplomuna əsasən iddiaçının sığorta stajı 24 il 06 ay 15 gün təşkil edir. xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 1 ay 15 gün sığorta stajına uyğun olaraq 17990,50 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 3526,72 manat olmaqla, ümumilikdə 21517,22 manat təşkil edir ki, bu məbləğ də pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olma yan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1981-ci ildən xx.xx.1997-ci ilədək Tərtər rayonun “M.Ə.Sabir adına” narçılıq sovxozunda baş baytar həkimi kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pesiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə anadan olmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək (1 il 3 ay 13 gün ) Tərtər rayonun “M.Ə.Sabir adına” narçılıq sovxozunda fəhlə işləmiş, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək (8 ay 16 gün) Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq Şöbəsində dinləyici olmuş. xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilədək (4 il 9 ay 22 gün) Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq ixtisası üzrə ali təhsil almışdır. xx.xx.1981-ci ildən xx.xx.1997-ci ilədək (16 il 2 gün) Tərtər rayonun “M.Ə.Sabir adına” narçılıq sovxozunda baş baytar həkimi işləmişdir. Ümumilikdə xx.xx.2006-cı ilədək 22 (iyirmi iki) il 9 (doqquz) ay 23 (iyirmi üç) gün ona pensiya hüququ verən ümumi iş stajı va rdır. Bundan əlavə xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək isə Hüsənli baytar sahəsində feldşer işlədiyi müddət ərzində 4538.90 manat məcburi sosial sığorta ödənişləri etmişdir. Bu hal ona məxsus əmək kitabçası, diplom, arxiv arayışı və məcburi Dövlət sosial sığorta haqqının ödənilməsini sübut edən portaldan çıxarışla öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini cavabdehə göndərərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən sosial sığorta stajının qanunvericiliklə nəzərdə tutulandan az olduğundan müraciətinin təmin edilməsindən imtina edilmişdir.
6. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbini rədd olunmasını xahiş etmişdir.
7. Gəncə İnzibati Məh kəməsinin 9 iyun 2023-cü il tarixli, 2-1(114)-514/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilərək, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1997-ci ilədək Tərtər rayonun “M.Ə.Sabir adına” narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1997-ci ilədək Tərtər rayonun “M.Ə.Sabir adına” narçılıq sovxozunda işlədiyi dövr də onun sosial sığorta stajına daxil edildikdə, ümumilikdə (cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 24 il 6 ay 15 gün sığorta stajı nəzərə alınmaqla) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş sığorta stajı tamam ol ur və bu cavabdeh orqanının imtinası, həmçinin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(104)-654/2023 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü tarixli, 2-1(114)-514/2023 nömrəli qərarı qismən, yəni “İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1996-ci ilədək və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək Tərtər rayonun “M.Ə.Sabir adına” narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.
11. Apellyasiya ins tansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən dövr iddiaçının sosial sığorta stajına daxil edilmişdir və həmin dövr üzrə mübahisə yoxdur.
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(104)-654/2023 nömrəli qərarı ilə (hakimlər: A.Bayramov - sədrlik edən və məruzəçi, A.İsgəndərova və R.Mamedov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 9 iyun 2023-cü il tarixli qərarı “İddiaçı xx.xx.1996-ci ildən xx.xx.1996-ci ilədək və 1997-ci il üzrə 18 gün Tərtər rayonun “M.Ə.Sabir adına” narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından, həmçinin Tərtər rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 34 nömrəli arxiv arayışından da görünür ki, “M.Ə.Sabir” adına Narçılıq sovxozunun əmrlər kitabından çıxarışa əsasən, xx.xx.1997-ci il tarixli, 27 nömrəli əmrlə İddiaçı “X1” birliyinin xx.xx.1981-ci il tarixli, 23 nömrəli əmrinə əsasən baş baytar həkim vəzifəsinə təyin edilmiş, xx.xx.1997-ci il tarixli, 15 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. Həmçinin arxiv arayışında iddiaçının işlədiyi illər üzrə əmək haqqı aldığı təsdiq edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.1996-xx.xx.1996-ci illər üzrə 1 il, 1997-ci il üzrə 18 gün sığorta s tajına malikdir.
14. Apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 19.1, “Əmək pensiyaları haqqında Qanunun 7, 21.1-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67, 69-cu maddələrinə istinad etmişdir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubu eləcə də iddia ərizəsinə verilmiş etirazın mətninə uyğun tərtib olunmuşdur.
17. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 22.1, 25-ci maddələrin və İPM-in 12.1-ci maddəsinin tələbləri pozul muşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə etiraz edərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(104)-654/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
20. Əmək Məc əlləsi: Maddə 87.
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qayda da idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idar ələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki hallar ı ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
24. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halla rı xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayə tin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
26. Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİ ŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin fakti ki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Hazırkı mübahisənin predmetini iddiaçının tələb olunan 25 il sosial sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası təşkil edir.
33. Cavabdeh əmək haqqı cədvəlləri olmadığına görə iddiaçının sovxozda işlədiyi dövrün xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək və 1997-ci il üzrə əmək haqqı almadığı dövrü mübahisələndirilmişdir.
34. Apellyasiya məhkəməsinin araşdırması ilə iddiaçının həmin illərdə əmək fəaliyyəti ilə məşğul olması sübuta yetmişdir. Belə ki, mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası və arxiv arayışı ilə təsdiq olunur. İddiaçının əmək kit abçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.
35. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı qərarın 20-22-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Məhkəmə kollegiyası mübahisəyə dair işin faktiki hallarından və tətbiq edilməli olan normaların təfsirindən, eləcə də müəyyən olunmuş halların həmin normalara əsasən qiymətləndirilməsindən çıxış edərək hesab edir ki, əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən əmək fəaliyyəti dövrləri iş stajı kimi nəzərə alınmalı və iddiaçının sosial sığorta stajına hesablanmalıdır. (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).
36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 19-24(a) və 26-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə, eləcə də məhkəmə təcrübəsinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(104)-654/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.