Məhkəmə qərarları › İş №2-1(102)-1258/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1258/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1258/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1258/19 Bakı şəhəri 01 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun katibliyi, İddiaçı iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsi nin müdiri XXXtərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2-1(107)-101/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu rayon Dövlət Arxiv arayışında qeyd edilən 1971-1997-ci illərdə Ağsu rayon K.Marks adına kolxozun Ağabəyli kəndində kolxozda işlədiyi illərin iş stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxx 1954-cü il tarixdə doğulmuş, 1971-1997-ci illərdə Ağsu rayon K.Marks adına kolxozun Ağabəyli kəndində kolxozda işləmişdir. Lakin cavabdeh qeyd olunan illərin əmək kitabçasında qeyd olunmadığı əsası ilə tələbini təmin etməmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2-1(84)-1386/2018 saylı qərarı (hakim Kənan Vəliyev) ilə iddia qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının 19711972, 1975-1997-ci illərdə Ağsu Rayon K.Marks adına kolxozda işlədiyi dövrün Ağsu Rayon Dövlət Arxivinin 28 iyun 2018-ci il tarixli, 255 saylı arxiv arayışında göstərilən günlərə uyğun olaraq sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuş, iddia tələbinin 1973-1974-cü illərə münasibətdə təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik arxiv arayışı ilə şəxsin iş stajının müəyyən edilməsi imkanını tanıyır. Buna görə də iddiaçının təqdim etdiyi arxiv arayışı ilə öz təsdiqini tapan hissədə iddia təmin edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2-1(107)-101/2019 saylı qərardadı ilə (sədrlik edən hakim Mübariz Hüseynov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) cavabdehin apellyasiya şikayəti mümkün sayılmamışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində ləğv edilməsi tələb edilən qərarın tarixində yanlışlığa yo l verilərək, formal tələblərə riayət edilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86.1, 87.2, 87.3, 87.4, 94.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsinin qəbul etdiyi qərardad şikayət hüququnun məhdudlaşmasına səbəb olmuş, həmçinin prosessual qanunvericilikdə nəzərdə tutulan dinlənilmə hüququ gözlənilməmişdir. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 121, 58.7. 6 8.2, 69.3, 82, 87.7-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiy a məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qəbul edilən qərarının tarixi 02 noyabr 2018-ci il tarixli 2-1(84)-1386/2018 nömrəli qərar olsa da, cavabdeh isə apellyasiya şikayətində 16 noyabr 2018-ci il tarixli 2-1(84)-1386/2018 nömrəli qərarın ləğv edilməsini tələb etmişdir. Qeyd edilən yanlışlığın aradan aldırılması ilə bağlı cavabdehə ünvanlanmış məhkəmə bildirişində qeyd edilən apellyasiya şikayətinin məzmununda düzəliş edilib məhkəməyə rəsmi təqdim edilməsi xahiş edilmiş, cavabdeh isə keçən müddət ərzində bu çatışmazlığı aradan qaldırmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyasında işə baxılarkən inzibati prosessual qanunvericiliyin tələblərinə tam riayət olunmamışdır. Apellyasiya məhkəməsinin mövqeyinə görə cavabdeh mümkünlük iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsa da, onun tərəfindən yol verilmiş nöqsan aradan qaldırılmadığından şikayət mümkün sayılmamışdır. Cavabdehin dəlilinə görə çəkişmə prinsipinin tələbinə görə məhkəmə bütün hallarda onun iştirakını təmin edərək, dinlənilmə hüququnu gözləməli idi. Məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-in 87-ci maddəsi apellyasiya instansiyası məhkəməsində icraatın aparılması qaydasını tənzimləyir. Həmin maddəyə görə: Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür.(87.1) Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. (87.2) Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdə n imtina edir. (87.3) Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. (87.4) Prosessual qanunvericilik apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququnun təmin edilməli olmasını vacib şərt kimi müəyyən etmişdir. Dinlənilmə hüququ şəxsə imkan verir ki, o, məhkəmə prosesinə hansı məsələ ilə bağlı çağırıldığını və hansı nöqsanın aradan qaldırılmalı olması barədə qabaqcadan məlumatlı olsun. Qeyd olunmalıdır ki, şifahi məhkəmə baxışı haqqında məhkəmə bildirişi proses iştirakçısının məhkəmə iclasına gəlməsini tələb edən sənəddir. Bildi rişdə minimal şərtlər qismində məhkəmə, hüquqi mübahisə, məhkəmə iclasını vaxtı və yeri, iclasın keçiriləcəyi zal, habelə məhkəmə baxışının məqsədi göstərilməlidir ki, proses iştirakçılarının iclasda iştirakı qanunvericiliklə müəyyən edilmiş qaydada mümkün olsun. Apellyasiya məhkəməsi cavabdehə göndərilmiş məhkəmə bildirişində cavabdehin prosessual qanunvericiliklə qorunan dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə bildirmişdir ki, mübahisəli məhkəmə aktı 02 noyabr 2018-ci il tarixli olsa da, cavabdeh isə apellyasiya şikayətində 16 noyabr 2018-ci il tarixli qərarın ləğv edilməsini tələb etmişdir. Qeyd edilən yanlışlığın aradan qaldırılması ilə bağlı apellyasiya şikayətinin məzmununda düzəliş edilib məhkəməyə rəsmi təqdim edilməsi xahiş edilmişdir. İşin 34 və 35-cı səhifələrində cavabd ehə bildirişin göndərilməsinə dair rabitə qovşağı tərəfindən təsdiq edilmiş “Reyestr” və bildirişin alınmasına dair xəbərnamədən göründüyü kimi, məhkəmə bildirişi cavabdeh tərəfindən alınmışdır. Göstərilmiş sübutlar ona dəlalət edir ki, cavabdeh tərəf məhkəmə iclasından xəbərdar olmuşdur. Bu hal isə o anlamı yaradır ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehə göndərilən bildirişdə Azərbaycan Respublikası İPM-nin 87-ci maddəsində göstərilməsi vacib hesab olunan bütün hallar sadalanmış, təyin olunan vaxta qədər göstərilmiş nöqsanın aradan qaldırılmalı olması təklif edilmiş, əks halda şikayət üzrə apellyasiyanın mümkün sayılmayacağı barədə tərəf aydın şəkildə xəbərdar edilmişdir. Kassasiya şikayətinin digər dəlili kimi cavabdeh şikayət hüququnun məhdudlaşması barədə göstərmiş və məhkəmə k ollegiyası bu dəlili əsaslı hesab edir. Yuxarıda bildirildiyi kimi, apellyasiya məhkəməsi yalnız formal tələb baxımından cavabdeh tərəfinən şikayət verilən qərərın tarixinin düzgün olmadığı əsası ilə şikayəti mümkün hesab etməmişdir. Halbuki, şikayətin mahiyyətindən göründüyü kimi, cavabdeh tərəfindən hansı məhkəmə aktından şikayət verildiyi müəyyəndir. Məhkəmə qərarının tarixinin düzgün göstərilməməsi isə formal xəta kimi qəbul olunmaqla, əsaslandırılmış şikayət birinci instansiya məhkəməsinin qərarının tətbiq edilmiş maddi və prosessual hüquq normalarının yoxlanılması üçün maneə olmamışdır. Bu halda Azərbaycan Respublikası İPM-in 85.2-ci maddənin tələbləri baxımından həmin şikayət mümkün hesab edilə bilər. Həmin maddəyə görə, şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərardadın ləğv olunması üçün əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinin müdiri XXXtərəfindən verilmiş kassasiya şikayəti təmine dilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2-1(107)-101/2019 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə qaytarılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar