Məhkəmə qərarları › İş №2-1(102)-1258/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1258/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1258/2020 09.06.2020 ALİ MƏHKƏMƏ "X" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar söz: qərarın ləğv edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi və vəkili iştirakı ilə İddiаçı “X” MMC-nin cavabdeh AR VN-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2020-ci il tarixli 2-1(105)-28/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09.06.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 10.06.2008-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. İddiaçıya cavabdeh tərəfindən 11 fevral 2019-cu il tarixli “Vergilərin hesablanması barədə ****** saylı” Qərarla 18793.63 manat məbləğində əlavə vergi hesablanmışdır. İddiaçı “X” MMC cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinə qarşı 11 fevral 2019-cu il tarixli “Vergilərin hesablanması barədə" ****** saylı Qərarın qanunsuz və əsassız hesab edilməsi, 11 fevral 2019-cu il tarixli “Vergilərin hesablanması barədə” ****** saylı Qərarı n ləğv edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmələrin mövqeyi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-754/2019 saylı, 28.06.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, 11 fevral 2019-cu il tarixli “Vergilərin hesablanması barədə" ****** saylı Qərarı qanunsuz hesab edilmiş və ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya əlavə verginin hesablanmasına əsas olmuş ****** nömrəli YGB seriyalı yük gömrük bəyannaməsi, eyni zamanda həmin yük gömrük bəyannaməsi üzrə gömrük xərclərinin ödənilməsinə dair bank sənədləri olduğu, habelə həmin sənədlər kameral vergi yoxlaması zamanı cavabdehə təqdim edildiyi halda, cavabdeh tərəfindən 11 fevral 2019-cu il tarixli ****** nömrəli “Vergilərin hesablanması barədə” Qərar ın qəbul edilməsi qanunsuz olduğundan ləğv edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, sözügedən qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-28/2020 saylı 12.02.2020-ci il tarixli qərarı ilə cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-754/2019 saylı, 28.06.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2020-ci il tarixli 2-1(105)-28/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlarda 2018-ci ilin dekabr ayı üzrə əvəzləşməyə təqdim edilmiş ****** nömrəli YGB seriyalı yük gömrük bəyannaməsi aşkar edilməmiş, bununla əlaqədar olaraq iddiaçıdan yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış izahat və əlavə sənədlər tələb edilmiş, iddiaçıya ünvanlanmış 23.01.2019-cı il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” 11.02.2019-cu il tarixli ****** nömrəli Qərara əsasən 2018-ci il üçün ƏDV vergisi üzrə 18.793,63 manat əlavə vergi məbləği hesablanmışdır. Kassator Vergi Məcəlləsini 37.4-cü və 67.1 maddələrinə, İPM-nin 90, 94, 96.9-cu maddələrinə istinad edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2020-ci il tarixli 2-1(105)-2 8/2020 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin olunmasını, Sumqaıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2020-ci il tarixli 2-1(105)-28/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (madd ə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2020-ci il tarixli 2-1(105)-28/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən Çin Xalq Respublikasından Azərbaycan Respublikasına 1000 ədəd 100 qutu led uzun lampa idxal olunmuş, gömrük xərclərinin ödənişi 33000.26 AZN təşkil etmiş, 17.12.2018-ci il tari xdə iddiaçı tərəfindən ****** nömrəli YGB seriyalı yük gömrük bəyannaməsi verilmişdir. 18 dekabr 2018-ci il tarixli 486 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən gömrük xərclərinin ödənişi məqsədilə 33032.46 manat pul bank vasitəsi ilə köçürülmüşdür. Bundan sonra iddiaçı 22 yanvar 2019-cu il tarixdə ****** nömrəli YGB seriyalı yük gömrük bəyannaməsinin də əks olunduğu 2018-ci ilin dekabr ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsini cavabdehə təqdim etmişdir. Bundan sonra cavabdeh 23 yanvar 2019-cu il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edərək bildirmişdir ki, 22 yanvar 2019-cu il tarixdə təqdim olunmuş bəyannamə ilə kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Belə ki, D övlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ****** nömrəli YGB seriyalı yük gömrük bəyannaməsinin nömrəsində kənarlaşma aşkar edildiyindən, cavabdeh tərəfindən iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması məqsədilə zəruri sənədlərin 5 gün müddətində vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Cavabdehin müraciətinə cavab olaraq iddiaçı, 25 yanvar 2019-cu il tarixli məktubla cavabdehə bildirmişdir ki, ****** nömrəli yük gömrük bəyannaməsinin nömrə, seriya və tarixi hesabatda düzgün göstərilmişdir. Həmin yük gömrük bəyannaməsini və bank ödəniş sənədinin surəti məktuba əlavə olunmuşdur. 11 fevral 2019-cu il tarixdə cavabdeh, ****** nömrəli “Vergilərin hesablanması barədə” Qərarı ilə iddiaçıya, 2018-ci ilin dekabr ayı üçün ƏDV üzrə 18793,63 manat əlavə vergi məbləğ i hesablamışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Yuxarıda sadalanan işin hallarına əsasən hazırkı iş üzrə iddiaçı, barəsində aparılan kameral yoxlama zamanı cavabdehə 2018-ci ilin dekabr ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edərkən ****** nömrəli YGB seriyalı yük gömrük bəyannaməsi, eyni zamanda həmin yük gömrük bəyannaməsi üzrə gömrük xərclərinin ödənilməsinə dair bank sənədlərini təqdim etmiş və əlavə verginin hesablanmasının qanunsuz olduğunu iddia etmiş, cavabdeh isə, iddiaçının təqdim etdiyi bəyannamə ilə Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar arasında uyğunsuzluq olduğunu, bu məlumatın yalnız 22.02.2019- cu il tarixdə bəyannamədə öz əksini tapdığını mübahisələndirir. Belə olan halda apell yasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, aydınlaşdırılmalı olan məsələ iddiaçı tərəfindən idxal olunan mallara dair YGB-nin bəyannamədə nə zaman göstərilməli olmasının, daha doğrusu göstərilmiş hesab olunmasının müəyyən edilməsidir. Bununla bağlı apellyasiya instansiyasında icraat zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu verilərək ****** nömrəli YGB üzrə malların hansı tarixdə “X” MMC tərəfindən bəyan edilməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi bildirmişdir ki, “X” MMC-nin adına rəsmiləşdirilmiş ****** nömrəli YGB üzrə mallar 17.12.2018-ci il tarixdə bəyan edilmiş, lakin 22.02.2019-cu il tarixdə buraxılmışdır. Vergi Məcəlləsinin 170- ci maddəsinə əsasən, gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır. Göründüyü kimi, qanunverici yalnız gömrük rüsumundan azad edilmiş mallara münasibətdə idxalın vaxtını onların gömrük xidmətinin nəzarətindən çıxdığı, yəni şəxsin sərbəst sərəncamına buraxıldığı vaxtla eyniləşdirmişdir. Belə olan halda, hazırkı iş üzrə, cavabdeh öz mövqeyində o zaman haqlı ola bilərdi ki, əgər iddiaçının idxal etdiyi mallar gömrük rüsumundan azad edilmiş mallar olmuş olsaydı, bu halda onların buraxıldığı tarix, yəni hazırki halda 22.02.2019-cu il elə həmin malların idxal olunduğu tarix kim i qəbul edilə bilərdi. Lakin hazırki işdə, iddiaçının idxal etdiyi mal gömrük rüsumundan azad edilmiş mallar olmamış, iddiaçı idxal əməliyyatlarının aparılması üçün müvafiq gömrük ödənişləri həyata keçirmişdir (iddiaçı tərəfindən ödənişlərin aparılması 18 və 21 dekabr 2018-ci il tarixlərdə baş vermişdir). Belə olan halda iddiaçının gömrük rüsumlarını ödədiyi vaxt malların idxal edildiyi vaxt hesab olunmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı 2019-cu ilin yanvar ayında cavabdehə 2018-ci ilin dekabr ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edərkən həmin hesabatda ****** nömrəli YGB seriyalı yük gömrük bəyannaməsini haqlı olaraq göstərmiş, bununla da, iddiaçı, 2018-ci ilin dekabr ayında idxal etdiyi mallarla bağlı ödədiyi əlavə dəyər vergisi ilə bağlı da cavabdehi məluma tlandırmışdır. Beləliklə, iddiaçı barəsində kameral vergi yoxlaması həyata keçirilərək 11 fevral 2019-cu il tarixli “Vergilərin hesablanması barədə ****** saylı” Qərarla əlavə vergi hesablanması əsassız olmuşdur. İnzibati-Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2020-ci il tarixli 2-1(105)-28/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar