Məhkəmə qərarları › İş №2-1(102)-1258/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1258/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1258/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əvəzsiz istifadəyə verilmiş qeyri-yaşayış sahəsinin təsərrüfat subyekti (obyekti) kimi uçota alınması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi X3, vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət inin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “əvəzsiz istifadəyə verilmiş qeyri-yaşayış sahəsinin təsərrüfat subyekti (obyekti) kimi uçota alınması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1(104)-425/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı "xxxx" MMC ilə X4 arasında 21 fevral 2020-ci il tarixində əvəzsiz istifadə müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə X4 tərəfindən mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115C ünvanında yerləşən, ümumi sahəsi 356,1 kv.m. olan qeyri-yaşayış binasının 129.1 kv.m. sahəsinin əvəzsiz olaraq İddiaçı MMC-nin istifadəsinə v erilməsi nəzərdə tutulmuşdur.

2. İddiaçı MMC-nin direktoru, eyni zamanda təsisçisi olan Zeynallı X1 övladıdır. İddiaçı MMC aidiyyəti vergi orqanı olan cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə ərizə ilə müraciət edərək həmin qeyri-yaşayış sahəsinin MMC-nin təsərrüfat subyekti (obyekti) qismində uçota alınmasını xahiş etmişdir.

3. Cavabdeh qeyri-yaşayış sahəsinin MMC-nin təsərrüfat subyekti (obyekti) qismində uçota alınmasından imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 700.1-ci və “İcarə haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən obyektdən istifadəyə görə müvafiq olaraq icarə müqaviləsi bağlanmalı və müqavilədə icarə haqqı müəyyənləşdirilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddi açı MMC 22.06.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 115C ünvanında yerləşən, sahəsi 129.1 kv.m olan qeyriyaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi əsasında İddiaçı MMC-nin təsərrüfat subyekti (obyekti) kimi vergi uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X5 İddiaçı MMC-nin həm təsisçisi, həm də direktorudur. Müəssisənin əsas fəaliyyəti turizm sahəsində xidmətlər göstərilməsindən ibarətdir. Valideynləri sahibkarlıq fəaliyyətində ona dəstək məqsədi ilə anası X2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 115C ünvanında yerləşən sahəsi 129,1 kv.m olan qeyri-yaşayış sahəsini onun əvəzsiz istifadəsinə vermiş və onların arasında əvəzsiz istifadə haqqında müqavilə bağlanmışdır. Sözügedən qeyriyaşayış sahəsinin İddiaçı MMC-nin təsərrüfat subyekti kimi vergi uçotuna alınması ilə bağlı Dövlət Vergi Xidmətinə və onun tabeliyindəki qurumlara müraciət olunmuşdur. Lakin qeyd olunan müraciət həmin orqanlar tərəfindən müxtəlif bəhanələrlə geri qaytarılmışdır. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən 25 fevral 2020-ci il və 6 mart 2020-ci il tarixli məktublarla icarə müqaviləsində icarə haqqının qeyd olunmaması səbəbindən obyektin təsərrüfat subyekti kimi uçota alınmasından imtina olunmuşdur. Vergilər Nazirliyi (Dövlət Vergi Xidmət i) Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinin 8 aprel 2020-ci il tarixli məktubunda isə qurum imtinaya əsas kimi obyektin istifadəsinə görə icarə müqaviləsinin bağlanmamasını və icarə haqqının müəyyən olunmamasını göstərmişdir. Bundan əlavə, Nazirliyin Apelyasiya Şurasına 9 aprel 2020-ci il tarixdə müraciət olunmuş, lakin müraciətə Apelyasiya Şurası tərəfindən deyil, yenə də Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) Baş idarəsi tərəfindən 21 aprel 2020-ci il tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda icarə müqaviləsinin bağlanması tövsiyə edilmişdir. B məqsədlə icarə müqaviləsi tələb olunması əsassız və qanunsuzdur. Belə ki, əvəzsiz istifadə haqqında müqavilə icarə müqaviləsi kimi mülki qanunvericilikdə təsbit olunmuş müqavilə növlərindən biridir və əmlak üzərində qanuni istifadə hüquqları yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Bundan əlavə, qanunvericiliklə təsərrüfat subyektinin (obyektin) uçota alınması üçün vergi ödəyicisi tərəfindən icarə müqaviləsi təqdim edilməli olmasına dair imperativ norma mövcud deyildir. Vergi orqanlarında vergi ödəyicilərinin uçotu Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinə uyğun olaraq aparılır. Vergi orqanlarında uçota alınmalı olan şəxslər, uçotun aparılması yeri və müddətləri, habelə uçota alınmaq üçün verilən ərizəyə əlavə edilən sənədlər Vergi Məcəlləsinin həmin maddələri ilə müəyyənləşdirilir. Həmin normalarda isə, təsərrüfat subyektinin (obyektin) uçota alınması üçün vergi ödəyicisi tərəfindən mütləq şəkildə icarə müqaviləsi təqdim edilməli olmasına dair müddəa yoxdur. Belə olan halda, cavabdeh orqanın obyektə dair icarə müqaviləsinin bağlanmasını tələb etməsinin qanuni əsası yoxdur. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Göstərilənlərə və İPM-in 34.1-ci maddəsinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115C ünvanında yerləşən sahəsi 129.1 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi əsasında "xxxx" MMC-nin təsərrüfat sub yekti (obyekti) kimi vergi uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, vergi ödəyicisinin rəhbəri öz ərizəsində sözügedən əmlakın mülkiyyət hüququ əsasında anasına məxsus olduğunu və valideyni ilə arasında bağlanmış əvəzsiz istifadə müqaviləsinə əsasən heç bir vergi öhdəliyinin yaranmadığını qeyd etmişdir. Hüquqi şəxsin rəhbəri bu zaman ana-oğul münasibətlərinə istinad etməklə, icarə müqaviləsi bağlanması tələbini əsassız saymışdır. Bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirmək mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Yəni, vergitutma münasibətləri baxımın dan hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş hüquqi şəxs və mülkiyyət hüququ əsasında əmlaka sahiblik edən, həmin hüquqi şəxsin rəhbərinin valideyni tamamilə ayrı şəxslər hesab edilir. Belə ki, hüquqi şəxs bu münasibətlərdə müstəqil olaraq öz adından çıxış edir və bu zaman iddiaçının qeyd etdiyi yaxın qohumluq münasibətləri heç bir halda vergi öhdəliyindən azad olunmaq üçün əsas sayılmayacaqdır.

7. Bakı İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2-1(112)-5206/2020 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115C ünvanındakı 129,1 kv.m qeyri-yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi əsasında İddiaçı MMC-nin təsərrüfat subyekti (obyekti) kimi vergi uçotuna alınması öhdəliyinin cavabdeh Döv lət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, qanunvericiliyə görə mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığına əsasən vergi orqanının hazırda mübahisə predmeti olan əvəzsiz istifadə müqaviləsi əsasında vergi uçotunun həyata keçirilməsindən imtina etməsi qanunaziddir.

9. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 21(103)-425/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərarı ilə apelyasiya şikayəti təmin edilm əmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Məhkəmə qərarı 30.04.2021-ci il tarixində cavabdehə təqdim edilmişdir.

13. Cavabdeh 20.05.2021-ci il tarixdə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə görə qanunvericiliyə əsasən vergi orqanı vergi ödəyicisini və ya onun təsərrüfat subyektini vergi uçotuna almaq vəzifəsini daşıyır və kifayət qədər əsas olmadıqda bu vəzifənin icrasından imtina yolverilməzdir. Mülki hüquq müna sibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini mülki qanunvericilik (Mülki Məcəllə, maddə 2.2), vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti və bu kimi digər məsələləri isə Vergi Məcəlləsi tənzimləyir (Vergi Məcəlləsi, maddə 1.1).

15. Əmlakdan kommersiya məqsədi ilə istifadə edilməsi onun icarəyə verilməsi kimi qiymətləndirilir və Mülki Məcəllənin 700-cü maddəsinin müddəalarına əsasən əmlak kirayəsi icarə müqaviləsi ilə rəsmiləşdirilmə lidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

16. Əvəzsiz istifadə müqaviləsi bir qayda olaraq sahibkarlıq fəaliyyətinə aid olmayan sahələrdə tətbiq olunur. Bu müqavilə növünə daha çox məişətdə, sponsor münasibətlərində rast gəlinir. Mübahisəli işdə isə iddiaçı əvəzsiz istifadədə olan obyektdən sahibkarlıq məqsədilə istifadə edir və məqsədli şəkildə mülki hüququn müqavilə azadlığı ilə əlaqədar verdiyi imkanlardan sui-istifadə edir.

17. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, İPM-in 12.1, 12.2, 58.7-ci maddələrinin tələ blərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf şifahi məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçıya təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasına gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6 -cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi təsbit olunmuşdur.

22. Həmin məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

23. Həmin məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, se rvitutlar.

24. Həmin məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəlmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

25. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir.

26. Həmin Məcəllənin 13.2.73-cü maddəsinə əsasən iqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iş tirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yerdir.

27. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir.

28. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifə li şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.

29. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 mart 2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”nın 1.2.3-cü bəndinə görə vergi ödəyicisinin təsərrüfat subyekti – vergi ödəyicisinin ayrıca VÖEN verilmədən arayışla uçota alınan filialı, nümayəndəliyi və ya digər təsərrüfat su byektidir (obyektidir).

30. İnzibati Prosessual Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.

32. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rəd d etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. Təsərrüfat subyektinin (obyektinin) vergi uçotuna alınmasının vergi nəzarəti məqsədləri və vergilərin tam, habelə zamanında yığılmasını təmin etmək üçün həyata keçirildiyi şəksizdir. Vergi ödəyicilərinin vergi uçotu ilə bağlı qaydalar bu Qərarın 27-ci bəndində qeyd edilən normalarla tənzimlənir. Həmin normalarda vergi ö dəyicilərinin, onların təsərrüfat obyektləri və subyektlərinin məhz uçota alınması və uçotdan çıxarılması əsasları və qaydaları təsbit olunur. Təsərrüfat subyektinin (obyektinin) vergi uçotuna alınması ilə bağlı məsələnin həlli zamanı nəzərə almaq lazımdır ki, belə hallarda təsərrüfat obyektləri və subyektlərinin uçota alınması məqsədləri üçün vergi ödəyicisi tərəfindən icarə müqaviləsinin təqdim olunması ilə bağlı hər hansı normativ qayda və ya məcburi tələb müəyyən edilməmişdir. Bundan əlavə, əvəzsiz istifadə müqaviləsinə əsasən istifadəyə verilmiş qeyri-yaşayış sahəsinin təsərrüfat subyekti (obyekti) qismində uçota alınmasını qadağan və ya istisna edən normativ qayda da həmin normalarla müəyyən olunmamışdır. Nəticə etibarı ilə, inzibati orqanın hər hansı tələbi, müdaxiləni və məhdudiyyə ti nəzərdə tutan hərəkəti yalnız formal qanuni əsasın mövcud olduğu hallarda qanunauyğun sayılmalıdır.

37. Konkret mübahisəyə münasibətdə əvəzsiz istifadə müqaviləsinə əsasən vergi ödəyicisinə verilmiş qeyri-yaşayış sahəsinin təsərrüfat subyekti (obyekti) qismində uçota alınmasından icarə müqaviləsinin təqdim olunmaması səbəbindən və ya icarə müqaviləsinin təqdim olunması tələbi ilə cavabdeh tərəfindən imtina olunması vergi qanunvericiliyi normalarından irəli gəlmir. Bunu cavabdehin həm təsərrüfat subyektini (obyektini) vergi uçotuna almaqdan imtina qərarında, həm də apelyasiya və kassasiya şikayətlərində öz imtinasının əsasında duran vergi qanunvericiliyinin konkret normasına istinad etməməsi də təsdiq edir.

38. Vergi ödəyicilərinin, onların təsərrüfat obyektləri və subyektlərinin vergi u çotuna alınması ilə bağlı münasibətlərin müstəsna olaraq vergi qanunvericiliyi ilə tənzimləndiyini nəzərə alsaq, vergi nəzarətinin həyata keçirilməsi məqsədləri üçün praktik ehtiyaclardan çıxış edərək cavabdeh tərəfindən vergi ödəyicisinə qarşı qanunvericiliklə nəzərdə tutulmayan tələblərin irəli sürülməsi və ya məhdudiyyətlərin tətbiq edilməsi istisna edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, inzibati orqanlar öz fəaliyyətlərində Konstitusiyaya və qanuna bağlıdırlar. Qanunun aliyiliyi prinsipi baxımından inzibati orqanların inzibati fəaliyyəti qanunauyğun olmalı, qanunlar düzgün və onlarda nəzərdə tutulmuş tələblər çərçivəsində tətbiq olunmalıdır.

39. Məhkəmə Kollegiyası hesab edir ki, əvəzsiz istifadə müqaviləsinə əsasən istifadəyə verilmiş qeyri-yaşayış sahəsinin İddiaçı MMC-ni n təsərrüfat (obyekti) qismində vergi uçotuna alınmasından cavabdehin imtinası qanuna ziddir və vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

40. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1(103)-425/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar