Məhkəmə qərarları › İş №2-1(102)-1258/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1258/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1258/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: faizlərin silinməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması; Vergi Məcəlləsinin 59.1 və 72.5-ci maddələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İ qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcu barəsində hesabatın qəbul edilməsi və əsassız hesablanmış faizlərin silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-30/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli 550 saylı sərəncamı ilə İddiaçı MTK-ya yüksək mərtəbəli yaşayış binasının (18 mərtəbəli,1 bloklu) tikintisinə icazə verilmiş, İddiaçı MTK sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

2. İddiaçı ilkin layihə üzrə xx.xx.2016-cı il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini (2016-cı ilin İİ rübü üzrə) bəyan etmişdir (hər rüb üzrə 95.623,00 manat; ümumilikdə 10 rüb).

3. Daha sonra ilkin layihədə nəzərdə tutulmuş tikinti sahəsinin ümumi ölçüsündə dəyişiklik (azalma) baş vermiş, buna müvafiq olaraq, iddiaçı xx.xx.2017-ci il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, hər rüb üzrə xx.xx.2016-cı il tarixdə bəyan edilmiş vergi məbləğlərini 10.683,57 manat azaltmışdır.

4. Daha sonra, tikinti sahəsinin həcmində yenidən dəyişiklik yaranmış (artma), buna müvafiq olaraq, iddiaçı xx.xx.2019-cu il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dəqiqləşdirilmiş bəyanna mə təqdim edərək, hər rüb üzrə xx.xx.2016-cı il tarixdə bəyan edilmiş vergi məbləğlərini 4.991,43 manat artırmışdır.

5. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə hesablanmış 49.914,43 manat əsas vergi məbləğinə cavabdeh tərəfindən faizlər hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın mansard mərtəbəsinin tikintisi üçün Vergi Məcəlləsinin tələbinə uyğun bina tikinti fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə faktiki olaraq sonradan, 2019-cu il iyununda yaranan 49.914,22 manat məbləğındə vergi borcu barəsində hesabatın cava bdeh tərəfindən qəbul edilməsi, 49.914,22 manat vergi öhdəliyinə görə əsassız hesablanmış 37.689,60 manat faizin silinməsini xahiş etmişdir.

7. İddia ərizəsində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, ilkin olaraq iddiaçıya hər rüb üzrə 95.623,00 manat olmaqla, ümumilikdə, 956.230,00 manat vergi hesablansa da, daha sonra binanın tikintisi zamanı Xüsusi Dövlət Mühafizə Xidmətinin göstəriş və tələblərinə əsasən, binanın 2 mərtəbəsi sökülmüşdür. Bununla bağlı olaraq, dəqiqləşmiş bəyannamə təqdim edilmiş və ödəniləcək vergi məbləği 106.835,62 manat (o cümlədən, hər rüb üzrə 10.683,10 manat) azaldılmışdır və bu fakt şirkətin şəxsi hesab vərəqəsində öz əksini tapmış, həmçinin, qalan 849.394,38 manat məbləğində hesablanmış vergi məbləği vaxtlı - vaxtında iddiaçı tərəfindən ver gi orqanına tam məbləğdə ödənilmişdir. 2019-cu ilin iyun ayında isə Xüsusi Dövlət Mühafizə Xidməti ilə aparılan intensiv danışıqlar nəticəsində, yalnız səmaya baxmaq şərti ilə binanın dam örtüyünə pəncərələr quraşdırılmasına icazə verilmişdir. Məhz bu səbəbdən, yeni icazə verilmiş sahəyə görə 49.914,22 manat vergi hesablanıb ödənilməli idi. Bununla bağlı, iddiaçının mühasibi yeni sahə üzrə ayrıca dövr üzrə hesabat təqdim etməli olduğu halda, vergi əməkdaşlarının təkidi ilə texniki səhvi edərək xx.xx.2019-cu il tarixdən əvvəlki bəyannaməyə dəqiqləşmə vermişdir. Bu texniki səhv nəticəsində yeni yaranan borc şəxsi vərəqədə 3 il əvvəldən yaranmış borc kimi nəzərə alınaraq xeyli miqdarda faiz hesablanmışdır. İddiaçı səhvin aradan qaldırılması üçün yenidən dəqiqləşdirilmiş bəyannamə vermək istəs ə də, texniki olaraq bunu etmək mümkün olmamışdır (3 illik müddət ötdüyündən). İddiaçı təqdim olunmuş dəqiqləşdirilmiş bəyannmədə texniki səhvin düzəldilməsi ilə bağlı köməklik göstərilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu köməklik göstərilməsindən formal olaraq imtina etmişdir. Nəzərə alınmalıdır ki, binanın layihəsi faktiki 18 mərtəbə olsa da, tikintisi dəfələrlə XDMX tərəfindən dayandırılmış və tikilmiş iki mərtəbə tamamilə sökülmüşdür. Bu fakt vergi əməkdaşlarına məlumdur. Çünki, müvafiq vergi əməkdaşları monitorinq apararkən dəfələrlə bu halın şahidi olmuşlar.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə iddiaçıya ünvan 1 ünvanında 18 mərtəbəli 1 bloklu yaşayış binasının tiki ntisinə icazə verilmişdir. Əvvəlcə 17 mərtəbə və əlavə mansard sahəsindən ibarət olması nəzərdə tutulan binanın ümumi 13.664,92 kv.m. sahəsi üzrə iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə 2016-cı ilin İİ rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmiş və qeyd olunan bəyannaməyə əsasən ona 956.229,98 manat vergi hesablanmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş BTSV bəyannaməsi təqdim edilərək, bəyan edilmiş vergi məbləği 49.914,3 manat artırılmışdır. İddiaçı tərəfindən artırılmış sahə üzrə bəyannamə 2016-cı ilin İİ rübü üzrə təqdim olunmuş bəyannaməyə dəqiqləşmə şəklində təqdim olunduğundan gecikmə üçün faiz ümumi məbləğə münasibətdə hesablanmışdır. Baş qa sözlə, mübahisə predmetini təşkil edən faiz məbləğinin yaranmasının əsası vergi ödəyicisinin özünün təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamədir. Digər tərəfdən, iddiaçı yenidən dəqiqləşmiş bəyannamə təqdim etmək istədiyini, lakin sistemin dəqiqləşmiş bəyannaməni qəbul etmədiyini və qeyd edilən halın aradan qaldırılması ilə bağlı vergi orqanına müraciət etsə də, vergi orqanı tərəfindən verilmiş cavab məktubunda da qeyd edildiyi kimi, dəqiqləşmiş vergi bəyannaməsinin təqdim olunması müddəti Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən ötmüşdür. Belə ki, 2016-cı ilin İİ rübü üzrə hesabat dövrü 2016-cı ilin iyul ayının 20-dən gec olmayaraq müəyyən edildiyindən və 2019-cu ilin iyul ayının 20-dən sonra həmin müddətdən 3 il keçdiyindən iddiaçı tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilməsinə qanunvericiliklə yol verilmir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: M.Qarayeva) xx.xx.2021-ci il tarixli 2-1(112)374/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan xx.xx.2019-cu il tarixdə 49.914,3 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini iddiaçı tərəfindən 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş bəyannaməyə əsasən düzgün hesablamışdır. Vergi orqanı tərəfindən həmin məbləğin hesablanması iddiaçının iradə ifadəsinin nəticəsi olduğu üçün qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin, həmin məbləğə faizlərin hesablaması ilə bağlı cavabdehin hərəkətləri vergi qanunvericiliyinin müddəalarına uyğundur.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) 18 yanvar 2023-cü il tarixli, 2- 1(103)-30/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-374/2021 saylı 21 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində işin hallarına və iddia ərizəsindəki dəlillərə əsaslanaraq qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, həmçinin işin hallarına düzgün hüquqi qiymət verilmədiyi üçün prosessual hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündə n 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Madd ə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və ə saslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi hissəsində əsaslıdır və bu hissədə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan və tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı tərəfindən binanın ilkin layihəsi üzrə xx.xx.2016-cı il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi (2016-cı ilin İİ rübü üzrə) bəyan edilmiş, daha sonra isə həmin bəyannaməyə xx.xx.2017-ci il tarixdə düzəliş edilərək, hər rüb üzrə xx.xx.2016-cı il tarixdə bəyan edilmiş vergi məbləğləri 10.683,57 manat azaldılmışdır. Qeyd edilən bu hal, ca vabdeh tərəfindən mübahisələndirilməmiş, eyni zamanda xx.xx.2017-ci il tarixli dəqiqləşdirilmiş bəyannamə qəbul edilmişdir.

23. İddiaçı qeyd edilən azalmanı onunla əlaqələndirmişdir ki, Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən binanın 2 mərtəbəsinin sökülməli olması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvan dövlət mühafizəsi obyektlərinin bilavasitə yaxınlığında yerləşdiyindən, bu ərazidə İddiaçı MTK tərəfindən yeni hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədəmüvafiq deyil. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən ünvanda İddiaçı MTK tərəfindən yaxınlıqdakı binalardan hündür olmaması şərti ilə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir.

24. Qeyd olunan məktubların məzmunundan ehtimal olunur ki, iddiaçı tərəfindən inşa edilmiş binanın mərtəbələrinin sayı ilə bağlı müvafiq dövlət qurumları tərəfindən müdaxilələr olmuşdur. Elə bu səbəbdəndir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə düzəliş edərək, hər rüb üzrə xx.xx.2016-cı il tarixdə bəyan edilmiş vergi məbləğlərini azaltmışdır və bu halın vergi orqanı tərəfindən qəbul edilməsi iddiaçının dəlillərini təsdiq edir.

25. Beləliklə, iddiaçının binanın ilkin layihəsi üzrə xx.xx.2016-cı il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini düzgün bəyan etməsinin, o cümlədən həmin bəyannaməyə xx.xx.2017-ci il tarixdə düzəliş edilməsinin qanuniliyi işin tərəflər arasında mübahisələndirilməyən halı olmaqla, işdəki mötəbər sübutlarla da təsdiqlənir.

26. Digər tərəfdən isə, işin mübahisəli halı iddiaçının xx.xx.2019-cu il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, hər rüb üzrə xx.xx.2016-cı il tarixdə bəyan edilmiş vergi məbləğlərini 4.991,43 manat artırması ilə bağlı olaraq hesablanmış faizlərin qanuniliyidir.

27. Hazırkı iş üzrə həm cavabdeh vergi orqanı, həm də işə baxan aşağı instansiya məhkəmələri Vergi Məcəlləsinin 59.1-ci maddəsinin h ərfi mənasından çıxış edərək, həmçinin, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə təqdim edilmiş bəyannaməyə düzəliş edilməsinə istinad edərək hesablanmış faizlərin əsaslı olduğu nəticəsinə gəlmişlər.

28. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

29. İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixə kimi qüvvədə olan 221.5-ci maddəsinə uyğun vergiləri 2016-cı ilin İİ rübündə bəyan etmişdir. Həmin maddənin məzmununa görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmi n rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.

30. Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 220.8 və 219.3-cü maddələrinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin vergitutma obyekti tikilən binanın (hər mərtəbəsinin ümumi sahəsi) yaşayış və qeyriyaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələridir (dövlətə ayrılan hissə istisna olmaqla).

31. Bununla yanaşı, vergi qanunvericiliyində vergi ödəyicisi tərəfindən tik intiquraşdırma işlərinin başlandığı rübdə tikilən binanın ümumi sahəsinə uyğun sadələşdirilmiş vergi bəyan edildikdən sonra binanın ümumi sahəsində baş verən dəyişikliklərə (binanın ümumi sahəsində artma və ya azalmanın olmasına) uyğun olaraq vergilərin hansı qaydada bəyan edilməli olması (ilkin bəyannaməyə düzəliş edilməklə və ya cari dəyişikliyin baş verdiyi rübdə yeni bəyannamənin verilməsi yolu ilə) halını tənzimləyən norma nəzərdə tutulmamışdır.

32. Digər tərəfdən, Vergi Məcəlləsinin 72.5-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşd irilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

33. Eyni zamanda, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0.1 faizi məbləğind ə faiz tutulur.

34. Qeyd edilən maddələrin məzmununun təhlili onu deməyə əsas verir ki, Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla dəqiqləşdirilmiş bəyannamə o halda təqdim edilir ki, hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmasın. Eyni zamanda, qanunvericilik dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli olan vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləğinin faizlərlə birlikdə büdcəyə ödənilməsinə dair imperativ norma müəyyən etmişdir. Qanunvericilikdə bu tənzimləmə vergilərin qanunla müəyyən edilmiş müddətdə ödənilməməsi nəticəsində büdcəyə daxilolmaların gecikməsindən yaranan zərərin kompensasiya edilməsinə yönəlmişdir.

35. Başqa sözlə, vergi ödəy icisi ilkin hesabatında ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmayan məlumatlar əks etdirmiş və bunu aradan qaldırmaq üçün dəqiqləşmiş hesabat təqdim etmişsə, bu vəziyyətdə vergi ödəyicisi təqsiri olduğundan (səhvə yol verdiyindən) bu hal faizin hesablanması üçün əsasdır (ilkin hesabatda vergilər az hesablanmışsa).

36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi tərəfindən yeni (cari) yaranan məsələlərlə bağlı dəqiqləşdirilmiş bəyannamə əvəzinə cari bəyannamə təqdim edilməlidir. Çünki, belə hallarda dəqiqləşmiş bəyannamənin təqdim edilməsi ona görə uyğun hesab edilmir ki, vergi ödəyicisi ilkin hesabatda təqsirli olaraq səhvə yol verməmişdir (ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmayan məlumatlar əks etdirməmişdir).

37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı özünün də bildirdiyi kimi, 2019-cu ildə binanın yeni mərtəbəsinin inşasına icazə verilmişsə, başqa sözlə, binanın vergitutma obyekti olan sahəsində dəyişiklik baş vermişsə, bu halda, Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən 2016-cı ilin bəyannaməsinə dəqiqləşmə əvəzinə, yeni bəyannamə təqdim etməli idi.

38. Bununla belə, yuxarıda işin hallarında qeyd edildiyi kimi, iddiaçı ilk dəfə ilkin layihədə nəzərdə tutulmuş tikinti sahəsinin ümumi ölçüsündəki dəyişikliliyə (azalma) müvafiq olaraq xx.xx.2017-ci il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 2016-cı ilin bəyannaməsinə dəqiqləşmə vermiş və bu hal vergi orqanı tərəfindən qəbul edilmişdir. 39. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibat i praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

40. Göründüyü kimi, ilk dəfə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci ildəki dəqiqləşdirilmiş bəyannamə vergi orqanı tərəfindən qəbul edildiyindən, vergi ödəyicisinin ikinci dəfə, yəni 2019-cu il tarixdə eyni qaydada yenidən davranması üçün ilkin praktikaya etimadı yaranmışdır.

41. Lakin hazırkı iş üzrə iddiaçı ikinci dəfə (2019-cu il tarixdə) bəyannamə təqdim edərkən yenidən 2017-ci il tarixdə davrandığı kimi davransa da, bu zaman cavabdeh Vergi Məcəlləsinin 72.5 və 59.1-ci maddəsinə müvafiq olaraq faizlər hesablamışdır.

42. Halbuki, cavabdeh orqan həm iddiaçının etimad hüququnun qorunması ilə bağlı qanunvericiliyin normalarını nəzərə almamış, həm də, iddiaçının irəli sürdüyü dəlillər üzrə araşdırma aparmadan, formal olaraq 2016-cı il üzrə dəqiqləşmiş bəyannamə təqdim edilməsinə istinadən faizlər hesablamışdır. Halbuki, cavabdeh orqan iddiaçı əgər səhvə yol veribsə, ən azından Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral yoxlama apararaq bu halı düzəltmək imkanına malik olmuş, lakin bunu etməmiş, iddiaçının özü tərəfindən səhvin aradan qaldırılması üçün müraciət olunduqda isə Vergi Məcəlləsinin 85.5-ci maddəsindəki 3 illik müddətə istinadən iddiaçının xeyrinə hərəkət etməkdən formal olaraq imtina etmişdir.

43. Nəzərə alınmalıdır ki, vergi orqanının fəaliyyət istiqaməti vergilərin büdcəyə vaxtına ödənilməsini təmin etmək olsa da, bu fəaliyyətin həyata keçirilməsi zamanı sahibkarların üzərinə əsassız ağır vergi öhdəlikləri qoyulmamalı, vergi qanunvericiliyində olan boşluqlar ödəyiciləri nin xeyrinə həll edilməli, sahibkarların hüquqları müdafiə edilməlidir. Bu həm də, vergi qanunvericiliyinin imperativ tələblərindən irəli gəlir. Belə ki, Vergi Məcəlləsinin 3-cü maddəsi təsbit etmişdir ki, vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

44. Beləliklə, hazırkı iş üzrə vergi qanunvericiliyində vergi ödəyicisi tərəfindən tikintiquraşdırma işlərinin başlandığı rübdə t ikilən binanın ümumi sahəsinə uyğun sadələşdirilmiş vergi bəyan edildikdən sonra binanın ümumi sahəsində baş verən dəyişikliklərə (binanın ümumi sahəsində artma və ya azalmanın olmasına) uyğun olaraq vergilərin hansı qaydada bəyan edilməli olması (ilkin bəyannaməyə düzəliş edilməklə və ya cari dəyişikliyin baş verdiyi rübdə yeni bəyannamənin verilməsi yolu ilə) halını tənzimləyən konkret norma nəzərdə tutulmadığından, Vergi Məcəlləsinin 59.1 və 72.5-ci maddələrinin birgə təhlili cari dəyişikliyə uyğun vergilərin, bu dəyişikliyin baş verdiyi rübdə yeni bəyannamənin verilməsi yolu ilə bəyan edilməli olması nəticəsinə gəlməyə əsas versə də, xüsusi olaraq, hazırkı işin hallarına uyğun olaraq iddiaçının 2019-cu ildə 2016-cı ilin bəyannaməsinə dəyişiklik yolu ilə vergilərin bəyan edilməsində e timad hüququ nəzərə alınmalı olduğundan, həmçinin, cavabdeh vergi orqanı öz hüquqi imkanlarından istifadə edərək vergi ödəyicisinin xeyrinə hərəkət etməkdən əsassız imtina etdiyindən, iddiaçının isə indiki vəziyyətdə Vergi Məcəlləsinin 85.5-ci maddəyə görə yeni hesabat verməyə texniki imkanı olmadığından, vergi ödəyicisinə münasibətdə faizlərin hesablanması, o cümlədən iddiaçıya xx.xx.2019-cu il tarixdəki bəyannaməni ləğv etməklə cari bəyannamə təqdim etməsi imkanının yaradılmaması əsassız hesab edilməlidir.

45. Qeyd edilənlərlə yanaşı nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində yeni mərtəbənin tikintisinə icazə verilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, hər r üb üzrə xx.xx.2016-cı il tarixdə bəyan edilmiş vergi məbləğlərini 4.991,43 manat artırdığını qeyd etmişdir. İddiaçının bu dəlillərinin həqiqiliyi, o cümlədən, cari dəyişikliyin nə vaxt baş verməsi məsələsi aşağı instansiya məhkəmələrinin araşdırma predmeti olmamışdır. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi vergitutma obyekti olan binanın ümumi sahəsindəki cari dəyişikliyin nə vaxt baş verməsi istiqamətində araşdırma aparmalı, həmin dəyişikliyin (mərtəbənin tikintisinə icazə verilməsi) baş verməsindən sonra nə qədər müddətdə iddiaçı tərəfindən bəyannamə təqdim edilməsi məsələsi araşdırılmaqla faizlərin tam və ya qismən əsaslı hesablanıbhesablanmaması məsələsinə hüquqi qiymət verilməlidir.

46. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-30/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar