Məhkəmə qərarları › İş №2-1(102)-1258/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1258/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1258/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması; şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun (əlilliyinin) müəyyən edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçıs ını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3622/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının atası X2 xx.xx.1996-cı il tarixdə vəfat etmiş və 2008-ci ildən anası X4 ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir.

2. İddiaçıya xx.xx.2004-cü il tarixdə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir.

3. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum anası X3 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi gündən sonra (vaxtı ilə aldığı dövlət qulluqçusu) pensiyanın ona keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uşaqlıqdan epilepsiya xəstəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi HƏEK-nin rəyinə əsasən ona generalizə olunmuş tez-tez olan qıcolma tutmaları ilə kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi diaqnozu qoyulmuşdur. Müxtəlif illərd ə xəstəliyi ilə bağlı bir çox şəhərlərdə müvafiq müalicələr almışdır.1971-ci ildən Bakı şəhər Psixonevroloji Dispanserdə qeydiyyatdadır. 1972-ci ildə Kiyev şəhərinin Psixonevroloji Dispanserində prof. Laptiyev, 1973-cü ildə Moskva şəhərində yerləşən X7 Dispanserində baş Epileptoloqu prof. A.S.Remezova, aparıcı həkim prof. A.A.Terentiyeva, baş həkim prof.O.A.Trifonov, prof. P.A.Konstantinov və prof. Ledenyov tərəfindən ildə 2 dəfə müayinə və müalicə olunmuşdur. Hal-hazırda Bakı şəhəri, N.Nərimanov rayonu 4 saylı poliklinikanın psixiatrı tərəfindən müalicələri davam etdirilir. 2000-ci ildən isə ömürlük 1-ci qrup əlildir.

7. İş materiallarına əlavə olunmuş Azərbaycan SSR DİN Müəssisə 38/RB xx.xx.1988-ci il tarixli aktında olan məzmundan görünür ki, uşaqlıq illərindən xəstə olmağı və 1974-1978 -ci illərdə Bakı psixiatrik dispanserdə uçotda olmağı bir daha bunu təsdiq edir. Bundan başqa, xx.xx.1993-cü il tarixli, № 1311/0103 nömrəli arayışın məzmunundan görünür ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 №li xəstəxanasında stasionar müalicədə olmuşdur. Diaqnoz: Epilepsiya səbəbindən şəxsiyyətin dəyişməsi. 1974-cü ildən Psixonevroloji dispanserdə uçotdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X8» X11 № 422/KEŞ, 31,08.2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsinin 1.2-ci bəndinə göstərilmişdir ki, iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun «Epilepsiya generalizə olunmuş tez-tez olan qıcolma tutmaları ilə kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi ilə» xəstəliyindən əziyyət çəkdiyi müəyyən edil di. Qeyd olunan xəstəliyin anadangəlmə olması istisna edilmir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinin əsasları kimi atası X1 xx.xx.1996-cı il tarixdə vəfat etdiyini və 2008-ci ildən etibarən anası X4 ailə başçısını itirməyə görə pensiya təyin edildiyini bildirmiş, anası xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən anasına təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının ona təyin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən (əlillik dərəcəsi xx.xx.2004-cü il tarixdən, yəni 41 yaşdan müəyyən edildiyindən) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaran mır. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X10 xx.xx.2022-ci il tarixli 9928 nömrəli məktubunda iddiaçının 1978-ci ildən dispanser müşahidəsində olduğu qeyd edilsə də, bu sənəd iddiaçının 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən sənəd kimi qiymətləndirilə bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8852/2023 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ailə başçısını itirməyə görə pensiya təyinatı üçün onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməlidir.

11. İşin mübahisələndirilməyən halıdır ki iddiaçıya əlillik xx.xx.2004-cü ildən təyin edilmişdir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

14. Qanunvericiliyin qeyd olunan müddəalarından görünür ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətlə ndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər.

15. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar.

16. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir.

17. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcu dluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır.

18. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətləndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticəl əri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.

19. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə" yaxud “uşaqlıq əlili” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsa s vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur.

20. Beləliklə, sadalanan normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz.

21. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tar ixli, 2-1(103)-3622/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

25. Aşağıdakı səbəblərə görə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qərar ləğv edilməli, inzibati iş üzrə yeni qərar qəbul etməklə, iddia tələbi təmin edilməlidir.

26. İş materiallarından da göründüyü kimi, birinci və apellyasiya instansiya məhkəməsi qərarında və cavabdeh inzibati orqan, iddia ərizəsinə etirazında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə, xx.xx.2018-ci il tarixdə qəbul olunmuş "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına əsaslanaraq iddiaçının 18 yaşadək sağlamlıq imkanlarının məhdud olması barədə müvafiq qərar olmadığını qeyd etmişdir.

27. Həmin Əsasnamə təsdiq olunarkən iddiaçının artıq 53, qanun qəbul edilərkən 56, “Əlilliyin qiymətləndirilməsi Qaydası” təsdiq olunarkən 58 yaşı var idi. Odur ki, sözüge dən əsasnamədə, qanunda və qaydada tələb olunan - müvafiq qərarın iddiaçıdan tələb olunması absurddur.

28. İddiaçının məhkəməyə təqdim etdiyi 2 nömrəli Klinik psixiatriya Xəstəxanasının ambulator kitabçadan çıxarışı, 2 nömrəli poliklinika şöbəsinin 14 nömrəli Vəkil Bürosuna xx.xx.2022-ci il tarixli cavab məktubu, Azərbaycan Respublikası Psixiatriya Xəstəxanasının xx.xx.1993-cü il tarixli arayışı, həkim komissiyasının xx.xx.1988-ci il tarixli aktı iddiaçının uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkdiyini və 18 yaşadək X13 Xəstəlikləri Dispanserində qeydiyyatda olduğunu sübuta yetirir.

29. X13 Xəstəlikləri Dispanseri hazırda mövcud olmadığından və arxivi saxlanılmadığından iddiaçı həmin tibb müəssisəsinin özündən yeni arayışlar təqdim edə bilmir, lakin sadalanan tibb müəssisələrinin s ənədlərində bu qeydlər qalmışdır.

30. İddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X8” X10 məhkəməyə təqdim etdiyi 422/KEŞ nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, onda olan xəstəliyinin anadangəlmə olması istisna edilmir. 31. 09.06.2023-cü il tarixli məhkəmə iclasında sədrlik edən hakim bildirmişdir ki, sözügedən 2(005)-2522/2020 nömrəli iş üzrə məhkəmə qətnaməsi ləğv edildiyindən həmin iş üzrə ekspert rəyi sübut kimi qəbul edilə bilməz. Halbuki ekspert rəyi müstəqil sübutdur. Məhkəmə qərarında sözügedən rəyi sübut kimi qəbul etməməsini qanuni əsasını göstərməklə əsaslandırmamışdır.

32. Bundan əlavə, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı Apellyasiya Məhkəməsində yenidən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X8” X12 rəsmi qaydada vəsatətlə məhkəməyə müraciət edilərək, həqiqətən də, iddiaçının xəstəliyinin anadangəlmə olubolmamasının müəyyən edilməsi barədə yenidən ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilməsi xahiş olunsa belə, hakimin bu fikrindən sonra növbəti məhkəmə iclasında iddiaçıda sözügedən xəstəliyin anadangəlmə olmasının təsdiqi üçün məhkəmə-tibbi ekspertizasının təyin olunması barədə verilən vəsatətə hakim:"təmin olunmur" deməklə kifayətlənmiş, prosessual qanunvericiliyə zidd olaraq vəsatətin rədd olunması barədə əsaslandırılmış qərardad qəbul etməmişdir.

33. Bundan əlavə, məhkəmə qərarının əsaslandırma hissəsində qeyd etmişdir ki, "Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, hər iki məhkəmə instansiya məhkəmələri hesab edir ki, sübutetmə yükü qan unvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyini əsaslandıran imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur."

34. İddiaçı qeyd edir ki, cavabdeh inzibati orqan müraciəti ilə bağlı ona imtina məktubu göndərməmişdir.

35. Göründüyü kimi, işə baxan məhkəmə kollegiyası demək olar ki, hər hansı bir araşd ırma aparmadan vaxtı ilə keçirilmiş ekspertiza rəyinə məhəl vermədən, iddiaçı tərəfindən etibarnamə üzrə nümayəndəsi və vəkilinin xəstəliyin həqiqətən də, anadangəlmə olub-olmamasını müəyyən etmək üçün, yenidən ekspertizanın keçirilməsi barədə rəsmi vəsatəti olsa belə, lakin işə baxan məhkəmə kollegiyası vəsatətə hər hansı bir münasibət bildirməmiş, bununla yanaşı məhkəmə iclaslarında işin qeyri-obyektiv aparması, xəstəliklərə biganə baxması, iş materiallarında olan xəstəliklərlə bağlı sənədləri araşdırmamış və bir başa qərar çıxartmaqla qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. b. kassasiya şikayətinə əlavənin dəlilləri

36. İddiaçı kassasiya şikayətinə əlavədə qeyd etmişdir ki, o, uşaqlıqdan xəstə olmuş və bir çox həkimlərin nəzarəti, müayinəsi və müalicələrini almışdır. Mərhu m anasının əl yazmaları bir daha bunu sübut edir, məhkəmə ekspertizasının rəyi bir daha iddiaçının ağır xəstə olduğunu və həmin xəstəliyin uşaqlıqdan olmasını rəyin nəticə hissəsində istisna etməməsini qeyd edir.

37. Bundan başqa, həkim olan anasının əl yazmalarında bütün açıqlamalar öz əksini tapır. Bu bir daha onu sübut edir ki, iddiaçı uşaqlıqdan travma ilə doğulmuş və bu günədək daim həkim nəzarətində, müayinələrində və müalicələrində olur. c. kassasiya şikayətinə etirazın dəlilləri

38. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti aşağıda göstərilənlərə əsasən əsassızdır və təmin edilməməlidir.

39. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1 vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1 18 yaşına çatmamış; 14.1.1.2 118 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3 təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək

40. İddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən (əlillik dərəcəsi xx.xx.2004-cü il tarixdən, yəni 41 yaşdan müəyyən edildiyindən) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə. t əsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.

42. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik v ə 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 43. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir.

44. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət ) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 46. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

47. Bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə" yaxud “uşaqlıq əlili” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. 4

8. Beləliklə, hazırkı qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz.

49. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X10 xx.xx.2022-ci il tarixli 9928 nömrəli məktubunda iddiaçının 1978-ci ildən dispanser müşahidəsində olduğu qeyd edilsə də, bu sənəd iddiaçının 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən sənəd kimi qiymətləndirilə bilməz.

50. Qeyd olunan maddi no rmalara istinad edərək belə nəticəyə gəlmək olar ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmır. TƏTBİQ EDİLƏN HÜQUQ 51.“Əmək pensiyaları haqqında” Qanun: Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;... 52.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam v ə səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir...... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul e dildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 53.İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olun duğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkə mənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

54. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

55. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apell yasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 57. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun yuxarıda istinad olunan normalarının təhlilindən görünür ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

58. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə həmin şəxsin əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosialməişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə" sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hes ab etməyə əsas vermir.

59. Şikayətin dəlilinə görə, məhkəmənin əsaslandığı Əsasnamə təsdiq olunarkən iddiaçının artıq 53, qanun qəbul edilərkən 56, “Əlilliyin qiymətləndirilməsi Qaydası” təsdiq olunarkən 58 yaşı var idi. Odur ki, sözügedən əsasnamədə, qanunda və qaydada tələb olunan müvafiq qərarın iddiaçıdan tələb olunması əsassızdır.

60. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir.

61. İddiaçı hazırkı məzmunda tələbinin əsası kimi anası X3 vəfat etməsi faktına istinad edir. R.Allahverdiyeva xx.xx.2021-ci tarixdə vəfat etmişdir. Belə olan halda, iddiaçı öz tələbinin hüquqi əsası kimi xx.xx.2021-ci tarixdə qüvvədə olan qanuna istinad edə bilər. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinin həmin tarix də qüvvədə olan redaksiyasına əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:... 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs...

62. İşin materiallarına görə, iddiaçının əlilliyi səlahiyyətli orqan – TSEK tərəfindən xx.xx.2004-cü il tarixdə (ömürlük) müəyyən edilmişdir. İddiaçı həmin qərardan irəli gələn və əlilliklə bağlı olan hüquq, güzəşt və imtiyazları da həmin tarixdən əldə etmişdir. Həmin qərarda iddiaçının əlilliyinin (sağlamlıq imkanlarının məhdudluğunun) 18 yaşına çatanadək müəyyən edildiyinə dair hər hansı göstəriş yoxdur. TSEK-in xx.xx.2004-cü il tarixli qəra rı mübahisələndirilməmiş, ləğv edilməmiş və ya dəyişdirilməmişdir.

63. Nəzərə alınmalıdır ki, cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 14.1, 14.1.1, 14.1.1.2-ci maddələrindən irəli gələn öhdəliyi 18 yaşından yuxarı əlilliyi olan şəxsin sağlamlıq imkanlarının məhdudluğunun (əlilliyinin) 18 yaşına çatanadək müəyyən edildiyinə dair qərara əsaslanır.

64. İddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun (əlilliyinin) müəyyən edildiyini təsdiq edən hər hansı qərar işdə yoxdur.

65. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 14.1, 14.1.1, 14.1.1.2-ci maddələrindən irəli gələn hazırkı məzmunda öhdəliyi yoxdur.

66. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3622/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar