Məhkəmə qərarları › İş №2-1(102)-1259/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1259/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1259/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə Açar söz: ailə başçısını itirməyə görə pensiya GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili iştirakı ilə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “ailə başçısını itirməyə görə pensiya təyin edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2-1(105)-128/2020 nömrəli, 12.02.2020ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 11.09.2012-ci ildə X1 ilə nikaha girmiş, birgə nikahlarından 17.02.2004-cü ildə X2 anadan olmuş, iddiaçının əri X1 05.06.2018–ci ildə vəfat etmişdir. İddiaçı, ərinin vəfat etdiyi gündən oğlu-17.02.2004-cü il təvəllüdlü oğlu X2 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 21.01.2019-cu il tarixli məktubu ilə iddiaçınının müraciətinin təmin edilməsindən imtina etmiş və bildirmişdir ki, iddiaçının əri zəruri iş stajına malik deyil. Bununl a razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17.02.2004-cü ildə anadan olmuş oğlu X2 05.06.2018-ci ildə vəfat etmiş Iddiaçı vəfat etdiyi gündən ailə başçısını itirməyə görə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, mərhum həyat yoldaşının vəfat edən tarixə iş stajı 19 il 4 ay 10 gün olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.1-ci maddəsinə əsasən S.Mənsumovun 14 yaşı olduğundan ona pensiya təyin edilməlidir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən vəfat etmiş şəxsin hər ili üçün 4 ay sığorta stajı olduqda bu hüquq yaranır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının mərhum həyat yoldaşı 15.07.1960-cı il təvəllüdlüdür, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 14 il 04 ay sosial sığorta stajına qarşı 09 il 07 ay 24 gün sığorta stajının olmaması səbəbindən, X2 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Məhkəmələrin mövqeyi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01.11.2019-cu il tarixli, 2-1(085)-653/2019 saylı qərarı ilə iddia təmin edilmiş, 17.02.2004-cü ildə anadan olmuş X2 05.06.2018-ci ildə vəfat etmiş Iddiaçı vəfat etdiyi gündən ailə başçısını itirməyə görə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01.11.2019-cu il tarixli, 2-1(085)-653/2019 saylı qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2-1(105)-128/2020 nömrəli, 12.02.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01.11.2019-cu il tarixli, 2-1(085)-653/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının oğlu X2, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü hesab edilir. Həmçinin, iddiaçının mərhum ərinin 14 il 04 aydan artıq sığorta stajının olması da iş materialları ilə sübut olunur. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 14-18-ci maddələri ilə ailə başçısını itirməyə görə pensiyha hüququ əldə etmək üçün tələb edilən iki şərt də ödənildiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 2-1(105)-128/2020 nömrəli, 12.02.2020-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin sosial sığorta stajına daxil edilməsi üçün həmin dövrlər mütləq əmək kitabçasında qeyd olunmalıdır. Əmək kitabçasında qeyd olunmayan dövrlər o zaman sosial sığorta stajına daxil edilə bilər ki, əmək kitabçası qanunvericiliklə müəyyən olunmuş üzrlü səbəblərə görə təqdim oluna bilməsin. Hazırkı iş üzrə təqdim olunmuş əmək kitabçasına əsasən Iddiaçı 11 il 1 ay sığorta stajı vardır. Arayışda qeyd olunan dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlər staj kimi nəzərə alına bilməz. Digər tərəfdən arayışda qeyd olunan dövrlərin hansı səbəbdən əmək kitabçasında qeyd olunmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Belə olan halda ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün Iddiaçı tələb olunan 14 il 4 ay sığorta stajı olmadığından DSMF-nin imtinası əsaslı olmuşdur. Kassator İnzibati Prosessual Məcəlləsinin 90-99-cu maddələrinə istinad edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-128/2020 nömrəli, 12.02.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-128/2020 nömrəli, 12.02.2020ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsi nə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları Həmin Qanunun 17.1-ci maddəsinə əsas ən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, Əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd olunan normaların tələb lərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 14-18-ci maddələrinin tələblərinə əsasən ailə başçısını itirməyə görə pensiya hüququ əldə etmək üçün iki şərt tələb olunur: 1) Pensiya təyin ediləcək şəxs vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvü olmalı; 2) Ailə başçısının qanunla tələb edilən sığorta stajı olmalıdır. Bu qayda ilə iddiaçının mərhum ərinin 14 il 04 ay (58 yaş – 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 43 yaş × 4 ay = 172 ay ÷ 12 ay = 14 il 04 ay) sığorta stajı olmalıdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iş materiallarına əlavə olunmuş arxiv arayışları əsasında müəyyən edilmişdir ki, X1 26.07.1978-ci il tarixli, 235 nömrəli əmrlə 01.08.1978-ci il tarixindən 9 nömrəli sexə üçüncü dərəcəli çilingər vəzifəsinə təyin olunmuş, 16.04.19 79-cu ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmiş, 1344 nömrəli, 11.06.1981-ci il tarixli əmrlə ikinci növbə sulfonalın hazırlanması və dördüncü dərəcəli çilingər vəzifəsinə 12.06.1981-ci il tarixdən qəbul edilmiş, 2183 nömrəli, 10.09.1981-ci il tarixli əmrlə 12.09.1981-ci il tarixdən öz istəyinə əsasən işdən azad edilmiş, 2921 nömrəli, 18.11.1983-cü il tarixli əmrlə həmin tarixdən sürücü vəzifəsinə qəbul edilmiş, 516 nömrəli, 28.02.1985-ci il tarixli əmrlə həmin tarixdən öz xahişinə əsasən işdən azad edilmiş, 06.10.1981-ci il tarixdə 1114-k nömrəli, 05.10.1981-ci il tarixli əmrlə XXX və A sexinə avadanlıqların təmiri üzrə 4-cü dərəcəli çilingər qəbul edilmiş, 15.06.1982-ci ildə 546-k nömrəli, 14.06.1982-ci il tarixli əmrlə öz xahişi ilə işdən azad edilmiş, 22.07.1982-ci ild ə 160 saylı, 21.07.1982-ci il tarixli əmrlə əritmə sexinə 3-cü dərəcəli xəlitəçi peşəsinə qəbul edilmiş, 31.08.1983-cü ildə 194 nömrəli həmin tarixli əmrlə işdən azad edilmiş, 06.03.1985-ci ildə 33 nömrəli əmrlə XXX” QSC-yə avtomaşın stansiyasına sürücü vəzifəsinə təyin olunmuş, 13.02.1987-ci ildə 27 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Cavabdeh kassasiya şikayətinin dəlillərində iddiaçının mərhum ərinin əmək kitabçasına əsasən 11 il 1 ay sığorta stajı olduğunu, arayışda qeyd olunan dövrlərin əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin staj kimi nəzərə alınmadığını bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 say lı qərarı ilə təsdiq edilmiş, ““Əmək pensiyaları haqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olan) “Və təndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Həmçinin, qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konse rnlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Başqa sözlə, qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə, cavabdeh orqan iddiaçının mərhum ərinin 01.01.2006-cı il tarixindən əvvəl onun işlədiyi 1978-1987-ci illərin əmək kitabçasında əks edilmədiyini mübahisələndirsə də, göstərilən qanunvericilik normalarından da görünür ki, həmin illərin əmək kitabçasında göstərilməmə si iddiaçının oğluna ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən imtina olunması üçün əsas ola bilməz. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum ərinin 14 il 04 aydan artıq (belə ki, cavabdeh 11 il 1 ay stajının olduğunu mübahisəsiz qəbul edir, müvafiq arayışlarda isə 5 il 11 ay 24 gün sığorta stajı müəyyən olunur) sığorta stajı vardır. İddiaçının oğlu X2 ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü olmasını və apellyasiya instansiya məhkəməsində müəyyən edilən yuxarıda göstərilən halları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının oğluna ailə başçısını itirməyə görə qanunvericiliklə nəzərdə tutulmuş hər iki şərt ödənilir. Odur ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməs i barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati a ktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, s übutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhb ər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-128/2020 nömrəli, 12.02.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar