Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1259/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərt lərlə Təyinat üzrə Mərkəzi filialına qarşı ona 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-392/2021 nömrəli iş üzrə 02.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı ona 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya h üququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1956cı il tarixində doğulmuş, 18 noyabr 1974-cü il tarixdən 05 may 1975-ci il tarixədək Bakı Qazan-Mexaniki Zavodunun inşaat qrupunda rəngsaz vəzifəsində, 18 may 1975-ci il tarixdən 14 iyun 1977-ci il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 25 iyul 1977-ci il tarixdən 26 mart 1990-ci il tarixinədək Bakı Qazan-Mexaniki Zavodunda metal təmizləyən (drobestruyşik) vəzifəsində (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyah ı üzrə kod:12100000-19568), 01 mart 1990-ci il tarixdən 04 may 1992-ci il tarixədək “Azadlıq” Kooperativində asfalt-betonçu (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2290000a-11140) vəzifəsində, 04 may 1992-ci il tarixdən 14 yanvar 2000-ci il tarixədək “Enerjiquraşdırma” İB-nin Tikinti-Quraşdırma İdarəsində qəlibləyici vəzifəsində, 01 iyun 2006-cı il tarixdən 28 dekabr 2014-cü il tarixinədək Azərbaycan Dövlət Neft-İnşaat trestində mülki-müdafiə üzrə mühəndis vəzifəsində işləmiş, 01 dekabr 2014-cü il tarixdən bu günə kimi “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işləmişdir. Göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinədək iddiaçının 25 il 27 gün (20 ildən artı q) iş stajına malik olmuş və həmin staj illərinin 12 il 8 ay 1 günü (10 ildən artıq) sözügedən Qanunda nəzərdə tutulmuş Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı ilə müəyyən edilmiş işlərdə çalışmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 27.08.2020-ci il tarixli, 2-1(112)3685/2020 nömrəli (sədrlik edən hakim Aytan Oruczadə) qərarı ilə İddiaçı iddiasının təmin edilməsi, İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 19.11.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiа l Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 və 67-ci maddələrinə, 13.06.1997-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsi, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 1.0.2, 9.1, 21.1 və 23.2-ci maddələrinə, "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na, Azərbaycan R espublikası Əmək Məcəlləsinin 87ci maddəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnaməsi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşəl ərin, vəzifələrin və göstəricilərin Siyahısı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin A.H.Zalovun şikayəti üzrə 21.05.2004-cü il tarixli qərarına istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 27.08.2020-ci il tarixli, 2-1(112)-3685/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.04.2021-ci il tarixli, 2-1(103)-392/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Şeyda Məhərrəmova) qərarı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məh kəməsinin 27.08.2020-ci il tarixli 2-1(112)-3685/2020 nömrəli qərarı qismən “19.11.2013-cü il tarixdən pensiyanın təyin edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, pensiyanın təyin edilməsinin əvvəli 21.05.2016-cı il tarixdən hesablanması, qərarın qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2, 9.1, 21.1 və 23.2, 32 və 32.1-1-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə, "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyas ı sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na istinadən belə hesab etmişdir ki, iddia tələbi qismən əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh filialın iddiaçıdan sözügedən sənədlərin əsillərini tələb et mək hüququ olmuş, iddiaçı isə həmin sənədlərin əsillərini tam şəkildə cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdeh filiala ünvanladığı ərizənin icrası mümkün olmamışdır. Arayışın məzmunu ilə iddiaçının izahatı arasında ziddiyyət vardır. Məhz bu səbəbdəndir ki, məhkəmə qeyd edilən arayışa istinad etməmişdir.
9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 02.04.2021-ci il tarixli, 2-1(103)-392/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdeh in vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.04.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının h ədləri
13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdeh vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüv vədə saxlanılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməmə sini də yoxlamalıdır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.
19. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının NZ-3259478 nömrəli hərbi biletində qeyd edilmişdir ki, o 18 may 1975-ci ildən 17 iyun 1977-ci ilə qədər hərbi xidmət keçmişdir.
20. İşdə olan iddiaçının əmək kitabçasında qeyd edilmişdir ki, o, 01 yanvar 2006cı il tarixədək hərbi xidmət illəri daxil edilməklə, ümumilikdə 24 il 02 ay 01 gün ümumi iş stajına malikdir.
21. İddiaçının əmək kitabçasında daha sonra qeyd edilmişdir ki, o 01.06.2006-cı il tarixdən pensiya hüququ yarandığı tarixədək, yəni 19 noyabr 2013-cü il tarixədək “Az DN 1” tresti 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında, ARDNŞ-nın “Neftqaztikinti” trestində müvafi q vəzifələrdə işləmişdir.
22. Həmçinin, sosial arayışdan məlum olur ki, iddiaçının 2006-cı il tarixdən 2013cü il tarixədək əldə edilən gəlirdən məcburi sosial sığorta haqları hər il üçün müvafiq olaraq ödənilmiş və hazırda onun kapitalı 33.672,34 manat təşkil etmişdir.
23. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
24. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta staj ı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
25. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müd dətləri sığorta stajına daxil edilir.
26. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən (01.07.2017-ci il tarixədək olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
27. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasın dan, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
28. Qanunvericiliyin sadalanan normalarının tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, vətəndaşa güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı əsaslar birgə mövcud olmalıdır: 1) şəxs pensiya almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmalı; 2) qanunvericilikdə nəzərdə tutulmuş ümumi sığorta stajına malik olmalı; 3) işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağ ır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqan tərəfindən təsdiq olunmuş siyahısında təsbit olunmalı; 4) həmin peşə qanunvericilikdə nəzərdə tutulmuş xüsusi sığorta stajına; 5) işlədiyi dövrlərə uyğun məcburi sosial sığorta haqlarının ödənilməsinə malik olmalıdır.
29. Qeyd olunmalıdır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına daxil edilməlidir.
30. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir.
31. Azərbaycan Respublikasının «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin v) bəndinə əsas ən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir.
32. Qüvvədə olan Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
33. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarını n müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür:
34. Həmin qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
35. Həmin qaydaların 3.6-cı bəndinə görə Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
36. A zərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
37. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, b ir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqularının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.
38. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti bar əsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər.
39. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş staj ı əmək kitabçasına əsasən müəyyən edilir.
40. Güzəştli iş stajı ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının («Metal emalının digər peşələri ilə bağlı») 11.14-cü qrafasının fəhlələr (a) bölməsindən görünür ki, metal, metal hissələrinin və məmulatların qırma və parçalanmış (metal qumu) qırma ilə təmizlənməsində məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir.
41. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iy un 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan siyahıda göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 01.01.2006-cı il tarixədək ümumilikdə 12 il 08 ay 01 gün iş stajına malik olmuşdur. Hərbi illəri (2 il 01 ay) sosial sığorta stajına daxil edilərək müəyyən olunur ki, iddiaçının pensiya hüququ yarandığı tarixədək, yəni 19.11.2013-cü il tarixədək ümumilikdə 32 il 05 ay 19 gün sığorta stajı mövcud olmuş və işlədiyi dövrlərdə hər il üçün müvafiq olaraq məcburi sosial sığorta haqları ödənilmişdir.
42. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarına iddiaçının əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən heç bir sübutun işə əlavə edilmədiyini, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qe yd edilən məzmunda) əmək kitabçasında aşkar olaraq göstərildiyi müəyyən etmişdir.
43. Belə olan halda Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının 12 il 06 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajına malik olması iş materiallarında öz əksini tapmışdır.
44. Eyni zamanda Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz və cavabdehin imtinası əsassız olmuşdur.
45. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.04.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nətic əvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cаvаbdеhin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.04.2021-ci il tarixli, 21(103)-392/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.