Məhkəmə qərarları › İş №2-1(102)-1259/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1259/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1259/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1259/2023) (Açar sözlər: qərarının ləğv edilməsi və pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdü: xx.xx.1959-ci il; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respubli kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2023-cü il tarixli, 2-1(103)-822/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 may 2016-cı il tarixli, 2-1(82)1807/2016 nömrəli qərarı ilə İddiaçı 57 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2016-cı il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və zifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə həvalə edilmişdir.

2. Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin 30 iyun 2016-cı il tarixli 237 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2016-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı ona pensiya təyin olunarkən təhsil müddətinin nəzərə alınmadığına istinad edərək həmin dövrün də nəzərə alınmaqla pensiyasının yenidən hesablablanması barədə cavabdeh inzibati orqana müraciət etmişdir.

4. Cavabdehin xx.xx.2021-ci il tarixli **********3 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərarı ilə iddiaçının təhsil əlavəsi də nəzərə alınmaqla pensiyası yenidən hesablanmış, pensi ya məbləği 467.85 manat olmuş, indeksləşdirilərək 521,18 manata çatdırılmışdır.

5. Cavabdehin xx.xx.2021-ci il tarixli **********0 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış və onun pensiya məbləği 521,18 manatdan 502,98 manata azaldılmışdır.

6. Cavabdeh iddiaçıya “Artıq ödənilmiş pensiya məbləği haqqında” xx.xx.2021-ci il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Buna baxmayaraq iddiaçının DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığı 6 yanvar 2021-ci il tarixli ərizəsinə əsasən texniki səhv səbəbindən xx.xx.2006-cı il tarixinədək təhsil illəri nəzərə alınmaqla pensiya məbləği yenidən hesablanaraq 431,44 manatdan 467,85 manata (xx.xx.2021-ci il tarixinə indeksləşdirilərək 521,18 manat) artırılmış, həmçinin keçmiş üç il müddət üçün 1229,58 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd olunan fərq məbləği xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində pensiyanın üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də iddiaçıya xx.xx.2021- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1302,38 manat artıq pul vəsaiti ödənilib. Bu səbəbdən də əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada təhsil müddəti nəzərə alınmadan tərəflərindən yenidən hesablanaraq 521,18 manatdan 502,98 manata a zaldılmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçıya xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində əskik ödənilmiş pensiya məbləği (661,68 manat) xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində artıq ödənilmiş vəsaitdən (1302,38 manat) çıxarılaraq, iddiaçıya artıq ödənilmiş 640,70 manat pul vəsaitinin olduğu müəyyən edilmişdir. Həmin pul vəsaitinin büdcəyə qaytarılması ilə əlaqədar əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. Əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun qaydada xx.xx.2021-ci il tarixindən etibarən 502,98 manat məbləğində olmaqla iddiaçıya ödənilir.

7. DSMF-nin Sosial Ödənişlə rin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında’’ Qanunun 7-ci maddəsinə əsasən ona xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixində cavablandırılmış müraciətinə əlavə olaraq bir daha bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli müraciətinə əsasən əyani təhsil müddəti nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 23 il 8 ay sığorta stajına və 2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 36183.0 manat pensiya kapitalına əsasən iddiaçıya yenidən yaşa görə əmək pensiyası hesablanmışdır. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən əmək pensiyası indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 521.18 manata çatdırılmışdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ötən dövr üzrə yaranmış fərq məbləği cari pensiyasına əlavə edilməklə növbəti aylarda iddiaçıya ödəniləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, “19831989-cu illərdə əyani təhsil aldığı müddətin sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması, xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il - xx.xx.2018-ci il tarixədək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək SSRİ silahlı qüvvələrində müddətli hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək Ukrayna SSR, Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunda 5 il 6 ay əyani bölmədə ali təhsil almış, xx.xx.1989-cu il tarixindən hal-hazıradək Azərbaycan Hava Yolları Mülki Aviasiya İdarəsinin Bakı və Naxçıvan şəhər aeroportlarında, “X1” MMC və "xxxx" MMC-də stajçı, mühəndis, təyyarə lərə texniki xidmət sahəsinin rəisi, növbə rəisi, növbə mühəndisi, aparıcı mühəndis vəzifələrində çalışıb hava gəmilərinə operativ və vaxtaşırı texniki xidməti təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarının 21.3 maddəsinin tələbinə müvafiq olaraq, mülki aviasiyada hava gəmilərinə texniki xidmət göstərən mühəndis texniki heyəti kimi ağır və zərərli iş şəraitinə görə xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə təqaüd alır. xx.xx.2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı şəhəri Xəzər “DOST’ Mərkəzinə ərizə ilə xx.xx.1983-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək Ukrayna SSR, Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunda əyani bölm ədə ali təhsil müddətinin ümumi pensiya stajına daxil olunması və pensiyasının yenidən hesablanması və hesabına köçürülməsi barədə müraciət etmişdir. xx.xx.2021-ci il tarixində hesabına 431.44 manat, xx.xx.2021-ci il tarixində saat 09:40-da 480.63 manat və həmin gün saat 13:30-da 49.18 manat, növbəti dəfə xx.xx.2021-ci il tarixində 2 saylı Bakı şəhəri Xəzər “DOST” Mərkəzinə ərizə ilə müraciətindən sonra xx.xx.2021-ci il tarixində saat 18:14-də 521.18 manat və həmin gün saat 21:01-də 409.86 manat, xx.xx.2021-ci il tarixində isə 931.04 manat köçürülmüşdür. Keçən 3 il üçün (xx.xx.2018-xx.xx.2021-ci illər) yenidən hesablamaq yolu ilə alınan 1229.58 manat məbləğində pensiya kapitalı xx.xx.2021-ci il tarixli ərizəsindən sonra hesablanaraq hissə-hissə mart, aprel və may ayları ərzində hesabına kö çürülmüşdür. Ancaq bu məbləğin keçən dövr ərzində yaranma mənşəyi, nə vaxt və necə hesablanaraq ortaya çıxarıldığı, niyə ümumi pensiya məbləğinə keçən 3 il ərzində əlavə olunaraq, ümumi məbləğin indekslənmədiyi haqqında məlumat verilməmişdir. Müraciətlərinə əsasən aldığı cavabların heç birində qeyd edilən məbləğin vaxtlı-vaxtında nəzərə alınaraq pensiyasına niyə daxil edilməməsi barədə məlumatlar qeyd edilməmişdir.

10. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirilmişdir ki, 30 iyun 2016cı il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətl əri “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajı nın hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır.

11. Bakı İnzibati Məhkəməsi 31 avqust 2022-ci il tarixli, 2-1(112)-4764/2022 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilmiş, iddiaçının 1983-1989-cu illərdə əyani təhsil aldığı müddət sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində (yenidən hesablanmasında) nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2023-cü il tarixli, 2-1(103)-822/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, R.Səmədov və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(112)-4764/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş (yenidən hesablanmış) pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan öz təşəbbüsü ilə araşdırma apararaq, “İnzibati icraat haqqında” Qanunun tələb lərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmada aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrası ilə bağlı verilmiş pensiya artıq ödəmə kimi geri tələb olunması barədə inzibati akt qəbul edilmədən hüquq normalarını pozaraq bu barədə iddiaçıya müvafiq məktubla məlumat verməklə kifayətlənmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

16. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 13.1, 13.2, 14, 21, 24, 25.1, 64.2, 67.5-ci maddələrinə və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə istinad etmişdir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin kassasiya şikayəti mahiyyətcə, imtina məktubu, etiraz ərizəsi, eləcə də apellyasiya şikayəti ilə eyni məzmundadır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətd ən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 1.0.10, 9.1, 9.8-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlə rdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pens iyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; 23. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüqu qi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə b aşqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdi yi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qa ldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyi şdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əs aslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab ol una bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və idd iaçıya əyani təhsil aldığı müddət nəzərə alınmaqla pensiyasının yenidən müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi ilə bağlıdır.

32. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.

33. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.

34. Lakin işin müəyyən edilmiş hallarından aydın olur ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixı qərar qəbul edilərkən iddiaçı inzibati icraata dəvət olunmamış, dinlənilməmiş və nəticədə təhsil m üddəti yenidən cavabdeh tərəfindən onun əmək stajına daxil edilmədən pensiya məbləği 521.18 manatdan 502.98 manata azaldılmışdır. Beləliklə də inzibati orqan tərəfindən inzibati icraat öz təşəbbüsü ilə aparılmışdır.

35. Bununla bağlı qeyd edilməlidir ki, cavabdehin inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin araşdırma aparmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, ap arılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır.

37. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda, iddia dair etirazda, eləcə də kassasiya şikayətində əsas dəlili ondan ibarət olmuşdur ki, ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır, bu səbəbdən iddiaçının pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək onun pensiyası azaldılmışdır.

38. Kassatorun dəlillərini əsaslı hesab etməyərək məhkəm ə kollegiyası qeyd edir ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən müəyyən edilmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) 1-ci maddəsinin v) bəndinə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər qeyd edilmişdir. Eyni zamanda, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş) 67ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə qeyd edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslard a, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

39. Belə olan halda, iddiaçının 1983-cü il tarixdən 1989-cu il tarixədək Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunda təhsil aldığı müddətin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir.

40. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlər ə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2023-cü il tarixli, 21(103)-822/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar