Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-126/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiyanın düzgün hesablanmaması, məhkəmə qərarının əsaslandırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), X4 və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçıların vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1336/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2007-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha. torpaq sahəsi İddiaçı1, xx.xx.2007-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.06 ha. torpaq sahəsi İddiaçı2 mülkiyyətində olmuşdur. 2. xx.xx.2011-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin Başç ısının 283 nömrəli Sərəncamına əsasən, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1.1280 ha. torpaq sahəsi Səbail rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmiş, bununla əlaqədar olaraq iddiaçıların mülkiyyətində olan yuxarıda qeyd olunan torpaq sahələrində heç bir rəsmi xəbərdarlıq edilmədən sözügedən məktəb binasının inşasına başlanılmışdır.
3. Sözügedən torpaq sahələrinə iddiaçıların mülkiyyət hüququnu təsdiq edən çıxarışlar olsa da, həmin sahələrin pasport və plan ölçüsü verilmədiyindən, onlar iddia ərizələri ilə ayrı-ayrılıqda məhkəməyə müraciət etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)- 145/2013 nömrəli qərarı ilə İddiaçı1 iddiası təmin edilə rək yuxarıda göstərilən çıxarış əsasında ona ayrılmış torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan ölçünün) hazırlanaraq ona təqdim olunması vəzifəsi Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərardan sonuncu tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)145/2013 nömrəli qərarı xx.xx.2013-cü il tarixində qüvvəyə minmişdir. Eləcə də, İddiaçı2 iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-26/2013 nömrəli qərarı ilə təmin edilərək yuxarıda göstərilən çıxarış əsasında ona ayrılmış torpaq sahəsinə dair texniki sənədlərin (pasport və plan ölçünün) hazırlanaraq ona təqdim olunması vəzifəsi Reyestr Xidmətini n Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərardan sonuncu tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-26/2013 nömrəli qərarı xx.xx.2014-cü il tarixində qüvvəyə minmişdir.
4. İddiaçılar, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə zəbt olunmuş torpaq sahələrinin müqabilində müvafiq kompensasiya və ya alternativ torpaq sahəsinin verilməsi ilə bağlı ərizə vermiş, Səbail RİH tərəfindən həmin ərizələr, iddiaçılara məlumat verilməsi məqsədilə Badamdar qəsəbə nümayəndəliyinə göndərilmiş, Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli 184 və 185 nömrəli cavab məktubları ilə məsələyə dair qəbul ediləcək qərarlarla bağlı iddiaçıla ra əlavə məlumat veriləcəyi bildirilmiş, lakin heç bir məlumat verilməmişdir.
5. Bundan sonra, iddiaçılar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmiş, sonuncu ərizəni icra olunması üçün Səbail RİH-ə yönləndirmiş, sonuncunun xx.xx.2015-ci il tarixli, 4/10-C-7/4 nömrəli məktubu ilə qeyd olunan torpaq sahəsinin plan ölçüsü, cizgisi təqdim edildikdən sonra mübahisələndirilən məsələyə baxılacağı bildirilmişdir.
6. İddiaçılar xx.xx.2015-ci il tarixində kompensasiya ödənilməsi barədə pretenziya məktubu ilə Səbail RİH-ə müraciət etmiş, sonuncunun xx.xx.2015-ci il tarixli 4/10-C-7/4 saylı və xx.xx.2015-ci il tarixli, 6-C-7/5 nömrəli cavab məktublarına əsasən, torpaq sahəsinin planı və ölçüsü barədə sənədlərin əsli və ya təsdiqlənmiş surətləri təqdim edildikdən sonra qa ldırılmış məsələyə baxılmasının mümkün olduğu bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçılar cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X7maqla) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onlara mülkiyyət hüququ ilə məxsus Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən birgə sahəsi 0.12 ha olan torpaq sahəsinin Səbail rayonu İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq zəbt edilməsi nəticəsində dəymiş 560 000 AZN həcmində maddi ziyanın, birlikdə 60 000 AZN həcmində mənəvi zərərin, ümumilikdə isə 620 000 AZN kompensasiya məbləğinin cavabdehlərdən tutularaq ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 8. xx.xx.2016-cı il tarixində keçirilmiş hazırlıq icraatı mərhələsində məhkəmə iclası zamanı iddiaçıların nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyətinin 2-ci cavabdeh qismində işə cəlb edilməsi, X5 3-cü şəxslər siyahısından çıxarılmasını, iddia tələbinin hər iki inzibati orqana Səbail rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı yönəldilməsinin nəzərə alınmasını xahiş etmişdir.
9. Sonradan, xx.xx.2016-cı il tarixində iddiaçıların nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən birgə iddiaçılara mülkiyyət hüququ ilə məxsus Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən hər biri 0.6 ha olmaqla birgə sahəsi 0.12 ha olan torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti və Səbail rayon İcra Hakimiyyəti tərəf indən qanunsuz olaraq zəbt edilməsi və birgə iddiaçıları qanunsuz olaraq mülkiyyət hüquqlarından məhrum etmələri nəticəsində birgə iddiaçılara dəymiş ziyanı təşkil edən 336 000 AZN həcmində torpağın bazar dəyərinin, bazar qiymətinə əlavə olan 20% hissəni təşkil edən 67 200 AZN məbləğini, o cümlədən, birlikdə 60 000 AZN həcmində dəymiş mənəvi zərərin, cəmi 463 200 AZN həcmində kompensasiya məbləğinin cavabdehlər Səbail rayon İcra Hakimiyyətindən və Bakı şəhər İcra Hakimiyyətindən müştərək qaydada tutularaq birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddia ərizəsi və ona əlavələr onunla əsaslandırılmışdır ki, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanında iddiaçılara məxsus və onların qanuni mülkiyyətində olan hər biri 0.06 ha olmaqla, cəmi 0.12 ha torpaq sahəsi 2011-ci ildə Səbail rayon İcra Hakimiyyəti tərəfindən zəbt olunaraq üzərində məktəb binası inşa edilmişdir. Sözügedən torpaq sahəsinin vətəndaşların qanuni mülkiyyətində olmasını hər iki iddiaçının adına ayrıca verilmiş çıxarışlar təsdiqləyir. Birgə iddiaçıların mülkiyyətində ümumilikdə 0.12 ha torpaq sahəsinin olması onu deməyə əsas verir ki, onlar 0.12 ha torpaq sahəsindən məhrum olunmuşlar. Kompensasiyanın məbləği 1 sot üçün 28000 manat olmaqla 12 sot üçün cəmi 336000 manat təşkil etməlidir. Bundan əlavə, 20% əlavə və mənəvi zərərə görə də kompensasiya ödənilməlidir.
11. Cavabdeh Səbail rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Səbail rayonu X1 qəsəbəsi, 3-cü yaşayış massivində B akı şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılmamışdır. Bu torpaqlar Badamdar Bələdiyyəsinin mülkiyyətinə ayrılmış ərazinin hüdudlarından kənardadır və iddiaçılar tərəfindən təqdim olunan sözügedən qərarlar qanunsuzdur. Həmçinin, İddiaçı1 adına qeydiyyata alınmış torpaq sahəsinin 3-cü yaşayış massivində yerləşməsini, digər İddiaçı2 adına qeydiyyata alınmış torpaq sahəsinin isə məktəb və uşaq bağçasının yerində yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edən heç bir sübut iddiaçılar tərəfindən təqdim edilməmişdir. Habelə, iddiaçıların istinad etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, həmin qərarlar qəbul edilərkən Səbail RİH-in qanunla qorunan mənafel ərinə toxunsa da, məhkəmələr sonuncunu məhkəmə icraatına cəlb etməmişlər. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, MH seriyalı ******* saylı çıxarış əsasında İddiaçı1 mülkiyyətində olmuş 0.06 ha torpaq sahəsinə görə 60.000 manat kompensasiya, habelə dəymiş mənəvi zərərə görə 2.000 manat cavabdehlər Bakı şəhər İcra Hakimiyyətindən və Səbail Rayon İcra Hakimiyyətindən müştərək qaydada İddiaçı1 xeyrinə tutulmuş, MH seriyalı ******* saylı çıxarış əsasında İddiaçı2 mülkiyyətində olmuş 0.06 ha torpaq sahəsinə görə 60.000 manat kompensasiya, habelə dəymiş mənəvi zərərə görə 2.000 manat cavabdehlər Bakı şəhər İcra Hakimiyyətindən və Səbail rayon İcra Hakimiyyətindən müşt ərək qaydada İddiaçı1 xeyrinə tutulmuş, iddia qalan hissələrdə rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Səbail RİH müvafiq sərəncamla ayrılmış torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasının qarşısının alınması istiqamətində tədbir görmədiyindən və torpaq sahəsinin dəyərini ödəmədən orada tikinti işləri apardığından iddiaçılar məhrum olduqları mülkiyyətlərinə görə kompensasiya tələb etməkdə haqlı olmuşlar. Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş məktubda qeyd olunan kompensasiya məbləği (hər kv.m-ə görə - 100 manat) real və ədalətli olduğundan hər bir iddiaçıya 60.000 manat kompensasiya ödənilməlidir. Bundan əlavə, mülkiyyətçiyə daşınmaz əmlakın bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi üçün ilk növbədə həmin daşınmaz əmlak dövlət ehtiyacları üçün alınmalıdır. Lakin, hazırda mübahisələndirilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qərar qəbul edilmədiyindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla nəzərdə tutulmuş 20% əlavənin ödənilməsi hissəsində iddia təmin edilə bilməz. Həmçinin, iddiaçıların torpaq sahələrində 2011-ci ildə heç bir əvəzi ödənilmədən və ya başqa torpaq sahəsi ayrılmadan məktəb binasının tikilməsinə görə dəymiş mənəvi zərərə görə hər iddiaçı üçün 2.000 manat məbləğində kompensasiyanın ödənilməsi ağlabatan hesab edilmişdir.
14. Məhkəmənin həmin qərarından iddiaçılar tərəfindən apelyasiya şikayətləri verilərək birinci instansiya məhkəməsinin qərarının iddia nın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş olunmuşdur. Məhkəmənin həmin qərarından cavabdehlər tərəfindən apelyasiya şikayətləri verilərək birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi xahiş olunmuşdur. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)782/2017 nömrəli iş üzrə xx xxxxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: S.Q.Hüseynov və K.N.Abiyeva) iddiaçılar və cavabdehin apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-1523/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya insta nsiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçılar və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişlər. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1472/2017 nömrəli iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: A.S.Hüseynov və X.S.Məmmədov) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-782/2017 nömrəli iş üzrə xx xxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdi r.
19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi işdə olan rəyləri ətraflı tədqiq etməmiş, əlavə ekspertiza təyin edilməsinin zərurliyini, ümumiyyətlə, iddiaçıların zərərə məruz qaldığı vaxt və həmin vaxt torpaq sahəsinin dəyərini müzakirə etməmiş, istər ekspertiza rəylərində, istərsə də Maliyyə Nazirliyinin məktubunda iddiaçıların zərərə məruz qaldıqları vaxt torpaq sahəsinin qiyməti öz əksini tapmamış, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin məktəb binası ilə üst-üstə düşməməsi barədə cavabdehin şikayətinin dəlillərini kifayət qədər ətraflı araşdırmamış, bununla bağlı ekspertiza təyin edilməsinin zəruriliyini müzakirə etməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının 2-1(103)198/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) iddiaçılar və cavabdehin apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı kompensasiya məbləğinin ödənilməsi hissəsində dəyişdirilmiş, MH seriyalı ******* saylı çıxarış əsasında İddiaçı1 mülkiyyətində olmuş 0.06 ha. torpaq sahəsinə görə 120.000 manat kompensasiya, MH seriyalı ******* saylı çıxarış əsasında İddiaçı2 mülkiyyətində olmuş 0.06 ha torpaq sahəsinə görə 120.000 manat kompensasiyanın Bakı ŞİH və Səbail RİH-dən müştərək qaydada iddiaçıların xeyrinə tutulması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatına görə 50 manat məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinin vəsaiti hesabına köçürülməsi qərara alınmışdır.
21. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılara məxsus daşınmaz əmlak söküldükdən sonra bazar qiymətləri artdığından “X3” İB-nin xx.xx.2016-cı il tarixli 199/06-16 E-27/-V ekspert rəyində təsbit olunan bazar qiymətinin həqiqiliyi reallığa daha uyğundur.
22. İddiaçılar və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişlər. d) kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)823/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəs ulbəyova, hakimlər: İ.K.Hüseynov və İ.Ə.Şəfiyev) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)198/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların əmlakının bazar qiymətinin müəyyən olunması istiqamətində məhkəmənin mövqeyi kifayət qədər əsaslandırılmamışdır. Belə ki, apelyasiya instansiya məhkəməsi “X3” İB-nin xx.xx.2016-cı il tarixli, 199/06-16/E-27/-V nömrəli ekspert rəyində təsbit olunan bazar qiymətinin həqiqiliyini reallığa uyğun hesab etmiş, iddiaçılara məxsus torpağın hər 0.01 ha sahəsinin bazar qiymətini 20.000 manatdan qəbul edilməsini ağlabatan və bu hesabla iddiaçıların hər birinə real zərərin əvəzi olaraq 120.000 manat ödənilməsini ədalətli hesab etmişdir. Lakin, bu zaman apellyasiya instansiya məhkəməsi iş materiallarında olan digər ekspert rəylərini qiymətləndirmədən sübut kimi qəbul etdiyi ekspert rəyinin həqiqətə uyğunluğunun nədə ifadə olunduğunu əsaslandırmamışdır. e) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
25. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1336/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) iddiaçılar və cavabdehin apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1523/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Ap elyasiya instansiyası hesab etmişdir ki, iddiaçıların əmlak hüquqlarının pozulduğu vaxtda reallığı əks etdirən və dövlətin maliyyə şiyasətini müəyyən edən bir qurumun, yəni Maliyyə Nazirliyinin mübahisə baş verən dövrdə müəyyən etdiyi qiymət siyasətinə uyğun olaraq iddiaçılara məxsus olmuş və üzərində məktəb binası inşa edilmiş torpaq sahələrinin hər 1 sotu (100 kv.m) üçün 10.000 manatın (0.06 ha üçün 60.000 manat) hər iki cavabdehdən müştərək qaydada tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
27. İddiaçılar apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZ AHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçılar kassasiya şikayətində maliyyə orqanının mütəxəssislərinin ekspertizalarda iştirak etməməsi ilə bağlı məhkəmənin mövqeyi ilə əlaqədar qeyd edirlər ki, mütəxəssislərin iştirakının təmin edilməsi məhkəmənin vəzifəsidir və onların iştirak etməməsi iddiaçının təqsiri hesab oluna bilməz. Məhkəmə bu əsasla ekspert rəyini mötəbər hesab etməmək əvəzinə onların iştirakı ilə yeni ekspertiza təşkil edə bilərdi. Bundan əlavə, məhkəmənin istinad etdiyi Maliyyə Nazirliyinin məktubunda başqa ərazinin qiymətləri qeyd olunub (X6) və həmin ərazi onların mülkiyyətində olan ərazilədən fərqlənir. Həmçinin, AR Prezidentinin xx.xx.2011-ci il tarixli 1452 nömrəli sərəncamında Badamdar qəsəbəsində uşaq baxçası və ümumtəhsil məktəbinin binalarının inşası ilə əlaqədar Maliyyə Nazirliyinə vəsait ayrıldığı qeyd edilmişdir. Əlavə olaraq iddiaçılar qeyd etmişlər ki, məhkəmə tərəfindən notarial alqı-satqı müqavilələrində təsbit olunmuş əmlakın qiyməti də nəzərə alınmamışdır. Belə ki, həmin alqı-satqı müqavilələrində təsbit edilmiş dəyərdən də aşağı kompensasiya məbləği hesablanmışdır. Bundan başqa, işə baxan apellyasiya məhkəməsi 2.000 manat məbləğin mənəvi zərər kimi ödənilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşsa da, nəzərə almamışdır ki, ümumilikdə mübahisə 2011-ci ildən, məhkəmə mübahisəsi isə 2015-ci ildən davam edir. Belə olan halda, 2016-cı il üçün hesablanmış mənəvi zərər məbləğinin 2020-ci il üçün də ağlabatan olması ilə bağlı məhkəmənin nəticəsi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri
29. Cavabdeh və üçüncü şəxs kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
30. Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə və üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə
26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalə tli ödəmək şərti ilə yol verilə bilər.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1.Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, K ASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apelyasiya instansiyası məhkəməsinin qərarı iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
37. Hazırk ı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1336/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarından yalnız iddiaçılar tərəfindən kassasiya şikayəti verildiyindən məhkəmə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı hüquqi qiymətləndirmə aparır.
38. Belə olan halda, hazırkı iş üzrə birgə iddiaçıların mülkiyyətində Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən birgə sahəsi 0.12 ha olan torpaq sahəsinin olması və həmin torpaq sahəsinin də daxil olduğu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində Səbail rayonu İcra Hakimiyyəti tərəfindən uşaq baxçası və ümumtəhsil məktəb kompleksinin inşa edildiyi, əvəzində isə hər hansı kompensasiya ödənilməməsi işin mübahisəsiz hallarına aiddir.
39. Hazırkı halda iddiaçılar tərəfindən mübahisələndirilən məsələ ödənilməli kompensasiyanın məbləği ilə bağlıdır.
40. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin dəyəri ilə bağlı müxtəlif sənədlər vardır: - xx.xx.2007-ci il tarixli AN-İ N ******* saylı və AN-İ N ******* saylı «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi» ilə müəyyən olunur ki, iddiaçılar onlara məxsus torpaq sahəsini 85.300 manata (hər biri) almışlar; - “X9” tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş rəyə əsasən 1 sotun dəyəri 28.000 manat qiymətləndirilmişdir; - AR Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən birinci instansiya sorğusuna cavab olaraq verilmiş xx.xx.2016-cı il tarixli DX-03/05-03422 nömrəli məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsi dövlət ehtiyacları üçün alınmayıb. Laki n müqayisə üçün Bakı-Ələt yolunun 2-4-cü km hissəsinin “X6” yenidən qurulması layihəsi çərçivəsində 1kv.m üçün 100 manat ödənilib (yəni, 1 sot-10.000 manat-red.); - Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza ilə bağlı “X3 İctimai Birliyi” tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ekspert rəyində 1 sotun dəyəri -21.000 manat kimi qiymətləndirilmişdir. - “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ekspert rəyində 1 sotun dəyəri - 32.000 manat qiymətləndirilmişdir; - “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ekspert rəyində 1 sotun dəyəri – 30.000 manat (xx.xx.2018-ci il tarixə) qiymətləndirilmişdir; “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ekspert rəyində 1 sotun dəyəri – 28.000 manat (2011-ci il tarixə) qiymətləndirilmişdi r.
41. Göründüyü kimi, iş materiallarında olan yuxarıda sadalanan sənədlərdə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin dəyəri ilə bağlı müxtəlif qiymətləndirmələr aparılmış və fərqli qiymətlər müəyyən edilmişdir. Əmlakın qiymətləndirilməsinə dair həm rəsmi notarial müqavilələr, həm də müxtəlif ekspert rəyləri olmasına baxmayaraq işə baxan aşağı instansiya məhkəmələri qiymətlərdən ən aşağı olanını, yəni AR Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən verilmiş məktubda müəyyən edilmiş qiyməti seçmiş və onun əsasında kompensasiya məbləği hesablamışlar. Məhkəmənin əsas götürdüyü AR Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən birinci instansiya sorğusuna cavab olaraq verilmiş xx.xx.2016-cı il tarixli DX-03/05-03-422 nömrəli məktubunda qeyd edilmiş qiymət hətta iddiaçıların torpaq sahələrini aldığı 2007-ci il tarixli alqı-satqı müqavilələrində təsbit edilmiş qiymətdən də təxminən 25% aşağıdır.
42. Məhkəmə kollegiyası işdə bir çox qiymətləndirmə rəylərinin mövcudluğunu və həmin rəylərdəki qiymətlərin əsaslı şəkildə bir-birindən fərqləndiyini nəzərə alaraq, iddiaçılara ödəniləcək ədalətli kompensasiya məbləği ilə bağlı məhkəmə araşdırmasının aşağıdakı istiqamətdə aparılmasını daha məqbul hesab edir.
43. İlk növbədə işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 283 nömrəli Sərəncamına əsasən, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihəsinin icrası əlaqədar hər hansı şəxsə məxsus torpaq sahəsinin alınması müqabilində on(lar)a kompensasiya ödənilib-ödənilmədiyi məsələsini araşdırmalıdır. Araşdırma nəticəsində belə hallar müəyyən olunarsa, məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçılara ödənilməli olan kompensasiyanın məbləğinin müəyyən edilməsində analoji qiymətlərin əsas götürülməsi məqbul hesab edilə bilər.
44. Əgər belə bir hal mövcud deyilsə, bu halda, işə baxan apellyasiya instansiyası məhkəməsi 2011-ci il tarixdə həmin ərazi üzrə (Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi) torpaq sahələrinin alqı-satqısna dair bağlanmış notariat müqavilələrini tələb edib tədqiq etməklə, həmin müqavilələrdə təsbit olunmuş qiymətlər əsasında iddiaçıların torpaq sahəsinin orta bazar qiymətini müəyyən edə və həmin qiymət əsasında kompensasiya hesablaya bilər.
45. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər iki halda da iddiaçılara ödəniləcək kompensasiyanın məbləği xx.xx.2007-ci il tarixli AN-İ N ******* saylı və AN-İ N ******* saylı «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»ndə təsbit olunmuş məbləğdən (hər bir torpaq sahəsi üçün - 85.300 manat) aşağı olmamalıdır, əks halda, ədalətli kompensasiya kimi qiymətləndirilə bilməz.
46. Bundan əlavə, iddianın mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların uzun illərdən bəri (təxminən 10 il müddətində) mülkiyyətlərindən məhrum olunması, həmçinin məhkəmə prosesinin uzun illərdən bəri davam etməsi nəzərə alınmaqla iddiaçılar mənəvi zərərə görə ödənilməli olan məbləğin həcmi də işə təkrar baxan apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən nəzərdən keçirilməlidir.
47. Beləliklə, mübahisə nin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilmədiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1336/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.