Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-126/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının “Bakı şəhər X4 Rayonlararası Bölməsi” MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun silinməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “Bakı şəhər X4 Rayonlararası Bölməsi” MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəl irlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı, bundan sonra üçüncü şəxs) “borcunun silinməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-749/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dövlət Sosial Müdafiə Fondu sədrinin 2005-ci il 06 iyun tarixli 254 nömrəli Əmrinin 8-ci bəndinin icrası ilə əlaqədar tərtib edilmiş qarşılıqlı üzləşmə aktları ilə Səbail rayon Profilaktik Dezinf eksiya şöbəsinin 01.04.2005-ci il tarixə cəmi 935.229,9 manat (əsas məbləğ 554.165,1 manat, penya 381.064,8 manat); Qaradağ rayonu Profilaktik Dezinfeksiya İdarəsinin 01.04.2005-ci il tarixə əsas borc məbləği 933.576,9 manat; X2 Profilaktik Dezinfeksiya şöbəsinin 01.04.20015-ci il tarixə cəmi borc məbləği 583.847,4 manat (əsas borc 304.678,0, penya 279.169,4 manat); Yasamal rayon Profilaktik Dezinfeksiya şöbəsinin 01.04.2005-ci il tarixə cəmi borc məbləği 469 527, 1 manat, Həşəratlara qarşı Xüsusi Mübarizə şöbəsinin 01.04.2005-ci il tarixə olan cəmi borc məbləği 643.204,0 manat (286.386,0 manat əsas borc, 356.818,0 manat pensiya ) borc qəbul edilmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05.07.2010-cu il tarixli 52 saylı əmrinə əsasən yaradılmışdır. Adıçəkilən MMC 5 id arənin (Qaradağ rayon Profilaktik Dezinfeksiya şöbəsi, Yasamal rayon Profilaktik Dezinfeksiya şöbəsi, X2 Profilaktik Dezinfeksiya şöbəsi, Səbail rayon Profilaktik Dezinfeksiya şöbəsi və Həşəratlara qarşı xüsusi mübarizə şöbəsi) yenidən təşkili yolu ilə ləğv edilmiş və onların bazasında “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC yaradılmışdır. “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC yeni yaradılan zaman keçmiş 5 idarənin borcunu 737.191,12 manat həcmində qəbul etmişdir.
3. İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi arasında tərtib edilmiş üzləşmə aktına əsasən iddiaçının “Məcburi dövlət sosial sığorta haqları” üzrə 2006-cı ilin 1 yanvar tarixədək yaranmış və 2018-ci ilin 1 aprel tari xədək ödənilməmiş borcu 764.471,53 manat, silinmiş borc məbləği isə 480.849,05 manatdır.
4. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş borcun silinməsi barədə Üzləşmə aktı ilə 31.12.2014-cü il tarixə 13.150,34 manat əsas borc, 2018-ci ilin birinci rübü üçün isə 24.538,12 manat maliyyə sanksiyası borcu qəbul edilmişdir. Eyni zamanda üzləşmə aktında 13.150,34 manat borcun məhkəmə qərarı ilə silindiyi qeyd olunmuşdur.
5. Tərəflər arasında təsdiq edilmiş “Qarşılıqlı üzləşmə aktı” ilə iddiaçının 01.01.2012-ci il tarixə qalıq borcu 751.982,01 manat, məhkəmə qətnaməsinə əsasən rədd olunmuş məbləğ isə 581.102,10 manat olduğu qəbu l edilmişdir.
6. İddiaçı 05 iyun 2018-ci il tarixli məktubla DSMF İri Sığortaedənlərlə İş İdarəsinə müraciət edərək, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli Qanununu rəhbər tutaraq Cəmiyyətin üzərindən 764.471,53 manat borcun tam məbləğdə silinməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 09.07.2018-ci il tarixində cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının üzərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli 1042 VQ saylı Qanununun tələbi əsasında 283.622,48 manat borcun tam məbləğdə sili nməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırmışdır ki, iddiaçı 21.09.2010-cu il tarixinə 737.191,12 manat borc olduğunu qəbul etmişdir. Həmin məbləğin 724.328,33 manat hissəsi sığorta edənlərin hesabatlarında əks olunmuşdur. Yerdə qalan 12.862,79 manat hissə penya məbləği olmuşdur. 05.07.2010-cu il tarixindən 01.04.2018-ci il tarixinə olan borc hissəsi isə 35.709,64 manat təşkil edir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06.03.2018-ci il tarixli Qanuna əsasən DSMF-nin İri Sığortaedənlərlə İş idarəsi tərəfindən iddiaçıya məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş borcun silinməsi barədə üzlə şmə aktı təqdim edilmişdir. Borcun silinməsini nəzərdə tutan məbləğ 01.01.2006-cı il tarixinədək sığortaedənin təqdim etdiyi ən son hesabata görə (hesabatla əlavə olunan dövr 31.12.2005) sığortaedənin borcu 1-ci qrafaya görə 504.846,96 manat, 2-ci qrafaya görə yəni 30.09.2010-cu il tarixinə hesabatla əhatə olunan dövrə 480.849,05 manat, 3-cü qrafada isə 31.03.2018-ci il tarixində hesabatla əhatə olunan dövr kimi 764.471,53 manat göstərilmişdir. Bundan başqa DSMF tərəfindən penyaya da üzləşmə aktı təqdim edilmişdir. Penyaya dair üzləşmə aktında əks olunmuş silinməyə gedən məbləğlərlə razıdırlar və həmin məbləğ iddiaçının 21.09.2010-cu il tarixli hesabatı əsasında tərtib edilmişdir. Adıçəkilən həmin üzləşmə aktında iddiaçının borcu 764.471,53 manat göstərilmişdir. Cəmiyyət 31.12.2005-ci il t arixinə həmin məbləğdən əsas borcun 504.846,96 manat olması ilə razı deyil. Çünki üzləşmə aktına görə Cəmiyyətin 31.12.2005-ci il tarixə olan borcu 708.846,44 manat olmalıdır. DSMF isə onu üzləşmə aktının 1-ci qrafasına görə 504.846,96 manat kimi qeyd edib. Həmin aktın 2-ci qrafasına görə isə 30.09.2010-cu il tarixinə borc 480.849,05 manat deyil, 724.329,33 manat təşkil etmişdir. Bu məbləğ isə müəssisənin hesabatında göstərilib. Halbuki 581.102,10 manat məbləği məhkəmə qərarı ilə 2002-ci ilə müəssisənin üzərindən silinmişdir. Yəni 764.471,53 manatdan silinib 581.102,10 manat (764.471,53581.102,10=183.369,43). Deməli 01.04.2018-ci il tarixinə müəssisənin əsas borcu 183.369,43 manat təşkil edib. Ona görə də DSMF silinməyə təqdim edilən borc məbləği olaraq üzləşmə aktında 283.622,48 manat dey il, 183.369,43 manat göstərməli idi. Vergilər Nazirliyi tərəfindən ən son təqdim edilən iddiaçıya məxsus şəxsi vərəqədə göstərilən borcun 271.038.23 manat olması göstərilir. Lakin, bu borc (764.471,53 manat-408.479,65 manat=283.062.48 manat) onun azalmasına səbəb MMC tərəfindən cari 2018, 2019, 2020-ci illərdə aparılan ödənişlər məqsədilə dövlət büdcəsinə həyata keçirilən öhdəliklər köhnə borcların ödənilməsinə silinir. Halbuki, bu hərəkəti düzgün hesab etmirlər, ona görə ki, 2018, 2019, 2020-ci illərdə ödənilən vəsaitdən işçilərinin sığorta bazasına olan ödənişlər oturmamışdır, əvəzində bu məbləğlər tam həcmdə köhnə borcların silinməsinə xidmət edir. 283.062,48 manat həcmində vəsait isə DSMF tərəfindən silinməyə təqdim edilən əsas borc, penya və maliyyə sanksiyalarından ibarətdir. Silinmə güzəştlərini nəzərdə tutan Sərəncama əsasən iddiaçıdan 408.849,05 manat borc silinmişdir. Penya və maliyyə sanksiyaları 1994-cü ildən 01.04.2018-ci ilədək, şəxsi vərəqədə 283.622,48 manat vəsait haqqında məlumat öz əksini tapır. Vergilər İdarəsi tərəfindən verilmiş bu məlumat, iddiaçının bugünkü günə olan ümumi borcudur. İddiaçı tərəfindən məhkəməyə edilən müraciətdə məhkəmə qərarları ilə yanaşı müvafiq Sərəncamın verildiyi vaxtda həmin qərardan əmələ gələn məbləğin silinməsi yəni tərkibində keçmiş borcun da əks olunduğu cəmi 764.471,53 manat məbləğin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Sərəncama uyğun silinmənin aparıldığı dövrdə ümumi borc məbləği olan 764.471.53 manat məbləğdən silinməsi aparılan məbləğ 480.849,05 manat təşkil etmişdir. Belə olanda ye rdə qalır: 283.622,48 manat. Məhkəmədə sözügedən üzləşmə aktında iddiaçının borcu 764.471,53 manat göstərilmişdir. Silinməmiş borc 199401.04.2018 ci ilə 283.622,48 manat olan borc hissəsidir qalan borcun və məhkəmə qətnamələri ilə rədd olunmuş məbləğlər bu günə qədər borc kimi idarənin şəxsi vərəqəsindədir.
9. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, Qaradağ rayon Profilaktik Dezinfeksiya şöbəsi, Yasamal rayon Profilaktik Dezinfeksiya şöbəsi, Səbail rayon Profilaktik Dezinfeksiya şöbəsi, X3 Profilaktik Dezinfeksiya şöbəsi və Həşəratlara qarşı xüsusi mübarizə şöbələrinin məcburi dövlət sığorta haqları üzrə borcu yarandığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sığortaedənlərlə İş üzrə Departa menti məhkəməyə müraciət etmişdir (2004-2008-ci illər). Məhkəmə qətnamələri ilə iddia tələbi qismən təmin edilmiş, qeyd olunan məhkəmə qərarları öz qanuni qüvvəsini almışdır. Hazırda isə iddiaçı məhkəmə qətnamələrini əsas tutaraq, qətnamə əsasında rədd edilmiş məbləğin şəxsi uçot vərəqəsindən silinmədiyini bildirir. Məhkəmə qərarlarında rədd olunmuş borc məbləğinin silinməsi qeyd olunmadığından hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsində hər hansı düzəlişin aparılması tələbinə dair iddiası əsassızdır. İddiaçı iddia ərizəsinə dəqiqləşmədə məhkəmə qərarları ilə 581.102,10 manat məbləğin müəssisənin üzərindən silindiyini və 01.04.2018-ci il tarixə müəssisənin 183.369,43 manat borcunun qaldığını bildirir. Hansı ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqınd a” 6 mart 2018-ci il tarixli Qanuna və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən “X1 Sistemi”nin Sığorta AS (Hesabat)” alt sistemində “X9”da sığortaedən iddiaçının şəxsi vərəqəsində 06.06.2018-ci il tarixdə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 2015-ci ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya), 2018-ci ilin 01 aprel tarixinədək yaranmış və ödənilməmiş 10.249,00 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) tərtib edilmiş üzləşmə aktlarına əsasən tərəflərin məsul şəxslərinin imzasi və möhürü ilə təsdiq edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən silinmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilmiş silinmələr məhkəmə qətnamələri əsasında deyil, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən həyata keçirilmişdir. Hazırki mübahisə üzrə iddiaçının silinməsini tələb etdiyi borc məbləği məhkəmə tərəfindən iddia müddəti tətbiq edildiyi üçün sosial sığorta orqanının xeyrinə tutulmamışdır. Sosial sığorta qanunvericiliyində isə həmin borcun silinməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Göründüyü kimi, məhkəmə qətnamələri ilə iddia müddətinin tətbiq edildiyi məbləğin silinməsi üçün qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsində birbaşa olaraq qeyd edilmişdir ki, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06.03.2020-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, rəyin t ədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan sənədlərə (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəli, məhkəmə qətnamələri, üzləşmə aktları və B1 hesabatları və s.) əsasən illər üzrə borc aşağıdakı kimi olmuşdur, o cümlədən: 1) 1994- 01.01.2006-cı ilə olan ümumi borc məbləği-708.846,44 manat (451.260,76 manat əsas borc, 257.585,68 manat penya və maliyyə sanksiyası); 2) 01.01.2006-cı ildən 30.09.2010- cu ilə qədər ümumi borc737.190,92 manat (455.967,86 manat əsas borc, 281.223,06 manat penya və maliyyə sanksiyası); 3) 30.09.2010-cu il tarixindən 01.04.2018-ci ilə qədər ümumi borc 789.009,45 manat (495.545,04 manat əsas borc, 293.464,41 manat penya və maliyyə sanksiyası); 4) 1994-cü il tarixindən 01.01.2018-ci ilə qədər ümumi borc-768.117,73 manat.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 09.09.2020-ci il tarixli məktubda göstərilmişdir ki, tərəflərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018ci il tarixli Qanuna və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “X9”da sığortaedən iddiaçının şəxsi vərəqəsindən 06.06.2018-ci il tarixdə 2006-cı il 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 2015-ci ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya), 2018-ci ilin 01 aprel tarixinədək yaranmış və ödənilməmiş 10.249 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) tərtib edilmiş üzləşmə aktlarına əsasən tərəflərin məsul şəxslərinin imzası və möhürü ilə təsdiq edilərək silinmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)-53/2020 saylı iş) 29 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının üzərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli 1042 VQ saylı Q anununun tələbi əsasında 283.622,48 manat borcun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli Qanuna və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən iddiaçının şəxsi vərəqəsindən 06.06.2018-ci il tarixində 2006-cı il 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hes ablanmış penya), 2018-ci ilin 1 aprel tarixinədək yaranmış və ödənilməmiş 10.249 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir ki, bununla da borcların silinməsi ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur.
14. Cavabdeh və üçüncü şəxs apelyasiya şikayətləri verərək iddia tələbinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7məruzəçi, X6 və X8, 2-1(103)-749/2021 saylı iş) 20 aprel 2021-ci il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətləri təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, hazırkı iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında rədd olunmuş borc məbləğinin silinməsi qeyd olunmadığından, həmçinin, silinmiş borc məbləği məhkəmə qərarı ilə deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair" Təlimatına həyata keçirildiyindən və hazırda qüvvədə ol an qanunvericilik normalarına əsasən vergi orqanlarına müəssisənin məcburi dövlət sosial sığorta haqlarının “vaxtın keçməsi səbəbi ilə silinməsi" səlahiyyəti və ya vəzifəsi verilmədiyindən hazırkı iddia tələbi təmin edilə bilməz.
17. İddiaçı 24 sentyabr 2021-ci il tarixdə qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
18. Apelyasiya instansiyasının bu mövqeyi ilə mövcud iddia predmeti arasında səbəbli əlaqə belə mövcud deyildir. Məhkəmənin gəldiyi qənaət onun mübahisənin mahiyyətindən xəbərsiz olduğunu deməyə əsas verir. İş üzrə hazırda öz qanuni qüvvəsini almış məhkəmə qərarları var. Həmin qərarlarla MMC-nin üzərində ol an borclar rədd olunmuşdur. Həmin qərarlarda borcların silinməsi müəyyən edilmədiyindən DSMF-nin mövqeyi budur ki, borc rədd oluna bilər, lakin, silinməsi üçün mütləq məhkəmə qətnaməsi olmalıdır. Həmin iddia tələbi ilə də iddiaçı məhkəməyə müraciət etmişdir. Mübahisənin yaranmasına səbəb elə bu rədd olunma məbləğinin vaxtında silinməməsindən qaynaqlanır. Çünki, əgər vaxtında həmin məbləğlər silinsəydi “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06.03.2018-ci il tarixli Qanunun qəbulu tarixinə MMC-yə tətbiq edilmiş güzəştlər (Həmin qanunun 3-cü maddəsində qeyd edilir ki: 3,0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir. İddiaçı müəssisə 03.05.2018-ci il tarixində 1138.78 manat həcmində maliyyə sanksiyasının ödənişini etdiyindən, yəni 11.387,78 manat borc məbləğinin 10 faizini ödədiyindən (1138.78 manat məbləği) bu maddənin tələbi ona şamil edilməlidir. Ödənişin edilməsini isə 03.05.2015-ci it tarixli 555 saylı Ödəniş Tapşırığı adlı sənəd təsdiq edir. Həmin qanunun 4-cü maddəsində qeyd edilir ki, bu Qanunun 1 -ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir) üzrə hesablanmış məbləğlər düzgün hesablanardı. Lakin, məhkəmə qətnamələri ilə rədd edilmiş məbləğlərin MMC-nin B1 hesabatlarında qalması qeyd edilən Sərəncamın tətbiqi zamanı düzgün hesablamamaya gətirib çıxarmışdır. Beləliklə, də iddiaçı tərəfindən haqlı olaraq 2 tələb qaldırılmışdır. Birinci tələb rədd edilmiş məbləğlərin silinməsi, ikinci tələb isə qeyd edilən Sərəncamın tətbiqi zamanı hesablama səhvinə yol verilərək düzgün silinmənin aparılmaması. Elə bu səbəbdən də iş üzrə müvafiq mühasibatlıq ekspertizası təyin edilmiş və həqiqətən də məlum olmuşdur ki, cavabdeh orqan tərəfindən qeyd edilən qanunun icrası ilə əlaqədar tətbiq edilən silinmə düzgün hesablanmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh və üçüncü şəxs kasasiya şikayətinə qarşı etirazlar təqdim edərək kasasiya şikayətinin təmin edilməməsi və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq 20. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə
1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə
2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulma sına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Maddə
3. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların tənzimlənməsi 3.0. Bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzin də həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Maddə
4. Yekun müddəa Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil e dilir.
21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən m əhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası m əhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayət in mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.
25. Hazırkı mübahisə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun tələbi əsasında 283.622,48 manat borc məbləğinin tam məbləğdə silinməsi ilə bağlıdır.
26. İddiaçı hesab edir ki, mübahisə olunan məbləğ borcların silinməsi haqqında qanunun təsir dairəsinə düşdüyündən iddia tələbində qeyd edilən məbləğ onun şəxsi hesabında əks edilə bilməz.
27. Cavabdehin dəlillərinə görə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun təsir dairəsinə düşən əsas borc və maliyyə sanksiyası onun tərəfindən silinmişdir. Mübahisə olunan məbləğin silinməsi üçün əsas olmamışdır.
28. Apelyasiya instansiyası məhkəməsi tərəflərin dəlilləri ilə bağlı araşdırma aparmamış, iddia tələbində silinməsi tələb olunan məbləğin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun təsir dairəsinə düşüb-düşmədiyini müəyyən etməmiş, bununla bağlı ekspert qarşısında konkret suallar qoyulmamışdır.
29. İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi arasında tərti b edilmiş üzləşmə aktından görünür ki, iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş borcu 764.471,53 manat, silinmiş borc məbləği isə 480.849,05 manatdır. 30. 764.471,53 manat-480.849,05 manat=283.622,48 manat məcburi dövlət sosial sığorta haqlarının silinməsi hazırkı iddianın predmetini təşkil edir. 31. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 32. 283.622,48 manat məcburi dövlət sosial sığort a haqlarının hansı hissəsinin (tam və ya qismən) 1 yanvar 2006-cı ilə qədər yaranmış və 1 aprel 2018-ci ilə qədər ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borc olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. 33. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 2-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 34. 283.622,48 manat məcburi dövlət sosial sığorta haqlarının hansı hissəsinin (tam və ya qismən) 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 20 18-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borc olması məhkəmə tərəfindən müəyyən edilməmişdir.
35. İşdə olan çoxsaylı məhkəmə qətnamələrindən görünür ki, məcburi dövlət sosial sığorta haqlarının tutulması ilə bağlı iddiaçı və ona qədər fəaliyyət göstərmiş hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələri olmuşdur. 36. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 4-cü maddəsinə görə bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.
37. Apelyasiya instansiyası məhkəməsi həmin qətnamələrlə müəyyən edilmiş hansı məblə ğdə borcların “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 4-cü maddəsinin təsirinə düşməsi ilə bağlı araşdırma aparmamışdır.
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 6 mart 2020-ci il tarixli ekspert rəyində illər üzrə borc aşağıdakı kimi müəyyən olmuşdur, o cümlədən: 1) 1994-01.01.2006-cı ilə olan ümumi borc məbləği708.846,44 manat (451.260,76 manat əsas borc, 257.585,68 manat penya və maliyyə sanksiyası); 2) 01.01.2006-cı ildən 30.09.2010-cu ilə qədər ümumi borc-737.190,92 manat (455.967,86 manat əsas borc, 281.223,06 manat penya və maliyyə sanksiyası); 3) 30.09.2010-cu il tarixindən 01.04.2018-ci ilə qədər ümumi borc 789.009,45 manat (495.545,04 manat əsas borc, 293.464,41 manat penya və maliyyə sanksiyası); 4) 1994cü il tarixindən 01.01.2018-ci ilə qədər ümumi borc-768.117,73 manat.
39. Məhkəmə kollegiyası vurğulayır ki, ekspert rəyində “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 2-ci maddəsinin tələbinə uyğun iddiaçının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclar göstərilməmişdir, yə bununla bağlı məhkəmə tərəfindən ekspertiza qarşısında sual qoyulmamışdır.
40. Ekspert rəyinə görə iddiaçının 1 yanvar 2006-cı il tarixə əsas borcu 451.260,76 manat, penya və maliyyə sanksiyası 257.585,68 manat, cəmi borcu 708.846,44 manat (1-ci sualın cavab ı), 1 yanvar 2006-cı ildən 30 sentyabr 2010-cu il tarixə qədər penya və maliyyə sanksiyası 281.223,06 manat (2-ci sualın cavabı) təşkil edir. Rəy əsas götürülərsə, bu borclar ümumilikdə 990.069,50 manat təşkil edir və bu məbləğ yuxarıda adı çəkilən Qanunun təsiri altına düşür, hələ nəzərə alınsa ki, Qanuna görə 2015-ci ilin yanvar ayının 1-nə qədər ödənilməmiş penya və maliyyə sanksiyası silinir, lakin rəydə 2015-ci ilin yanvar ayının 1-nə qədər deyil, 30 sentyabr 2010-cu il tarixə qədər olan penya və maliyyə sanksiyası müəyyən edilmişdir.
41. Lakin ekspert rəyində 1 yanvar 2006-cı il tarixə qədər olan 257.585,68 manat penya və maliyyə sanksiyası həm də 1 yanvar 2006-cı ildən 30 sentyabr 2010-cu il tarixə qədər penya və maliyyə sanksiyasına hesablanmış 281.223,06 manata daxildirmi? Ümumili kdə 1 yanvar 2015-ci ilə qədər olan və Qanuna əsasən silinməli penya və maliyyə sanksiyasının məbləği nə qədərdir?
42. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi işdə olan digər sübutlarla birlikdə əlaqəli şəkildə tədqiq edilməli, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna uyğun iddia tələbi yoxlanılıb həllini tapmalıdır.
43. Bəhs olunanlara əsasən kasasiya şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməli, apelyasiya instansiyası məhkəməsində əhəmiyyətli sayda sübutların araşdırılması tələb olunduğundan iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir.
44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-749/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.