Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-126/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “iddiaçıya təyin edilmiş əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2014/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının “İlkin müayinədən keçən əlillər üçün” xx.xx.2009-cu il tarixli arayışına əsasən, İddiaçı hərbi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ikinci qrup əlillik müəyyən edilmiş, növbəti müayinə tarixi xx.xx.2010cu il tarixinə təyin olunmuşdur. 2. 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2010-cu, 2011-ci, 2012-ci illərdə, 3 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2013-cü, 2014-cü və 2015-ci illərdə verilmiş “Təkrar müayinədən keçən əlillər üçün” müvafiq arayışlara əsasən, İddiaçı hərbi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar təkrar ikinci qrup əlillik müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (6 saylı Tibbi Sosial Ekspert Komissiyasının) xx.xx.2016-ci il tarixli qərarına əsasən, təkrar müayinə zamanı iddiaçıya hərbi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmiş və növbəti müayinə xx.xx.2021-ci il tarixinə təyin edilmişdir.
4. Cavabdeh tərəfindən 19.2.2021-ci il tarixdə əlavə müayinəyə və ixtisaslaşmış müəssisədə müalicəyə ehtiyacın olması səbəbi ilə iddiaçının əlillik dərəcəsinin müə yyən olunmasından imtina edimişdir.
5. İddiaçının Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəsinə dair məlumata əsasən, hərbi xidməti vəzifəsinin yerinə yetirməsi ilə əlaqədar iddiaçıya xx.xx.2021-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 19 mart 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona təyin edilmiş əlillik dərəcəsinin xx.xx.2021-ci ildən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş et mişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2009-cu il tarixdə sol bud sümüyünün posttravmatik xroniki ostemieliti, tez-tez kəskinləşmələrlə, dağınıq üzvi vegetativ damar təzahürləri və kəllə daxili hipertenziya ilə müşahidə olunan QKBT-nın qalıq əlamətləri, asteno-nevrotik vəziyyət diaqnozu ilə ona ikinci dərəcə əlillik təyin edilmişdir. 2009-cu ildən 2016-ci ilədək ona əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Forma 88) göndərilmişdir. Ağentlik xx.xx.2021-ci il tarixdə əlavə müayinəyə və ixtisaslaşmış müalicəyə ehtiyac olmasını əsas gətirərək onun əlillik dərəcəsinin uzadılmasından imtina etmişdir. Ona 2009-cu il tarixdə əlillik dərəcəsi qanunvericilik normalarına uyğun təyin edildiyindən, 12 ildən ç ox eyni xəstəlikdən əziyyət çəkdiyindən, qanunvericilik normalarına əsasən ikinci dərəcəli əlilliyi olan şəxslərə əlillik 10 il fasiləsiz olaraq təyin olunduğu hallarda əlillik dərəcəsi müddətsiz təyin edildiyindən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri əsassız hesab olunmalı, onun əlillik dərəcəsi bərpa olunmalı və ona ömürlük əlillik dərəcəsi təyin edilməlidir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb İdarəsi poliklinikasının 5126003AACY saylı göndərişinə əsasən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “X1: Xİİİ sinif-sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstlikləri. M80-M94 ostepartiyalar və xondropartiyalar. M8 6-M90 digər ostepartiyalar. M86–osteomielit. M86.8 digər osteomielit...Diaqnozun mətni osteomielit, sol bud sümüyünün posttravmatik osteomieliti (funksiyasının mülayim pozulması ilə), tez-tez kəskinləşmələrlə. Dağınılıq üzvi, vegetativ-damar təzahürləri və kəllədaxili hipertenziya ilə müşahidə olunan QKBT-nın uzaq qalıq əlamətləri. Kəllədaxili travma. Prostatit vəzinin hiperplaziyası, Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması: səbəb əlavə müalicə, əlavə ixtisaslaşmış müalicə təyin edilir səbəbi ilə imtina verilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5156/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyin xx.xx.2021-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Res publikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə növbəti müayinə zamanı iddiaçının əlilliyinin təsdiq edilməsindən, onun əlavə müalicəyə ehtiyacının olması səbəbindən imtina olunmuşdur. Halbuki iddiaçıya 2009-cu ildən ikinci dərəcə əlillik fasiləsiz 10 ildən artıq müddət ərzində təyin olunduğu üçün, qanunvericiliyinin tələbinə əsasən ona müddətsiz əlillik təyin edilməli idi.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2014/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)5156/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il m üddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Lakin, göründüyü kimi həmin bənddə əlilliyin 10 (on) il fasiləsiz davam etməsi halında əlilliyin avtomatik olaraq müddətsizə çevrildiyi qeyd edilməmişdir. Yəni, iddiaçının əlillik müddəti bitmiş və o, yenidən əlillik dərəcəsinin təyin edilməsi üçün müraciət etmişdir. İlkin müraciətdə ona imtina edilsə də, daha sonra keçirilmiş əyani müayinə əsasında müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Hər iki müraciət zamanı vətəndaşın həmin xəstəlikdən əziyyət çəkməsi məsələsinə gəldikdə isə, əlillik təyinatı qanunvericiliyin tələblərinə müvafiq olaraq elektron qaydada göndərilmiş göndərişlər əsasında aparılır. Lak in, iddiaçıya imtina verilməsinə və əlillik təyinatının aparılmasına əsas olmuş göndərişlər fərqlidir. Beləliklə, Agentlik tərəfindən əlillik təyinatının həyata keçirilməsi istiqamətində hər hansı qanunazidd hərəkət və hərəkətsizliyə yol verilməmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;... Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 18. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı Bənd 1.1. Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymə tləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Bənd 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Bənd 4.2. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Bənd 4.8. TSEK-ə göndərişin forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir. Bənd 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür. Bənd 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə ( göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Bənd 4.9-2. Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir; Bənd 4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 19. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülah izələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat alm aq hüququna malikdirlər.
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhk əmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhk əmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əlilliyinin bərpası ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymət ləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının sağlamlıq vəziyyəti ilkin olaraq 2009-cu ildə cavabdeh tərəfindən qiymətləndirilmiş, ona ikinci dərəcə əlillik təyin edilmişdir. Sonradan 2009-cu ildən 2016-ci il tarixədək iddiaçının sağlamlıq vəziyyəti hər il cavabdeh tərəfindən yenidən qiymətləndirilərək ona hər dəfə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə 2016-ci ildə iddiaçıya 5 il müddətinə (xx.xx.2021-ci-ci il tarixədək) İİ dərəcə əlillik təyin olunmuşdur. Lakin həmin müddət bitmədən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya münasibətdə keçirilmiş müayinə zamanı ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bununla belə, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının sağlamlıq vəziyyəti yenidən qiymətləndirilmiş və nəticədə iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması barədə yeni qərar (inzibati akt) qəbul olunmuşdur.
30. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya əlilliyin təyin olunması b arədə cavabdehin 2016-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur və bu mənada cavabdeh yalnız həmin müddət bitdikdən sonra iddiaçının əlilliyini yenidən qiymətləndirə bilərdi. Belə ki, şəxsə təyin olunmuş əlilliyin müəyyən olunmuş müddətdən əvvəl qiymətləndirilməsinə və qiymətləndirmənin nəticəsi barədə yeni qərarın qəbuluna yalnız yeni açılmış halların aşkar olunduğu və bununla bağlı qüvvədə olan qərarın ləğv olunaraq yeni açılmış hallar üzrə icraatın təzələndiyi təqdirdə yol verilir. Hazırkı mübahisəyə münasibətdə həmin qaydaya cavabdeh tərəfindən əməl edildiyi iş üzrə materiallardan görünmür.
31. Eyni zamanda həm də nəzərə almaq lazımdır ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunmasına rəğmən, xx.xx.2021-ci il tarixdə yenidən müayinə nəticəsində ona müddətsiz ikinci dərəcə əlillik təyin olunmuşdur. Yəni iddiaçıya təyin olunmuş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra, onun sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixdə təkrar qiymətləndirilmiş və əlilliyi yenidən müəyyən olunmuşdur.
32. Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanunun 3.3-1-ci maddəsinə görə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçı onun əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən bərpa olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Od ur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2014/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.