Məhkəmə qərarları › İş №2-1(102)-126/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-126/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-126/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) 06.03.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələb inə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2-1(103)-1340/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur.

2. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 350 nömrəli arayışda qeyd edilmişdir ki, İnəkboğan kənd Xalq Deputatları Sovetinin Təsərrüfatbaşına kitablarının qeydinə əsasən iddiaçı 1977, 1978, 1979-cu illərdə kolxozçu, 1980, 1981, 1982-ci illərdə fəhlə işləmişdir.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətini n Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, 05. 07.1995-ci ildə Gədəbəy rayon İnəkboğan kəndinin sabiq “Frunze” adına kolxozunun idarə binasında yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı bina, binada olan əşyalar və sənədlər yanıb məhv olmuşdur. Əsas: Gədəbəy rayon İnəkboğan kəndi İƏV-nin xx.xx.2002-ci il tarixli aktı. 4. xx.xx.1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı “Leninneft” Neft və Qazçıxarma İdarəsində (sonradan “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsi adlandırılmışdır) xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək İstehsalatın avtomatlaşdırılması sexində elektrik avadanlıqlarının xidməti üzrə elektrik monty oru, xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Quyuların yeraltı və əsaslı təmiri sexinin 4-cü sahəsində quyuların yeraltı təmiri üzrə operator, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək həmin sexin xüsusi texnika qrupunda mexanik, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Quyuların yeraltı təmiri sexinin xüsusi texnika qrupunda mexanik, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək həmin sexin xüsusi texnikanın təmiri və xidməti üzrə qrupunda mexanik, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək həmin sexin 2 nömrəli sahəsində mexanik, xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək həmin sexin xüsusi texnikanın təmiri və xidməti üzrə qrupunda mexanik, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Quyuların yeraltı təmiri sexində mexanik, xx.xx.2007-ci il tarixdən xx.xx.2009cu il tarixədək Xüsusi texnika sexində mexanik, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək həmin sexdə mühəndis işləmişdir. xx.xx.2012-ci il tarixdən hal-hazıradək “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında xüsusi texnika sahəsində mühəndis işləyir. 5. “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilədək “Leninneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə operator; xx.xx.1989cu ildən xx.xx.2007-ci ilədək Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı və əsaslı təmiri i şlərində mexanik vəzifəsində işləyib. Quyuların yeraltı təmiri üzrə operator peşəsi, mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cu il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsinin “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2 ”a” və “b” bəndlərinə əsasən, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. 6. “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı “Leninneft” Neft və Qazçıxarma İdarəsinin Quyuları əsaslı və yeraltı təmiri sexində xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilədək quyuların yeraltı təm iri üzrə operator peşəsində, xx.xx.1989-cu ildən xx.xx.2007-ci ilədək quyuların yeraltı və əsaslı təmiri işlərində mexanik vəzifəsində işləyib. Bu peşə və vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bölməsinin “a” və “b” bəndlərinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 12-ci (Xİİ) bölməsinin “Qazma, neftin, qaz və qaz konden satlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” 2-ci hissəsinin (********) “Neft-qaz və qaz kondensatının hasilatı” “a” və “b” bəndlərində “quyuların yeraltı təmiri üzrə operator” peşəsi 2130200a-15870, “mexanik” vəzifəsi 2130200b-23485 (“neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, laylarının neft verməsinin yüksəldilməsi üzrə işlərində məşğul olan mexaniklər”) kodu ilə göstərilmişdir. Həmin peşə və vəzifə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verir.

7. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir.

8. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neft, qaz və qaz kondensatının hasilatı” bölməsinin (10.2) “rəhbərlər və mütəxəssislər” (b) yarımbölməsində “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər ” peşələri nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi xx.xx.1980-ci il tarixli əmək kitabçasında onun xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Balaxanıneft” NQÇİ-də xüsusi texnikanın təmiri sexində mexanik vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının adıçəkilən müəssisədə işlədiyi xüsusi texnikanın təmiri sexi yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı işləri, (neft-qaz mədənləri), quyuların yeraltı və əsaslı təmiri işləri, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az (6 il 3 ay 5 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.198 1-ci il və xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı xx.xx.2019-cu ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Çünki onun 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi stajı var. Belə ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neft, qaz və qaz kondensatın hasilatı” bölməsinin (10.2) “rəhbərlər və mütəxəssislər” (b) yarımbəndində “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər” vəzifələrində işlədiyindən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır.

11. C avabdeh iddiaya qarşı etirazında imtina məktubundakı dəlillərini təkrarlamışdır.

12. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 04 noyabr 2022-ci il tarixli, 2-1(112)-10817/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajının olmasına, bu halların məhkəmə araşdırması zamanı öz təsdiqini tapmasına, iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Apellyasiya instansiyası məhkəməsinin sorğularına cavab olaraq SOCAR “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, SOCARın xx.xx.2011-ci il tarixli, 197 nömrəli “Balaxanıneft” Neft və Qazçıxarma idarəsinin ləğv edilməsi haqqında” əmri ilə “Azneft” İB-nin təşkilati strukturuna daxil olan “Balaxanıneft” NQÇİ xx.xx.2012-ci il tarixdən ləğv edilib və həmin əmrin 3.8-ci bəndinə uyğun olaraq, NQÇİ-nin sənədləri saxlanmaq üçün SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinə təhvil verilmişdir. “Balahkanı Operating Companiy LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2021-ci il tarixli arayışında qeyd edilir ki, iddiaçının işlədiyi peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 10-cu (X) “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsinə uyğundur. Lakin “Balaxanıneft” NQÇİ-nin istismar etdiyi quyular quruda yerləşdiyinə görə bu idarədə işləmiş işçilərin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə olan iş stajının 1 nömrəli Siyahı üzrə “dəniz neftçisi” kimi nəzərə alınması müvafiq qərarın tələblərinə uyğun deyil. “Balaxanıneft” NQÇİ-nin quruda yerləşən təşkilat olduğu nəzərə alınaraq, “Azneft” İB-nin xx.xx.2022-ci il tarixli məktubunda iddiaçının işlədiyi peşələrdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 12-ci (Xİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində nəzərdə tutulan peşələrlə (vəzifələrlə) eynilik təşkil edən peşələr və həmin peşələrdə işləd iyi dövr “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən əmək stajı” olaraq qeyd edilmişdir. İddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Balaxanıneft” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmiri sexinin Xüsusi texnika qrupunda, Quyuların yeraltı təmiri sexinin Xüsusi texnika qrupunda, həmin sexin Xüsusi texnikanın təmiri və xidməti üzrə qrupunda, Quyuların əsaslı və yeraltı təmiri sexinin Xüsusi texnikanın təmiri və xidməti üzrə qrupunda mexanik vəzifəsində işlədiyi dövrdə qrupun adından göründüyü kimi, o, xüsusi texnikaların təmiri işlərində məşğul olmuşdur. Lakin 2 nömrəli Siyahının 12-ci (Xİİ) bölməsinin 2-ci yarımbölməsində “neft qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər nəzərdə tutulmuşdur. 2 nömrəli Siyahının 12-ci (Xİİ) bölməsinin 2-ci yarımbölməsində xüsusi texnikaların təmiri və xidməti ilə məşğul olan mexaniklər nəzərdə tutulmadığına görə “Azneft” İB-nin xx.xx.2022-ci il tarixli “Sorğunun cavablandırılması haqqında” məktubunda iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xüsusi texnika qrupunda mexanik vəzifəsində işlədiyi dövr “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr”də əmək (sığorta) stajı olaraq nəzərə alınmamışdır. İddiaçının “Balaxanıneft” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmiri sexində xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tari xədək (5 il 9 ay) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 12-ci (Xİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a— 15870 kodu ilə qeyd edilmiş “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsi ilə, Quyuların yeraltı təmiri sexində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək (1 il 5 ay) işlədiyi mexanik vəzifəsi həmin yarımbölmədə 2130200b—23485 kodu ilə qeyd edilmiş “quyuların yeraltı və əsaslı təmiri işlərində məşğul olan mexaniklər” vəzifəsi ilə eynilik təşkil edir.

16. Həmin sorğuya cavab məktubuna SOCAR Baş ofisinin Mərkəzi Arxivində saxlanılan iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xüsusi texnika qrupunda mexanik vəzifəsində işlədiyi dövrlərə aid əmrlərin, SOCAR Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışının surəti də əlavə olunmuşdur.

17. Həmçinin SOCAR Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında iddiaçının “Balaxanıneft” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmiri sexinin (Quyuların yeraltı təmiri sexinin) “Xüsusi texnika qrupunda” və “Xüsusi texnikanın təmiri və xidməti qrupunda” xx.xx.1989-c u il tarixdən xx.xx.2006-cı il tarixədək, Quyuların yeraltı təmiri sexində isə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək mexanik vəzifəsində işlədiyi qeyd edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 10 iyul 2023-cü il tarixli, 2-1(103)-1340/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi – 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanm ışdır. Lakin iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunundan görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün onun zərərli iş stajının qanunla tələb olunan 12 il 6 ay olması inzibati orqan tərəfindən mübahisələndirilir və ona istinad olunur ki, iddiaçının xx.xx.1989-xx.xx.2006-cı illər ərzində işlədiyi “Balaxanıneft” NQÇİ-də “xüsusi texnikanın təmiri sexi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neft, qaz və qaz kondensatının hasilatı” bölməsinin (10.2) “rəhbərlər və mütəxəssislər” (b) yarımbölməsində “neft, qaz və qaz kondensa tı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi” sahəsinə aid deyildir.

20. İşə birinci instansiya qaydasında baxılarkən “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, iddiaçının “Balaxanıneft” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmiri sexində xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək (5 il 9 ay) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa g örə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 12-ci (Xİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a15870 kodu ilə qeyd edilmiş “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsi ilə, Quyuların yeraltı təmiri sexində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək (1 il 5 ay) işlədiyi mexanik vəzifəsi həmin yarımbölmədə 2130200b-23485 kodu ilə nəzərdə tutulmuş “quyuların yeraltı və əsaslı təmiri işlərində məşğul olan mexaniklər” vəzifəsi ilə eynilik təşkil edir. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş peşə və vəzifələr üzrə ümumi iş stajı 7 il 2 aydır.

21. Həmçinin işə birinci instansiya qaydasında baxılarkən “Balakhanı Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, iddiaçının işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi və mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gös təricilərin Siyahısı”nın 10-cu bölməsinin “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2 “a” və “b” bəndlərinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir.

22. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixə qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajının olması ilə bağlı sadalanan arayışlar arasında ziddiyyətli məqamlar mövcud olmuşdur. Həmin ziddiyyətin aradan qaldırılması məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq sorğular verilmişdir.

23. SOCAR Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışındakı qeydlərə əsaslanaraq “Azneft” İB-nin xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarında iddiaçının “Balaxanıneft” NQÇİ-nin Quyuların yeraltı təmiri sexində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək (1 il 5 ay) işlədiyi mexanik vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 12-ci (Xİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200b— 23485 kodu ilə qeyd edilmiş “quyuların yeraltı və əsaslı təmiri işlərində məşğul olan mexaniklər” vəzifəsi ilə eynilik təşkil etdiyi qeyd edilmişdir. İddiaçının “Balaxanıneft” NQÇİnin Quyuların yeraltı və əsas lı təmiri sexinin (Quyuların yeraltı təmiri sexinin) “Xüsusi texnikanın təmiri və xidməti qrupunda” xx.xx.1989-cu il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 12-ci (Xİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində, 28-ci (XXVİİİ) “Nəqliyyat” və 33-cü (XXXİİİ) “Ümumi peşələr” bölməsində nəzərdə tutulmuş peşələrlə e ynilik təşkil etmir.

24. Göründüyü kimi, iddiaçının xx.xx.1989-xx.xx.2006-cı il tarixləri dövründə “Balaxanıneft” NQÇİ-də Quyuların yeraltı və əsaslı təmiri sexinin (Quyuların yeraltı təmiri sexinin) “Xüsusi texnikanın təmiri və xidməti qrupunda” işlədiyi “mexanik” vəzifəsi ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas verən yuxarıda adı çəkilən Siyahıda sadalanan zərərli peşə olaraq zərərli istehsalat sahəsində həyata keçirilmədiyi üçün iddiaçıya tələb etdiyi növdə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür.

25. Buna görə də, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərd ə çalışanlara yaşa, qocalığa görə güzəşt şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə tələb əsassız olduğundan rədd edilməlidir.

26. Göründüyü kimi, apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün cavabdeh apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur.

27. İddiaçı kassasiya şikayəti v erərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

28. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçin in əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə p ensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 (hazırda qüvvədə olan redaksiyada). Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə ya şa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 21300000 – Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı 21302000 –

2. Neft-qaz və qaz kondensatının hasilatı 2130200a – a) fəhlələr 2130200a—15870 – quyuların yeraltı təmiri üzrə operatorlar 2130200b – b) rəhbərlər və mütəxəssislər 2130200b—23485 – neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların nef t verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər

34. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı

2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi M addə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barəd ə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olara q yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələ rinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

42. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

43. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi z əruri hesab edir. 44. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

45. Bu qərarın 30 və 32-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siya hıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanması.

46. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud deyildir. Belə ki, iddiaçının 2006-cı il yanvarın 1-dək qanunvericiliklə tələb olunan və güzəştli pensiya hüququ verən 12 il 6 ay iş stajını topladığı iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, iddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişd ir.

47. İddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Balaxanıneft” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmiri sexinin Xüsusi texnika qrupunda, Quyuların yeraltı təmiri sexinin Xüsusi texnika qrupunda, həmin sexin Xüsusi texnikanın təmiri və xidməti üzrə qrupunda, Quyuların əsaslı və yeraltı təmiri sexinin Xüsusi texnikanın təmiri və xidməti üzrə qrupunda işlədiyi vəzifənin və sahənin müvafiq siyahıda nəzərdə tutulmuş vəzifə ilə eynilik təşkil etdiyi və sahəyə uyğun olduğu mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. Bununla bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hallar iş üzrə apellyasiya icraatı zamanı müəyyən edilməmiş, iddiaçı tərəfindən isə bu nun əksini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

48. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Bu zaman həmçinin işçinin məşğul olduğu peşənin və həmin peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

49. Beləliklə, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabde hin imtinası qanuni və əsaslı olmuşdur.

50. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 21(103)-1340/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar