Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1260/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr; torpaq sahəsinə və orada yerləşən çilingər sexinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili İbrahim Ağamovdan, cavabdeh in vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və orada yerləşən çilingər sexinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-125/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qu ba rayon Şöbəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə verilmiş JN-10xx xxx 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Quba rayon Şöbəsinin xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Quba şəhəri ərazisində yerləşən 0,01 ha torpaq sahəsinə və orada yerləşən çilingər sexinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçək mə Komitəsinin Quba rayon şöbəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə verilmiş JN-10xx xxx 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən 0,01 ha torpaq sahəsinə dair hüquqları dövlət torpaq reyestri kitabında qeydə alınmışdır. Qeyd olunan Dövlət Aktından əlavə 0,01 ha torpaq sahəsində müvafiq qaydada icazə almaqla layihə-smeta tərtib edilməklə inşa etdiyi 45 kv.metr ümumi sahədən ibarət çilingər sexinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Quba rayon Şöbəsi tərəfindən xx xxxxxxxx 2003-cü il tarixdə 1 saylı reyestr kitabında 77 səhifədə 308 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan Dövlət Aktına və Qeydiyyat vəsiqəsinə əsasən 0,01 ha torpaq sahəsinə və orada yerləşən çilingər sexinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı barədə Çıxarışın verilməsi üçün müraciət etdiyi cavabdeh xx xxxx 2019-cu il tarixli **********92 saylı məktubu ilə iddiaçıya, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi cavabdehin elektron baza kadastr xəritə materiallarında digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişdiyinin aşkar olunduğu və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunduğu bildirilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1086/2019 nömrəli (sədrlik edən hakim Z.Pirverdiyev) qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə verilmiş JN-10xx xxx 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Quba rayon Şöbəsinin xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Quba şəhəri ərazisində yerləşən 0,01 ha torpaq sahəsinə və orada yerləşən çilingər sexinə İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasıqərara alınmışdır. Mə hkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(105)-125/2020nömrəli (hakimlər Z.Məmmədov - sədrlik edən və məruzəçi, T.Quliyev və F.Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mül kiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi Xaçmaz 5 saylı Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında digər şəxsin («xxxx» MMC-nin) mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir (üst-üstə düşür). Qeyd edir ki, ərizəyə əlavə olunmuş, JN-1043 (KOD ********) saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında göstərilən torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. İddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında digər mülkiyyətdə olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən sözügedən torpaq sahəsi üzərində hüquqlar ın dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Bildirir ki, iddia predmeti olan daşınmaz əmlak dövlət mülkiyyətinə aid olduğu üçün qətnamədə göstərilənlər X2 Komitəsinin hüquq və vəzifələrinə toxunur. Odur ki, icraatda olan iş üzrə Azərbaycan Respublikası X2 Komitəsini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Apelyasiya instansiyası məhkəməsi işin obyektiv və hərtərəfli araşdırılması üçün göstərilən vəsatətini təmin etməmiş, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etdiyi torpaq sahəsinin «xxxx» MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-125/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv edib yerində İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Al i Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili İ.Ağamov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixliqərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixliqərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında t ətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-125/2020 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(085)-1086/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Mülki Məcəllən in 139.1, 139.3-cü maddələrinə, Torpaq Məcəlləsinin 66, 67, 84-cü maddələrinə, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Qanunun 2.1, 2.2, 4.1, 8.0.5-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 19.1-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 2.2.3, 17-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-125/2020 saylı qərarı və həmin qərardan cavabdehin verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tə rəfindən xx xxxx 2006-cı il tarixdə verilmiş JN-10xx xxx 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Quba rayon Şöbəsinin xx xxxxxxxx 2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Quba şəhəri ərazisində yerləşən 0,01 hektar torpaq sahəsinə və orada yerləşən çilingər sexinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə verilmiş JN-10xx xxx 303 01004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən 0,01 hektar torpaq sahəsinə dair hüquqları dövlət torpaq reyestri kitabında qeydə alınmışdır. Qeyd olunan Dövlət Aktından əlavə 0,01 hektar torpaq sahəsində müvafiq qaydada icazə almaqla layihə-smeta tərtib edilməklə inşa etdiyi 45 kvadrat metr ümumi sahədən ibarət çilingər sexinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Quba rayon Şöbəsi tərəfindən xx xxxxxxxx 2003-cü il tarixdə 1 saylı reyestr kitabında 77 səhifədə 308 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan Dövlət Aktına və Qeydiyyat vəsiqəsinə əsasən 0,01 hektar torpaq sahəsinə və orada yerləşən çilingər sexinə mülkiyyət hüququna dai r daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyat barədə çıxarışın verilməsi üçün müraciət etdiyi cavabdeh xx xxxx 2019-cu il tarixli **********92 saylı məktubu ilə iddiaçıya, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi cavabdehin elektron baza kadastr xəritə materiallarında digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişdiyinin aşkar olunduğu və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunduğu bildirilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən xx xxxx 2006-cı il t arixdə verilmiş JN-1043 saylı 30301004 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən Quba şəhərində yerləşən Quba Bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli, 54/4 saylı qərarı ilə verilmiş 0,01 hektar torpaq sahəsi iddiaçının adına qeydə alınmışdır. Burada məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, sözügedən Dövlət aktında yazılmışdır «İkinci nüsxəsi DT və XK Quba rayon (şəhər) şöbəsində saxlanılır. Dövlət aktı qeydiyyat kitabında 1317 nömrə ilə qeydiyyata alınıb. xx xxxx 2006-cı il». Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin torpaq sahəsinin elektron məlumat bazasında öz əksini tapmaması barədə dəlili əsassızdır. Belə ki, dövlət qeydiyyat kitabında bu torpaq sahəsi xx xxxx 2006-cı ildə 1317 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Həmçini n apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Quba rayon Şöbəsi tərəfindən xx xxxxxxxx 2003-cü il tarixdə 1 saylı reyestr kitabında 77 səhifədə 308 nömrə ilə qeydiyyata alınmış qeydiyyat vəsiqəsinə əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən elektrik çilingəri sexi iddiaçının adına qeydə alınmışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Eyni zamanda apelyasiy a instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx xxxx 2019-cu il tarixli, **********92 saylı imtina məktubuna əsasən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi hüquqi normalar düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib o lmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmın Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçırılır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlar a xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular yaşayış və qeyri-yaşayış sahələri fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak komple ksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normalarına və işin müəyyən edilmiş hallarına əsaslanmaqla doğru olaraq belə qənaətə gəlmişdir ki, sözügedən 0,01 hektar ölçüdə torpaq sahəsinin iddiaçıya məxsus olması barədə dövlət aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Azərbaycan Respublikası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə isə həmin aktı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir, cavabdehin inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə və orada yerləşən çilingər sexinə mülkiy yət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Cavabdeh kasasiya şikayətində cavabdehin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin digər mülkiyyətdə olan torpaq sahəsi ilə üst-üstə düşməsini qeyd etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də cavabdehin bu dəlili əsassızdır. Həmçinin cavabdeh kasasiya şikayətində göstərmişdir ki, «iddia predmeti olan daşınmaz əmlak dövlət mülkiyyətinə aid olduğu üçün qətnamədə göstərilənlər X2 Komitəsinin hüquq və vəzifələrinə toxunur. Odur ki, icraatda olan iş üzrə Azərbaycan Respublik ası X2 Komitəsini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir». Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil də əsassızdır. Belə ki, əvvəla, yuxarıda artıq göstərildiyi ki, sözügedən daşınmaz əmlak, həm torpaq sahəsi həm də elektrik çilingər sexi Dövlət aktına və qeydiyyat vərəqəsinə əsasən müvafiq olaraq 2006-cı ildən və 2003-cü ildən iddiaçının mülkiyyətindədir. Digər tərəfdən, cavabdeh özü sözügedən Dövlət Komitəsinin struktur vahidi olmaqla onun öz vəzifələri, hüquqları və səlahiyyətləri mövcuddur. Belə olan halda, sözügedən Dövlət Komitəsinin işə üçüncü şəxs qismində cəlb edilməsi zəruri deyildir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyiş dirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2-1(105)-125/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1260/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1260/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver