Məhkəmə qərarları › İş №2-1(102)-1260/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1260/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1260/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sifariş məktubunun ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı sifariş məktubunun ləğv edilməsi və sair tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-927/2021 nömrəli iş üzrə 02.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 07 iyul 2021-ci il tarixdə ya zılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədovun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin açıq hərrac vasitəsilə satılmasına dair 18.09.2020-ci il tarixli 7505 nömrəli sifariş məktubunun ləğv edilməsi və onun hərəkətlərinin qanunsuz hesab olunması, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi, 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin satılmasına dair 02.11.2020-ci il tarixə təyin edilmiş hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə bi rinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Birinci instansiya məhkəməsinin 01.12.2020-ci il tarixli, 2-1(112)7325/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 35.1-ci maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarına, “İcra haqqında” Qanunun 26, 29.1-ci maddələrinə istinad etmişdir.

4. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək birinci instans iya məhkəməsinin 01.12.2020-ci il tarixli, 2-1(112)-7325/2020 nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılaraq icraata qəbul edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 02.03.2021-ci il tarixli, 2-1(103)-927/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Vidadi Məmmədov) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 01.12.2020-ci il tarixli, 2-1(112)-7325/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci insta nsiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarına əsaslanmışdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

7. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədənin icra olunması ilə icra məmurunun hərəkətələrindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verilə bilər. Qanunun tələbindən görünür ki, icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətləri icra sənədinin hansı məhkəmə tərəfindən qəbul edilməsindən asılı olmayaraq, inzibati məhkəmədə mübahisələndirilməlidir. Çünki hazırkı mübahisə üzrə cavabdeh icra məmuru yox, Sə bail rayon İcra Şöbəsidir və hazırkı hərəkətlər üzrə də cavabdehliyi inzibati orqan daşıyır. Digər tərəfdən nə birinci, nə də ki, apelyasiya instansiyası məhkəməsində onun işrtirakını təmin etmədən və onun mübahisəyə münasibətini aydınlaşdırmadan iddia tələbi mümkün sayılmamışdır. Hesab edir ki, iddiaçı tərəf olaraq onun iştirakı məhkəmə iclasında təmin olunaraq onun iştirakı ilə göstərilən halı müzakirə olunmalı idi.

8. Bütün yuxarıda göstərilənlərə əssən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-927/2021 nömrəli iş üzrə 02.03.2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılaraq icraata qəbul edilib baxılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəs inə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

10. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 16 iyun 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

12. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

16. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 02.03.2021-ci il tarixli qərardadla və həmin qərardaddan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədovun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin açıq hərrac vasitəsilə satılmasına dair 18.09.2020-ci il tarixli 7505 nömrəli sifariş məktubunun ləğv edilməsi və onun hərəkətlərinin qanunsuz hesab olunması, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi, 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin satılmasına dair 02.11.2020-ci il tarixə təyin edilmiş hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilməsini xahiş etmişdir.

17. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

18. Həm in Qanunun 21.6-ci maddəsinə müvafiq olaraq tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam barədə qərarından icra məmurunun old uğu yer üzrə məhkəməyə şikayət verilə bilər. 20. “İcra haqqında” Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

21. Həmin Qanunun 29.1-ci maddəsinə müvafiq olaraq tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyində n) şikayət vermək hüquqlarına malikdirlər.

22. Yuxarıda qeyd olunan normaların məzmunundan da müəyyən edilir ki, icra orqanının (məmurunun) hərəkət və ya hərəkətsizliyindən ayrıca iddianın qaldırılması istisna edilir. Odur ki, icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır.

23. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sifariş məktubu inzibati akt sayılmır.

24. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publi k) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o c ümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1).

26. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2).

27. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7).

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunma sı, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

29. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.03.2021-ci il tarixli, 21(103)-927/2020 nöm rəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar