Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1260/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, operativ vergi nəzarəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1994-cü il təvəllüdlü; FİN: xxxxxxx; VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edil məsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2023cü il tarixli, 2-1(103)-467/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış, xx.xx.2021-ci il tarixli, **********8388 və **********8387 nömrəli qərarlarına əsasən iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən iki təsərrüfat subyektində – “Kral” və “Tural” şadlıq saraylarında operativ vergi nəzarəti həyata keçirilmiş, iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə ye tirilməsinə cəlb etdiyi faktının aşkar olunmasına dair xx.xx.2021-ci il tarixli 004751 və 004752 nömrəli aktlar tərtib olunmuş və həmin aktlar əsasında da iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar qəbul edilərək Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10cu maddəsilə vergi məsuliyyətinə cəlb olunmuşdur.
2. İddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********0122 nömrəli qərarla 17 nəfərə (“Kral” şadlıq sarayı) münasibətdə 34000 manat və xx.xx.2021-ci il tarixli, **********0120 nömrəli qərarla 14 nəfərə (“Tural” şadlıq sarayı) münasibətdə 28000 manat məbləğində maliyyə sanksiyası təbiq olunmuş, sonradan isə sonuncu qərar ləğv edilərərək 3 nəfərə münasibətdə maliyyə sanksiyası ləğv olunmaqla, yeni qəbul olunmuş xx.xx.2021ci il tarixli, **********0668 nömrəli qərarla 22000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********0122 nömrəli və xx.xx.2021-ci il tarixli, **********0668 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən operativ vergi nəzarəti həyata keçirilərək xx.xx.2021-ci il tarixli, 004751 və 004752 nömrəli aktlar tərtib olunmuş və həmin aktlar əsasında qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********122 nömrəli və xx.xx.2021-ci il tarixli, **********0120 nömrəli qərarlar çıxarılaraq iddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə müvafiq olaraq 28000 manat və 34000 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı hesab edir ki, həmin qərarlar vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, şadlıq evində işləyib, əmək müqaviləsi olmayan və izahatları vergi əməkdaşları tərəfindən məcburi alınan şəxslərdən X6 nağara ifaçısıdır və şadlıq evinə heç bir aidiyyəti yoxdur, bəy və gəlini evdən çıxarkən müşayiət etmiş, həmin gün əllərini yumaq üçün şadlıq sarayına daxil olmuş və oradan çıxarkən vergi əməkdaşları tərəfindən saxlanılaraq qeyri-qanuni işçi kimi izahatı alınmışdır. X9 aparatla şəkil çəkən zaman yaxalanmış və məcburi şadlıq sarayının qeyri-qanuni işçisi kimi izahatı alınmış, iddiaçı onu məcburən işçi kimi əmək müqaviləsi ilə qeydiyyata almasına baxmayaraq o, bir dəfə də olsun bugünə kimi şadlıq sarayına işçi qismində gəlməmişdir. X2 və X10 isə şadlıq evinin işçisi X1 bacısı və bacısı oğludur, onlar da qohumu ilə görüşməyə gələrkən vergi əməkdaşları tərəfindən saxlanılaraq guya orda çalışan qeyri -qanuni işçilər kimi məcburi izahatları alınmışdır. X7 isə qonşuluqda yerləşən “Rifah” market mağazasından çıxarkən musiqinin səsini eşidib maraq üçün şadlıq sarayına girmiş və orada vergi əməkdaşları tərəfindən, guya işçi kimi izahatı alınmışdır. Həmçinin həmin qərarda izahatları alınmış 18 nəfərlə əlaqə yaradılaraq onlardan ərizələr alınmış və onlar öz ərizələrində iddiaçının müəssisəsi ilə heç bir əlaqələrinin olmadıqlarını və tərtib edilmiş aktın, maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmişlər. İzahatları alınmış 9 nəfər X11, X19, X12, X3, X14, X5, X4, X13, X20 ümumilikdə axtarıb tapa bilməmişlər, çox güman ki, toy mərasiminə gələn qonaqlardan olmuşlar. İzahatları vergi əməkdaşları tərəfindən məcburi alınmış və adlarını məcburən işçi kimi əmək müqaviləsilə qeydiyyatdan keçirdiyi şəxslərin çoxu şadlıq sarayının işçiləri kimi bir gün də olsa, gələrək işləməmişlər, yəni onların şadlıq sarayı ilə demək olar ki, heç bir iş əlaqələri yoxdur. Həmçinin həmin gün izahatları alınmış şəxslərin əksəriyyəti vergi əməkdaşlarının davranışlarından öz narazılıqlarını bildirmiş və onlardan alınan izahatları vergi orqanının əməkdaşlarından çəkindikləri üçün imzaladıqlarını bildirmişlər.
5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, cavabdehin xx.xx.2021ci il tarixli, **********8388 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Məhərrəm Seyidov 7D ünvanında yerləşən “Kral’’ şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 17 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minm ədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 004752 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. 16 nəfər izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmiş, bir nəfəri isə izahat verməkdən imtina etmiş və bu hal müvafiq aktla rəsmiləşdirilmişdir. Əlavə olaraq, iddiaçı da izahat verərək 17 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini etiraf etmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət ə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********0122 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 34000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin cavabdehin xx.xx.2021-ci il tarixli, **********8387 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Emin Quliyev 45N ünvanında yerləşən “Tural” şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 12 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, 2 nəfərin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən, ümumilikdə 14 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 004751 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 13 nəfər fiziki şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Bir nəfər şəxs isə ailəsində problem olduğunu əsas gətirərək iş yerini tərk etmiş və bu səbəbdən izahat verməmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********0120 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Sonradan Baş İdarə tərəfindən xx.x x.2021-ci il tarixli, **********0120 nömrəli qərara yenidən baxılaraq həmin qərar ləğv edilərək, 3 nəfər fiziki şəxsə (X7 (FİN 6HL6GSB), X5 (FİN 0U8PJVM), X13 (FİN 1WFWSZ)) görə tətbiq edilən maliyyə sanksiyası ləğv edilmiş, xx.xx.2021-ci il tarixdə **********0668 nömrəli məsuliyyətə cəlb etmə qərarı qəbul edilərək iddiaçıya göndərilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: Mehriban Qarayeva) 22 iyun 2022-ci il tarixli, 2-1(112)-2174/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbinin əsasını cəmi 27 nəfər şəxsin onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Kral” və “Tural” şadlıq saraylarında işləməməsi, həmin şəxslərin vergi orqanının əməkdaşlarından çəkindikləri üçün izaha t vermələri təşkil edir. Lakin məhkəmə iclasında şahid qismində dindirilən X9 şadlıq sarayında yoxlama keçirilən gün fotoqraf işləyən dostuna flaş kart gətirdiyini, bu zaman vergi orqanı işçilərinin onu həmin şadlıq sarayının işçisi olduğunu zənn edərək, izahatını aldığını bildirsə də, iddiaçının məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində videoçəkənlə dost olduğu üçün onunla görüşərək hal-əhval tutmaq üçün gəldiyini yazmışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilən X21 şadlıq sarayında yoxlama keçirilən gün atasının dostunun qızının toy mərasimində iştirak etdiyini, bu zaman vergi orqanı işçilərinin onu həmin şadlıq sarayının işçisi olduğunu zənn edərək, izahatını aldığını bildirsə də, iddiaçının məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində şadlıq sarayında kababçı kimi işləyən qardaşı ilə görüşməyə gəldiyini yazmışdır. Bundan başqa, digər şahidlərin də iş materiallarındakı ərizələri ilə notarial qaydada təsdiq edilmiş ərizələri arasında ziddiyyətli məqamlar olduğu üçün məhkəmə tərəfindən həmin şəxslərin iddiaçı ilə faktiki əmək münasibətlərində olmamaları barədə ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunan şəxslər vermiş olduqları məcburi alınması iş materialları ilə sübut olunmayan izahatlarında fəaliyyətdə olan obyektlərin işçiləri kimi iddiaçı tərəfindən işə cəlb edildiklərini vergi orqanına bildirmiş, vergi orqanı da həmin məlumatlar əsasında iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, həmin qərarın qəbul edilməsində iddiaçının izahatı həlledici olmuşdur. İd diaçı isə verilən izahatların məcburi olaraq alınması barədə iddiasında qeyd etsə də, məhkəmə araşdırması zamanı məcburetmənin nədən ibarət olması müəyyən edilməmiş, şahid qismində dindirilmiş vergi orqanının yoxlamada iştirak etmiş əməkdaşlarının da hər hansı məcburiyyət tədbirlərini həyata keçirdiyi aşkar edilməmişdir. Qeyd olunan hal isə iddiaçının dəlillərinin həqiqəti əks etdirmədiyini və vergi məsuliyyətindən yayınma ilə bağlı müdafiə xarakterli dəlil kimi məhkəmənin qiymətləndirmə aparması üçün əsas verir. İzahatların psixoloji təsir altında alınması ilə bağlı qeyd olunanların həqiqəti əks etdirmədiyini məhkəmə onunla təsdiq edir ki, qeyd olunan hallar yalnız iddiaçının və faktiki işə cəlb edilmiş şəxslərin izahatında öz əksini tapmış, psixoloji təsirə məruz qalmanı təsdiq edəcək di gər sübutlar məhkəməyə təqdim edilməmiş, vergi yoxlamasında iştirak edən şəxslər isə məhkəməyə verdiyi izahatlarında işçilərin izahatı alınarkən heç bir təzyiqin mövcud olmadığını qeyd etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, izahatlardan əlavə məcburetmə ilə bağlı halı təsdiq edəcək heç bir əsaslı sübut məhkəməyə təqdim edilmədiyindən həmin halın mövcudluğu öz təsdiqini tapmır. Eyni zamanda, iddiaçının dəlilləri onun operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktları və ona əlavələri imzalaması, həmçinin onun xx.xx.2021-ci il tarixli vergi orqanına yazdığı izahatı ilə, habelə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə ünvanladığı məktubu ilə təkzib edilir. Qeyd edilən izahat və məktubdan görünür ki, iddiaçı vergi orqanı tərəfindən aparılmış ibtidai istintaq zamanı 27 nəfər şəxslə faktiki əmək münasibətlərində olsa da, müxtəlif səbəblərdən onu rəsmiləşdirmədiyini etiraf etmiş, dəymiş ziyanı ödəmiş və sonda ərizə ilə cinayət işi üzrə icraata xitam verilməsini istintaq orqanından xahiş etmişdir. Nəticədə, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 27 nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçı barəsində istintaq olunan cinayət işinin icraatına xitam verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahis ələndirilən qərarlar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmuş və əsaslandırılmışdır. Qərarda iddiaçıya hesablanmış vergi məbləğinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar göstərilmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır.
8. İddiaçı apellyasiya şikayəti verə rək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 02 fevral 2023-cü il tarixli, 2-1(103)-467/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya ş ikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqları nı və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı iş lərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət so sial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu M əcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 9 6.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrini n şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından vergi ödəyicisinin cavabdeh tərəfindən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla belə, məhkəmə kollegiyası k assasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Vergi qanunvericiliyinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüqu qi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizl ədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləği ndə maliyyə sanksiyası tətbiq edilir.
26. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi təsbit etmişdir.
27. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçının qeyd olunan təsərrüfat subyektlərində əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər vergi orqanına verdiyi izahatlarında muzd müqabilində iddiaçı tərəfindən işə cəlb edildiklərini təsdiqləmiş, işəgötürən iddiaçı özü də verdiyi izahatında əmək mü qaviləsi (kontraktı) bağlamadan tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğunu etiraf etmişdir. Bundan başqa, işə əlavə olunmuş Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, istintaq zamanı ifadələri alınan fiziki şəxslər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin yerinə yetirilməsinə cəlb olunduqlarını ifadələrində təsdiqləmiş və iddiaçı bu qanunsuzluq nəticəsində ödənilməsindən yayındığı işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını, həmçinin icbari tibbi sığorta haqqını tam şəkildə ödəmiş, bunun la da faktiki olaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin cəlb edilməsi faktını etiraf etmişdir və məhz bu səbəbdən də cinayət işinə xitam verilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı həmin fiziki şəxslərlə aralarında faktiki əmək münasibətlərinin mövcud olmadığını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Belə olan halda, iddiaçının özünün də etiraf etdiyi və sözügedən şəxslərin operativ vergi nəzarəti keçirilərkən vergi orqanına verdikləri izahatlar mötəbər sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir.
29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, iddiaçının kassasiya şikayət i təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2023-cü il tarixli, 21(103)-467/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.