Məhkəmə qərarları › İş №2-1(102)-1260/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1260/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1260/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin olunma; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbayca n Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə 4 aylıq fərq məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 21(105)-962/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə 4 aylıq fərq məbləğinin hesablanaraq ödənil məsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(118)-3313/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2023-cü il tarixli 2-1(105)-962/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(118)-3313/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı 15 yanvar 2024-cü il tarixdə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, qərardan kassasiya şikayəti vermək üçün vəkillə təmin edilməsinə köməklik göstəril məsini xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, A.M.Süleymanova və Z.İ.Məmmədov) 16 yanvar 2024-cü il tarixli 2-1(105)-962/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi ərizəni rədd edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.4 və 14.5, 66, 67 və 121.2-ci maddələrinə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə istinad etməklə hesab etmişdir ki, məhkəmə tərəfindən dövlət hesabına vəkil təyin edilməsi barədə müraciətin təmin olunması üçün hüquqi yardıma ehtiyacı olan şəxs öz hesabına vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi imkanının olmamasını sübut etməlidir. Hazırkı halda sübutetmə yükü onun üzərində olmasına baxmayaraq, iddiaçı maddi imkanının aşağı olduğuna, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığına dair sübutlar təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçının vəkilin xidmətlərindən istifadə etmək üçün hansısa hüquq məsləhətxanasına müraciət etdiyi və ondan göstəriləcək xidmət müqabilində tələb olunan məbləğ də bəlli deyildir. Bu isə onun imkanları nəzərə alınmaqla dövlət hesabına vəkillə təmin edilməsi məsələsinə qiymət verməyə də imkan vermir.

7. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin olunmasını xahiş etmişdir.

8. Ərizəçinin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, o, əlildir, əmək qabiliyyətsizdir, yeganə gəliri aldığı pensiyadır ki, həmin pensiya onun çörəyə olan tələbatını belə ödəmir. Vəkil xidməti isə pulludur və xidmət haqqı 300 manat müəyyən olunmuşdur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsu siyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandır ılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müdd ət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2-1(102)-118/2023 nömrəli və 2-1(102)-134/2023 nömrəli işlər üzrə xx.xx.2023cü il tarixli, 2-1(102)-186/23 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-249/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-358/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-654/2023 nömrəli iş üzrə 17.03.203-cü il tarixli və 2-1(102)-1659/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli məhkəmə qərarlarında) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edil məsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmadığının müəyyən olunmasından asılıdır. Bundan başqa, iddiaçının vəkilin xidmətlərindən istifadə etmək üçün hansısa hüquq məsləhətxanasına müraciət etdiyi və ondan göstəriləcək xidmət müqabilində tələb olunan məbləğ də bəlli deyildir. Bu isə onun imkanları nəzərə alınmaqla dövlət hesabına vəkillə təmin edilməsi məsələsinə qiymət verməyə də imkan vermir.

13. Qanunverici vəkil xidmətlərinin dövlət hesabına həyata keçirilməsi məsələlərini tənzimləyərkən pulsuz hüquqi yardıma ehtiyacı olan şəxsin aztəminatlı olması, başqa ifadə ilə şəxsin bu xidməti ödəmək üçün kifayət qədər vəsaitə malik olmaması halının məhkəmədə müəyyən olunmasını tələb etmişdir. Bununla bağlı, pulsuz hüquqi xidmətin təmin edilməsinə dair ərizədə şəxsin vəkilin xidmətini ödəyə bilməməsi əsaslandırılmalıdır. Şəxsin kifayət qədər vəsaitə malik olmamasının meyarları qanunvericiliklə müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir. Bu qiymətləndirmənin aparıla bilməsi üçün isə şəxsin maddi imkansızlığını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı (aşağı həddə əmək haqqı və ya pensiya, işsizlik müavinəti, dövlət sosial yardımı və s. alması barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır.

14. Lakin hazırkı mübahisəyə münasibətdə ərizəçi vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını əsaslandırmamış, bunu təsdiq edən hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Həmçinin, ərizəçi tərəfindən hüquqi yardımla bağlı hər hansı vəkilə və ya vəkil bürosuna müraciət olunduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

15. Qeyd olunmalıdır ki, şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması mütləq xarakter daşımır və bu baxımdan heç də bütün hallarda onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, müraciət edən şəxs ən azından məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı olduğunu, vəkillə təmsil olunmasına zərurətin yarandığını və vəkilin xidmət haqqını ödəmək imkanına malik olmadığını öz ərizəsində əsaslandırmağa və bunu təsdiq edən müvafiq sənədləri ərizəsinə əlavə etməyə borcludur. Nəzərə almaq lazımdır ki, ümumu mülahizələrlə ifadə olunan və həmin mülahizələrin yuxarıda qeyd olunmuş şəkildə hər hansı sənədlə təsdiq olunmadığı ərizələr əsaslı sayıla və təmin oluna bilmə z. Belə yanaşma həmin institutdan sui-istifadə hallarının qarşısının alınması məqsədlərinə xidmət edir.

16. Odur ki, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

17. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxar ılmış qərarlarda davamlı təkrarlandığına görə iddiaçı üçün əlçatan və bəlli olmuşdur.

18. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə ərizənin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün müt ləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. 19.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2024-cü il tarixli 2-1(105)-962/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar