Məhkəmə qərarları › İş №2-1(102)-1261/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1261/2019

09.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1261/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı ilə bağlı mübahisələr; yeni tikilmiş obyektə çıxarışan və texniki pasportun verilməsi GİRİŞ HİSSƏ Hakimlər: 09.07.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı MMC-nin vəkili Vəkil iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Resp ublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yeni tikilmiş obyektə çıxarışın və texniki pasportun verilməsi haqqında iddia tələbinə dair iş üzrəBakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarından iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarış iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı MMC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zığ-Suraxanı yolu 6-cı km, 21 ünvanında yerləşən 2.63363 ha torpaq sahəsinə və əmlak kompleksi müəssisəsinə dair hüquqların dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1939 nömrəli vəoəqində aparılmış qeydiyyatda və bununla bağlı verilmiş ******* nömrəli, 29.01.2018-ci il tarixli çıxarışa dəyişiklik edilərək, iddiaçı MMC-yə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zığ-Suraxanı yolu 6-cı km, 21 və 23 ünvanlarında yerləşən ümumi tikinti sahəsi 30.173 kv.m. olan (“ATEF Transformatorlar Zavodu” 17 093 kv.m, “X4 Zavodu” - 13.080 kv.m) əmlak kompleksi kimi müəssisəyə dair iddiaçı MMC-yə məxsus “ATEF Transformatorlar Zavodu” və “X4 Zavodu”na mülkiyyət hüququna dair yeni q eydiyyatın aparılmaqla, dövlət reyestrindən yeni çıxarışın və yeni texniki pasportun verilməsi vəzifəsinin (tikinti sahəsi 30.173 kv.m göstərilməklə) cavabdeh İdarəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş No 2-1(82)-2841/2018) iddianın təmin edilməsi; iddiaçı MMC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ZığSuraxanı yolu 6-cı km, 21 ünvanında yerləşən 2.63363 ha torpaq sahəsinə və əmlak kompleksi müəssisəyə dair hüquqların dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1939 nömrəli vərəqində aparılmış qeydiyyata və bununla bağlı verilmiş ******* nömrəli, 29.01.2018-ci il tarixli çıxarışa dəyişiklik edilərək, iddiaçı MMC-yə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zığ-Suraxanı yolu 6-cı km, 21 və 23 ünvanlarında yerləşən ümumi tikinti sahəsi 30 173 kv.m. olan (“ATEF Transformatorlar Zavodu” 17 093 kv.m, “X4 Zavodu” 13080 kv.m.) əmlak kompleksi kimi müəssisəyə dair yeni qeydiyyat aparılmaqla, dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin (tikinti sahəsi 30 173 kv.m. göstərilməklə) cavabdeh İdarəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən E.Nağıyeva; hakimlər H.Həmidov və V.Baxışova; iş № 2-1(103)-2594/2018) cavabdeh İdarənin apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bak ı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qərarının ləğv edilməs; iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı MMC kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC-in kassasiya şikayətində geyd edilənlərə görə, işə baxan apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş; maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Tikinti obyektinin istismarına icazə verilməsi haqqında” 70 saylı 21.02.2017-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zığ-Suraxanı yolu 6-cı km, 21 və 23 ünvanlarında yerləşən İddiaçı MMC-nin (əvvəlki İddiaçı MMC, “ATEF” X5, “xxxx” MMC) sifarişi ilə tikintisi qeydiyyatdan keçirilmədən müvafiq olaraq 2010-2015-ci və 2014-2015-ci illərdə inşa edilmiş və “Yağ transformatorları zavodu” kompleksinə daxil olan “ATEF Transformatorlar və X1 müstəsna hal kimi mövcud (artıq istifadəyə verilmiş) vəziyyətdə istismarına icazə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikinti obyektinin istismarına icazənin vahid formasının təsdiq edilməsi haqqında” 302 saylı 11.09.2014-cü il tarixli 302 nömrəli qərarına uyğun qaydada müvafiq icazə sənədinin hazırlanması qərara alınmışdır. Bundan sonra Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zığ-Suraxanı yolu 6-cı km, 21 və

23. X- 414987, Y-4472694 “ATEF Transformatorlar Zavodu”na; X- 415070. Y-4472808 “X2”na Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tikinti obyektinin istismarına 0098 nömrəli, 21.02.2017-ci il tarixli icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 70 saylı 21.02. 2017-ci il tarixli sərəncamı və Bakı şəhər İcra Hakmiyyətinin 0098 saylı 21.02.2017-ci il tarixli “Tikinti obyektinin istismara verilməsinin icazə”si əsasında İddiaçı MMC-nə məxsus Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Zığ-Suraxanı yolu 6-cı km, 21 və 23 ünvanlarında yerləşən “ATEF Transformatorlar Zavodu” və “X3” istismara verilmişdir. İddiaçı MMC-nin iddia ərizəsində qeyd edilənlərə görə, Bakı şəhər İcra Hakimiyyətinin həmin daşınmaz əmlakların hüquqi əsaslarını təşkil edən sənədlərində zavodların ümumi tikinti sahəsi 30.173 kv.m (17.093 kv.m “ATEF Transformatorlar Zavodu”, 13.080 kv.m “X3”) olaraq müəyyən edilməsinə baxmayaraq, cavabdeh İdarəsi tərəfindən hər iki zavodun birlikdə ümumi sahəsi 26.052,3 kv.m olaraq göstərilmişdir. Belə ki. “ATEF Transformatorlar Zavodu”nun ərazisində tikilmiş və istifadəsinə icazə verilən inzibati bina, yeməkxana, metal əritmə - naqil çəkmə, radiator hazırlanma rənglənmə sexlərinin sahələri Dövlət reyestrindən verilən çıxarışda nəzərə alınmamışdır. Bundan narazı qalan iddiaçı MMC 03.04.2018-ci il tarixli ərizə ilə cavabdeh İdarəyə müraciət edərək, iddiaçı MMC-yə məxsus “ATEF Transformatorlar Zavodu”nun və “X3”nun hər birinin fəaliyyətinin fərqli qaydada müstəqil olaraq təşkil edildiyini nəzərə alaraq, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində nəzərə alınmayan sahələrin Dövlət Reyestrinə daxil olmasının y enidən baxılmasını və iddiaçı MMC-yə məxsus yuxarıda adları çəkilən zavodların hər birinin ayrı-ayrılıqda Texnik Pasportların hazırlanmasını və Dövlət reyestrindən Çıxarışlarının verilməsini xahiş etmişdir. Həmin inzibati orqanın iddiaçı MMC-yə ünvanlanvn 24.04.2018-ci il tarixli cavab məktubu ilə MMC-nin müraciətinin təmin edilməsindən imtna olunmuş və qeyd olunmuşdur ki, istənilən sənədlər MMC-yə artıq verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verimiş ******* seriya RX nömrəli Çıxarışa əsasən zavodların ərazisi olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zığ-Suraxanı yolu 6-cı km, 21 ünvanında yerləşən 26.336,3 kv.m torpaq sahəsi istifadə hüququ əsasında iddiaçı MM C-yə məxsusdur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki,iddiaçı MMC cavabdeh İdarəyə olan öz tələbini Bakı şəhər İcra Hakimiyyətinin 21.02.2017-ci il tarixli, 0098 saylı tikinti obyektinin istismarı icazəsi ilə əsaslandırsa və həmin sənəddə MMC-yə məxsus “ATEF Transformatorlar Zavodu”nun ümumi tikinti sahəsi 17.093 kv.m, “X2”nun ümumi tikinti sahəsi 13.080 kv.m göstərilsə də, işin materiallarına həmin zavodların texniki göstəricilərini təsdiq edən ilkin sənədlər əlavə edilməmişdir. Bundan başqa, iddiaçı MMC cavabdeh İdarəyə müraciət edərkən, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi təqdim edilmədiyi üçün İdarənin əməkdaşları tərəfindən MMC-yə məxsus olan daşınmaz əmlaka baxış keçirərkən torpaq sahəsinin və tikililərin tikintiyə icazədəki göstəricilərlə real göstəriciləri arasında uyğunsuzluqlar müəyyən edilmişdir. Bu səbəbdən əmlakın real göstəricilərinə uyğun olaraq ölçmələr aparılmış və əmlak üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əmlakın ümumi sahəsi 26.052,3 kv.m göstərilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçı MMC-nin müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuşdur, iddiaçı MMC-nin iddia tələbi əsassız və qanunsuz olduğundan həmin tələb təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçı MMC-nin kassasiya şikayətində qeyd edilənlər əsaslı olduğundan qeyd olunmalıdır. İşin materiallarında olan aç apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilmiş cavabdeh İdarənin apellyasiya şikayətində qeyd olunmuşdur ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq daşınmaz əmlaka dair Baş Planda 29-36 nömrələri ilə işarələnmiş tikililər natamam vəziyyətdədir və 17870,0 kv.m torpaq sahəsi şərti sərhəd daxilində zəbt olunmuşdur. Bunan başqa, əlavə zəbt olunmuş torpaq sahəsindən avtomobil dayanacağı və yaşıllıq sahəsi kimi istifadə olunur. Həmçinin ayrılmış torpaq sahəsinin cizgisi daxilində əlavə tikintialtı sahəsi 3.260,0 kv.m olan tikililər inşa edilmişdir. Bundan əlavə, İdarənin elektron kadastr məlumatına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Qeyd olunanlardan əlavə, sözügedən əmlak kompleksi kimi müəssisəyə dair icarəyə müvafiq icra orqanı tərəfindən verilmiş icarə müqaviləsi, tikintiyə icazə sənədi, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tsədiq edilmiş eskiz layihə, torpaqayırma sərəncamında qeyd olunan şirkət ilə iddiaçı MMC arasında əlaqəli sənəd və hüquqi şəxsin sənədləri təqdm edilməmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçı MMC-yə qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Yuxarıda qeyd edilənlərlə əlaqədar məhkəmə kollegiyası hesab edir ik, cavabdeh İdarənin iddiaçı MMC-nin müraciətinin təmin edilməsindən imtinası üçün gətirdiyi həmin dəlillər həm əsaslı deyil, həm də ziddiyətlidir. Əvvəla ona görə ki, cavabdeh İdarə yuxarıda sadaladığı sənədlərin olmamasını əsas gətirərək iddiaçı MMC-nin tikidiyi obektlərə çıxarış və teniki pasportun verilməsindən imtina edir. Laikn iş üzrə müəyyən edilir ki, iddiaçı MMC-nin sözügedən obyektlərinə çıxarış və texniki pasport artıq verilmişdir. Onda belə çıxır ki, İdarə tələb etdiyi ilkin sənədlərlə tanışdır, çünki onlara əsasən MMC-yə müvafiq çıxarış və texniki pasport vermişdir, ya da belə sənədləri görmədən iddiaçı MMC-yə çıxaırış və texniki pasportu vermşdir. Halbuki, iş üzrə müəyyən edilir ki, yuxarıda sözügedən obyektlər artıq istimara icazə almışlar, bu mərhələdə ilkin sənədlərin yenidən tələb olunması nə qədər əsaslı və və qanunidir? Apellyasiya instansiya məhkəməsi bu suala lazımi hüquqi qiymət verməmişdir. Həmçinin apellyasiya məhkəməsi apellyasiya şikaytəində qeyd edilən ikinci məsələyə də lazımi qi ymət verməmişdir. Belə ki, İdarə imtinasını həm də obyektlərin ərazisində natamam tikililərin mövcud olması ilə əlaqələndirmşdir. İddiaçı MMC bu dəlili təkzib emiş və göstərmişdir ki, ərazidə natamam tikililər yoxdur. Lakin apellyasiya instansiya məhkəməsi bu məsələni araşdırmamışdır. Belə olan halda, bu halların yenidən apellyasiya instansiya məhkəməsində araşıdırması zərurəti yaranır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işə yenidən baxacaq apellyasiya instansiya məhkəməsi ərazidə baxış keçirməli və ya müvafiq ekspertiza vasitəsilə MMCnin ərazisində cavabdeh İdarə tərəfindən qeyd edilən natamam tikililərin olub-olmaması məsələsinə hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra q iymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar