Məhkəmə qərarları › İş №2-1(102)-1261/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1261/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1261/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması nəticəsində əlil olmuş şəxsə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması; pensiya məbləğinin inzibati orqana müraciətdən əvvəlki üç illik müddət üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial M üdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 17 fevral tarixli 2-1(105)112/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması nəticəsində əlil olması səbəbi ilə xx xxxxxx 1991-ci il tarixdən əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 06 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsəsən, bu qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. xx.xx.2006-cı ilədək 11 il 01 ay sığorta stajı nəzərə alınmaqla iddiaçıya 203.35 manat pensiya hesablanmışdır. Əmək pensiyalarının hesablanması zamanı orta aylıq əmək haqqının tətbiqini nəzərdə tutan “Əmək pensiyaları haqqında” Qanunun 27.2-ci maddəsi xx.xx.2010-cu il tarixdən edilmiş dəyişikliklərə əsasən qanundan çıxarılmışdır. Qanundan da göründüyü kimi pensiya hesabatı zamanı xx.xx.2006-cı ilədək təqdim olunmuş heç bir əmək haqqından pensiya hesablana bilməz və qanuna ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. X3-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar olaraq işlədiyi 2 nömrəli tikinti trestinin ona ödədiyi 4 qat mükafatının bir qatını müasirləşdirərək və Çernobıl AES-dəki işə görə əsas iş yerində saxlanılan əmək haqqından tam aylarda qazandığı əmək haqqı toplanaraq alınmış orta aylıq əmək haqqının 25,4-ə vurulmaqla müasirləşdirərək xx.xx.2008-ci il tarixdən yenidən hesablanmaqla xx.xx.2008-ci il tarixdən bu günədək yaranmış fərqin ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsasland ırmışdır ki, o, Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və nəticədə İİ qrup Çernobıl atom elektrik stansiyası əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 saylı qərarına əsasən bütün Çernobıl əlilləri kimi, ona da o vaxt işlədiyi müəssisədən əmək haqqının dördqat məbləği qədər mükafat ödənilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 83-cü maddəsinə əsasən həmin dördqat əmək haqqından Çernobıl AES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu halda, ödənilmiş dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğin özü 4-ə vurulduğu üçün həmin əmək haqqı müasirləşd irilməklə alınmış məbləğ vətəndaşın pensiya hesablanması üçün orta aylıq əmək haqqı sayılır. Həmin Qanunun müvafiq maddəsinə əsasən xx.xx.1993-cü il tarixdən əvvəlki dövrdə pensiya hesablanması üçün 1996-cı ilin yekunun respublika üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş orta aylıq əmək haqqı məbləğinin pensiya hesablanması üçün nəzərə alınmış əmək haqqının ödənildiyi ildə mövcud olmuş orta aylıq əmək haqqının məbləğinə olan nisbəti dəfə artırılır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)1542/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Çernobıl AES-də qəzanı n nəticələrinin ləğvi ilə əlaqədar olaraq işlədiyi 2 nömrəli tikinti trestinin ona ödədiyi 4 qat mükafatının bir qatını müasirləşdirərək və Çernobıl AES-dəki işə görə əsas iş yerində saxlanılan əmək haqqından tam aylarda qazandığı əmək haqqı toplanaraq alınmış orta aylıq əmək haqqının 25,4-ə vurulmaqla müasirləşdirərək xx.xx.2008-ci il tarixdən yenidən hesablanmaqla xx.xx.2008-ci il tarixdən bu günədək yaranmış fərqin ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə xx xxxxxx 2010-cu il tarixdən edilmiş dəyişikliyi əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmin dəyişikliklər iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran və yüngül ləşdirən normativ-hüquqi akt olmadığından iddiaçıya münasibətdə geriyə şamil edilə bilməz.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 17 fevral tarixli 2-1(105)-112/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayə tinin dəlilləri 13. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, bu qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınmır. Bu zaman həmin dövrə aid olan ümumi stajın hər ili üçün 170 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində xx.xx.2006-cı il tarixinə qeydə alınır. Həmin Qanunun 27.2-ci maddəsinə xx.xx.2010-cu il tarixdən edilmiş dəyişikliklərə əsasən əmək pensiyalarının hesablanması zamanı orta aylıq əmək haqqının tətbiqini nəzərdə tutan norma qüvvədən düşmüşdür. Həmin Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə ver ilən sənədlə təsdiq olunur. Qeyd olunanlara əsasən qanunvericiliyin tələbləri baxımından pensiya hesabatı zamanı xx.xx.2006-cı ilədək ödənilmiş əmək haqqı nəzərə alına bilməz. Bu hal məhkəmə tərəfindən nəzərə alınmamış, nəticədə qanunsuz qərar qəbul edilmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılma sının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin /bundan sonra mətndə - İPM/ 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): - 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər; - 81-ci maddəsinin 1-ci abzasına əsasən, bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəym iş zərər müqabilində təyin edilir; - 83-cü maddəsinə əsasən, pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin beşinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. 17. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2008-ci il tarixdən qü vvədə olan redaksiyada): Maddə 26.1. Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Maddə 26.2. Bu qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkh aqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. (...) 18. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 19. “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli Qanunla əlavə e dilmiş və 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəyə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 20. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə (2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyada) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

21. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, “Əm ək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsəsən, bu qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. xx.xx.2006-cı ilədək 11 il 01 ay sığorta stajı nəzərə alınmaqla iddiaçıya 203.35 manat pensiya hesablanmışdır. Əmək pensiyalarının hesablanması zamanı orta aylıq əmək haqqının tətbiqini nəzərdə tutan “Əmək pensiyaları haqqında” Qanunun 27.2-ci maddəsi xx.xx.2010-cu il tarixdən edilmiş dəyişikliklərə əsasən qanundan çıxarılmışdır. Qanundan da göründüyü kimi pensiya hesa batı zamanı xx.xx.2006-cı ilədək təqdim olunmuş heç bir əmək haqqından pensiya hesablana bilməz və qanuna ziddir.

25. Məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı hesab etmir. Belə ki, əvvəla, iddiaçıya əmək pensiyası xx.xx.2006-cı il tarixədək təyin olunduğundan hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin deyil, həmin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı münasibətləri tənzimləyən 26-cı maddəsinin müddəaları tətbiq olunmalıdır.

26. Eyni ilə, xx.xx.2010-cu il tarixdən Qanuna edilmiş dəyişikliklər iddiaçıya münasibətdə tətbiq oluna bilməz, belə ki, o, əmək pensiyası hüququnu xx.xx.2006-cı il tarixədək qazanmışdır və xx.xx.2008-ci il tarixdən qüvvəyə minmiş müddəaların – hazırkı halda, “Əmək pensiyaları haq qında” Qanunun 26-cı maddəsinin yuxarıda istinad edilən müddəalarının (26.1 və 26.2-ci maddələr) ona münasibətdə tətbiqini tələb etməkdə haqlıdır.

27. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, x xxxx 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.

28. Bun unla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx xxxxxxx 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, k eçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.

30. İşdən göründüyü kimi, iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə x xxxx 2017-ci il tarixdən sonra – x xxxxxxxx 2019cu il tarixdə müraciət etmişdir. Buna görə də “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx xxxxxxx 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-112/2020 nömrəli qərarı dəyişdirilir və iddia aşağıdakı məzmunda təmin olunur: Cavabdehin üzərinə iddiaçının Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar olaraq işlədiyi 2 nömrəli tikinti trestinin ona ödədiyi 4 qat mükafatının bir qatını müasirləşdirərək və Çernobıl AES-dəki işə görə əsas iş yerində saxlanılan əmək haqqından tam aylarda qazandığı əmək haqqı toplanaraq alınmış orta aylıq əmək haqqının 25,4-ə vurulmaqla xx xxxxxx 2008-ci il tarixdən yenidən hesablanması və iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi xx xxxxxxxx 2019-cu il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi qoyulur. Kassasiya təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar