Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1261/2021 07.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi; İPM-in 12-ci maddəsinin pozuntusu; imtiyazlı illərin hesablanma qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” tələbinə dair iş üzr ə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1(103)321/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1966-cı il təvəllüdlü İddiaçı 20.04.1984-20.04.1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuş, 10.11.1988-ci il tarixindən 27.01.2003-cü il tarixinədək daxili işlər orqanlarında xidmət etmiş, Bakı şəhəri Binəqədi RPİ-nin 27.01.2003-cü il tarixli 10 ş/h nömrəli əmri ilə (öz arzusu ilə) daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
2. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək daxili işlər orqanlarında xidmət etdiyi illərə görə əmək pensiyası ilə təmin olunmasına köməklik göstərilməsini xahiş etmiş, 22.04.2019-cu il tarixli m əktubla cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
3. Cavabdehin imtinasını belə əsaslandırmışdır ki, iddiaçının daxili işlər orqanlarında xidmət illəri – təqvimi hesablama ilə 14 il 02 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 03 ay 09 gün təşkil edir. Qanunvericiliyə görə isə 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət illərinə görə əmək pensiyası almaq hüququ var. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun DİO-da uzun müddətli xidmət illərinin təqvim hesablanması ilə 15 il, 11 ay, 22 gün və imtiyazlı hesablama ilə 28 il, 11 ay, 22 gün təşkil etdiyi nəzərə alınmaqla məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsini xahiş etmişdir
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 399 saylı 31 oktyabr 1988-ci il tarixli əmri ilə daxili işlər orqanlarının sıravi heyətinə xidmətə qəbul olunmuş və həmin İdarənin 27 yanvar 2003-cü il tarixli 10 saylı əmri ilə DİO-dan xaric edilmişdir. O, DİO-da xidmət illərinin barəsində “məlumat vərəqəsi”nin AR ƏƏSM Nazirliyi yanında DSMF-nin müvafiq orqanına göndərilməsi ilə bağlı 2 aprel 2019-cu il tarixdə AR Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Nazirliyin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən 22 aprel 2019-cu il tarixli 024-11891B-3219 saylı məktubla ona ünvanlanmış cavabda göstərilir ki, DİO-da xidmət müddəti təqvim hesablaması ilə 14 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 3 ay 9 gün təşkil etdiyindən ona pensiyanın təyin olunması üçün “məlumat vərəqəsi”nin tərtib olunması mümkün olmamışdır. Eyni zamanda onun müraciətinə əsasən Bakı şəhəri Binəqədi RPİ-nin müraciətinə əsasən ona ünvanlanmış 20 aprel 2019-cu il tarixli 059-14465- 1219 saylı cavab məktubunda DİO-da xidmət illəri təqvim hesablaması ilə 16 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 21 il 3 ay 29 gün kimi göstərilmişdir. Göründüyü kimi, onun xidmət illəri barədə “məlumat vərəqəsi”ni verməli orqanın vahid mövqeyi yoxdur. Buna səbəb DİO-da xidməti illəri hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinin nəzərə alınmamasıdır. Beləliklə, onun НЗ ******* saylı hərbi biletində aparılmış qeydə əsasən 20 aprel 1984-cü il tarixdən 25 mart 1986-cı il tarixədək olan 1 il 11 ay 5 gün təşkil etmiş, 31 oktyabr 1988-ci il tarixli 399 nömrəli əmrlə DİO-ya daxil olmuşdur. 27 yanvar 2003-cü il tarixli 10 saylı əmrlə öz arzusu ilə DİO-dan xaric olunduğundan, təqvim hesablaması ilə 15 il 11 ay 22 gün kimi hesablanmalı, imtiyazlı xidməti illərlə hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 531 nömrəli 23 noyabr 1992-ci il tarixli qərarının tələbi nəzərə alınmalı idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. DİO-dan xaric olunduğu vaxt, yəni 27 yanvar 2003-cü il tarixdə onun xidmət illəri təqvimi hesablama ilə 15 il, 11 ay 14 gün və imtiyazlı xidmət müddəti 28 il 11 ay 22 gün olmuşdur. Buna görə də onun DİN xətti ilə xidmət illərinə görə pensiya təyin edilməsi müvafiq qanunvericiliyin, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, ““Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zaman görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.03.2014-cü il tarixli qərarına əsasən ““Hərbi qulluqçuların pensiya təminatı” haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 01.09.2004-cü il tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qullu qçulara pensiyanın təyin edilməsi həmin hüququ əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. İddiaçı 01.09.2004-cü il tarixində güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmədiyindən bu Qərarı ona şamil etmək olmaz. İddiaçı daxili işlər orqanlarından xaric olunduğu tarixdə və hazırda qüvvədə olan normalara əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. Yuxarıda adıçəkilən Azərbaycan Respublikasının 01.09.2004-cü il tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi gündə iddiaçının xidmət müddəti imtiyazlı hesablama ilə - 22 il 03 ay 09 gün təşkil etdiyindən və xidmətdən buraxıldığı gün, yəni 27.01.2003-cü il tarixində təqvimi xidmət müddəti 14 il 02 ay 17 gün təşkil etdiyindən onun əmək pensiyası hüququ yaranmamışdır.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin 04.12.2019-cu il tarixli qərardadı ilə iddia “müvafiq məlumat vərəqəsi tərtib edilərkən 14 il 2 ay 17 gün təqvimi hesablama ilə, 22 il 3 ay 9 gün imtiyazlı hesablama ilə xidmət illərinin nəzərə alınması” kimi göstərilmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2-1(82)2218/2019 saylı qərardadı ilə (hakim R.Kərimli) iddianın mümkün sayılmaması qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı vaxtilə Bakı şəhəri Binəqədi RPİ-nin kiçik rəis heyətində xidmət etdiyind ən və həmin İdarənin 27.01.2003-cü il tarixli əmri ilə DİO-da xidmətdən azad olunduğundan, onun qaldırdığı məsələ üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi deyil, xidmət etdiyi Bakı şəhəri Binəqədi RPİ çıxış edə bilər.
10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2020-ci il tarixli 21(103)-389/2020 nömrəli qərardadı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2-1(82)- 2218/2019 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiy a məhkəməsinə göndərilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvanlandığı imtina məktubundan, eləcə də, işin materiallarına əlavə edilmiş, iddia tələbinə dair yazılı etirazın məzmunundan göründüyü kimi, iddiaçının məhkəməyədək müraciəti ilə bağlı inzibati icraat aparılmış və tələb üzrə cavabdehlik həmin orqan tərəfindən mübahisələndirilməmişdir. c. Birinci instansiya məhkəməsində ikinci icraat
13. Bakı İnzibati Məhkəməsinin 23.09.2020-ci il tarixli 2-1(112)-4381/2020 nömrəli qərarına əsasən (hakim Rüstəm Kərimli) iddianın təmin edilməməsi qərara alınmışdır.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı 2003-cü ilin yanvar ayınadək DİO-da xidmət etdiyindən mövcud qanunvericilik onun pensiya hüququnun yaranmasını xidmət illərinin 20 təqvim ili və ya im tiyazlı hesablama ilə 25 il olması ilə şərtləndirir. Lakin iddiaçı 10.11.198827.01.2003-cü illərdə işləməklə 20 təqvim ili və imtiyazlı hesablama ilə 25 il iş stajı toplamamışdır.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 21(103)-321/2021 nömrəli qərarına əsasən (sədrlik edən Elmira Nağıyeva, hakimlər – Vidadi Məmmədov və Namiq Cəfərov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 23.09.2020-ci il tarixli 2-1(112)-4381/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı 08.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1(103)-321/2021 nömrəli qərarının qismən ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı daxili işlər orqanlarından xaric olunduğu vaxt, yəni 27.01.2003-cü il tarixində onun xidmət illəri təqvimi hesablama ilə 14 il 2 ay 17 gün və imtiyazlı xidmət müddəti 22 il 3 ay 9 gün olmuşdur. Buna görə də, iddiaçının Daxili İşlər Nazirliyinin xətti ilə xi dmət illərinə görə pensiya təyin edilməsi müvafiq qanunvericiliyin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar.
20. Məhkəmə işə baxarkən “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 144-cü maddəsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 01.09.2005-ci il tarixli Qanununa istinad etmişdir. Hesab edi rik ki, həmin Qanun iddiaçının işdən çıxdıqdan sonrakı dövrdə qəbul olunduğundan iddiaçıya şamil oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 144-cü maddəsinin 01.09.2005-ci il tarixinədək qüvvədə olan mətninə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə). 25. 01.09.2005-ci il tarixli 977-İİQD nömrəli Qanuna əsasən maddənin mətnində "25 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmiş və mötərizədə verilmiş "imtiyazlı hesablama ilə" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
26. Həmin maddənin 01.09.2005-ci ildən sonra qüvvədə olan redaksiyasına görə Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər
27. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normati v hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 28. “Normativ hüquqi aktlar haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir.
29. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.
30. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, əriz ə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
31. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
32. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir q ayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
34. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayə ti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
38. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 27.01.2003-cü il tarixində daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Mübahisənin həlli üç ün iddiaçının DİOda xidmətdən xaric edildiyi həmin tarixdə qüvvədə olan norma işin hallarına tətbiq edilməlidir.
39. İddiaçı onun xidmət illərinin imtiyazlı hesablama ilə nəzərə alınmaqla müvafiq həddə olmasını əsas gətirərək “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə istinadən pensiya hüququnun yarandığını iddia edir.
40. Cavabdeh isə iddiaçının həmin Əsasnaməyə 01.09.2005-ci il tarixli Qanunla dəyişiklik edilənədək imtiyazlı hesablama ilə 25 il xidmət ilinin, dəyişiklikdən sonrakı tələblərə uyğun şəkildə isə 20 ilin, yəni təqvim ilinin toplanmadığını əsas gətirərək iddianı qəbul etmir.
41. Məhkəmələrin mövqeyi isə belə olmuşdur ki, iddiaçı 10.11.1988-ci il tarixindən 27.01.2003-cü il tarixinədək DİO-da işləməklə 20 təqvim ili və imtiyazlı hesablama ilə 25 il staj toplamadığından onun pensiya hüququ yaranmır.
42. Hazırkı qərarın 26-cı bəndində göstərilən normaların məzmunundan aydın olur ki, “20 təqvim ili” tələbi Qanunun 01.09.2005-ci ildən sonra qüvvədə olan redaksiyasında təsbit olunub. İddiaçı isə 2003-cü ildə DİO-da xidmətdən xaric edildiyindən ona münasibətdə həmin norma tətbiq edilə bilməz.
43. Apellyasiya instansiyası məhkəməsinin “imtiyazlı hesablama ilə 25 il” tələbinə dair mövqeyi isə hərtərəfli araşdırmanın nəticəsi deyil. Məhkəmə iddiaçının imtiyazlı hesablama ilə 25 ildən az iş stajının olduğu qənaətinə gəlsə də, öz mövqeyini əsaslandırmamışdır. Belə ki, məhkəmə imtiyazlı illərin hesablama qaydasını açıqlamamış, iddiaçının xidmət illərini necə hesablamasını öz qərarında göstərməmişdir.
44. İddiaçı isə onun iş stajının məhz “imtiyazlı hesablama ilə” hesablandığı halda əmək pensiyası hüququ yaranmasına istinad etdiyindən məhkəmə bu istiqamətdə hərtərəfli araşdırma apararaq imtiyazlı illərə hansı xidmət illərinin aid olduğunu öz qərarında göstərməli, bundan sonra iddiaçının müvafiq iş stajının olub-olmamasına qiymət verməli idi.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmamış, bununla da hazırkı qərarın 30-31-ci bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
46. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1(103)-321/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılm ası üçün həmin məhkəməyə göndərilməlidir.
47. İşə təkrar baxan məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd olunan mövqeyinə uyğun araşdırma aparmalı, iddiaçının imtiyazlı hesablama ilə iş stajını müəyyən edərək müvafiq qərar qəbul etməlidir.
48. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 21(103)-321/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.