Məhkəmə qərarları › İş №2-1(102)-1261/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1261/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1261/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyəti məsələsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdeh in imtinasının qanunsuz hesab edilməsi, qeydiyyat vəsiqəsi və texniki pasport əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin 3960 kv.m torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 2-1(105)284/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, qeydiyyat vəsiqəsi və t exniki pasport əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin 3960 kv.m torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2-1(118)-4618/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, A.M.Süleymanova və Z.İ.Məmmədov) 12 ya nvar 2024-cü il tarixli 2-1(105)-284/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4618/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsi və İnzibati Prosessual Məcəllənin 8.1.1, 8.2, 8.4, 8.5, 8.6-cı maddələrinə istinad etməklə hesab etmişlər ki, hazırkı iş üzrə mübahisə predmetini cavabdehin imtinasının əsassız hesab edilməklə, qeydiyyat vəsiqəsi və texniki pasport əsasında ünvan 2 ünvanında yerləşən 17.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinə 3960 kv.m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə, müvafiq çıxarışın verilməsi təşkil ed ir. Elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan ünvanda yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmaqla, Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinin hüdudları daxilində yerləşir. Həmçinin, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İndiki halda mübahisə predmetini məhz daşınmaz əmlaka dair hüquqla bağlı inzibati hüquq münasibətləri təşkil edir və həmin daşınmaz əmlak inzibati ərazi vahidi olaraq Sabunçu rayonu ərazisində yerləşir. Qeyd olunan inzibati ərazi vahidi üzrə ərazi aidiyyətinə görə səlahiyyətli məhkəmə orqanı qismində Bakı İnzibat i Məhkəməsi çıxış edir.

6. Eyni zamanda, qeyd olunan qanunvericilik normalarında ərazi aidiyyətinin müəyyən edilməsinin meyarı kimi məhz, daşınmaz əmlakın və ya ərazinin olduğu yer qeyd edilmiş və bu norma imperativ norma kimi müəyyən edilməklə, bununla bağlı hər hansı istisna norma nəzərdə tutulmamışdır. Bundan əlavə, inzibati ərazi vahidlərinin bölgüsü və sərhədlərinin müəyyən edilməsi ilə bağlı məsələlər məhz müvafiq qanunvericilik normaları (“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanunu) ilə müəyyən edilmiş qaydada tənzimlənir.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinin dəlilləri ondan i barətdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinin hüdudları daxilində yerləşsə də, Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış və hazırda da idarəçiliyindədir. Həmin torpaq sahələrinə dair hər hansı hüquqmüəyyənedici sənədlərin verilməsi də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətinə aid edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadında kı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalı dır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və a ydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətlə ndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Ruhulla Zeynalovun 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-595/2023 nömrəli qərardadda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarə tdir ki, Abşeron rayonunun idarəçiliyində olan və Bakı şəhərinin rayonlarının inzibati ərazisində yerləşən torpaq sahələri üzərində Abşeron rayon İcra Hakimiyyətinin sərəncam vermək hüququ olsa da, həmin ərazilərdə dövlət xidmətləri Abşeron rayon İcra Hakimiyyətinə deyil, torpağın yerləşdiyi rayonun müvafiq qurumlarına aid edilir. X1 sovxozuna aid torpaq sahələri Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində olmaqla, Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisində yerləşir. Odur ki, ərazi aidiyyəti ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

13. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə iddiaçı üçün əlçatan və bəlli olmuşdur.

14. Beləliklə kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə ərizənin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə da ir məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2024-cü il tarixli 2-1(105)-284/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar