Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1262/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1262/19 Bakı şəhəri 01 may 2019-cu il 01.05.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2-1(103)-2994/2018 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunla ona çatmalı olan məbləğdə (130 - 61 = 69 manat) ünvanlı dövlət sosial yardımı təyin edilməsi barədə qərar qəbul edilməsi və keçən müddət ərzində əksik ödənilmiş ünvanlı dövlət sosial yardımın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, ikinci qrup əlil olduğu üçün ona 55 manat pensiya təyin edilmişdir. Daha sonra cavabdeh tərəfindən müraciəti əsasında ona 38,58 manat ünvanlı sosial yardım təyin edilmişdir. Hesab edir ki, hazırda 2018-ci il üç ün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edildiyindən, ona təyin edilmiş sosial yardımın məbləği də artırılmalıdır. Bununla əlaqədar cavabdehə etdiyi müraciətə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən verilmiş cavab məktubunda səbəb bildirilmədən yenidən müraciət etməli olması göstərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2-1(81)-4350/18 saylı qərardadı (hakim Aygün Abdullayeva) ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin məhkəmə hesab etmişdir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyət or qanı tərəfindən təyin edilməli olduğu halda, iddiaçı tərəfindən cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini qoyulduğundan və məhkəmə tərəfindən tövsiyə olunmasına baxmayaraq, iddia tələbi dəqiqləşdirilmədiyindən, iddia tələbi mümkün sayılmamalıdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 dekabr 2018-ci il tarixli, 2-1(103)-2994/2018 saylı qərardadı ilə (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Həmid Həmidov və Elmira Nağıyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçıya ün vanlı sosial yardım VEMTAS sistemi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilsə də, həmin sistemə ünvanlı sosial yardımın təyin edilməsi üçün zəruri məlumatların daxil edilməsi müvafiq rayon şöbəsi tərəfindən həyata keçirildiyindən, ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi və ya təyin edilmiş sosial yardımın məbləği ilə bağlı inzibati iddia icraatı qaydasında qaldırılmış bütün iddiaların cavabdehə qarşı qaldırılması səmərəli məhkəmə araşdırması və inzibati məhkəmələrə əlçatımlılıq prinsiplərinə zidd olduğundan, bu kimi iddialara hüququ pozulmuş şəxslərin qeydiyyatda olduğu inzibati ərazi üzrə müvafiq inzibati məhkəmə tərəfindən baxılması inzibati məhkəmə icraatının məqsədlərinə uyğun olduğundan, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgü n nəticəyə gəlmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsi, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 16 noyabr 2005-ci il tarixli, 312 saylı Fərmanının 2.3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3-cü, 5-ci, 6.1-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilərək təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, aşağı instansiya məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasının səbəbi kimi onun DSMF-nin Xəzər rayon şöbəsini qeyd etməməsi göstərilmişdir. Halbuki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 10 iyul 2018ci il tarixli qərardadı ilə isə iddianın mümkün sayılmamasının səbəbi kimi onun DSMF-nin Xəzər rayon şöbəsini qeyd etməsi göstərilmişdir. Bu halda isə ayrı-ayrı məhkəmə qərardadlarında qeyd edilən əsaslar bir-birlərini təkzib etməklə, onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdurlar. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini n 68.2, 90.2, 91, 96.5-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərar ında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 dekabr 2017-ci il tarixli məktubundan görünür ki, iddiaçıya 01 avqust 2017-ci il tarixdən 01 avqust 2019-cu il tarixədək VEMTAS sistemi tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 38,58 manat ünvanlı sosial yardım təyin edilmişdir. İddiaçı hazırkı iddianı qaldırmazdan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xəzər rayon Şöbəsinə qarşı iddia qaldırmış, həmin iddia 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verilmədiyini apellyasiya məhkəməsi müəyyən etmiş və iddiaçı tərəfindən məsələ mübahisələndirilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, idiaçıya ünvanlı sosial yardımın təyin edilməsi üçün zəruri məlumatların daxil edilməsi müvafiq rayon şöbəsi tərəfindən həyata keçirildiyindən, ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi və ya təyin edilmi ş sosial yardımın məbləği ilə bağlı iddialara hüququ pozulmuş şəxslərin qeydiyyatda olduğu inzibati ərazi üzrə müvafiq inzibati məhkəmə tərəfindən baxılmalıdır. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlilinə görə, tərəfindən əvvəl DSMF-nin Xəzər rayon şöbəsinə qarşı iddia qaldırılmış, lakin məhkəmənin qərardadı ilə həmin iddia mümkün hesab edilməmiş və cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olduğu bildirilmiş. Hazırki mübahisə üzrə cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini müəyyən etmişdir. Bu halda isə ayrı-ayrı məhkəmə qərardadlarında qeyd edilən əsaslar bir-birlərini təkzib etməklə, onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdurlar. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləmndirmənin aparılmasını zəruri hesab edir. Tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.Azərbaycan Respublikası İPMnin - 2.2.3-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aı iddialara baxılır; - 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hə rəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan məsələ ilə bağlı publik hüquqda inzibati orqanın öhdəliyi müəyyən edilməli və maraqlı şəxsin müraciəti əsasında inzibati orqan bu öhdəliyin icrasından imtina etdyi halda, iddiaçı onun subyektiv hüququnun mövcudluğuna və onun pozulmasına əsaslanmaqla inzi bati məhkəmədə iddia qaldıra bilər. Tələbə münasibətdə inzibati orqanın öhdəliyi “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı kimi müəyyən edilmişdir: - 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur; - 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - 6.3-ci maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbayc an Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli Fərmanının: - 2..3-cü bəndinə əsasən, həmin Qanunun 6.1-ci (...) maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Maddələrin məzmunundan göründüyü kimi, sosial yardımın təyin edilməsi yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilməlidir ki, belə orqan kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilmişdir. İstinad edilən Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 05 fevral 2016-cı il traxili qərarı ilə təsdiq edilmişdir. «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»nın 2-ci bəndinə görə, sosial yardımın alınması üçün müraciət bir halda elektron formada«Elektron hökumət» və ya Nazirliyin «e-sosial» internet portallarında yerləşdirilmiş X3 və X4 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciət yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Lakin həmin Qaydaların 2.5-ci maddəsində müəyyən olunmuşdur ki, kağız üzərində edilən müraciətqanunvericiliyin tələblərinə uyğun olduğu halda,şöbənin işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək təsdiqlənir. Bu müddəalardan göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin səlahiyyətlərinə yalnız kağız üzərində olan müraciətlərin qəbul edilməsi və elektron sistemə daxil edilməsi aiddir. Sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi isə Qaydaların 3-cü bəndində əks olunmuş və 3.1-ci bənddə nəzərdə tutulmuşdur ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Beləliklə, qanunvericiliyin təhlilin nəticəsi ondan ibarətdir ki, sosial yardımın təyin olunması məsələləri üzrə müvafiq qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin səlahiyyətlərinə aid olmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının da təqdim etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (X1 X2 Alt Sistemi) 22 dekabr 2017-ci il tarixli məktubunda da, həmin nazirlik bildirmişdir ki, bilavasitə VEMTAS sistemi tərəfindən iddiaçıya ünvanlı sosial yardım təyin edilmişdir. İstinad edilmiş Qaydaların: - 4.8-ci bəndinə əsasən, sosial yardımın təyin edilməsi və sosial yardım təyinatından imtina edilməsi barədə qərardan «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər; - 6.1-ci bəndinə əsasən, sosial yardımın təyin olunmasına, ver ilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Sonuncu maddələrə əsaslanmaqla məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, iddiaçı tərəfindən düzgün olaraq iddia ərizəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı verilmişdir. Bu əsaslardan çıxış etməklə məhkəmə kollegiyas hesab edir ki, iddia cavabdehin müəyyən edilməsi məsələsi üzrə Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün verilmişdir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə s axlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2-1(103)-2994/2018 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin aparılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1262/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1262/2019
01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver