Məhkəmə qərarları › İş №2-1(102)-1262/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1262/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1262/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə Açar söz: ailə başçısını itirməyə görə pensiya GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili, cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “ailə başçısını itirməyə görə pensiya təyin edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2-1(105)-59/2020 nömrəli, 05.02.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı uşaqlıqdan gözdən əlil olduğundan 1988-ci ilədək əmək pensiyası almış, Ermənistandan qaçqın kimi Azərbaycana gəldikdən sonra 1990-cı ilin noyabr ayından 1991-ci ilin noyabr ayına kimi yenə də əlilliyə görə əmək pensiyası almış, 1991-ci ilin noyabr ayında pensiyanın verilməsi dayandırılmışdır. 2004-cü ilin fevral ayından yenidən uşaqlıqdan gözdən əlil olduğundan ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin ilin aprel ayında ailə başçısı olan atası X1 vəfat etmiş, iddiaçının dəlillərinə görə at ası vəfat etdikdən sonra dəfələrlə cavabdehə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini şifahi qaydada xahiş etmiş, lakin ona bu pensiya təyin edilməmişdir. Yalnız rəsmi şəkildə yuxarı instansiyalara müraciət etdikdən sonra ona 2017-ci ilin yanvar ayında ailə başçısını itirməyə görə 174 manat məbləğində, 2018-ci ilin yanvar ayından isə 183 manat məbləğində pensiya verilir. 18 fevral 2019-cu il tarixdə ərizə ilə cavabdehə ailə başçısını itirməyə görə əmək pensiyasının 2017-ci ildən deyil, 2004-cü ildən hesablanması ilə əlaqədar ərizə ilə müraciət etmiş, lakin cavabdeh 20 fevral 2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 35.2-ci maddəsinə müvafiq olaraq hüququnun yarandığı 01.02.2017-ci il tarixindən ai lə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bununla razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının əlilliyə görə aldığı pensiyasının 2004-cü ildən, 2017-ci ilin fevral ayının 1-nə qədər və atası X1n pensiyasının öldüyü 2004-cü ilin aprelindən 2017-ci ilin fevralın 1-nə qədər olan dövrünün ailə başçısının itirilməsinə görə atasının əmək pensiyasının iddiaçının əlillik pensiyasının yerinə əvəzlənərək iddiaçıya təyin olunan pensiyanın fərqinin düzgün hesablanaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: Sumqayıt İnzibati-İ qtisadi Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2-1(085)-960/2019 saylı qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanunidir. Belə ki, cavabdeh tərəfindən 19.07.2004-cü il tarixindən iddiaçıya 3-cü qrup uşaqlıqdan əlilliyə görə əmək pensiyası təyin edilmiş, iddiaçı ona təyin edilmiş əlilliyə görə pensiyanın ailə başçısını itirməyə görə pensiyaya keçirilməsi ilə bağlı cavabdehə 2017-ci ildə müraciət etmiş, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının əlilliyə görə pensiyası 01.02.2017-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasına keçirilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2-1(085)-960/2019 saylı qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 2-1(105)-59/2020 nömrəli, 05.02.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2-1(085)-960/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, Iddiaçı na 01.01.2006-cı il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə, iddiaçının əlilliyə görə aldığı əmək pensiyasının 01.01.2006-cı ildən 2017-ci ilin fevral ayının 1-nə qədər olan dövrünün ailə başçısının itirilməsinə görə əmək pensiyası ilə əvəzlənərək, yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, 01.01.2006-cı il tarixində qüvvəyə minmiş “Əmə k pensiyaları haqqında” Qanuna əsasən, vəfat etmiş şəxsin öhdəsində olan övladlarına vəfat etmiş valideynin tələb edilən sığorta stajı olduqda ailə başçısını itirməyə görə əmək pensiyası onun müraciəti əsasında hüquq yarandığı gündən təyin edilməli və əmək pensiyası müddətdən asılı olmayaraq həmin gündən hesablanıb ödənilməlidir. İddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ istinad edilən qanunvericiliyin qüvvəyə mindiyi tarixdən yarandığından iddia qismən təmin edilməli, iddiaçıya 01.01.2006-cı ildən 01.02.2017-ci il tarixinədək ailə başçısını itirməyə görə pensiya hesablanaraq ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-59/2020 nömrəli, 05.02.2020-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayət inin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə vətəndaşın bir neçə pensiya almaq hüququ olduğu halda qanunun tələbinə əsasən ona öz arzusu ilə yalnız bir pensiya təyin edilir. İddiaçının ailə başçısını itirməyə görə pensiya almaq hüququ daha əvvəl yaranmışdır. Belə ki, iddiaçının atası 09.04.2004-cü il tarixində vəfat etmişdir, Lakin, iddiaçı əlilliyə görə pensiya hüququ yarandıqdan sonra ailə başçısını itirməyə deyil, əlilliyə görə pensiya təyin olunması üçün müraciət etmiş və vətəndaşın seçiminə əsasən ona hüququnun yarandığı 19.07.2004-cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı 30.01.2017-ci il tarixində müraciət edərək ona təyin olunmuş pensiya növünün ailə başçısını itirməyə görə pensiya növü ilə əvəz olunmasını xahiş etmiş və inzibati orq an tərəfindən onun xahişi yerinə yetirilərək həmin tarixdən pensiya növü dəyişdirilmişdir. Kassator İnzibati Prosessual Məcəlləsinin 90-99-cu maddələrinə istinad edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-59/2020 nömrəli, 05.02.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-59/2020 nömrəli, 05.02.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-59/2020 nömrəli, 05.02.2020-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin a pellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının atası X1 09.04.2004-cü il tarixində vəfat etmiş, iddiaçıya 19.07.2004-cü il tarixindən uşaqlıqdan əlilliyə görə pensiya təyin edilmiş, 01.02.2017-ci il tarixindən əlilliyə görə əmək pensiyası ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmişdir. İddiaçı, ailə başçısını itirməyə göröə pensiya hüququnun 2004-cü ildə yarandığına istinad edərək atasının vəfat etdiyi tarixdən, yəni 09.04.2004-cü ildən ona ailə başçısını itirməyə görə pensiyanın hesablanaraq birdəfəlik ödənilməsini tələb edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən, vəfat etmiş ailə başçısı nın öhdəsində olmuş (44-cü maddə) əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə, görə pensiya almaq hüququ vardır. Həmin maddənin a) bəndinə əsasən, əmək qabiliyyəti olmayan ailə üzvləri 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar, bacılar, nəvələr hesab edilirlər. Həmin Qanunun 44-cü maddəsinə əsasən, vəfat edənin ailə üzvləri onun tam təminatında olublarsa və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olan kömək alıblarsa, onun öhdəsində olmuş ailə üzvləri sayılırlar. Vəfat edənin köməyi yaşayışları üçün daimi və əsas vəsait mənbəyi olan, lakin özləri hər hansı pensiya alan ailə üzvləri yeni pensiyaya keçmək hüququna malikdirlər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, eyni zamanda müxtəlif dövlət pen siyaları almaq hüququ olan şəxslərə öz arzuları ilə bir pensiya təyin edilir. Həmin Qanunun 100-cü maddəsinə əsasən, bir pensiyadan başqa pensiyaya keçirilmə lazımi əlavə sənədlər təqdim edilməklə müvafiq ərizənin verildiyi gündən aparılır. Göstərilən normaların tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının ailə başçsını itirməyə görə pensiya almaq hüququ istinad edilən qanun əsasında, yəni 2004-cü ildən o vaxt yarana bilərdi ki, iddiaçı həmin qanunun qüvvədə olduğu müddətdə müvafiq ərizə ilə müraciət etmiş olardı və ərizənin verildiyi gündən də həmin pensiya növünü almaq hüququna malik olardı. Lakin, 01.01.2006-cı il tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pen siyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, vəfat etmiş şəxsin öhdəsində olan övladlarına vəfat etmiş valideynin tələb edilən sığorta stajı olduqda ailə başçısını itirməyə görə əmək pensiyası onun müraciəti əsasında hüquq yarandığı gündən təyin ediməli və əmək pensiyası müddətdən asılı olmayaraq həmin gündən hesablanıb ödənilməlidir. Cavabdeh kassasiya şikayətinin dəlillərində iddiaçının 2004-cü ildə ona pensiya təyin olunması üçün cavabdeh inzibati or qana müraciət edərkən ailə başçısını itirməyə görə pensiya almaq hüququnun olduğu halda əlilliyə görə əmək pensiyasını seçdiyini bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh orqan iddiaçının ailə başçısının itirməyə görə pensiya almaq hüququnu ona izah etməli idi. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Cavabdeh orqan isə göstərilən maddi hüquq normasının tələblərinə zidd olaraq öz vəzifəl ərini yerinə yetirməmiş, iddiaçıya yardım göstərməyərək ailə başçısını itirməyə görə iddiaçının pensiya hüququnun mövcudluğu barədə iddiaçıya məlumat verməmişdir. Göründüyü kimi, qanunvericilik vətəndaşlara onların hüquqlarının həyata keçirilməsi ilə bağlı yardım edilməsini inzibati orqanların vəzifəsi kimi müəyyənləşdirsə də, cavabdehin yol verdiyi pozuntu iddiaçının göstərilən hüququndan istifadə imkanını aradan qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda ist isna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edə n şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məc əlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-59/2020 nömrəli, 05.02.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar