Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1262/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: məhkəmə icraatının iştirakçısı olmayan şəxsin kasasiya şikayəti, kasasiya şikayətinin mümkünlüyü Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı plan və ölçünün, çıxarışın verilməsi vəzifəsinin cavab dehin üzərinə qoyulması tələbləri barədə iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1837/2018 saylı, 9 oktyabr 2018-ci il tarixli qərarından Hacıyev Eldar Şabulla oğlunun verdiyi kasasiya şikayətinin mümkünlüyünə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin 326 saylı 08.11.2006-cı il tarixli sərəncamı və Bakı şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Bağlar-Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 10.11.2006-cı il tarixli 37495 saylı müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu, Goradil ərazisində yerləşən torpaq sahəsi 0,12 ha olan 385/t nömrəli bağ sahəsinin onun adına sxematik xəritəyə yerləşdiyi y er üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 02.05.2018-ci il tarixli qərarla iddianı təmin etmişdir.
3. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 09.10.2018-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 30.01.2019-cu il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti təmin olunmayaraq Bakı Apelyasiya Məhkəməsinin 09.10.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlamışdır.
5. Cavabdeh 29.04.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət vermişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2-1(81)37/2018 saylı qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət təmin edilməmişdir.
7. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 14 avqust 2019-cu il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 22 yanvar 2020-ci il tarixli qərarı ilə cavab dehin kasasiya şikayəti təmin olunmayaraq Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlamışdır.
9. Hacıyev Eldar Şabulla oğlu Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 09.10.2018-ci il tarixli qərarından 19 may 2021-ci il tarixdə kasasiya şikayəti verərək apelyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.
10. E.Ş.Hacıyev şikayətində bildirmişdir ki, iddiaçının mübahisə açdığı torpaq sahəsi onun mülkiyyətindədir, Məhkəmə onu icraata cəlb etmədən mübahisəyə baxaraq qanunsuz qərar qəbul etmişdir. Torpaq sahəsi onun mülkiyyətində olduğuna görə cavabdeh mübahisə ilə bağlı haqlı olaraq hüququn iddiaçının adına qeydə alınmasından imtina etmiş və məhkəmə qərarlarından şikayət vermişdir. Məhkəmə mübahisə üzrə obyektiv qərar qəbul etməsi üçün onu işə cəlb etməli və ekspertiza təyin etməli idi. Tətbiq edilən hüquq
11. İnzibati Prosessual Məcəllə: Maddə
27. İnzibati məhkəmə icraatının iştirakçıları 27.0. Aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qəra rdadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
90. Kasasiya şikayəti vermək hüququ (-). 90.2. Apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. (-). Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı: (-).
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilm əlidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası hesab edir ki, Hacıyev Eldar Şabulla oğlunun kasasiya şikayəti mümkün sayılmayaraq icraata qəbul olunmasından imtina edilməlidir.
14. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı cavabdeh reyestr xidmətinin ərazi idarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu, Goradil ərazisində yerləşən torpaq sahəsi 0,12 ha olan 385/t nömrəli bağ sahəsinin onun adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə inzibati məhkəmədə iddia qaldırmış, mübahisə ilə bağlı yuxarıda bəhs olunan məhkəmə qərarları qəbul edilmişdir.
15. İşdən görünür ki, apelyasiy a instansiyası məhkəməsinin 9 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən kasasiya şikayəti verilmiş və şikayət təmin olunmayaraq apelyasiya məhkəməsinin 9 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. E.Ş.Hacıyev də apelyasiya məhkəməsinin 9 oktyabr 2018-ci il tarixli qərarından kasasiya şikayəti vermişdir. Lakin E.Ş.Hacıyev iş üzrə məhkəmə icraatının tərəfi olmamışdır
17. İPM-in 27-ci maddəsinə görə iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar.
18. İPM-in 90.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirl ər.
19. E.Ş.Hacıyev inzibati məhkəmə icraatının iştirakçısı olmamış, apelyasiya məhkəməsi onun tələbinin təmin və ya rədd olunması ilə bağlı mübahisəyə baxmamışdır.
20. Odur ki, E.Ş.Hacıyevin apelyasiya instansiyası məhkəməsinin 9 oktyabr 2018-ci il tarixli qərarından verdiyi kasasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina olunmalıdır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 12 aprel 2017-ci il tarixli qərarında vurğulamışdır ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məh kəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icr aatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.
22. İddiaçının torpaq sahəsi ilə E.Ş.Hacıyevin torpaq sahəsinin üst-üstə düşməsi və məhkəmə icraatına cəlb edilməməsi barədə kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bununla bağlı sübutlarını birinci instansiya məhkəməsi qismində işə baxmış Bakı İnzibati Məhkəməsinə təqdim etməklə İPM-in 28.1ci maddəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında olan hüq uqi mövqeyə uyğun olaraq icraata cəlb edilməsi, məhkəmə qərarının ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər.
23. Məhkəmə tərkibi şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.2, 96.3-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Hacıyev Eldar Şabulla oğlunun Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1837/2018 saylı, 9 oktyabr 2018-ci il tarixli qərarından verdiyi kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.