Məhkəmə qərarları › İş №2-1(102)-1262/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1262/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1262/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X26 Qeydiyyatı İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kooperativin dövlət qeydiyyatına alınması) 06.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X26 Qeydiyyatı İdarəsinə (üçüncü şəxslər: X31, X29, X24, X32, X33, X34 və X8) qarşı “kooperativin dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-672/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “SSRİ Neft Sənayesi Nazirliyi “AZNEFT” X10 X11 və Quyuların Əsaslı Təmiri İdarəsi yanında çoxsahəli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ailəvi Kooperativinin təsis edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının” 1 nömrəli, 10 avqust 1988-ci il tarixli təsis protokoluna əsasən SSRİ Neft Sənayesi Nazirliyi “AZNEFT” X10 X11 və Quyuların Əsaslı Təmiri İdarəsi yanında təsisçilər X16, X13, X32, İddiaçı və X25 tərəfindən “AQRO” Kooperativinin təsis edilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin təsdiq edilərək qəbul edilməsi, X7 “AQRO” Kooperativinin sədri seçilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin Bakı şəhəri, Orconikidze rayon X28 İcraiyyə Komitəsində qeydə alınması üçün müraciət etmək üçün kooperativin sədri X9 həvalə edilməsi qərara alınmışdır. 2. “AQRO” Kooperativinin 10 avqust 1988-ci il tarixli, 1 nömrəli protokolu ilə təsdiq edilmiş nizamnaməsində qeyd edilən 5 nəfər təsisçilər haqqında məlumata əsasən X16 (xx.xx.1925-ci il təvəllüdlü), X13 (xx.xx.1929-cu il təvəllüdlü), X32 (xx.xx.1952-ci il təvəllüdlü), İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü), X25 (xx.xx.1950-ci il) kooperativin təsisçiləridir. 3. “AQRO” Kooperativinin 10.08.88-ci il tarixli, 1 nömrəli protokolu ilə təsdiq edilmiş Nizamnaməsi ilə “AQRO” Kooperativinin xidmətləri, kooperativə üzvlük, üzvlərin hüquq və vəzifələri, fəaliyyəti, kooperati vin əmlakının təşkili və istifadəsi və s. müəyyən edilmiş, Qeyd olunan nizamnamə Ordjonikidze Rayon X14 İcra Komitəsinin 1 nömrəli, 17 yanvar 1989-cu il qərarı ilə təsdiq edilmişdir. Kooperativin 5 nəfər üzvünün olması nizamnamədə qeyd olunsa da üzvlərin adları qeyd edilməmiş, Kooperativin sədri kimi nizamnamə O.Ə.Əliyev tərəfindən imza edilmişdir.

4. Ordjonikidze Rayon X14 İcraiyyə Komitəsinin “UPNP və KRS-də qeydiyyatdan keçmiş kənd təsərrüfatı xidmətlərinin göstərilməsi üçün “AQRO” kooperativinin Nizamnaməsinin qeydiyyatı haqqında” 1 nömrəli, 17 yanvar 1989-cu il qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 30 aprel 1987-ci il tarixli, 165 nömrəli Fərmanına, “SSRİ-də kooperasiya haqqında” Qanuna əsasən, 1 saylı MDNQ keçmiş yeməkxana otaqlarının “Orconikidzeneft” NQÇİ-nə ayrılması h aqqında “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin 18.11.88-ci il tarixli 01-3/1827 saylı məktubunu, həmçinin “AQRO” kooperativinin sədrinin ərizəsini nəzərə almaqla 10 avqust 1988-ci il tarixli, 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş kənd təsərrüfatı xidmətləri göstərilməsi üçün UPNP və KRS-də nəzdində “AQRO” kooperativinin Nizamnaməsini qeydiyyata alınmasına, Kooperativin sədri tərəfindən SSRİ Sənaye tikinti Bankının Bakıdakı Ordjonikidze filialında hesablaşma hesabının açılmasına qərar verilmişdir.

5. Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 3441 nömrəli, 27 sentyabr 1993-cü il tarixli şəhadətnaməyə əsasən “İgid” Professional Güləş klubu xx.xx.1993-cü ildə mülkiyyət forması kollektiv olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiy yata alınmışdır. 6. “İgid” X15n Nizamnaməsinə əsasən həmin nizamnamə “AQRO” Kooperativinin ümumi iclasının 1993-cü il tarixli protokolu ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1994-cü ildə 9791 nömrə ilə qeydə alınmışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “AQRO” Kooperativinin sədri O.Ə.Əliyevə ünvanlanmış xx.xx.1998-ci il tarixli, 11/6413 nömrəli məktubda göstərilmişdir ki, “Hüquqi şəxslərin qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 6 fevral 1996-cı il tarixli Qanunun 22-ci maddəsinə əsasən bu qanunun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatında alınmış hüquqi şəxslərin qeydiyyat sənədlərinin müvafiq ədliyyə orqanlarına təhvil verilməsi və onların bu orqanlarda uçota alınması müəyyən edilmişdir. Bu o deməkdir k i, göstərilən qanun qüvvəyə minənədək başqa orqanlarda qeydə alınmış hüquqi şəxslərin yenidən qeydə alınması tələb olunmur.

8. AZ-İ 014484 nömrəli, xx.xx.2002-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X16 xx.xx.2002-ci il tarixdə ölmüşdür. 9. “AQRO” Kooperativi (təsisçilərinin) üzvlərinin ümumi yığıncağının xx.xx.2003-cü il tarixli, 1 saylı iclas protokoluna əsasən çoxsahəli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ailəvi “AQRO” Kooperativi üzvlərinin ümumi yığıncağında beş nəfər üzvündən dörd nəfəri X13, İddiaçı, X24 və X32 üzvlər iştirak etmiş, X7 təsisçi kimi “AQRO” Kooperativinin üzvlüyünə və sədrliyinə xitam verilməsi, İddiaçı “AQRO” Kooperativinin sədri seçilməsi, X17 “AQRO” Kooperativinin üzvlüyünə qəbul edilməsi qərara alınmışdır.

10. AZ-İ 576853 nömrəli, xx.xx.2 012-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X18 xx.xx.2012-ci il tarixdə ölmüşdür. 11. “AQRO” Kooperativi (təsisçilərinin) üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 1 saylı iclas protokoluna əsasən çoxsahəli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı və satışı üçün yaradılan ailəvi “AQRO” Kooperativinin ümumi yığıncağında üzvlərdən (təsisçilərdən) beş nəfər İddiaçı, X24, X31, X32 və X29 iclasda iştirak etmiş, ümumi yığıncaq “AQRO” Kooperativinin fəaliyyətinin bərpa edilməsini, “AQRO” Kooperativinin təsisçilərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilərək yeni (ikinci) redaksiyada təsdiq edilərək qəbul edilməsini, “AQRO” Kooperativinin 5 (beş) nəfərdən ibarət İddiaçı, X25, X31, X32 və X29 təsisçilərinin tərkibinin təsdiq edilməsini, İddiaçı ye nidən “AQRO” Kooperativinin sədri seçilməsini, “AQRO” Kooperativinin nizamnaməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirləri Baş İdarəsinin X26 Qeydiyyatı idarəsində qeydə alınması üçün müraciət etmək üçün kooperativin sədri İddiaçı həvalə edilməsi qərara alınmışdır. 12. “AQRO” Kooperativinin ikinci redaksiyada nizamnaməsinə əsasən Kooperativ ilkin olaraq Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon X28 İcraiyyə Komitəsinin 17 yanvar 1988-ci il tarixli, 1 nömrəli qərarı ilə qeydə alınmışdır. Kooperativin ilkin pay fondu 100 manat müəyyən edilmişdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqqı 100 manatdan ibarətdir. Kooperativ üzvlərinin nizamnamə kapitalındakı pay haqları aşağıdakı kimi müəyyən edilmişdir:

1. İddiaçı (AZE № 0*******) – 20 manat, 20 pay haqqı, 20%;

2. X24 (AZE № ********) - 20 manat, 20 pay haqqı, 20%;

3. X32 (AZE № ********) – 20 manat, 20 pay haqqı, 20 %;

4. X31 (AZE № ********) – 20 manat, 20 pay haqqı, 20 %;

5. X29 (AZE № ********) – 20 manat, 20 pay haqqı, 20%. Nizamnamə “AQRO” Kooperativinin 12 oktyabr 2020-ci il tarixli, 01 nömrəli qərarı ilə üzvləri tərəfindən (İddiaçı, X24, X32, X31, X29) təsdiq edilmişdir.

13. İddiaçının “AQRO” Kooperativinin nizamnaməsinin İİ redaksiyada qeydiyyata alınmasına dair müraciətindən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********730800 nömrəli məktubla imtina edilmişdir.

14. İmtina onunla əsaslandırılmışdır ki, “AQRO” Kooperativinin 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı, X24, X32, X31 və X29 tərəfindən təsdiqlənsə də, həmin şəxslər in Kooperativin üzvləri olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təsdiq edilmiş “Orcenikidze rayonunun X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə 10 08.1988-ci il tarixli 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş UPNP və KRS-də nəzdində Kooperativin Nizamnaməsinin qeydiyyata alınması qərara alınmışdır. Lakin Orcenıkidze rayonunun X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiqlənmiş "AQRO" Kooperativinin nizamnaməsində Kooperativin üzvləri barədə məlumat əks etdirilməmişdir. “X26 qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüv vəyə minənədək dövlət qeydiyyatına alınan “AQRO” Kooperativi vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün X26 qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir. “X26 qeydiyyatı və dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə müəssisənin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv idarəsi tərəfindən təsdiq olunmuş surəti (xx.xx.1988-ci il tarixli 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağının qərarı), müəssisənin nizamnaməsinə edilmiş dəyişiklik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Həmçinin təqdim olunan sənədlərə Kooperativin üzvü olmaları iddia edilən şəxslərin ölüm haqqında şəhadətnamələri əlavə olunmuşdur. Belə ki, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

15. İddiaçı 13 yanvar 2022-ci il tarixdə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X26 Qeydiyyatı İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində müraciət edərək “AQRO” Kooperativinin dövlət qeydiyyatına alınması, kommersiya X26 reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “AQRO” Kooperativinin nizamnaməsinin İİ redaksiyada qeydiyyata alınması barədə ərizə ilə İdarəyə müraciət etmişdir. Müraciətinə şəxsiyyət vəsiqənin surətini, Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon X28 İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 1 nömrəli qərarını, “AQRO” kooperativinin qeydə alındığı nizamnaməni, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 27 may 1998-ci il tarixli 11/6413 nömrəli cavab məktubun un surətini, “AQRO” kooperativinin təsis etdiyi “İgid” X15 təsis etməsi barədə 1993-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin şəhadətnaməsinin surətini, İdarənin 22 iyul 2021-ci il tarixli imtina məktubunun surətini, mərhum X7 8 dekabr 2002-ci il tarixdə və X5 4 oktyabr 2012-ci il tarixdə vəfat etmələri barədə ölüm haqqında şəhadətnamələrin surətini, İddiaçı "AQRO” Kooperativinin sədri seçildiyini təsdiq edən 7 yanvar 2003-cü il tarixli 1 nömrəli iclas protokolunun surətini, “AQRO” Kooperativinin nizamnaməsinin İİ redaksiyada təsdiq edilməsi barədə protokolun surətini, “AQRO” kooperativinin İİ redaksiyada olan nizamnaməsini əlavə etmişdir.

17. Cavabdeh İdarənin 13 dekabr 2021-ci il tarixli, **********730800 nömrəli imtina məktubu vermişdir. Həmin məktubda yazılmışdır ki, “AQR O” Kooperativinin 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı, X24, X32, X31 və X29 tərəfindən təsdiqlənsə də, həmin şəxslərin Kooperativin üzvləri olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təsdiq edilmiş “Orcenikidze rayonunun X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə xx.xx.1988-ci il tarixli 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş UPNP və KRS-də nəzdində Kooperativin Nizamnaməsinin qeydiyyata alınması qərara alınmışdır. Lakin Orcenikidze rayonunun X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiqlənmiş “AQRO” Kooperativinin nizamnaməsində Kooperativin üzvləri barədə m əlumat əks etdirilməmişdir.

18. Lakin cavabdeh hansı hüquq müəyyənedici sənədlə qeyd olunan “AQRO” Kooperativinin nizamnaməsinin İİ redaksiyada dövlət reyestrində qeydiyyata alınmasını qadağa edən qanun normasına əsaslanaraq imtinasını əsaslandırmamışdır. Beş nəfər olan təsisçilər X16, X13, İddiaçı, X24 və X32 1988-ci ildə “AQRO” adlı kooperativini təsis etmək qərarına gəlmişlər. Məqsədləri kənd təsərrüfatı məhsulları yetişdirərək şəhər əhalisini ekoloji təmiz ərzaq məhsulları ilə təmin etmək olmuşdur. 10 avqust 1988-ci il tarixdə “AQRO” Kooperativinin ümumi yığıncağının qərarı ilə SSRİ Neft Sənayesi Nazirliyi Lenin Ordenli və İ X20 Ordenli "AZNEFT" X10 X11 və Quyuların Əsaslı Təmiri İdarəsi yanında təsisçilər X16, X13, X32, İddiaçı və X25 tərəfindən “AQRO” Kooperativinin təsis edilməsi, “ AQRO” Kooperativinin nizamnaməsinin təsdiq edilərək qəbul edilməsi, X2nun “AQRO” kooperativinin sədri seçilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin Bakı şəhəri Orconikidze rayon X28 İcraiyyə Komitəsində qeydə alınması üçün müraciət etmək kooperativin sədri X9 həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayonu X28 İcraiyyə Komitəsinə müraciət edərək “AQRO” adlı kooperativin qeydə alınmasını xahiş etmişlər. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon X28 İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 1 nömrəli qərarı ilə qeydə alınmışdır. Uzun illər fəaliyyət göstərmişlər. 19. “AQRO” Kooperativi 1993-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək “İgid” X15 təsis etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciə t edərək “AQRO” Kooperativinin yenidən qeydiyyata alınmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 27 may 1998-ci il tarixli, 11/6413 nömrəli cavab məktubunda yazılmışdır ki, “Hüquqi şəxslərin qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 6 fevral 1996-cı il tarixli Qanununun 22-ci maddəsinə əsasən bu qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədlərinin müvafiq ədliyyə orqanlarına təhvil verilməsı və onların bu orqanlarda uçota alınması müəyyən edilmişdir. Bu o deməkdir ki, göstərilən qanun qüvvəyə minənədək başqa orqanlarda qeydə alınmış hüquqi şəxslərin yenidən qeydə alınması tələb olunmur. Buna görə də onlar “AQRO” Kooperativin fəaliyyətini davam etdirmişlər.

20. X2 8 dekabr 2002-ci il tarixdə və X13 4 ok tyabr 2012-ci il tarixdə vəfat etmişlər, təsisçilərin vəfatından sonra vərəsələri olan onlar mirası faktiki qəbul edərək öhdəliklərini yerinə yetirmişlər. 7 yanvar 2003-cü il tarixdə iddiaçı “AQRO” Kooperativinin sədri seçilmişdir. 25 yanvar 2004-cü il tarixdə “AQRO” kooperativinin ümumi yığıncağının qərarı ilə SSRİ Neft Sənayesi Nazirliyi Lenin Ordenli və İ X20 Ordenli "AZNEFT" X10 X11 və Quyuların Əsaslı Təmiri İdarəsi (indiki Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” X12 və X4 İdarəsi) yanında təsis edilmiş “AQRO” Kooperativinə təsis olunduğu gündən heç bir maddi yardım etmədiyini nəzərə alaraq müstəqil fəaliyyət göstərmək qərarına gəlinmişdir.

21. Bu ildən “AQRO” Kooperativinin fəaliyyətinin bərpa edilməsi qərarına gəlmişlər, bununla əlaqədar olaraq “AQRO” Kooperativinin müa sir tələblərə uyğun fəaliyyətinin təşkil edilməsi üçün nizamnaməsinin yenidən İİ redaksiyada qeydiyyata alınması üçün nizamnaməni kooperativin ümumi yığıncağının qərarı ilə protokolla təsdiq etmişlər. “AQRO” Kooperativinin 1993-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək “İgid” X15 təsis etməsi onu göstərir ki, “AQRO” kooperativi mövcud olub ki, qeyd olunan “Qeyri-hökumət təşkilatı”, yəni qeyri-kommersiya təşkilatını təsis edib. “AQRO” Kooperativini ləğv etməmişlər, ləğv edilmə barədə heç bir qərar yoxdur.

22. Cavabdeh İdarənin 13 dekabr 2021-ci il tarixli, **********730800 nömrəli məktubunda “Müraciətin cavablandırılması haqqında” imtina məktubunda gətirdiyi əsas odur ki, Orcenikidze rayonunun X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiqlə nmiş “AQRO” Kooperativinin nizamnaməsində Kooperativin üzvləri barədə məlumat əks etdirilməmişdir. Bu əsasla razılaşmayaraq qeyd edir ki, həmin dövrün qanunlarına görə ad və soyad yazılması tələb edilməmişdir. Halbuki, 10 avqust 1988-ci il tarixli protokolla “AQRO” kooperativinin ümumi yığıncağının qərarı ilə təsisçilər X16, X13, X32, İddiaçı və X25 tərəfindən “AQRO” Kooperativinin təsis edilməsini, “AQRO” Kooperativinin nizamnaməsinin təsdiq edilərək qəbul edilməsini, X2nun “AQRO” kooperativinin sədri seçilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin Bakı şəhəri Orconikidze rayon X28 İcraiyyə Komitəsində qeydə alınması üçün müraciət etmək kooperativin sədri X9 həvalə edilməsi qərara alınmışdır. Lakin cavabdeh həmin protokolun arxivdə olmadığını əsas tutaraq surətini təqdim etdikləri həmin protokolu nəzərə almamışdır. Cavabdehin etirazları:

23. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilən yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

24. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5183/2022 nömrəli qərarı (hakim Ş.A.Həsənova) ilə iddia təmin edilmiş, “AQRO” Kooperativinin dövlət qeydiyyatına alınması, kommersiya X26 reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “AQRO” Kooperativinin ilkin Nizamnaməsində təsisçilər barədə məlumatlar qeyd olunmasa da, həmin Kooperativin təsis edilməsi ilə bağlı kooperativ üzvlərinin ümumi yığıncağının 1 nömrəli, 10 avqust 1988-ci il tarixli protokolundan X3, X13, X32, İddiaçı və X25 tərəfindən təsis edildiyi müəyyən edilir. X7 xx.xx.2002-ci ilə öldüyü, vərəsələrinin İddiaçı, X33, X34, X8 olduğu məhkəmə araşdırılması zamanı müəyyən edilmiş, X7 vərəsələrindən X33, X34, X8 atalarından miras qalmış hər hansı payı qəbul etmədiklərini və bununla bağlı iddialarının olmadığını notarial qaydada təsdiq edilmiş ərizələri ilə məhkəməyə bildirmişlər. X7 digər vərəsəsi İddiaçı isə Kooperativin təsisçilərindən biridir. xx.xx.2012-ci il tarixdə ölmüş Kooperativin təsisçisi X5 vərəsələri isə Kooperativin digər təsisçiləri X32 və X19r. Halhazırda Kooperativin təsisçiləri İddiaçı, X31, X32, X25 və X22r. Onların təsisçi olmaları və təsis paylarının miqdarı həm “AQRO” Kooperativi (təsisçilərinin) üzvlərinin ümumi yığ ıncağının xx.xx.2020-ci il tarixli, 1 saylı iclas protokolunda, həm də “AQRO” Kooperativinin yeni (ikinci) nizamnaməsində öz əksini tapmışdır.

26. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-672/2023 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.Ə.Abbasov və K.H.Əkbərov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5183/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

29. C avabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə etirazın, eləcə də, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərir ki, Bakı Apellyasiya Məhkəməsi yekun qərarı qəbul edərkən “AQRO” Kooperativi adından hazırlanmış və dövlət qeydiyyatına alınmamış - reyestrə daxil edilməmiş və heç bir rəsmi sənəddə kooperativin üzvü kimi öz əksini tapmamış şəxslər tərəfindən imzalanmış xx.xx.2003-cü il tarixli və xx.xx.2020-ci il tarixli iclas protokollarına istinad edərək Kooperativin üzvlərini müəyyən etmişdir. Bu isə öz növbəsində sübutların mötəbərliyini şübhə altına alır. Həmçinin, həmin protokolda üzvlərdən bəziləri vəfat etmiş üzvlərin vərəsələri kimi qeyd edilmişdir, hansı ki, ölmüş şəxslərin də kooperativdə üzv olması heç bir rəsmi sənəddə və ya reyestrdə öz təsdiqini tapmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

31. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-672/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “X26 qeydiyyatı və dövlət reyestri haqqında” Qanun: Maddə

12. X26 reyestrinin əsas prinsipləri 12.1. X26 reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.... 12.8. Dövlət reyestri aşağıdakılardan ibarətdir: 12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi, ləğv edilməsi barədə məlumatlar; 12.8.2. təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlar; 12.8.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar; 12.8.3-1. qeyri-hökumət təşkilatına və xarici dövlətlərin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar; 12.8.3-2. siyasi partiyaların, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatlar; 12.8.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər toplusu.... 12.12. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin (o cümlədən, elektron ərizənin) formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti o rqanı tərəfindən təsdiq edilir. Maddə

20. Qanunun qüvvəyə minməsi... 20.3. “X26 qeydiyyatı haqqında” 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər.... 33. “X26 qeydiyyatı haqqında” 6 fevral 1996-cı il tarixli Qanun (12 dekabr 2003cü il tarixli, 560-İİQ №-li Qanunla ləğv edilmişdir): Maddə

22. Keçid müddəası Bu Qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxsl ərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədləri müvafiq ədliyyə orqanlarına təhvil verilir və onlar bu orqanlarda uçota alınırlar. 34. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanun: Maddə

10. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı

1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.

35. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.2. vergi orqanların dan vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;... Maddə

33. Vergi ödəyicilərinin uçotu 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və fil iallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Maddə

34. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları... 34.6. Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir....

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikay ət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Mad də

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən işin hallarına əsasən “AQRO” Kooperativinin 10.08.88-ci il tarixli, 1 nömrəli protokolu ilə təsdiq edilmiş Nizamnaməsi Ordjonikidze Rayon X14 İcra Komitəsinin 1 nömrəli, 17 yanvar 1989-cu il qərarı ilə təsdiq edilmişdir. Kooperativin 5 nəfər üzvünün olması nizamnamədə qeyd olunsa da, üzvlərin adları qeyd edilməmiş, Kooperativin sədri kimi nizamnamə O.Ə.Əliyev tərəfindən imza edilmişdir.

41. Qeyd edilən nizamnamənin Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında saxlanılan və təsdiq edilən nüsxəsi iş materiallarına əlavə edilmişdir.

42. Ona görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “AQRO” X1 (hazırda Suraxanı rayon İcra Hakimiyyəti) Rayon X14 İcraiyyə Komitəsinin 1 nömrəli, 17 yanvar 1989-cu il qərarı ilə təsdiq edilməsi və həmin vaxtdan “AQRO” Kooperativinin qeydə alınması işin m übahisəsiz halıdır.

43. Cavabdehin kassasiya şikayətinin əsas dəlili 17 yanvar 1989-cu ildə təsdiq edilmiş Nizamnamədə təsisçilər barədə məlumatın olmamasından, hal-hazırda təsisçilərinin müəyyən edilməməsindən və ölən təsisçilərin (onların da təsisçi olmaları müəyyən edilməmişdir) miras əmlakının başqa şəxslərə (vərəsələrinə) keçməsindən ibarətdir.

44. Kassasiya şikayətinin qeyd edilən dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, dövlət arxivində saxlanılan və müvafiq qaydada təsdiq edilməklə işə əlavə edilən “AQRO” Kooperativinin17 yanvar 1989-cu ildə təsdiq edilmiş Nizamnaməsi O.Ə.Əliyev, yəni X16 tərəfindən imzalanmışdır.

45. İşdə olan və mötəbərliyi şübhə doğurmayan “SSRİ-nin Neft Sənayesi Nazirliyi “AZNEFT” X10 X11 və Quyuların Əsaslı Təmiri İdarəsi yanında çox sahəli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ailəvi Kooperativinin təsis edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının” 1 nömrəli, 10 avqust 1988-ci il tarixli təsis protokoluna əsasən təsisçilər X16, X13, X32, İddiaçı və X25 tərəfindən “AQRO” Kooperativinin təsis edilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin təsdiq edilərək qəbul edilməsi, X7 “AQRO” Kooperativinin sədri seçilməsi qərara alınmışdır.

46. Həmin X2nun və X5 vəfat etməsi ilə bağlı məhkəmələr tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, X7 vərəsələri İddiaçı, X33, X34, X6r. Həmin şəxslərdən X33, X34, X8 atalarından miras qalmış hər hansı payı qəbul etmədiklərini və bununla bağlı iddialarının olmadığını notarial qaydada təsdiq edilmiş ərizələri ilə məhkəməyə bildirmişlər, digər vərəsə İddiaç ı isə Kooperativin təsisçilərindən biridir. Habelə, Kooperativin vəfat etmiş təsisçisi X5 vərəsələri Kooperativin digər təsisçiləri olan X32 və X19r.

47. Cavabdehin kassasiya şikayətinin dəlilinə əsasən apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən “AQRO” Kooperativi adından hazırlanmış və dövlət qeydiyyatına alınmamış - reyestrə daxil edilməmiş və heç bir rəsmi sənəddə kooperativin üzvü kimi öz əksini tapmamış şəxslər tərəfindən imzalanmış xx.xx.2003-cü il tarixli və xx.xx.2020-ci il tarixli iclas protokollarına istinad etmişdir.

48. Qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən “AQRO” Kooperativinin təsisçilərinin müəyyən edilməsi baxımından tam, hərtərəfli və obyektiv araşdırma aparılmış, əldə edilmiş mötəbər sübutlar həm ayrı-ayrılıqda, həm də vəhdət şəklində işin halları ilə uyğ unluq təşkil edərək hər hansı ziddiyyətli xüsusatın mövcudluğuna dəlalət etməmişdir. Ona görə də, kimlikləri müəyyən edilmiş şəxslər – təsisçilər tərəfindən imzalanmış xx.xx.2003-cü il tarixli və xx.xx.2020-ci il tarixli iclas protokolları həm də 10 avqust 1988-ci il tarixdə təsis edilərək 17 yanvar 1989-cu il tarixdə dövlət qeydiyyatına alınmış “AQRO” Kooperativinin möhürü ilə təsdiqlənmişdir.

49. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən “AQRO” Kooperativinin dövlət qeydiyyatına alınmasından, kommersiya X26 reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsindən imtina edilməsinin əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni hesab olunmalıdır.

50. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəl diyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-672/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar